Məhkəmə qərarları › İş №2(006)-1297/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1297/2023

30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1297/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2158.77 manat pul vəsaitinin və 41.59 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 yanvar 2022-ci il tarixdə təxminən saat 14:00 radələrində Cavabdeh idarə etdiyi, “Chevrolet Cruze’ markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində hərəkətdə olarkən İddiaçı MMC-nin mülkiyyətində olan və X2 idarə etdiyi “Khazar SD" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə mülkiyyətində olan avtomobilə maddi zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı olaraq Cavabdeh inzibati qaydada məsuliyyətə cəlb edilmiş, barəsində İXP4495334 saylı protokol tərtib olunaraq TP4891200 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə edilmişdir. “AutoBox” Servis Mərkəzi tərəfindən 19 yanvar 2022-ci il tarixdə tərtib olunmuş №164 saylı qiymətləndirmə aktına əsasən “Khazar SD” markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün 6000 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir. Cavabdeh idarə etdiyi “Chevrolet Cruze" markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobili icbari qaydada sığortalayan “Xalq Sığorta" ASC tərəfindən "Azərmaş” MMC-yə dəymiş ziyana görə 3841.23 manat məbləğində pul vəsaiti köçürülmüş, “Khazar SD" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün əlavə olaraq 2158.77 manat məbləğinin ödənilməsi zərurəti yararnmışdır. X5 ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X6 izahatında bildirdi ki, hadisə baş verən zaman “Khazar SD" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 istifadəsində olmuşdur. Avtomobilə dəymiş zərəri qardaşı Nahid qarşılamışdır. İddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan lizinq verən Azərmaş MMC ilə lizinq alan X5 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış MAS-968 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, həmin müqavilə dəyəri 13300 manat olan Khazar SD markalı avtomobilin lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi haqqında bağlanmışdır. Həmin müqavilənin 6.4-cü maddəsinə əsasən lizinq obyekti lizinq alan tərəfindən sığortalandıqdan sonra sığorta hadisəsi baş verərsə sığorta şirkətitərəfindən verilən sığorta ödənişi lizinq verənə ödənilir. Sığorta ödənişiin alan lizinq verən həmin məbləği ilk növbədə lizinq alanın lizinq verənə olan gecikmə borcunun ödənilməsinə yönəldir, artıq qalan məbləği isə lizinq obyektinin bərpasına sərf edir. İş materiallarında olan AutoBox servis mərkəi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, Khazar SD markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 6000 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan İXP seriyalı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun və TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “Chevrolet Cruze” minik markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, M.Xiyabani küçəsi ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatdan görünür ki, hadisə zamanı zərərçəkən avtonəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı MMC, hadisə zamanı avtomobili idarə edən X3r. İş materiallarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən Khazar SD markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə dair təqdim edilmiş qeydiyyat hərəkətləri barədə məlumatdan görünür ki, həmin avtomobilə dair şəhadətnamə xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-yə verilmiş, xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxmaqla xx.xx.2022-ci il tarixdə həmin avtomobilə dair BD285405 saylı şəhadətnamə X7 verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirildiyindən (yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarda var) həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan avtomobil, Cavabdeh tərəfindən idarə edilərkən onun təqsiri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə digər avtomobilə zərər vurulmuşdur. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində hadisə zamanı mülkiyyətisi olmuş İddiaçı MMC-nin avtomobilə dəymiş zərərin tələb edilməsi hüququ yaranmışdır. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək avtomobilə dəymiş zərərin əvəzi olaraq cavabdehdən 2158.77 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iddia tələbinin ödənilmiş 41.59 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə pul tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2158.77 manat və dövlət rüsumuna görə ödənilmiş 41.59 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar