Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1312/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx xxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qarşı Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-3462/2018 saylı qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən onun xeyrinə hər ay hər uşaq üçün 154 azn miqdarında aliment tutulması hissədə artıraraq 350 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Lakin xx xxxxxx 2021-ci ildə məhkəməyə ərizə təqdim edərək, xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-3462/2018 saylı qətnaməsinə əsasən onun Nəsimi rayon məhkəməsinə, Cavabdeh alimentin miqdarının dəyişdirilməsinə dair verdiyi iddia qismən təmin edilmişdir. Qətnamədə cavabdehlə birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh onun xeyrinə hər ay hər uşaq üçün 154 azn miqdarında aliment tutulması müəyyən edilmişdir. Bu günə qədər aldığı aliment uşaqların minimum dolanışığını çətinliklə də olsa ödəyirdi və istehlak mallarının dəyərini minimum səviyyədə təmin edirdi. Hal-hazırda cavabdehin ödədiyi bu miqdar uşaqların minimum tələbatını təmin etmir, uşaqların yaşayışına çətinlik törədir, onların maraqlarını əhəmiyyətli dərəcədə pozur və gündəlik bazar qiymətlərinə uyğun gəlmir. Uşaqların tələbatlarının təmin edilməsi məqsədilə cavabdehin ödədiyi aliment bugünki bazar qiymətlərinə uyğun gəlmir və hesab edir ki, aliment ödənişi qanunvericiliyə əsasən 350 manat sabit pul məbləğində ödəməsi ilə müəyyən edilməlidir. Bu səbəbdən də o, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(006)-3462/2018 saylı qətnaməsinin surətindən görünür ki, alimentin miqdarı artırılaraq xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanımaları üçün hər ay hər uşaq üçün 154 azn olmaqla, cəmi 308 manat sabir pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdeh hər ay iddiaçıya uşaqların saxlanılması üçün cəmi 308 manat (hər uşaq üçün 154 manat) aliment ödəyir. İddiaçı həmin məbləğin uşaqların saxlanılması üçün yetərli olmadığını əsas gətirərək cavabdehdən hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd olulanları nəzərə alaraq, məhkəmə alimentin məbləğinin hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat miqdarında müəyyən edir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqlara qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, qət etdi: İddia təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(006)-3462/2018 saylı qətnaməsi ilə tutulan aliment məbləği dəyişdirilərək, İddiaçı ilə Cavabdeh birgə nikahlarından anadan olmuş xx xxxxxx 2006-cı il təvəllüdlü X3 və xx xxxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına matana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 (üç yüz əlli) manat məbləğində alimentin alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1312/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1312/2021
25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver