Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1130/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il, saat 10:30 radələrində Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə və M.Xiyabani küçələrinin kəsişdiyi ərazidə Cavabdeh2 idarə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində parklanmış vəziyyətdə olan iddiaçıya məxsus **-GZ-*** dövlət qeydiyyat nişanh, “Mercedes e-200” markalı nəqliyyat vasitəsinə çırpılmış, nəticədə təqsirkarın avtomobili də daxil olmaqla 5 avtomobilə əhəmiyyətli zərər dəymişdir. Yol nəqliyyat hadisəsindən sonra Toyota markalı avtomobili icbari sığorta edən "xxxx" ASC-nin əməkdaşları əraziyə gələrək avtomobillərə baxış keçirmişdir. Həmin gün iddiaçı avtomobilini qeyd edilən ərazidə parklanmış vəziyyətdə qoyaraq getmişdir. xx.xx.2023-cü il, saat 17:45 radələrində eyni ünvanda Cavabdeh1 idarə etdiyi **-AT-*** dövlət qeydiyyat nişanlı, “BMW 528İ” markalı nəqliyyat vasitəsi ilə Cavabdeh3 idarə etdiyi **-EL-*** dövlət qeydiyyat nişanlı, “Mercedens Benz 200” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində idarəetmədən çıxan avtomobillər parklanmış vəziyyətdə olan avtomobillərə dəyərək yenidən zəncirvari qəzanın baş verməsinə səbəb olmuşdur. Nəticədə iddiaçıya məxsus olan **-GZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes e- 200” markalı avtomobillə birlikdə 8 avtomobilə zərər dəymişdir. xx.xx.2023-cü il tarixində cəzanın baş verməsinə səbəb olan hər iki avtomobil də "xxxx" ASC tərəfindən icbari sığorta ilə sığortalandığından iddiaçının avtomobilinə hər iki yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər birlikdə xx.xx.2023-cü il tarixli hesabatla qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə etdiyi zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan da aydın olduğu kimi cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus olan **-GZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes e-200” markalı avtomobilə ümumilikdə 6047 manat məbləğində zərər dəymişdir. Həmin zərər məbləğindən "xxxx" ASC tərəfindən - 29.2023-cü il tarixində Cavabdeh2 təqsiri nəticəsində baş vermiş qəza nəticəsində iddiaçının avtomobilinə dəymiş zərər 1348 manat hesablanmaqla həmin məbləğdən 558,99 manat, xx.xx.2023-cü il tarixində baş vermiş qəzaya görə isə Cavabdeh1 icbari sığortası hesabına 694,59 manat, Cavabdeh3 icbari sığortası hesabına 618,46 manat olmaqla ümumilikdə 1872,04 manat məbləğində vəsait iddiaçıya ödənilmişdir. Lakin hər iki qəzanın zəncirvari xarakterindən dolayı yerdə qalan 4174,96 manat məbləğində avtomobilinə dəymiş zərər iddiaçıya ödənilməmişdir. Belə olan halda xx.xx.2023-cü il tarixində baş vermiş qəza nəticəsində iddiaçının avtomobilinə dəymiş zərər ümumilikdə 1348 manat məbləğində qiymətləndirilidiyindən və həmin zərərə görə təqsirkarın icbari sığortası tərəfindən iddiaçıya 558,99 manat ödənildiyindən yerdə qalan 789,01 manat Cavabdeh2 tutulmalıdır. xx.xx.2023-cü il tarixində baş vermiş qəza nəticəsində isə avtomobilinə dəymiş ümumi zərərdən 1348 manat çıxıldıqdan sonra qalan 4699 manat məbləğində zərər hər iki təqsirkar arasında müştərək qaydada bölünməlidir. Bu zaman Cavabdeh1 ödəməli olduğu 2349,5 manat məbləğində vəsaitin 694,59 manatı icbari sığorta tərəfindən ödənildiyindən ondan yerdə qalan 1654,91 manat vəsait, Cavabdeh3 ödəməli olduğu 2349,5 manatın isə 618,46 manatı sığorta tərəfindən ödənildiyindən ondan yerdə qalan 1731,04 manat pul əsaiti tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, yuxarıda qeyd edilən nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olduğundan xx.xx.2023-cü il tarixindən indiyədək keçən təxminən 4 aylıq müddət ərzində əldən çıxmış fayda qismində 3000 manat məbləğində gəlirdən məhrum olmuş, eləcə də gündəlik nəqliyyat ehtiyaclarını qarşılamaq üçün əlavə xərcləri yaranmışdır. Qeyd olunanlara əsasən hesab edilir ki, Cavabdeh2 təqsiri ucbatından iddiaçının avtomobilinə dəymiş 1348 manat məbləğində zərərə görə ondan sığorta tərəfindən ödənilməmiş 789,01 manat məbləğində, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 təqsiri ucbatından avtomobilinə dəymiş 4699 manat məbləğində zərərə görə isə Cavabdeh1 sığorta tərəfindən ödənilməmiş 1654,91 manat, Cavabdeh3 isə sığorta tərəfindən ödənilməmiş 1731,04 manat məbləğində, həmçinin nəqliyyat vasitəsinin qeyri-işlək vəziyyətdə olduğu bütün müddət ərzində əldən çıxmış fayda qismində, eləcə də yaranmış əlavə xərclərə görə ümumilikdə 3000 manat məbləğində pul vəsaiti cavabdehlər arasında müştərək qaydada bölünməklə hər birindən 1000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, cavabdehlərin təqsiri ucbatından iddiaçıya dəymiş maddi zərərin və əldən çıxmış faydanın kompensasiya edilməsi üçün Cavabdeh2 1789,01 manat, Cavabdeh1 2654,91 manat, Cavabdeh3 isə 2731,04 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdeh2 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edib ki, xx.xx.2023-cü il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə və M.Xiyabani küçələrinin kəsişdiyi ərazidə onun idarə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobillə yol hərəkəti qaydalarının pozulması ilə baş vermiş avtonəqliyyat qəzası nəticəsində iddiaçıya məxsus **-GZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes e-200” markalı avtomobilə 1348 manat zərər dəymişdir. Həmin zərərin 558.99 manatı sığorta şirkəti tərəfindən İddiaçı ödənilmişdir. İddiaçı həmçinin bildirib ki, 4 aylıq müddət ərzində taksi fəaliyyəti ilə məşğul ola bilmədiyindən əldən çıxmış fayda qismində və yaranmış əlavə xərclər üçün o 3000 manat məbləğində gəlirdən məhrum olmuşdur. İddiaçı məhkəmədən xahiş etmişdir ki, dəymiş maddi zərərin və əldən çıxmış faydanın kompensasiya edilməsi üçün onun tərəfindən 1789.01 manat vəsait tutularaq ona ödənilsin. İddia ərizəsi tamamilə əsassızdır və iddia təmin edilməməlidir. İddiaçı məhkəməyə iddiasını əsaslı edən heç bir sübut təqdim etməyib. İddiaçı iddia edir ki, xx.xx.2023-cü il tarixdə baş verən avtomobil qəzası onun təqsiri ucbatından baş vermişdir. Lakin o, bu iddianı qəbul etmir. Belə ki, o özü Xətai rayonu 3 saylı uşaq evindən məzun olmuşdur. Valideyinlərini uşaq yaşlarından itirmişdir. Hal-hazırda ailəlidir, 2 körpə qız övladı var. Həyat şəraitinin ağırlığından dolayı o, taksi fəaliyyəti ilə məşğul olurdu. Yoldaşı müəllimə olsa da, analıq məzuniyyətindədir, ailəsinə heç yerdən (40 AZN analıq pulu istisna), heç kimdən pul gəlmir, aztəminatlı ailədirlər. Bu hadisədən qabaq uzun müddət idi ki, o, taksi işləyirdi və az da olsa evinin təminatlarını ödəyə bilirdi. Maşın oan aid deyildi, tanışın idi ki, o da həmin maşınları taksi parkında həm arendaya verir və işlədirdi. Onun sıxıntıda olduğunu biləndə ona arendaya maşın verirdi. Həmin hadisədən sonra isə o maşın sürə bilmir. Gündəlik fəhlə işlərinə gedir və bu da hər gün olmur. Ailəsi ilə çox çətin şəraitdə çatışmamazlıqlar içində yaşayırlar. Xahiş edir ki, bunlar nəzərə alınsın. Həmçinin, qarşı tərəf iddia edir ki, o, taksi fəaliyyəti ilə məşğul olur və avtomobili yararsız vəziyyətdə olduğundan 4 aydır ki, işləmir. Lakin iddiaçı onun taksi fəaliyyəti ilə məşğul olmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Habelı iddiaçı qeyd edir ki, bu müddət ərzində onun əlavə xərcləri yaranmışdır. Lakin burda yaranmış əlavə xərclər dedikdə nəyin nəzərdə tutulduğu qeyri-müəyyən olmaqla yanaşı, iddiaçı yaranmış xərcin necə hesablandığı, onların hesablanması barədə sübut da təqdim etməmişdir.Yuxarıdakılara əsaslanaraq İddiaçı ona qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, Cavabdeh2 idarə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobil xx.xx.2023-cü il tarixdə ona məxsus **-GZ-*** dövlət qeydiyyat nişanlı “Mercedes e-200” markalı, yolun kənarında parklanmış vəziyyətdə olan avtomobilə çıpılmış, nəticədə onun avtomobili də daxil olmaqla 5 avtomobilə ziyan dəymişdir Bundan sonra cavabdehin avtomobilini icbari sığorta edən "xxxx" ASC-nın əməkdaşları avtomobilə baxış keçirmişdir. Həmin gün o, avtomobili orada qoyub getmişdir. Lakin səhəri gün ona məlum olmuşdur ki, Cavabdeh1 idarə etdiyi **-AT-*** dövlət qeydiyyat nişanlı, “BMW 528İ” markalı nəqliyyat vasitəsi ilə Cavabdeh3 idarə etdiyi **-EL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 200” markalı avtomobilin toqquşması nəticəsində idarəetmədən çıxan avtomobillər onun yolun kənarında dayanmış avtomobilinə dəyərək yenidən zəncirvari qəzanın baş verməsinə səbəb olmuşlar. Bundan sonra cavabdehlərin hər üçünün avtomobilini sığorta edən “Paşa Sığorta" ASC tərəfindən avtomobilinə baxış keçirilmiş və ona ümumilikdə 6047 manat ziyan vuruluması müəyyən edilmişdir. Daha sonra ona sığorta şirkəti tərəfindən ümumilikdə 1872,04 manat ziyan ödənilmişdir. Yerdə qalan məbləği isə cavabdehlər ödəməkdən imtina edir. Ona görə də o, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək bildirmişdir ki, ilkin qəzanı o törətmiş və iddiaçıya həmin qəza nəticəsində maddi ziyan dəymişdir. Həmin hissədə iddianı qəbul edir. Lakin həmin məbləği tam şəkildə ödəməyə onun maddi imkanı çatmır. Hazırda işsizdir. Bunu nəzərə alaraq, ziyanın ona düşən hissəsini hissə-hissə ödəməyinə şərait yaradılmasını məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 idarə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobil İddiaçı məxsus **-GZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes e-200” markalı nəqliyyat vasitəsinə çırpılmış və nəticədə təqsirkarın avtomobili daxil olmaqla 5 avtomobilə ziyan dəymişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh1 idarə etdiyi **-AT-*** dövlət qeydiyyat nişanlı, “BMW 528i” markalı nəqliyyat vasitəsi ilə Cavabdeh3 idarə etdiyi **-EL- *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 200” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari qəza baş vermiş, nəticədə iddiaçıya məxsus avtomobil daxil olmaqla 8 avtomobilə zərər dəymişdir. Avtomobilinə dəymiş zərər hesablanmış, qüsur aktına əsasən zərərin miqdarı 6047 manat təşkil etmiş və buna dair akt tərtib edilmişdir. Hazırda iddiaçı ona dəymiş maddi zərərin və əldən çıxmış faydanın kompensasiya edilməsi üçün Cavabdeh2 1789,01 manat, Cavabdeh1 2654,91 manat, Cavabdeh3 2731,04 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsini tələb edir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın surətindən görünür ki, “Mercedes Benz E220” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş, avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 6047 manat vəsait hesablanmışdır. 10.Mülki işin materiallarında olan AC № 214874 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-GZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E200” minik markalı nəqliyyat vasitəsi İddiaçı məxsusdur. 11.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixində, saat 17:45-də Cavabdeh3 “Mercedes Benz 200” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, nəticədə barəsində 80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. 12.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixində, saat 10:30-da Cavabdeh2 “Toyota Prius” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, nəticədə barəsində 80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. 13.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixində, saat 17:45-də Cavabdeh1 “BMW 528i” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, nəticədə barəsində 80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. 14.Mülki işin materiallarında olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, xx.xx.2023cü il tarixdə 618,46 AZN, xx.xx.2023-cü il tarixdə 694,59 AZN, xx.xx.2023-cü il tarixdə 558,99 AZN ödənişlər həyata keçirilmişdir. 15.Mülki işin materiallarında olan xx.xx.2005-ci il tarixli, AA128543 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1975-ci il tarixində Xankəndi şəhərində doğulmuş, yaşayış yeri Xocalı rayonu olmuşdur. 16.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2186 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş "xxxx" ASC-nin tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı “Mercedes Benz E220” minik markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6005,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatına digər avtomobillərin qüsur aktı təqdim edilmədiyindən, həmin avtomobillər üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 17.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 18.Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. 19.Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 20.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. 22.“İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. 23.Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. 24.Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 25.Həmin Qanunun 56.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat sığrtalanır. 26.Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinin sığorta hadisəsi hesab olunması və həmçinin baş vermiş hər iki yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə vurulmuş ziyan məbləği ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur (hadiəsinin iki dəfə olması, hər iki hadisədə sığorta şirkətinin eyni olması). İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli Hesabatdan göründüyü kimi hər iki yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş ziyanın ümumi məbləği 6047 manat məbləğində qiymətləndirilmişdir. 27.Məhkəmə tərəfindən işin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə hazırki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə təqdim edilən Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2024-cü il tarixli rəyi əsasında isə iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş ziyanın ümumi məbləğinin 6005 manat məbləğində olduğu müəyyən edilmişdir. 28.Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 29.Hazırki iş üzrə təyin edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsasında iddiaçının mülkiyyətində olan “Mercedes Benz E220” minik markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6005 manat müəyyən edilsə də, həmin məbləğ təxmini olduğundan məhkəmə iddiaçının mənafeyini üstün tutaraq hazırki iş üzrə ekspert rəyini yox, "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli hesabatı əsaslı sübut hesab edir (hansı ki, həmin hesabat əsasında müəyyən edilən məbləğlər iddiaçı və cavabdehlər tərəfindən mübahisələndirilməmişdir). Bundan əlavə isə həmin rəydəki məbləğin az göstərilməsində səbəb işçi pulları olmuşdur ki, bunun nə səbəbdən az olması da əsaslandırılmamışdır. 30.Məhkəmə vurulmuş maddi ziyanın əvəzinin cavabdehlərdən müştərək qaydada tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının avtomobilinə Cavabdeh2 tərəfindən 1348 manat məbləğində, digər cavabdehlər Cavabdeh1 və X2 tərəfindən isə ümumilikdə 4699 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin, müəyyən edildi ki, hər iki hadisə baş verdikdən sonra "xxxx" ASC tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə Cavabdeh2 törətdiyi hadisəyə görə 558,99 manat, xx.xx.2023-cü il tarixdə Cavabdeh3 törətdiyi hadisəyə görə 618,46 manat və daha sonra xx.xx.2023-cü il tarixdə isə digər Cavabdeh1 törətdiyi hadisəyə görə isə 694,59 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Odur ki, iddiaçının avtomobilinə dəyən ziyan məbləğindən "xxxx" ASC tərəfindən ödənilən sığorta ödənişləri çıxılmaqla yerdə qalan ödənilməmiş məbləğ, yəni Cavabdeh2 789,01 manat, Cavabdeh1 1654,91 manat və Cavabdeh3 isə 1731,04 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. 31.Məhkəmə daha sonra iddia tələbinin əldən çıxmış fayda üçün cavabdehlərin hər birindən ayrı-ayrılıqda 1000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə tələb əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı mülkiyyətində olan avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olduğunu və hadisə nəticəsində ziyan vurulduqdan sonra keçən 4 ay ərzində gəlirlərdən məhrum olduğunu, eləcə də gündəlik nəqliyyat ehtiyaclarını qarşılamaq üçün əlavə xərclər çəkdiyini iddia etsə də, həmin halları təsdiq edə bilən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. 32.Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 33.Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 34.Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 35.«Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) 36.Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) 37.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus “Mercedes e-200” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi kimi Cavabdeh2 789,01 AZN (yeddi yüz səksən doqquz manat, bir qəpik), Cavabdeh1 1654,91 AZN (min altı yüz əlli dörd manat, doxsan bir qəpik) və Cavabdeh3 isə 1731,04 AZN (min yeddi yüz otuz bir manat, dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. 38.Bundan başqa, Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 39.Hazırki iş üzrə keçirilmiş iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri iddianın təmin edilən hissəsinə mütənasib olaraq 50 AZN-nin (əlli manat) 15 AZN-ni (on beş manat) Cavabdeh2, 18,50 AZN-ni (on səkkiz manat, əlli qəpik) Cavabdeh1, 16,50 AZN-i (on altı manat, əlli qəpik) isə Cavabdeh3 tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. 40.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 41.Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 42.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 43.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 44.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 45.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 46.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan «Mercedes Benz E200» minik markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi kimi Cavabdeh2 789,01 (yeddi yüz səksən doqquz manat, bir qəpik) manat, Cavabdeh1 1654,91 (min altı yüz əlli dörd manat, doxsan bir qəpik) manat və Cavabdeh3 isə 1731,04 (min yeddi yüz otuz bir manat, dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN-nin (əlli manat) 15 AZN-ni (on beş manat) Cavabdeh2, 18,50 AZN-ni (on səkkiz manat, əlli qəpik) Cavabdeh1, 16,50 AZN-i (on altı manat, əlli qəpik) isə Cavabdeh3 tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1130/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1130/2024
24.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver