Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1278/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət üzrə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət üzrə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 5 əmanət müqaviləsi üzrə 408,110 (dörd yüz səkkiz min yüz on manat) məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, “xxxx”da xx.xx.2010-cu il tarixdə illik 15 faiz olmaqla 103.545 manat məbləğində, xx.xx.2011-ci il tarixdə illik 15 faiz olmaqla 70.845,93 manat məbləğində, xx.xx.2011-ci il tarixdə illik 15 faiz olmaqla 50.020,83 manat məbləğində, xx.xx.2011-ci il tarixdə 101.041,75 manat məbləğində illik 15 faiz olmaqla, xx.xx.2011-ci il tarixdə illik 15 faiz olmaqla 100.208,35 manat məbləğində əmanət müqavilələri bağlanmışdır. Qeyd olunan məbləğ üzrə pul tələbi kreditər tələb kimi qeydə alınmışdır. Hal-hazırda bank tərəfindən onun əmanəti üzrə ödənilməyən 408,100 manat məbləğində vəsait qalmışdır. Qeyd etmək istəyir ki, müqavilə bağlanarkən əmanətlər sığortalı olmuş, X2 sığorta haqqı ödənilmiş və Fondun yaranma tarixindən sonraya da təsadüf etmiş, qeyd olunan tarixlərdə illik maksimum faiz dərəcəsi manat əmanətləri üzrə 15 faiz olmuşdur. Onun tərəfindən isə qeyd olunan maksimum faiz dərəcəsini keçməyərək 12 %-lə yerləşdirilmişdir. Qeyd edilən müqavilələrin tələblərinə əsasən aralarında bağlanmış müqavilənin bitdiyi gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq edilməklə üzadılmış hesab olunur. Mərkəzi Bank tərəfindən “xxxx” ASC-nin bank kimi fəaliyyət göstərməsi lisenziyası ləğv edilmiş və KİV ilə elan edilmişdir. ADİF-ə əmanətlərin qaytarılması barədə rəsmi müraciət etmələrinə baxmayaraq əmanətin yalnız 30.000 manat hissəsi qaytarılmış geriya qalan məbləğ isə bugünədək tam ödənilməmişdir. Əgər bank bağlanmasa idi onun da “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun təsir dairəsinə düşəcəkdi və bu halın özü hal-hazırda onun hüquqlarını pozur. Müqavilələr üzrə əmanəti siğortalanmış, lakin bank ləğv olunduqdan sonra sığortlanmış əmanət üzrə ona Əmanətlərin Sığortalanması Fondu tərəfindən tam şəkildə kompensasiya ödənilməmişdir. Göstərilənlərə əsasən İddiaçı 5 əmanət müqaviləsi üzrə 408,110 (dörd yüz səkkiz min yüz on manat) məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək pandemiya ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya etiraz edərək bildirmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, “xxxx” ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 39 saylı depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 200.000 manat) 3***-***-**-**0006 saylı hesaba qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci maddəsinə əsasən müqavilənin müddəti 1 ildir. Bank əmanətçiyə illik 15 % ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2010-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən “xxxx” ASCnin 3***-***-**-**0013 saylı hesabına 27.500,00 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. “xxxx” ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 52 saylı depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 70.000 manat) 3***-***-**-**0006 saylı hesaba qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci maddəsinə əsasən müqavilənin müddəti 1 ildir. Bank əmanətçiyə illik 15 % ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2011-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən “xxxx” ASCnin 3***-***-**-**0013 saylı hesabına 70.000,00 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. “xxxx” ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 54 saylı depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 50.000 manat) 3***-***-**-**0006 saylı hesaba qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci maddəsinə əsasən müqavilənin müddəti 1 ildir. Bank əmanətçiyə illik 15 % ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2011-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən “xxxx” ASCnin 3***-***-**-**0013 saylı hesabına 50.000,00 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. “xxxx” ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 61 saylı depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 100.000 manat) 3***-***-**-**0006 saylı hesaba qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci maddəsinə əsasən müqavilənin müddəti 1 ildir. Bank əmanətçiyə illik 15 % ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2011-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən “xxxx” ASCnin 3***-***-**-**0013 saylı hesabına 100.000,00 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. “xxxx” ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 63 saylı depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 100.000 manat) 3***-***-**-**0006 saylı hesaba qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci maddəsinə əsasən müqavilənin müddəti 1 ildir. Bank əmanətçiyə illik 15 % ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2011-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən “xxxx” ASCnin 3***-***-**-**0013 saylı hesabına 100.000,00 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İddiaçı LPO “xxxx” ASC-də olan hesabından çıxarışlardan görünür ki, dövrün əvvəlinə nominal qalıq 101041,75 manat + 1250,74 manat + 47970,02 manat + 92950,65 manat + 70845,93 manat + 94051,35 manat = 408.110,44 manat təşkil edir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, «xxxx» ASC ilə əmanətçi İddiaçı arasında xx.xx.2010-ci il, xx.xx.2011-ci il, xx.xx.2011-ci il, xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli əmanət (depozit) müqavilələri bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka illik 15% ödənilməsi şərti ilə yerləşdirmişdir. Azərbaycan Respublikası Mərkəzi X6 qərarı ilə xx xxxx 2012-ci il tarixdən “xxxx” ASC–nin bank fəaliyyəti üçün verilmiş lisenziya ləğv edilmiş, həmçinin, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar bank barəsində iflas prosedurunun başlanması üçün xx xxxx 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmənin qərarı ilə xx xxxx 2012-ci il tarixdə banka ləğvedici təyin edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “xxxx” ASC-də sığorta hadisəsi günü xx xxxx 2012-ci il kimi müəyyən edilmişdir. X4 xx xxxx 2009-cu il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi x xxxxxx 2013-cü il tarixə qədər 15 % təşkil etmişdir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1 və 950.1-ci maddələrinin tələblərinə görə bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir; 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 4.1.4-cü maddəsinə əsasən Fond sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir; 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X4 xx xxxxxxxx 2016cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərarına əsasən banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. Eyni zamanda qeyd edilən qərara əsasən yeni müəyyən edilmiş faiz dərəcəsi xx xxxxxxxx 2016-cı il tarixinə qədər iştirakçı banklarda illik maksimum 15 faizlə milli valyutada qəbul edilmiş əmanətlərin də, xx xxxxxxxx 2016-cı il tarixindən etibarən qorunan əmanət hesab olunması və Fond tərəfindən sığortalanması üçün zəmin yaratmışdır. Məhkəmə tərəfindən araşdırılmış hallardan göründüyü kimi, “xxxx” ASC ilə əmanətçi İddiaçı arasında xx.xx.2010-ci il, xx.xx.2011-ci il, xx.xx.2011-ci il, xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixində bağlanmış müqavilələrə əsasən iddiaçı tərəfindən banka yerləşdirilmiş əmanət üzrə faiz dərəcəsi 15% həddində olmuş, bu da həmin dövr ərzində Respublika üzrə X4 sığortalı əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsinə dair xx xxxx 2009-cu il tarixli qərarına əsasən müəyyən edilmiş faiz həddindən artıq olmamışdır. Beləliklə müqavilələr bağlanan zaman mübahisə predmeti olan əmanət qorunan əmanət üzrə faiz dərəcələri əsas götürülməklə bankın əməliyyat sisteminə sığortalı əmanət kimi daxil edilmiş və həmin əmanətə görə Fonda təqvim haqları hesablanaraq ödənilmişdir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan əmanət bank əməliyyat sisteminə qorunan əmanət kimi cəlb edildiyindən iddiaçı əmanət üzrə kompensasiya tələb etməkdə haqlı olmuşdur. İş materiallarından həmçinin görünür ki, cavabdeh tərəfindən həmin dövr ərzində əmanəti qəbul etmiş Bankda tələbli əmanətlər üçün faiz dərəcəsinin qorunan əmanətlərə dair müəyyən edilmiş faiz dərəcəsindən artıq təşkil etdiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə görə cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Həmin Qanunun 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Beləliklə, “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” Qanunların tələblərinə və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X4 xx xxxxxxxx 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara əsasən, məhkəmə, "xxxx" ASC-nin xx.xx.2012-ci il tarixdən müflis elan edildiyini, yəni “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə uyğun olaraq sığorta hadisəsinin baş verdiyini, «xxxx» ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2010-ci il, xx.xx.2011-ci il, xx.xx.2011ci il, xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli əmanət müqavilələrinə əsasən yerləşdirilmiş əmanət üzrə faiz dərəcəsinin həmin əmanətin cəlb edildiyi dövr üçün qorunan hesab edilməsinə əsas verdiyini və bununla da tam sığortalı əmanət kateqoriyasına aid edilməli olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş tələblərə görə tam qorunan əmanətlərə aiddir, ona görə də iddia təmin edilməli, əmanət üzrə kompensasiya olaraq 408.110 manat məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, əmanət üzrə kompensasiya olaraq 408.110 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 408.140 manat məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119,1 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əmanət üzrə kompensasiya olaraq 408.110 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 408.140 manat məbləğində pul Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsi tələbinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1278/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1278/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver