Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1235/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 11036 manat 55 qəik məbləğində pul vəsaitinin MMC-nə ödənilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməsi, hüquqlarının məhkəmə müdafiəsini təmin etmək üçün vəkilə ödənilmiş vəsait 500 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödəönilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, MMC ilə cavabdehin arasında bağlanmış 14 yanvar 2019-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh şirkətdə supervayzer vəzifəsində işləmişdir. Cavabdehin vəzifəsi şirkətin satışını həyata keçirdiyi malları şirkətin anbarından təhvil götürərək, mağazalara paylamaq və malların pullarını yığıb şirkətə təhvil verməkdən ibarət olmuşdur. Cavabdeh şirkətin 04 may 2020-ci il tarixli 043 saylı əmri ilə öz xahişinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin a yarımbəndinə uyğun olaraq işdən azad edilmiş və onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən aparılmış təhvil-təslim zamanı müəyyən edilmişdir ki, cavabdehin işlədiyi dövr ərzində şirkətə cəmi 14003,64 manat məbləğində borcu yaranmış, həmin borcun 1656 manat məbləğini (830 manat və 826 manat olmaqla iki dəfə) ödəmiş, lakin borcun 12347,64 manat hissəsi ödənilmədən qalmışdır. Bu barədə 21 may 2020-ci il tarixdə 38-20 nömrəli akt tərtib edilmiş və cavabdeh də həmin aktı imzalamışdır. Tərəflərindən 02 iyul 2020-ci il tarixdə xəbərdarlıq məktubu yazılmış və cavabdelə görüş zamanı bildirmişdir ki, hər ay ən azı 300 manat ödəniş edəcək və bu vaxt ərzində 1013 manat ödəniş edib, 198,09 manat məbləğində mal şəklində geri iadə olunmuşdur. Cavabdehin şəxsi 40 manat borcu vardır. Sonuncu ödənişi 02 sentyabr 2020ci il tarixdə 140 manat olub və bu günə qədər ödəniş etmir, telefon əlaqəsinə girmir. Borcunu 01 noyabr 2020-ci il tarixədək ödəməsi tələb olunsa da, o, həmin məktuba heç bir əhəmiyyət verməmiş və borcu hələ də ödəməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X1 iddianı müdafiyə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, İddiaçı MMC-də 2019-cu ildən işləyir. Əvvəl sürücü kimi fəaliyyət göstərib, hal-hazırda isə satış nümayəndəsi işləyir. İş üzrə cavabdeh olan Cavabdeh tanıyır. Onun bildiyinə görə Cavabdeh işlədiyi İddiaçı MMC-dən 04 may 2020-ci ildə öz xahişi ilə işdən çıxmışdır. O, mağazalardan pulları təhvil alanda bildirmişlər ki, onlarda heç bir borc qalmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Grokhotova Viktoriya bildirmişdir ki, o, 16 dekabr 1974-cü ildə Özbəkistan Respublikasında anadan olmuşdur. İddiaçı MMC-də 02 il 02 aydır ki, işləyir. Hal-hazırda da MMC-də işləyir. İş üzrə cavabdeh olan Cavabdeh tanıyır. Cavabdehlə MMC-də bir yerdə işləyib. Onun bildiyinə görə cavabdeh 2020-ci ilin may ayında işdən azad olunub. MMC tərəfindən ona 5 market təqdim edilmişdir. 2 market bankla, 3 market isə nağd pulla işləyir. Cavabdeh 319,20 manat pulu "xxxx" marketə verməli idi, lakin o, MMC-yə bununla bağlı heçnə bildirməmişdir. Cavabdeh ona söz vermişdir ki, 319,20 manat məbləğində pulu gəlib verəcəkdir, lakin bugünə qədər həmin məbləği qaytarmamışdır. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş 38-20 nömrəli aktdan görünür ki, şirkətdə satış təmsilçisi vəzifəsində çalışan Cavabdeh Cəbrayıl oğlu şirkətə 14003,64 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin ziyanın 1656 manat məbləğini (830 manat və 826 manat olmaqla 2 dəfə) ödəmişdir. Həmin ödəniş müvafiq mağazalar üzrə bölünmüşdür (Abşeron Mərdəkan-175 manat; Favorit Zaqülba- 785 manat; Moskva Ərzaqları-144 manat; Real Maştağa-345 manat; Zenit B.Səfəroğlu küçəsi- 90 manat; Buta Palace-72,91 manat; Ən ucuz market Sumqayıt-42,32 manat), 12347,64 manat məbləği isə ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Cavabdeh bu aktı öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi (kontraktı) bağlanmış və Cavabdeh 14 yanvar 2019-cu il tarixdən MMC-yə "xxxx" vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 23 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına Azərbaycan Respublikası ərazisində mülkiyyətində olan daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş “Məhkəmə xətşünaslıq ekspertizası” üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli 4/1292 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “ekspertizaya təqdim edilmiş, mülki işin 42-ci vərəqində İddiaçı MMC-yə məxsus 38-20 saylı 12347,64 manata dair aktda “satış təmsilçisi:” qrafasında “Cavabdeh” yazılarının qarşısındakı imza-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur”. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Beləliklə, iş materiallarından göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, cavabdeh "xxxx" kimi əldə etdiyi, 11.036,55 manat məbləğində pul vəsaitini MMC-yə təqdim etməmişdir. Tərəflərin arasında bağlanmış əmək müqaviləsinin 3.1-ci bəndinə görə, Cavabdeh rəhbərliyin tapşırıqlarına əməl etmək, üzərinə düşən işi məsuliyyətlə yerinə yetirib, cavabdehlik daşımaq, təyin olunmuş iş saatlarında iş yerində olmaq, üzürsüz səbəb olmadan işdən qalmamaq əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5.1 və 5.2-ci bəndlərinə əsasən, bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi, habelə mənəvi məsuliyyət daşıyır. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən ziyanın könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürür. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasındsa ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikası MM-nin 427, 439, 442, 448-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehdən icra edilməmiş öhdəliklərin icra edilməsi tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, “öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Eyni Məcəllənin 1096-cı maddəsinin 1 və 2-ci bəndlərinə görə, “mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.» Həmin Məcəllənin 1097.1-ci maddəsi tələb edir ki, «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir». Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin a bəndinə əsasən, “işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır» Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC cavabdehdən pul məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, cavabdeh öhdəliklərini lazımi qaydada icra etməmiş və onun iddiaçının qarşısında 11036,55 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11036,55 (on bir min otuz altı manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 242 (iki yüz qırx iki) manat məbləğində pul vəsaiti MPM-nin 124.1-ci maddəsinə əsasən, cavabdehdən tutularaq Dövlət büdcəsinə köçürülməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 11036,55 (on bir min otuz altı manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 242 (iki yüz qırx iki) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Dövlət büdcəsinə köçürülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Cavabdeh 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1235/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1235/2021
10.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver