Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-115/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" X4 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borc öhdəliyinin silinməsi və bununla bağlı reyestrdə müvafiq düzəlişin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" X4 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borc öhdəliyinin silinməsi və bununla bağlı reyestrdə müvafiq düzəlişin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə ləğv prosesində olan QSC "xxxx" KB arasında bağlanılmış xx.xx.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə qaytarılmaq şərtilə 300.000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq girov əmlak qoyulmuşdur. Kredit müqaviləsi üzrə məbləği tam ödədiyindən qoyulmuş əmlak girovdan azad edilmişdir. Lakin 15 il keçdikdən sonra onun telefonuna sms göndərilərək qeyd edilmişdir ki, “xx.xx.2023-cü il tarixinə xx.xx.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsi üzrə ləğv prosesində olan Ləğv Prosesində olan QSC "xxxx" KB qarşısında 156.606,84 manat məbləğində faiz borc öhdəliyi mövcuddur”. Bildirilir ki, onun bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Onun hər hansı öhdəliyi olmuş olsaydı, əmlak girovdan azad edilə bilməzdi. Ona görə də ona göndərilmiş sms əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edilir ki, cavabdeh Ləğv Prosesində olan QSC "xxxx" KB ondan ödədiyi məbləği təkrarən tələb edə bilməz. Kredit müqaviləsi üzrə bütün ödənişlər tam şəkildə edildiyini təsdiq edən sənədlər, əmlakın girovdan azad edilməsinə dair sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməlidir. Qeyd edilənlərə əsasən xx.xx.2023-cü il tarixinə xx.xx.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsi üzrə ləğv prosesində olan Ləğv Prosesində olan QSC "xxxx" KB qarşısında 156.606,84 manat məbləğində faiz borc tələbinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 3.Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, xx.xx.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsi üzrə adına hesablanmış borcun silinməsi və borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə göndərilməsi öhdəliyinin cavabdeh olan Ləğv Prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə LPO "xxxx" KB QSC arasında xx.xx.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasənda Bank tərəfindən iddiaçıya 36 ay müddətinə 300.000 manat məbləğində kredit verilmişdir. Hazırda iddiaçı Banka borcunun olmadığını iddia edərək, Bank tərəfindən tələb edilən borc məbləğinin silinməsini və borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə göndərilməsi öhdəliyinin cavabdeh olan Ləğv Prosesində olan QSC "xxxx" KB-nin üzərinə qoyulmasını tələb edir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan QSC "xxxx" KB ilə İddiaçı arasında bağlanan 23 avqust 2007-ci il tarixli, ********** nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən borcalana 36 ay müddətinə illik 18% dərəcəsi ilə 300.000 manat məbləğində kredit verilmiş, borcalan isə bu müqavilə ilə müəyyən edilmiş məbləğdə kredit üzrə pul vəsaitlərini qəbul etməyi və həmin kreditə görə faizlər ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə kreditin təminatı borcalan tərəfindən girovla yüklü edilən əmlakdır. 9.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 9/4959 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, İddiaçı ilə "xxxx" KB QSC arasında bağlanmış ********** saylı, xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2010-cu il tarixə əsas borc üzrə 230.878,63 manat, faiz borcu üzrə 19.624,68 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 0,00 manat, faiz borcu üzrə 503,32 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. 10.Mülki işin materiallarında olan QSC "xxxx" KB tərəfindən verilən xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 500 manat məbləğində pul vəsaiti Banka ödənilmişdir. 11.Mülki işin materiallarında olan QSC "xxxx" KB tərəfindən verilən xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 4 manat məbləğində pul vəsaiti Banka ödənilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 13.Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 14.Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 15.Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 16.Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 17.Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi kimi ********** saylı, xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə həqiqətən də Banka borcunun olub-olmaması məsələsinin aydınlaşdırılması məqsədilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli, 9/4959 nömrəli ekspert rəyi əsasında müəyyən edilmişdir ki, iddiaçının Banka ödənilməyən 503,32 manat məbləğində faiz borcu mövcuddur. Eyni zamanda müəyyən edilmişdir ki, bundan sonra mülki iş üzrə məhkəmə araşdırması dövründə iddiaçı tərəfindən Banka borclu qaldığı 503,32 manat məbləğində faiz borcu tam şəkildə Banka ödənilmişdir. Bunu iş materiallarında iddiaçı tərəfindən təqdim edilən mədaxil qəbzləri təsdiq edir. Göründüyü kimi hazırki vəziyyətdə iddiaçının cavabdeh Bank qarşısında heç bir borc öhdəliyi artıq mövcud deyildir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 18.Bundan başqa, "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. 19.“İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 20.Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. 21.Məhkəmə qeyd edir ki, ********** saylı, xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının aktiv olan ödəniş cədvəli üzrə adı siyahıda mövcud olduğundan onun adının Mərkəzi Kredit Reyetsrindən çıxarılması üçün borcunun olmaması barədə məlumatın Mərkəzi Kredit Reyetsrinə və "xxxx" MMC-yə göndərilməsi vəzifəsi cavabdeh LPO "xxxx" KB QSC-yə həvalə edilməlidir. 22.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ********** saylı, xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcu silinməli, həmin kredit müqaviləsi üzrə iddiaçının borcunun olmaması barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə və "xxxx" MMC-yə göndərilməsi vəzifəsi cavabdeh LPO "xxxx" KB QSC-nin üzərinə qoyulmalıdır. 23.Bundan başqa, Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 24.Hazırki iş üzrə iddia tələbi tam təmin edildiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdeh LPO "xxxx" KB QSC-dən (ləğvedicisi vasitəsi ilə) alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. 25.Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 27.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 28.Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ********** saylı, xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcu cavabdeh LPO "xxxx" KB QSC tərəfindən (ləğvedici vasitəsi ilə) silinsin və həmin kredit müqaviləsi üzrə iddiaçının borcunun olmaması barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə və "xxxx" MMC-yə göndərilməsi vəzifəsi cavabdeh LPO "xxxx" KB QSC-nin üzərinə (ləğvedici vasitəsi ilə) qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdeh LPO "xxxx" KB QSC-dən (ləğvedicisi vasitəsi ilə) alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-115/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-115/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver