Məhkəmə qərarları › İş №2(006)-1293/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1293/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1293/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsi, hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X8, iddiaçının və 3-cü şəxslərin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh firmasına və müstəqil tələb irəli sürən 3-cü şəxslər X9, X1rşı“öhdəliyin qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 blok C ünvanında yerləşən 9 saylı mənzilə məxsus binanın C blokunun zirzəmisində yerləşən, sahəsi 18 kv.m 1 ədəd avtomobil dayanacağının rəsmiləşdirilməsi (alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməsi) öhdəliyinin Cavabdeh firmasının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxslər X11 və X4 Cavabdeh firmasına qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 blok C ünvanında yerləşən sahəsi 18 kv.m 1 ədəd avtomobil dayanacağının onlara düşən hissədə 11333 manat dəyərini, 280 manat çəkilən məhkəmə xərclərini cavabdehdən alınıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə verərək, ünvan 1 blok C ünvanında yerləşən 9 saylı mənzilə məxsus binanın C blokunun zirzəmisində yerləşən sahəsi 18 kv.m 1 ədəd avtomobil dayanacağının rəsmiləşdirilməsi (Alqı-satqı Müqaviləsinin notarial qaydada təsdiq edilməsi) öhdəliyinin Cavabdeh firmasının üzərinə qoyulması və ya qeyd olunan ünvandakı binanın yaxınlığında yerləşən ərazidə sahəsi 18 kv.m 1 ədəd başqa avtomobil dayanacağının adlarına alıb rəsmiləşdirilməsi; 250 manat qiymətləndirməyə, 320 manat vəkilə ödənilən və 90 manat dövlət rüsumuna çəkilən məhkəmə xərclərinin cavabdehdən alınıb iddiaçı və üçüncü şəxslərə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 blok C ünvanında yerləşən, Cavabdeh firması tərəfindən inşa edilən binada 9 saylı mənzil və həmin mənzilə məxsus 1 ədəd avtomobil dayanacağı iddiaçının atası X12 tərəfindən alınmışdır. Qeyd olunan mənzil xx.xx.2008-ci il tarixdə MH0158790 saylı seriya nömrəsi ilə dövlət qeydiyyatına salınıb və bu barədə may 2019-cu il tarixdə mərhum atası X12 ilə cavabdeh arasında bağlanan müqaviləyə əsasən, yuxarıda qeyd olunan mənzilə məxsus və binanın C blokunun zirzəmisində yerləşən, sahəsi 18 kv.m 1 ədəd avtomobil dayanacağı atası tərəfindən alınıb və sonuncunun mülkiyyətinə verilmişdir. X12 xx xxxxxxx 2018-ci ildə vəfat etmiş və vərəsəliyin iddiaçı tərəfindən qəbul edilməsi faktı Azərbaycan Respublikası, Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən verilən 2V-12 reyestr nömrəli vərəsəlik şəhadətnaməsində öz əksini tapmışdır. Qeyd olunan sənədlərə əsasən, yuxarıda qeyd olunan ünvan 1 9 saylı ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətinə keçib və bununla bağlı xx.xx.2019-cu il tarixli ********** saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilib. xx xxx 2009-cu il tarixli müqaviləyə əsasən, cavabdeh ”Cavabdeh” firması ilə mərhum atası arasında Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay, 9 saylı mənzilə məxsus 18 kv.m sahəsi olan 1 ədəd yer avtomobil saxlanılması üçün dayanacaq satılmışdır. Lakin, satıcı daşınmaz əmlakın alqı-satqısı barədə müqaviləni notarial qaydada təsdiq etdirmədiyinə görə, bu günki gündə həmin yerə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışını almaq mümkün deyil. Bununla da iddiaçının mülkiyyət hüququ pozulur və atasından iddiaçıya miras qalan həmin yer üzrə iddiaçı sərəncam verə bilmir.xx.xx.2019-cu il tarixdə iddiaçı xəbərnaməli məktub ilə Cavabdeh firmasına müraciət edərək, mərhum atasından iddiaçıya miras qalan və hal-hazırda iddiaçıya məxsus olan ünvan 1 blok C ünvanında yerləşən 9 saylı mənzilə məxsus binanın C blokunun zirzəmisində yerləşən sahəsi 18 kv.m 1 ədəd avtomobil dayanacağının 10 gün ərzində iddiaçının mülkiyyətinə rəsmiləşdirilməsi barədə göstəriş verməklərini xahiş etmişdir. Lakin, bu günə kimi onlar tərəfindən iddiaçıya heç bir cavab verilməyərək, həmin yerin rəsmiləşdirilməsinin aparılmasından imtina edirlər. İlk dəfə məhkəməyə müraciət etdiyində məhkəmə tərəfindən verilən sorğular əsasında yeni hallar ortaya çıxdı. Belə ki, müəyyən olundu ki, ünvan 1 blok C ünvanında yerləşən, Cavabdeh firması tərəfindən inşa edilən binada 9 saylı mənzilə məxsus mübahisəli 1 ədəd avtomobil dayanacağı çox güman ki, başqa şəxsə satılıb. Belə ki, Reyestr Xidməti cavabından görünür ki, ünvan 1 C bloku, 3-cü girişdə yerləşən 612.8 kv.m sahədən ibarət qeyri yaşayış sahəsi – kürsü mərtəbəsi – mağaza 1 saylı DNK-nın 4Ə-02-184 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Möhnətov Aqil Azay oğluna özgəninkiləşdirilmişdir. Eyni zamanda ünvan 1 C bloku, 3-cü girişdə yerləşən 810.5 kv.m sahədən ibarət qeyri yaşayış sahəsi – yarımzirzəmi – mağaza 1 saylı DNK-nın 4Ə-02-185 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Möhnətov Aqil Azay oğluna özgəninkiləşdirilmişdir. Həmin alqı-satqı müqavilələri 2010-cu il tarixdə bağlanmışdır, yəni iddiaçıya avtomobil dayanacağı yer satılandan (2009) bir il sonra. Lakin, cavabdeh məhkəmə iclaslarına gəlmədiyinə görə və qeyd olunan binanın texniki pasportunu əldə edə bimədiyinə görə, iddiaçıya satılmış dayanacaq yerinin satılmış qeyriyaşayış sahəsinə aid olub olmaması barədə ekspertiza təyin etmək mümkün olmadi. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh firmasının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən 3-cü şəxslər X5 və X2 nümayəndəsi (vəkili) Vəkil verdiyi iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Azərbaycan RespublikasınınMPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təminedilməlidir. Beləki, iş materiallarında olanAzərbaycan RespublikasıDaşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsində istifadədə olan 0.23237 ha torpaq sahəsində yerləşən 28 nömrəli binada yerləşən 147.77 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 790 nömrəli reyestr kitabının 73720 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olanAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi, bina 28 mənzil 9 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx xxx 2019-cu ildə qeydiyyata alınmışdır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilir: “Mən, Bakı şəhəri, 13 saylı notariat ofisinin xüsusi notariusu, İradə Hüseynova, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2018-ci ildə vəfat etmiş, X10 vərəsələri, ünvan 3 ünvanında qeydiyyatda olan oğlu – İddiaçı, Moskva şəhəri Kirovoqradskaya küçəsi, ev 2,mən.263 ünvanında qeydiyyatda olan qızı – X4 və Moskva şəhəri Dibenko küçəsi, ev 6, korp. 1, mən. 205 ünvanında qeydiyyatda olan qızı – X6 və onlar bu miras əmlakdan hər biri 1/3 hissə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən, 790 nömrəli reyestr kitabının, 73720 nömrəli vərəqəsində, **********52-05301- 093016 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, xx.xx.2008-ci il tarixdə verilmiş çıxarışa və elektron informasiya sistemi vasitəsi ilə xx.xx.2019-cu il tarixdə əldə edilmiş daşınmaz Əmlakın təsviri, üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair ********** saylı arayışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi, ev 28 ünvanında yerləşən ümumi sahəsi 147.77 kv.m olan 3 (üç) otaqlı, 9 nömrəli mənzildən ibarətdir”. İş materiallarından görünür ki, Cavabdeh firması ilə X12 arasında xx xxx 2009-cu il tarixli 16 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən Bakı şəhəri, M.Qaçqay 747 məhəllədə inşa olunan binanın C blokununun zirzəmisində 9 saylı mənzilə məxsus 18 kv.m sahəsi olan 1 ədəd yer avtomobil saxlanması üçün R.Axundovun mülkiyyətinə verilmişdi. İş materiallarında olan Vİİİ-MY 640238 saylı ölüm haqqında şəhadətnaməninin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx xxxxxxx 2018-ci ildə vəfat etmişdir. İş materiallarında olan Vİİİ-MY 571105 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X12 və X7 xx.xx.1983-cü il təvəllüdlü İddiaçı valideynləridirlər. İş materiallarında olan “xxxxxxxx” MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, yuxarıda göstərilənlər və mütəxəssislər tərəfindən aparılan araşdırmalar, qiymətləndirmə prosesində tətbiq olunan metodologiyalar, beynəlxalq və yerli təcrübə, təhlil və hesablamalar nəticəsində müəyyən olundu ki, Bakı şəhəri, M.Qaşqay kuçəsi, 747-ci məhəllədə inşa olunmuş binanın C blokunun zirzəmisində 9 saylı mənzilə məxsus 18 kv.m-lik qarajın xx.xx.2020-ci il tarixinə olan bazar dəyəri: 17 000 (on yeddi min) manat təşkil edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxslərin mübahisələndirdiyi hallar onların məhkəməyə təqdim etdiyi sənədlərlə ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, iddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxslər ünvan 1 blok C ünvanında yerləşən 9 saylı mənzilə məxsus binanın C blokunun zirzəmisində yerləşən sahəsi 18 kv.m 1 ədəd avtomobil dayanacağına istifadə və sahiblik hüququnu əldə etmişdirlər. İddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxslər öhdəliyin cavabdehin üzərinə qoyulmasını və yaxud qeyd olunan ünvandakı binanın yaxınlığında yerləşən ərazidə sahəsi 18 kv.m 1 ədəd başqa avtomobil dayanacağının adlarına alıb rəsmiləşdirilməsinin təmin edilməsini tələb etməkdə haqlıdırlar. Eyni zamanda məhkəmə aşağıdakıları da qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdi. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarında qeyd olunur: «Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. MM-nin 178.8-ci maddəsinin məzmunundan göründüyü kimi, mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri---yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır. Bununla yanaşı, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17.2-ci maddəsinə müvafiq olaraq tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.5-ci maddəsində isə göstərilmişdir ki, bu Qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir. Bu mənada «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş qayda mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin mülkiyyət hüququnun tanınması tələbini gələcəkdə həyata keçirməsi üçün əlavə təminat kimi qəbul edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər». Bundan başqa, iddiaçı tərəfindən 250 manat qiymətləndirməyə, 320 manat vəkilə ödənilən və 90 manat dövlət rüsumuna çəkilən məhkəmə xərclərinin cavabdehdən alınıb iddiaçı və üçüncü şəxslərə ödənilməsi barədə tələb irəli sürmüşdür. Belə ki, işmateriallarındn görünür ki, iddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxslər hüquqi xidmətlərin göstərilməsi üçün 320 manat məbləğində pul ödəmişlər. Eyni zamanda, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Beləliklədə, 250 manat qiymətləndirməyəvə 90 manat dövlət rüsumuna çəkilən məhkəmə xərcləri məbləğində pul məbləği Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının və müstəqil tələb irəli sürən 3-cü şəxslərin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edirki, iddia təmin edilməli, ünvan 1 blok C ünvanında yerləşən 9 saylı mənzilə məxsus binanın C blokunun zirzəmisində yerləşən sahəsi 18 kv.m 1 ədəd avtomobil dayanacağının rəsmiləşdirilməsi öhdəliyin Cavabdeh firmasının üzərinə qoyulmalı və ya qeyd olunan ünvandakı binanın yaxınlığında yerləşən ərazidə sahəsi 18 kv.m 1 ədəd başqa avtomobil dayanacağının adına alıb rəsmiləşdirilməli; 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti qiymətləndirmə ekspertizasına görə çəkilən xərc, 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti vəkilə ödənilən vəsait və 90 (doxsan) manat məbləğində dövlət rüsumu Cavabdeh firmasından tutularaq İddiaçı və üçüncü şəxslər X9 və X3 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 blok C ünvanında yerləşən 9 saylı mənzilə məxsus binanın C blokunun zirzəmisində yerləşən sahəsi 18 kv.m 1 ədəd avtomobil dayanacağının rəsmiləşdirilməsi öhdəliyin Cavabdeh firmasının üzərinə qoyulsun və ya qeyd olunan ünvandakı binanın yaxınlığında yerləşən ərazidə sahəsi 18 kv.m 1 ədəd başqa avtomobil dayanacağının adına alıb rəsmiləşdirilsin. 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti qiymətləndirmə ekspertizasına görə çəkilən xərc, 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti vəkilə ödənilən vəsait və 90 (doxsan) manat məbləğində dövlət rüsumu Cavabdeh firmasından tutularaq İddiaçı və üçüncü şəxslər X9 və X3 ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlikedən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar