Məhkəmə qərarları › İş №2(006)-1160/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1160/2025

29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1160/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikah dövründə xx.xx.2009-cu ildə Şirəli Qasımlı və xx.xx.2010-cu ildə Nihad Qasımlı adlı uşaqları anadan olmuşlar. Ər-arvad münasibətləri pozulduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və azyaşlı uşaqlarının anasının yanında qalmaları müəyyən edilmişdir. İddiaçının mülkiyyətində Opel Astra markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. xx.xx.2022-ci il tarixdə həmin avtomobili Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 6A saylı evin qarşısında saxlayarkən gecə saat 04:55 radələrində Cavabdeh himayəsində olan azyaşlı övladları 14 yaşına çatmayan Şirəli Qasımlı və Nihad Qasımlı avtomobilin 4 ədəd təkərlərini qəsdən deşmiş, sol qarşı, arxa sağ, arxa və yan şüşələrini, qarşı sağ və arxa işıqlarının şüşələrini sındırmış, avtomobilin bel hissəsini əzmiş, avtomobilin sol toz olan tərəfində "Salam ata" və avtomobilin arxa tərəfinə isə "Şirəli" sözlərini yazmışlar. Bununla da onların qəsdən törətdiyi bu hərəkət nəticəsində iddiaçıya ziyan dəymişdir. Bu barədə Mingəçevir ŞPŞ-yə verdiyi şikayət əsasında araşdırılma aparılaraq avtomobilin iddiaçının övladları Şirəli və Nihad tərəfindən yararsız vəziyyətə salınması müəyyən edilmiş və avtomobilə 1615 manat dəyərində ziyan dəyməsi mütəxəssis aktı ilə təsdiq edilmişdir. 14 yaşına çatmayan cavabdehin himayəsində olan övladları tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə ziyanın onun valideyni Cavabdeh tərəfindən ödənilməsini tələb etsə də, cavabdeh ziyanı ödəməkdən imtina etmişdir. Hal-hazırda həmin ziyanın cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinə ehtiyacı var. Bundan əlavə, mütəxəssis rəyi alınması üçün 150 manat, dövlət rüsumunun ödənilməsi üçün 40 manat Cavabdeh alınıb iddiaçıya ödənilməlidir. Odur ki, qeyd edilənlərə əsasən Cavabdeh 14 yaşınadək olan yetkinlik yaşına çatmayan övladları tərəfindən törədilən mülki hüquq pozuntusu, yəni avtomobilin zədələnməsinə görə 1615 manat maddi ziyan, 190 manat mütəxəssis rəyi və dövlət rüsumu olmaqla cəmi 1805 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, ibtidai istintaq zamanı tədqiqatçı araşdırma apararaq sübut etmişdir ki, hadisə uşaqlar tərəfindən törədilmişdir. Mingəçevir Şəhər Məhkəməsi hakimi Ələkbər Hüseynov araşdırmaya, tədqiqatçının qərarına və digər materiallara baxaraq işin həqiqətən olduğu qənaətinə gəlmişdir və buna görə onun iddiasını təmin etmişdir. Amma cavabdeh Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmiş və nəticədə, cavabdehin şikayəti təmin edilmişdir. Videogörüntülərlə bağlı qeyd edir ki, uşaqları və nənələri ev aldığı torpağın sahibini təhqir etmişdir. Bunu ona torpağın sahibi zəng edərək bildirmişdir. Həmin evə qayıdarkən uşaqlarını və nənələrinin geri qayıtdığını görmüşdür. Səhəri gün isə avtomobilə xəsarət ilə bağlı olan videogörüntülərdə xarici görünüşcə uşaqlara bənzəyən (paltarları və s.) şəxslər görmüşdür. Yəni avtomobilə ziyan uşaqları tərəfindən törədilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə Şəki Apellyasiya Məhkəməsinin uşaqlar 14 yaşına çatmadıqları üçün qətnaməni ləğv etdiyini, köhnə işlərdə uşaqların məsuliyyətə cəlb olunmasını tələb etdiyini və onları cavabdeh olaraq qeyd etdiyini, Cavabdeh isə qanuni cavabdeh kimi iştirak etdiyini, hal-hazırki iddia tələbində isə Cavabdeh şəxs kimi qeyd etdiyini, hadisənin uşaqlar tərəfindən törədilməsinin tam şəkildə sübuta yetirildiyini qeyd etmişdir. 4.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən düzgün qərar verilmişdir. İddiaçı tərəfindən məhkəməyə videogörüntülər təqdim edilişdir. Lakin həmin görüntülərdə sadəcə kənardan 2 nəfər keçir. Onların onun övladları olduğu məlum deyildir. 5.Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan Mingəçevir regional ASAN xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 388626 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2024-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 24 nömrə ilə qeyd edilmişdir. 7.Mülki işin materiallarında olan İX-ЖГ seriyalı, 482554 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1984-cü il tarixdə doğulmuş, ata adı qrafasında X6 qeyd edilmişdir. 8.Mülki işin materiallarında olan AD seriyalı, 404474 nömrəli X1 Şəhadətnaməsinə əsasən 45BL665 qeydiyyat nişanlı, X15 markalı avtomobil X3 məxsusdur. 9.Mülki işin materiallarında olan 30 noyabr 2022-ci il tarixli Mingəçevir şəhər polis şöbəsinin TB-nin baş tədqiqatçısı, polis kapitanı tərəfindən qəbul edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən İddiaçı öz övladları, hal-hazırda isə keçmiç həyat yoldaşı Cavabdeh ilə yaşayan 2009-cu il təvəllüdlü X8 və 2010-cu il təvəllüdlü X9 xx.xx.2022-ci il tarixdə, saat 04:55 radələrində atası İddiaçı məxsus olan və yaşadığı evin qarşısında saxladığı avtomobilinin şüşələrini və başqa detallarını sındırıb, əzərək, ona cəmi 1615 manat maddi ziyan vurmuşlar. Sözügedən qərarla İddiaçı müraciəti əsasında toplanmış material üzrə, onun övladları X4 və X7 əməlində cinayət tərkibinin əlamətləri olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. 10.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən aprel 2023 tarixində aparılan qiymətləndirmə hesabatına əsasən X5 mülkiyyətində olan və etibarnamə əsasında İddiaçı istifadəsində olan Opel Astra markalı, **-BL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin dəyərinin müəyyən edilməsi üzrə xərc yanaşması metodundan istifadə etməklə aparılmış hesablamaların nəticəsinə uyğun olaraq 25 aprel 2023-cü il tarixinə bazar dəyəri 1869 AZN həcmində müəyyən edilmişdir. 11.Mülki işin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh Mingəçevir şəhər X11 Bölməsinin təhqiqatçısı Cavid Kərimovun 30 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından verdiyi şikayət rədd edilmişdir. 12.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 13.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən ekspertiza xərci olaraq 150 manat məbləğində pul ödənilmişdir. 14.Mülki işin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-1076/2023 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı X2 Cavabdeh ona məxsus avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 1869 manat məbləğində pulun, ödənilmiş 150 manat ekspertiza xərcinin, 40 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 300 manatın alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. 15.Mülki işin materiallarına əlavə edilən cd-disk. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 16.Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər 2007-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahdan Şirəli və Nihat adlı iki övladları olmuş, sonradan tərəflər arasında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulmuş və uşaqlar cavabdehin himayəsinə verilmişdir. 2022-ci il tarixdə iddiaçının atasına məxsus olan, etibarnamə əsasında iddiaçının istifadəsinə verilən X15 markalı, 45BL665 dövlət qeydiyyat nişanlı avtomobilə gecə saatlarında ziyan dəydiyi aşkar edilmişdir. Hazırda iddiaçı avtomobilə dəyən ziyanın onun uşaqları Şirəli və Nihat tərəfindən vurulduğunu iddia edərək, dəymiş ziyanın onların qanuni nümayəndəsi olan anaları, hazırki iş üzrə cavabdehdən tutulmasını tələb edir. 17.Cavabdeh tərəf isə hazırki mübahisəyə artıq daha əvvəl baxıldığını və yekun məhkəmə qərarının qəbul edildiyini bildirərək iddia tələbinin rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 18.Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 19.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 21.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 22.Məhkəmə tələblə bağlı qeyd edir ki, iddiaçı atasına məxsus, müvafiq etibarnamə əsasında öz istifadəsində olan “Opel Astra” minik markalı, 45BL665 dövlət qeydiyyat nişanlı avtomobilə övladları 2010-cu il təvəllüdlü Nihad Qasımlı və 2009-cu il təvəllüdlü Şirəli Qasımlı tərəfindən 2022-ci il tarixdə gecə saatlarında ziyan vurulduğunu iddia edərək onların qanuni nümayəndələri olan Cavabdeh tərəfindən ona vurulmuş ziyanın əvəzi olaraq 1615 manat məbləğində pulun ödənilməsini tələb etsə də, tələbini əsaslandıra biləcək sübutlarını məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı da həmin hallar aşkar edilməmişdir. Əksinə, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırki işlə bağlı məhkəməyə müraciət etməsinə səbəb olan mübahisəyə dair daha əvvəl məhkəmə çəkişməsi olmuş, qanuni qüvvəsini almış müvafiq məhkəmə qətnaməsi əsasında iddiaçı X2, yəni hazırki iş üzrə iddiaçının atasının cavabdehlər Nihad Qasımlı, Şirəli Qasımlı və Cavabdeh qarşı iddia tələbi tələb sübuta yetirilə bilmədiyi üçün rədd edilmişdir (Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-1076/2023 saylı qətnaməsi). Lakin buna baxmayaraq, İddiaçı hazırda eyni əsasla növbəti dəfə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi hazırki mübahisəyə daha əvvəl qanuni qüvvəsini almış yekun məhkəmə aktı ilə artıq hüquqi qiymət verilmişdir (tələbin əsaslılığına aid hissədə). Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən sübutetmə yükü iddiaçının üzərinə düşsə də, hazırda iddiaçı tələbini sübuta yetirə bilmədiyi üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-1076/2023 saylı qətnaməsi hazırki iş üzrə sübut növü kimi çıxış etməlidir. 23.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. 24.«Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) 25.Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. 26.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbi əsassız hesab edilməklə rədd edilməlidir. 27.Məhkəmə iddia tələbinin məhkəmə xərcləri hissəsinə isə münasibətdə qeyd edir ki, iddia tələbi əsas hissədə, yəni maddi ziyan hissəsində əsassız hesab edilərək rədd edildiyindən prosessual qənaət prinsipi nəzərə alınmaqla həmin hissələrdə də tələb rədd edilməlidir. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar