Məhkəmə qərarları › İş №2(006)-1266/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1266/2023

01.02.2023 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1266/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, Kreditor Borclu qarşı “aliment ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasına” dair ərizəsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor Borclu qarşı “aliment ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasına” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyindən kreditora geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş məhkəmə əmrinin çıxarılmasına dair ərizədə kreditorun ünvanı qismində “ünvan 1araq isə “ünvan 2şdir. Lakin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Kreditor “ünvan 3 ünvanı üzrə, Borclu isə “Gəncə şəhəri, Kəpəz rayonu, U.Hacıbəyov küçəsi, ev 5, mənzil 27” ünvanı üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 277.1-ci maddəsinə əsasən, məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 278.4-cü maddəsinə əsasən, ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə kreditorun özünün və borclunun yaşayış yerinin Bakı şəhəri Nəsimi rayonunun ərazisində olmadığına görə hesab edir ki, ərizə geri qaytarılmalı, kreditora hazırki tələbi ilə bağlı özünün yaşayış yeri üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə, yaxud borclunun yaşayış yeri üzrə Gəncə Şəhər Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kreditor Borclu qarşı “aliment ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasına” dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Kreditora izah edilsin ki, o, hazırki tələbi ilə bağlı öz yaşayış yeri üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə, yaxud borclunun yaşayış yeri üzrə Gəncə Şəhər Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar