Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1198/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı 2021-ci ilin fevral ayında şifahi borc müqaviləsi əsasında razılaşıb alıb ödəməli olduğu 9500 (doqquz min beş yüz) manat əsas borcun, müqavilə öhdəliyi üzrə ödəməkdən yayındığı müddətdə, 380 (üç yüz səksən) manat əldən çıxmış fayda məbləğinin, dövlət rüsumu olaraq ödənilmiş 120 manatın, cəmi olaraq 10000 (on min) manat pul məbləğinin Cavabdeh alınıb İddiaçı ödənilməsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2020-ci ilin noyabr ayında şəxsi münasibətlər zəminində tanış olduqdan sonra etimadını qazanması səbəbindən Bakı şəhəri 39 saylı notariat ofisində 14 yanvar 2021-ci ildə kredit müqaviləsini rəsmiləşdirib, 30 aprel 2021-ci ildə geri qaytaracağı şərti ilə ona 6900 (altı min doqquz yüz) manat pul verib. Göstərilən məbləğdən 1000 (bir min) manatı az müddətdən sonra qaytaran cavabdeh həmin ilin fevral ayının əvvəllərində iddiaçı ilə görüşərək borc verilən puldan əlavə 10000 manat da verməsini israrla xahiş etmişdir. İlkin verilən 6900 manatdan 1000 manatı az müddətdə qaytardığına görə, daimi yaşadığı ünvanı və işlədiyi iş yerini dəqiq bildiyi üçün növbəti dəfə ona etimadını nümayiş etdirib istədiyi yeni borc məbləğini cavabdehə verəcəyini bildirmişdir. Ertəsi gün iddiaçı iş növbəsində olduğu üçün 9500 (doqquz min beş yüz) manatı cavabdehə çatdırması üçün yeznəsi X1 vermişdir. X2 qeyd olunan məbləği Bilgəh qəsəbəsində yerləşən “Bilgəh” restoranının qarşısında Cavabdeh təhvil vermiş, daha sonra Cavabdeh iddiaçıya zəng edərək pulu aldığını və təşəkkürünü bildirmişdir. Borcun verilməsindən 24 aya yaxın keçən müddətdə hər ay cavabdehdən 9500 manat pul məbləğini tələb etdikdə az müddətdə pulu qaytaracağını vəd etməsinə baxmayaraq, müxtəlif bəhanələrlə onu qaytarmaqdan yayınmışdır. Bununla da iddiaçıya xeyli miqdarda zərər vurmuşdur. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh tələb olunan iddianı qəbul etdiyini, belə ki, pulu borc məqsədilə aldığını və tezliklə ödəyəcəyini bildirdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının və cavabdehin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı ona qarşı 9500 manat əsas pul, 380 manat əldən çıxmış fayda, 120 manat dövlət rüsumunun ümumilikdə 10000 manat məbləğində iddia tələbini tam şəkildə qəbul etmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı tərəflərin izahatları əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh 9500 (doqquz min beş yüz) manat məbləğində borc pul vermiş və cavabdeh həmin məbləğdə pulu təhvil alaraq qısa zamanda qaytaracağını bildirmişdir. Lakin iddiaçı dəfələrlə cavabdehdən borcu qaytarmasını tələb etsə də, cavabdeh borcunu qaytarmamışdır. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9500 manat məbləğində əsas borcun, 380 manat məbləğində əldən çıxmış faydanın və 120 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh isə məhkəmənin hazırlıq iclasında bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edərək, iddia tələbini tam şəkildə qəbul etdiyini bildirmişdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələb əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin halları əsasında müəyyən edilir ki, cavabdeh qısa müddət ərzində geri qaytarmaq şərtilə iddiaçıdan borc pul almış, lakin aldığı pulu geri qaytara bilməmişdir. Bununla da iddiaçıya maddi ziyan dəymişdir. Buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Cavabdeh isə bu barədə yazılı ərizə verməklə iddianı etiraf etmiş, məhkəmə etirafı araşdıraraq belə qənaətə gəlmişdir ki, cavabdehin iddianı qəbul etməsinə dair etirafında qanunazidd və ya başqa şəxslərin maraqlarına toxunan hal aşkar edilmədiyindən, etiraf qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 9500 (doqquz min beş yüz) manat əsas borc, 380 (üç yüz səksən) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 9880 (doqquz min səkkiz yüz səksən) manat pul və ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9500 (doqquz min beş yüz) manat əsas borc, 380 (üç yüz səksən) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 9880 (doqquz min doqquz yüz səksən) manat pul və ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1198/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1198/2023
10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver