Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1217/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində tərəfindən "xxxx" ASC-nin Şamaxı rayon filialında 16.05.2019-cu il tarixdə TT**********9881000 saylı qəbzlə ödədiyi 1.000 manat cərimə pulunun, yəni ona dəymiş maddi zərərin və iş üzrə ödədiyi 30 manat dövlət rüsumunun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, barəsində Şamaxı Rayon Məhkəməsinin 1(074)-19/2019 saylı, 25.04.2019-cu il tarixli hökmü ilə X1 Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi, ona Azərbaycan Respublikası CM-nirı 308.1-ci maddəsi ilə 1000 manat cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı X4 cəzanın təyin edilməməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, onun, yəni X2 Azərbaycan Respublikası CM-nin 32.4, 313, 32.4, 308.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi, ona Azərbaycan Respublikası CM-nin 32.4, 308.1-ci maddəsi ilə 1000 manat cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 32.4, 313 və 320.2-ci maddələri ilə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı ona cəzanın təyin edilməməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə maddi sübutların "xxxx" ASC-nin Şamaxı fililanın adından onun adına verilmiş 16 yanvar 2017-ci il tarixli 08 saylı, 13 aprel 2017-ci il tarixli 52/2 saylı arayışların və həmin filialın adından onun adına verilmiş 13 aprel 2017-ci il tarixli hesabdan çıxarışın cinayət işinin materiallarında saxlanılması, iş üzrə keçirilmiş ekspertiza xərci olan 126 manat pul vəsaitinin X7 və ondan müştərək qaydada alınıb dövlət nəfinə verilməsi hökm edilmişdir. Hökm tam qanuni qüvvəsini almamış və icraya yönədilmiş, icra sənədi əsasında ondan cərimə kimi 1000 manat ödənilməsi təklif edilmiş və o da, həmin 1000 manat pulu Şamaxı YXO-ya 16.05.2019-cu il tarixdə ödəmişdir. Hökmdən narazı qalan iş üzrə digər tərəf X7 hökmdən apelyasiya şikayəti vermiş və apelyasiya şikayəti əsasında Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)-287/2019 saylı qərarı ilə müəyyən olunmuşdur ki, məhkəmə kollegiyası verilmiş apelyasiya şikayətinin dəllilərindən aslı olmayaraq belə qənaətə gəlir ki, X4 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ittihamdan xaric edildiyindən, onun üzərində də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1-ci maddəsi ittihamın qanunu əsası ola bilməz və ona münasibətdə də qeyd olunan maddə ittihamdan xaric edilməli və eyni zamanda ona 32.4.313-cü və 320.2-ci maddələri ilə verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsulliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar xitam verilməlidir. Həmin qərara əsasən X1 Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə, onun, yəni X2 Azərbaycan Respublikası CM-nin 32.4, 313, 32.4, 308.1 və 320.2-ci maddələri ilə məhkum edilmələrinə dair Şamaxı Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli hökmünün ləğv edilməsi, X4 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinin xaric edilməsi, X1 əməlinin Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə tövsif edilməsi, X4 Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar barəsində olan cinayət işinin icraatına xitam verilməsi, ona, yəni X5 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.4, 308.1-ci maddəsinin xaric edilməsi, onun əməlinin Azərbaycan Respublikası CM-nin 32.4, 313 və 320.2-ci maddələri ilə tövsif edilməsi, ona Azərbaycan Respublikası CM-nin 32., 313 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar barəsində olan cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. Yəni barəsində 308.1-ci maddə ilə Şamaxı Rayon Məhkəməsinin hökmü ilə cərimə cəzası təyin edilsə də, Sumqayıt Apelyasiya Məhkəməsinin sözügedən qərarı ilə 308.1-ci maddə ittihamdan xaric olunmuş və törətdiyi əməl 313-cü maddəyə tövsif edilmişdir. Həmin rüsumun geri qaytarılmasını Şamaxı rayon İcra və probasiya şöbəsindən xahiş etsə də, həmin orqan Sumqayıt Apelyasiya Məhkəməsinin qərarında rüsumun geri qaytarılmalı olduğu barədə izah verilməməsini əsas gətirərək, rüsumun geri alınması üçün məhkəməyə müraciət edilməsini izah etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 1(074)-19/2019 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 32.4, 313, 32.4, 308.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 32.4, 308.1-ci maddəsi ilə 1.000 manat cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 32.4, 313-cü və 320.2ci maddələri ilə CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı İddiaçı cəzanın təyin edilməməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Yuxarıda qeyd edilən hökmdən digər təqsirləndirilən şəxs X7 tərəfindən apelyasiya şikayəti verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 22 avqust 2019-cu il tarixli, 1(105)-287/2019 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 32.4, 313, 32.4, 308.1 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair Şamaxı Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli hökmünün ləğv edilməsi, İddiaçı verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.4, 308.1-ci maddəsinin xaric edilməsi, İddiaçı əməlinin Azərbaycan Respublikası CM-nin 32.4, 313 və 320.2-ci maddələrinə tövsif edilməsi, İddiaçı Azərbaycan Respublikası CM-nin 32.4, 313 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar barəsində olan cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərardan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X6 və E.Bədəlovun müdafiəçisi X3 tərəfindən kassasiya şikayətləri verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 18 mart 2020-ci il tarixli, 1(102)-101/2020 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 22 avqust 2019-cu il tarixli, 1(105)-287/2019 saylı qərarından verilmiş kassasiya şikayətlərinin geri qaytarılması qərara alınmışdır. 16.05.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hökmə əsasən təyin edilmiş cərimə cəzası üzrə 1.000 manat məbləğində pul vəsaiti ödənilmiş və ödəniş "xxxx" ASC-nin işçisinin imzası ilə təsdiq edilmişdir. İddiaçı Şamaxı rayon İcra və probasiya şöbəsinə ünvanladığı müraciətinə cavab olaraq 12 iyun 2020-ci il tarixli, 76166/5 saylı məktubla bildirilmişdir ki, məhkəmənin qəbul etdiyi qərarda onun ödəmiş olduğu cərimə məbləğinin geri qaytarılmasına dair heç bir göstəriş qeyd edilmədiyindən, sonuncuya 1.000 manat pul vəsaitinin qaytarılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı vurulmuş maddi zərərə görə 1.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı vurulmuş maddi zərərə görə 1.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1217/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1217/2022
16.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver