Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1199/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "əmanətin və ona hesablanmış faizin qaytarılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "əmanətin və ona hesablanmış faizin qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2017-ci il tarixində “xxxx” ASC-nin “Gənclik” filialının direktoru vəzifəsində işləyən X3 ilə aralarında PTD 271081.002 saylı “Güvən” əmanət müqaviləsi bağlanmışdır. Bu müqavilə “xxxx” ASC-nin direktoru vəzifəsində işləyən Ə.Ramazanov tərəfindən imza ilə təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən 12 ay müddətinə illik 3 faiz dərəcə ilə ödəmək şərti əsasında iddiaçı tərəfindən Banka əmanət yatırımı olaraq 10000 (on min) ABŞ dolları məbləğində pul vəsaiti verildi. İddaçının Banka qoyduğu əmanətə görə 2018-ci və 2019-cu illər üçün faiz almışdır. Azərbaycan Respublikasının Mərkəzi X6 xx xxxxx 2020-ci il tarixli qərarı ilə “xxxx” ASC-nin bank fəaliyyəti üçün verilmiş lisenziya ləğv edilmişdir. Qorunan əmanətlər xx xxxx 2020-ci il tarixindən etibarən “xxxx” ASC-nin müvafiq filiallarından verildiyi üçün xx xxxx 2020-ci il tarixində Xətai filialına müraciət etdikdə, iddiaçının əmanət kimi banka qoyduğu 10000 ABŞ dolları pul vəsaitini ona qaytarmadılar. İddiaçıya səbəb olaraq bildirdilər ki, müqavilədə Bankın möhürü yoxdur. Halbuki, müqavilə Bankın direktoru vəzifəsində işləyən Ə.Ramazanov tərəfindən imza ilə təsdiq edilmişdir. Yuxarıda yazılı sübutlar əsasında qeyd edildiyi kimi iki il iddaçının Banka qoyduğu əmanətə görə faiz almışdır. İddiaçının əmanəti Bankın ümumi sistemində vardır. Bütün bu sübutlara baxmayaraq, qanunvericiliyin tələblərinə zidd olaraq əmanəti iddiaçıya qaytarmadılar. Buna görə də, iddiaçı İddiaçı “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etdi, lakin iddia ərizəsinin qəbul edilməzliyinə görə iddia rədd olundu. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(103)-7532 saylı qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması qərara alındı və iddiaçıya Əmanətlərin Sığortalanması Fonduna qarşı məhkəməyə müraciət olunması tövsiyə olundu. Bunun üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna müraciət etdikdə cavabdeh tərəfindən iddiaçıya heç bir problemin olmadığı və müqavilənin möhürlənib ona veriləcəyi bildirilmişdir. Bundan sonra isə əmanəti geri ala biləcəyi bildirilmişdir. Lakin, hər dəfə Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət etdikdə, ərizələr “xxxx” ASC-yə yönləndirilir. Halbuki, həmin bank ləğv prosesində olduğu üçün müqaviləni möhürləmək səlahiyyəti artıq yoxdur. Buna görə də, halhazırda PTD 271081.002 saylı “Güvən” əmanət müqaviləsi əsasında xx xxxxxxx 2017-ci il tarixində qoyulmuş və Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmış 10000 (on min) ABŞ dolları məbləğində əmanətin və ona hesablanmış 225 (iki yüz iyirmi beş) ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması zərurəti vardır. Göstərilənlərə əsasən iddiaçı tərəfindən PTD 271081.002 saylı “Güvən” əmanət müqaviləsi əsasında xx xxxxxxx 2017-ci il tarixində qoyulmuş və Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmış 10000 (on min) ABŞ dolları məbləğində əmanətin və ona hesablanmış 225 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan Respublikası manat məzənnəsinə uyğun hesablanaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, tərəfindən “xxxx” ASC-dən xx.xx.2019-cu il tarixli, ***-*******DKX291019-01 saylı müqavilə ilə 4800 ABŞ dolları məbləğində kredit götürülmüşdür və xx xxxxxx 2021-ci il tarixində cavabdeh Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət olunaraq, hesabında olan vəsaitinin bankda olan kredit borcuna yönəldilməsi xahiş olunmuşdur. Buna görə də, hal-hazırda 10000 ABŞ dolları məbləğindən kredit məbləğinin çıxılaraq, geri qalan hissəsinin Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona qaytarılması zərurəti vardır. Qeyd olunanlara əsasən tərəfindən PTD 271081.002 saylı “Güvən” əmanət müqaviləsi əsasında xx xxxxxxx 2017-ci il tarixində qoyulmuş 5200 ABŞ dolları məbləğində əmanətin və ona hesablanmış 225 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan Respublikası manat məzənnəsinə uyğun hesablanaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan “xxxx” ASC-nin “Gənclik” filialı ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, PTD.271081.002 saylı “güvən” əmanəti müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 10.000 ABŞ dolları) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin müddəti 12 aydır. Bank əmanətçiyə illik 3 % ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, “xxxx” ASC ilə əmanətçi İddiaçı arasında xx.xx.2017-ci il tarixli əmanət müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka illik 3% ödənilməsi şərti ilə yerləşdirmiş, sonradan “xxxx” ASC müflis elan olunmuş, yəni sığorta hadisəsi baş vermiş və hazırda iddiaçı (əmanətçi) banka qoyduğu əmanətin qorunan əmanətlərə aid olduğunu iddia edərək cavabdehdən əmanət məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini tələb edir. İddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatdan və işin materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Eyni Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Göstərilən Qanunun 8.1.20-ci maddəsinə əsasən X5 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2018-ci il tarixli Qərarına əsasən, X5 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X2 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Göründüyü kimi, bankla əmanətçi arasında illik 3% dərəcəsi nəzərdə tutulan əmanətin tam sığortalanması ilə əlaqədar müqavilə bağlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının 2017-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2017-ci il tarixli, PTD.271081.002 saylı bank əmanəti müqaviləsinə əsasən iddiaçının “xxxx” ASC-yə qoyduğu 5200 (beş min iki yüz) ABŞ dolları məbləğində əmanət və ona hesablanmalı olan 3% məbləğində, yəni 225 (iki yüz iyirmi beş) ABŞ dolları məbləğində kompensasiya məbləği olmaqla, cəmi 5425 (beş min dörd yüz iyirmi beş) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2017-ci il tarixli, PTD.271081.002 saylı bank əmanəti müqaviləsinə əsasən iddiaçının “xxxx” ASC-yə qoyduğu 5200 (beş min iki yüz) ABŞ dolları məbləğində əmanət və ona hesablanmalı olan 3% məbləğində, yəni 225 (iki yüz iyirmi beş) ABŞ dolları məbləğində kompensasiya məbləği olmaqla, cəmi 5425 (beş min dörd yüz iyirmi beş) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1199/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1199/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver