Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-132/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh, vəkili-nümayəndəsi Vəkil1 iştirakları ilə İddiaçı "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi və mənəvi zərərə görə 6800 (altı min səkkiz yüz) manat pulun Cavabdeh alınaraq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. 03 fevral 2023cü il tarixində saat 17:00 radələrində həmin binanın yuxarı mərtəbəsində Cavabdeh yaşadığı 21 nömrəli mənzildən iddiaçının yaşadığı mənzilə qəflətən çoxlu su axmağa başlamışdır. Onlar suyun qarşısını almağa çalışsalar da, bu, mümkün olmamışdır. Bundan sonra iddiaçı komendanta zəng edərək məlumat verdikdə, o, mənzilin sahibi ilə əlaqə saxlayıb məlumat verəcəyini bildirmişdir. İddiaçı tərəf 2 (iki) saat gözlədikdən sonra Rəşad adlı şəxs cavabdehə məxsus mənzilin qapısını açdıqda mənzilin hər yerini su basması halı müəyyən edilmişdir. İddiaçı Rəşad adlı şəxsdən mənzilin sahibinin harada olmasını soruşduqda o, mənzili ofis kimi aylıq 3000 (üç min) manata icarəyə götürdüyünü, cavabdehlə əlaqə saxlanıldıqda isə o da mənzili icarəyə verdiyini söyləmiş və Rəşada zəng edib evi təmir etdirəcəyini vəd vermişdir. Bundan sonra Rəşad bir neçə dəfə iddiaçının yaşadığı ünvana gəlib mənzilin təmiri ilə bağlı vədlər vermişdir. Lakin sonradan nə Rəşad, nə də Cavabdeh telefonlara cavab verməmişdir. İddiaçı yaşlı və xəstə qadındır, onu əsəbiləşdirib əziyyət veriblər. Mənzilinin 2 yataq otağı, böyük dəhlizi, təzə aldığı dəhliz mebeli – hamısı korlanmışdır. Dəymiş ziyanın məbləği isə 6800 (altı min səkkiz yüz) manat dəyərindədir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi ziyana görə 5000 (beş min) manat, mənəvi ziyana görə 1800 (bir min səkkiz yüz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı (vəkili-nümayəndəsi Vəkil2) iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilə və mənzildə yerləşən mebellərə dəymiş maddi ziyana görə 4800 (dörd min səkkiz yüz) manat, mənəvi zərərə görə 2000 (iki min) manat olmaqla, cəmi 6800 (altı min səkkiz yüz) manat pulun və iddia qaldırılması üçün ödənilmiş 88 (səksən səkkiz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus mənzilə vurulmuş zərərin əvəzinin həmin zərərin vurulmasında birbaşa təqsiri olan şəxs Nümayəndə əsl cavabdeh olaraq və zərərin artmasında təqsiri olan komendant Bəşir Bəşirovun təmsil etdiyi "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin başqa cavabdeh kimi işə cəlb edilməsini, ekspert rəyini sübut qismində qiymətləndirərkən onun tərəfindən təqdim ediləcək videogörüntülərdə iddiaçının etiraflarını, zərər görmüş mebel olaraq ekspertizaya qədər ona dəhliz mebelini göstərməsini, ekspertizada isə ümumiyyətlə mebel təqdim etmədiyini, ekspert rəyində isə mətbəx mebelinə dəyən zərərə görə fantastik qiymət müəyyən edilməsi kimi ziddiyyətli halların iddiaçının iddia tələblərinin əsassızlığını göstərən hallar olaraq məhkəmə tərəfindən nəzərə alınmasını, əvvəlki ekspert qarşısında qoyulmuş suallara daha obyektiv, zərər vurulmuş əşyanın fotoşəkli rəyə əlavə edilməklə və şişirdilməmiş, real orta bazar qiymətləri nəzərə alınmaqla zərərin məbləğinin müəyyən edilməsi üçün, məhkəmə tərəfindən zəruri hesab ediləcəyi təqdirdə əlavə ekspertiza təyin edilməsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən zərər dəyən mənzilin yerində müayinə və tədqiq edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, bina 251a ünvanında yerləşən 21 nömrəli mənzilin mülkiyyətçisidir və həmin mənzil xx.xx.2022-ci il tarixdə bağlanmış “mənzil kirayə” müqaviləsinə əsasən qeyd edilən tarixdən xx.xx.2023-cü il tarixə kimi "xxxx" MMC-nin direktoru Nümayəndə kirayəyə verilmişdir. İddiaçı iddia ərizəsində mənzilinə üst mərtəbədə yerləşən, yəni onun mülkiyyətində olan 21 nömrəli mənzildən su axdığını bildirdiyi 3 fevral 2023-cü il tarixdə həmin mənzil kirayəçi Nümayəndə faktiki sahibliyində və istifadəsində olmuşdur. Hadisənin baş verdiyi tarixdən 4 gün sonra, 7 fevral 2023cü il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, onun mülkiyyətçisi olduğu mənzilin hamam otağında əl-üz yuyanın rezin borusunun partlaması nəticəsində otaqlara dolan su aşağı mərtəbədə yerləşən 18 nömrəli mənzilə sızmışdır. O, 3 fevral 2023-cü il tarixdə müalicə ilə əlaqədar olaraq Bakı şəhərində olmamış, binanın komendantı ("xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin məsul şəxsi) Bəşir Bəşirovun ona zəng edərək hadisə barədə və 21 nömrəli mənzilin bağlı olmasını bildirməsi nəticəsində məlumat almış və icarəçi Nümayəndə ilə əlaqə saxlanılıb hadisənin qarşısının alınmasınadək 1-2 saatlıq müddət binaya verilən suyun ümumi qovşaqdan bağlanılmasını Bəşir Bəşirovdan xahiş etmişdir. X9 buna etiraz edərək, binaya gedən suyu bağlaya bilməyəcəyini, binadakı digər mənzillərin suyunun kəsilməsinə razı olmadığını qəti şəkildə bildirmişdir. O, məlumatı alan kimi dərhal Nümayəndə çoxsaylı zənglər etməsinə baxmayaraq, sonuncu ilə yalnız 1 (bir) saatdan sonra əlaqə saxlaya bilmişdir. O, Nümayəndə baş verən hadisənin aradan qaldırılması üçün dərhal mənzilə getməsini, məsələni aydınlaşdırmasını və ona məlumat verməsini tapşırmışdır. Sonradan daimi Bəşir Bəşirovla və Nümayəndəla telefon əlaqələri yaradaraq vəziyyətlə maraqlanmışdır. Nümayəndə ona hadisəyə görə narahat olmamasını və məsələni həll edəcəyini bildirmişdir. Lakin hadisədən bir müddət sonra iddiaçı ona zəng edərək mənzilinə su axıdılmasının qarşısının alınmadığını bildirmiş, o, tezliklə Bakıya qayıdacağını və mənzilə usta ilə birlikdə baxaraq zəruri xərcləri ödəyərək məsələni qaydasına qoyacağını bildirmişdir. Daha sonra 30 may 2023-cü il tarixinə təyin edilmiş məhkəmə bildirişini aldıqda iddiaçının ona qarşı tələblə bağlı məhkəmə müraciət etdiyini bilmiş və yenə müalicə ilə əlaqədar xaricdə olduğu üçün məhkəmə prosesinin 25 iyul tarixindən sonrakı vaxta təyin edilməsini rəsmi müraciətlə xahiş etmişdir. 2023-cü ilin iyul ayının sonlarında o, Bakıya qayıdaraq iddiaçı ilə əlaqə saxlamış, iki dəfə iddiaçının və binanın komendantı Bəşir Bəşirovun iştirakı ilə 18 nömrəli mənzilə baxış keçirərək iddiaçının icazəsi ilə həmin mənzildə video çəkiliş aparmışdır. Qeyd edilən mənzilə baxış zamanı iddiaçı dəhlizin alçipanlarını tamamilə dəyişdirməyi, həm də bunun onun gətirdiyi usta tərəfindən edilməsini, onların ustasının iddiaçının adamının nəzarəti altında işləyəcəyini tələb etmiş və razı qalacağı təqdirdə iddiadan imtina edəcəyini bildirdiyi üçün aralarında razılıq əldə edilməmişdir. O, iddiaçıya öz ustasını dəvət etməsini və işi onunla danışmağını təklif etsə də, sonuncu nə bununla, nə də dəhlizin tavanının qaşınaraq şpakilovka edilərək yenidən boyanmasına razılaşmamışdır. Bütün bunlar video yazılarda daha ətraflı və aydın şəkildə əks olunmuşdur. Daha sonra 05 sentyabr 2023-cü il tarixdə hər iki mənzilə ekspert tərəfindən baxış keçirilərkən əvvəldən sonacan o da iştirak etmişdir. O iddia ərizəsi və ona əlavə edilmiş 7 fevral 2023-cü il tarixdə tərtib olunmuş aktla və keçirilmiş ekspertizanın nəticəsinə dair 22 noyabr 2022-ci il tarixli ekspert rəyi ilə tanış olduqdan sonra iddiaçının fərqli və ziddiyyətli mövqelərini, ekspertin müəyyən etdiyi şişirdilmiş məbləğləri görüb, ona qarşı irəli sürülən iddia tələblərinə və ekspert rəyinə qarşı etiraz etmişdir. Yuxarıda göstərildiyi kimi, mənzilin mülkiyyətçisi olsa da, hadisə baş verən zaman mənzil kirayə verildiyi üçün kirayəçinin sahibliyində və istifadəsində olmuşdur. Mənzil kirayə müqaviləsinin 3.1.4cü maddəsinə əsasən kirayəçinin və onunla birlikdə mənzildən istifadə edən şəxslərin hərəkət və hərəkətsizliyi nəticəsində mənzildə baş verən qəzaların nəticəsinin aradan qaldırılması kirayəçinin vəzifəsidir. Bu əsaslarla iddia ona qarşı deyil, hadisənin baş verdiyi vaxt onun mülkiyyətində olan 21 nömrəli mənzilin faktiki sahibi və istifadəçisi olan, mənzildə baş verən qəzaların aradan qaldırılması vəzifəsini daşıyan Nümayəndə qarşı qaldırılmalı idi. Nümayəndə ona hadisənin baş verdiyi vaxtlarda məsələni özünün həll edəcəyini dediyi, müqavilənin kağız üzərində də olsa, qüvvədə saxlanılmasına razılaşdığı, hətta iddiaçının özünün mənzilə onların baxışı zamanı (video yazı da mövcuddur) dediyi kimi, dəhliz mebelinin təmir edilməsi üçün Nümayəndə usta ilə danışdığı 150 manat məbləğdən 50 manatın beh olaraq ödədiyi üçün onun öz məsuliyyətini və cavabdehliyini dərk etdiyini düşünərək, onların hər ikisinin də bu məsələdə bir adam olduqlarını zənn edərək, o, iddiaçı ilə danışıqları aparmışdır. Halbuki, ona “narahat olmayın, özüm həll edəcəyəm” deyən Nümayəndə 7 fevral 2023-cü il tarixdə tərtib olunmuş aktı ona məlum olmayan səbəbdən imzalamamışdır. Bununla bağlı 2024-cü ilin ilk günlərindən o, əlaqə saxlamağa çalışsa da, Nümayəndə zənglərinə cavab verməmişdir. Qeyd edilənlərə əsasən zərərin onun tərəfindən vurulmadığı üçün iddiaya cavab verməli şəxs deyil və iddia ona, yəni iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən cavabdeh əsl cavabdehlə, yəni zərər vuran şəxslə əvəz olunmalıdır. Bundan başqa, "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin məsul şəxsi olan komendant Bəşir Bəşirov hadisə baş verən anda onun tələbilə binaya gedən suyu ümumi qovşaqdan bağlamağa razılıq versə idi, 2 saat müddətində iddiaçıya məxsus mənzilə su axmazdı və zərər hazırki zərərdən dəfələrlə az olardı. Bəşir Bəşirovun zərərin dəfələrlə artmasına bilə-bilə şərait yaratması bu kimi hallarda dərhal tədbir görülməsi üçün yaradılmış və onun işçisi olduğu "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin zərərvurmanın artmasına cavabdehliyini müəyyən edir. İddiaçı qanunun tələbinin təmin edilməsi, məhkəmə tərəfindən obyektiv araşdırmanın aparılması və zərərin əvəzinin zərərvuran və zərərin artmasında təqsirli olan şəxslər tərəfindən ödənilməsinə, yəni Nümayəndə əsl cavabdeh, "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin başqa cavabdeh kimi işə cəlb edilməsinə etiraz etməməlidir. İddiaçı 19 aprel 2023-cü il tarixli ilkin iddia ərizəsində heç bir əsaslandırma vermədən və heç bir sübut təqdim etmədən, foto və video görüntülərin mövcud olmasına istinad etməklə zərərin 6800 (altı min səkkiz yüz) manat dəyərində olması qənaətinə gəlmiş və ona dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. İddiaçı 8 ay sonra, 19 dekabr 2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, heç bir əsaslandırma vermədən və heç bir sübuta, rəyə əsaslanmadan zərərin 4800 (dörd min səkkiz yüz) manat dəyərində olması qənaətinə gəlmiş, əvvəlki iddia ərizəsində yazdığı məbləğin qalan hissəsini, yəni 2000 (iki min) manat hissəsini yenə heç bir sənədə, sübuta əsaslanmadan, mənəvi zərər olaraq irəli sürmüşdür. 22 noyabr 2023-cü il tarixli ekspert rəyində iddiaçıya məxsus 18 nömrəli mənzilə üst mərtəbədə yerləşən 21 nömrəli mənzildən su sızması nəticəsində təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 4008 (dörd min səkkiz) manat, ekspert baxışına təqdim edilmiş mətbəx mebelinin təmir və bərpası üçün orta bazar qiymətinin 1500 (bir min beş yüz) manat olması müəyyən edilmiş və rəyə təmir-tikinti işlərinin smetası əlavə olunmuşdur. 2023-cü ilin iyun ayının sonlarında iddiaçının mənzilinə onun usta və komendantın iştirakı ilə baxıb videolar çəkdiyi vaxt 2 otaq və dəhlizin tavanının, dəhlizdəki dəhliz mebelinin zərər görməsi iddiaçı tərəfindən bildirilmiş, divar kağızı sökülmüş dəhliz divarının vəziyyətinin su sızması ilə əlaqədar olub-olmaması soruşulduqda iddiaçıya, bunun zərərə aidiyyətinin olmadığını, divar kağızını özünün sökdüyünü, həmçinin mənzili 2 ay əvvəl təmirsiz aldığını, mətbəx mebelinin köhnə olduğunu, yaxın vaxtlarda mənzilini təmir etdirmək və köhnə mətbəx mebelini atmaq istədiyini bildirmişdir. Həmçinin onunla iddiaçı arasında razılıq əldə edilmədiyi və məsələnin məhkəmə yolu ilə həll olunacağı təqdirdə dəhlizin laminatının və divar kağızının da dəyişdirilməsi tələbini irəli sürəcəyini bildirmişdir. İddiaçının özü tərəfindən bildirilən bu faktiki hallar tam təfərrüatı ilə 25 və 31 dəqiqəlik 2 videoçəkilişdə mövcuddur. Bundan başqa, hadisə baş verən gün Nümayəndə və komendant Bəşir Bəşirov ilə birgə iştirak edən usta Anar adlı şəxs 18 nömrəli mənzilin dəhlizində su sızmasının telefon vasitəsilə video çəkilişini aparmış və həmin video çəkilişdən aydın görünür ki, su axan yerlərin altına vannalar qoyulmuş, suyun döşəməyə axmasının qarşısı alınmış və laminata zərər yetirəcək vəziyyət olmamışdır. Eyni zamanda onun iştirakı ilə keçirilən ekspertiza zamanı mətbəx mebeli ekspertin baxışına təqdim olunmamışdır. Ekspert rəyinə və rəyə əlavə edilən smeta cədvəlində 1-ci yerdə divar kağızının sökülməsi və yenisinin vurulması üçün müəyyən edilmiş 1384 manat, divar kağızı üçün müəyyən edilmiş 700 manat və yapışqan üçün müəyyən edilmiş 98 manat, cəmi 2182 manat iddiaçının etiraf etdiyi kimi divar kağızının onun özü tərəfindən söküldüyü, bunun su sızması ilə əlaqəsi olmadığından zərər nəticəsində dəymiş xərc olaraq qəbul edilə bilməz. Bundan başqa videogörüntülərdən də göründüyü kimi, divarda divar kağızı olmadığından əvvəlki divar kağızının dəyərinin müəyyən olunması, ona analoji divar kağızının dəyərinin 700 manat ola bilməsi olduqca absurddur. Kiçik bir divar sahəsi üçün müxtəlif keyfiyyətdə, müxtəlif qiymətlərdə olan divar kağızının alınması üçün bu şişirdilmiş məbləğ, həm həmin kiçik sahənin, həm də artıq iddiaçı tərəfindən sökülmüş sahənin sökülməsi və yeni divar kağızının qurulması üçün əl haqqının şişirdilərək 1384 manat yazılması hansı orta bazar qiymətinə uyğundur? Rəyə əlavə edilən smeta cədvəlində 4-cü yerdə laminatın sökülməsi və yenisinin vurulması üçün müəyyən edilmiş 246 manat, laminat üçün 574 manat xərcin də su sızması ilə heç bir əlaqəsinin olmaması iddiaçının özünün də verdiyi izahatlarla, dəhlizin tavanının alçipanın onun bəyənəcəyi formada dəyişdirilmədiyi təqdirdə məhkəməyə laminat və divar kağızının dəyişdirilməsi tələblərini də irəli sürəcəyini bildirdiyi məhkəməyə təqdim edəcəyi video görüntülərlə sübuta yetirilir. Eyni zamanda, bu məbləğlər də orta bazar qiymətindən yüksək olan şişirdilmiş məbləğlərdir. Rəyə əlavə edilən smeta cədvəlində 5-ci yerdə nəqliyyat və əlavə xərclər üçün 200 manat müəyyən edilir. Digər xərclərin nədən ibarət olması məlum deyil, nəqliyyat xərci isə tikinti materiallarının bir dəfəyə mənzilə daşınması xərci ola bilər ki, bu da ən yüksək halda 50 manatdan artıq ola bilməz. İddiaçının özünün köhnə və yararsız adlandırdığı, su sızmasına aidiyyətinin olmadığını bildirdiyi mətbəx mebeli hazırki mübahisənin predmeti olmadığından ekspert rəyində həmin mebelin yenisi ilə əvəz edilməsi və bunun dəyərinin 1500 manat müəyyən edilməsi qəti şəkildə qəbul edilə bilməz. Rəyə əlavə edilən smeta cədvəlində 2-ci və 3-cü yerdə tavana vurulmuş boya və şpakilovka qatının qaşınması, şpakilovka və boya qatının vurulması, şpakilovka və boya üçün müəyyən edilmiş toplam 806 manat orta bazar qiymətləri üçün yüksək yazılmış olsa da, həmin məbləğ onun tərəfindən qəbul edilir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil2 iddianı müdafiə edib bildirdi ki, Cavabdeh kirayəçisi tərəfindən iddiaçının evinə ziyan vurulmuşdur. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib bildirdi ki, iddiaçının mənzilinə ziyan vurulduğunu mübahisələndirməsə də, özünü əsl cavabdeh hesab etmir. Əsl cavabdeh onun icarədarı və susızmanın qarşısını almaq imkanına malik olduğu və o xahiş etdiyi halda, bunu etməyən binanın komendantı olmalıdır. Məhkəmə onu əsl cavabdeh kimi tanıdığı təqdirdə isə, yalnız ***-**** manat maddi ziyan hissəsində iddianın təmin edilməsinə razı olduğunu bildirdi. Son olaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 bildirdi ki, Cavabdeh əsl cavabdeh olmadığından iddia təmin edilməməlidir. Belə ki, onlar iddiaçının mənzilinə ziyan vurulduğunu mübahisələndirmir, lakin hesab edirlər ki, əsl Cavabdeh icarədarı və susızmanın qarşısını almaq imkanına malik olduğu və Cavabdeh xahiş etdiyi halda, bunu etməyən binanın komendantı olmalıdır. Məhkəmə onu əsl cavabdeh kimi tanıdığı təqdirdə isə, yalnız ***-**** manat maddi ziyan hissəsində iddianın təmin edilməsinə razı olduğunu bildirdi. Son olaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və digər iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Cavabdeh (kirayə verən) ilə "xxxx" MMC (kirayəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli mənzilin kirayəsi haqqında icarə müqaviləsinin: 1.1-ci bəndindən görünür ki, bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə kirayəyə verən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 178.18 kv.m təşkil edən 21 saylı mənzili Azərbayacan Respublikası qanunvericiliyinə zidd olmayan fəaliyyətlər üçün "xxxx" MMC-yə icarəyə verir, kirayəçi isə bunun qarşılığında bu müqavilə ilə müəyyən edilmiş kirayə haqqını vaxtında və tam həcmdə kirayəyə verənə ödəməyi öhdəsinə götürür. 1.3-cü bəndindən görünür ki, bu müqavilə imzalandığı andan bağlanmış və qüvvəyə minmiş sayılır və 2023-cü ilin dekabrın 1-də başa çatır. 5.5-ci bəndindən görünür ki, kirayəçi kirayə verənin mənzilinə və ya əmlakına dəymiş ziyana, qonşu ərazilərin sahiblərinə dəymiş ziyana görə, bu ziyan qəsdən edilən hərəkətlərin, kirayəçilərin və ya onunla birlikdə yaşayan və istifadə edən şəxslərin səhlənkarlığının nəticəsi olubolmamasından asılı olmayaraq (təbii fəlakətlər istisna olmaqla), tam məsuliyyət daşıyır. "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin komendantı X3 tərəfindən tərtib edilmiş, santexnik-çilingər X1, qonşu X5, Dilarə Əliyeva 251a saylı binanın 18-ci mənzilində yaşayan X2 və X7 tərəfindən imzalanmış, lakin 21 nömrəli mənzili kirayəyə götürən Rəşad tərəfindən imzalanmamış 07 fevral 2023-cü il tarixli aktdan görünür ki, 03 fevral 2023-cü il tarixdə saat 16:45 radələrində ***-***-**-** saylı mobil telefon nömrəsindən komendant B.İ.Bəşirova zəng olunaraq 21-ci mənzildən 18-ci mənzilə hər tərəfdən su axması haqqında məlumat daxil olduğuna görə, onlar 21 nömrəli mənzilə daxil olmaq istəsələr də, mənzilin qapısı bağlı olmuş və bu barədə 21 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh xəbərdarlıq edildikdə o, mənzili kirayə verdiyini bildirərək, kirayəçinin telefon nömrəsini göndərmişdir. Onlar təxmini 2 (iki) saatdan sonra mənzilin kirayəçisi ilə əlaqə yarada bilmiş və onu dəvət etmişlər. Kirayəçi 21 nömrəli mənzilin qapısını açan zaman hamam otağında əl-üz yuyanın şlanqının cırılmasının və suyun otaqlara dolaraq oradan da aşağı töküldüyünün şahidi olmuşlar. Bu hadisə təxmini 2 saat çəkmiş, nəticədə aşağı mərtəbədə yerləşən 18 nömrəli mənzilə maddi ziyan dəymişdir. Axıntının və şlanqın cırılması mənzilin, sanitar qovşağın nəzarətsiz qalması və vaxtlı-vaxtsız xidmət göstərilməsi səbəbindən olmuşdur. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 89 (səksən doqquz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" MMMC-nin xx.xx.2023-cü il tarixli 19/04 nömrəli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251a saylı binanın 21-ci mənzilinin mülkiyyətçisidir. O, mənzildə yaşamır və mənzil kirayəyə verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 18 nömrəli mənzlin dəhliz və iki ədəd yaşayış otağı tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin, mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251a saylı binanın 18 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 21 saylı mənzildən su axıdıldığı və nəticədə 18 saylı mənzilin mətbəx, dəhliz və yaşayış otaqları tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 21 saylı mənzilin təmirli olduğu, su-kanalizasiya xətlərinin təmirli olduğu və üzərində hər hansı bir qüsurun olmadığı müşahidə edilmişdir. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 18 saylı mənzilə su sızması 21 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251a saylı binanın 18 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4008,0 manat məbləğində müəyyən olunmuşdur. Ekspert baxışına təqdim olunmuş mətbəx mebelinin təmir və bərpasının mümkün olduğu, həmin mebellərin təmirinin 1 (bir) p/m-nin orta bazar qiyməti təxminən 250,0 manat, 6 (altı) p/m isə ümumilikdə 1500,0 manat müəyyən olunur. Rəyə tədqiq olunan mənzildə aparılmalı təmir-bərpa işlərinin dəyərinin müəyyən olunmasına dair smeta əlavə olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 100 manat təşkil edir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, ünvan 2 ünvanında yerləşən 18 saylı mənzil İddiaçı mülkiyyətindədir. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 18 saylı mənzilə üst mərtəbədə yerləşən, Cavabdeh mülkiyyətində olan 21 saylı mənzildən su axıdılması nəticəsində maddi ziyan dəymişdir. Həmin vaxt 21 saylı mənzil xx.xx.2022-ci il tarixdə cavabdehlə hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsi əsasında MMC-nin istifadəsində olmuşdur. Hazırda iddiaçı su axıdılması nəticəsində mənzilinə vurulmuş maddi və bununla əlaqədar ona vurulmuş mənəvi zərərin əvəzinin məhz mənzilin mülkiyyətçisi olan Cavabdeh tutulmasını xahiş edir; Cavabdeh əsl cavabdehin onun mənzilini həmin dövrdə istifadə edən icarədar və zərərin vurulmasının qarşısını almayan komendant olduğunu mübahisələndirərək, özünü əsl cavabdeh hesab etmədiyini, lakin məhkəmə onu əsl cavabdeh kimi tanıdığı təqdirdə isə iddiaçının tələb etdiyi və ekspert rəyində göstərilən məbləğlərdə deyil, yalnız ***-**** manat məbləğində zərərin əvəzini ödəməyə razı olduğunu bildirib, iddianın ona münasibətdə rədd edilməsini xahiş edir; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin direktoru isə hadisə baş verən vaxt mənzilin onun istifadəsində olmasını təsdiq edərək, zərərin iddia edilən məbləğdə deyil, daha az məbləğdə vurulduğunu mübahisələndirir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsl olmayan cavabdehə qarşı yönəldiyindən təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı iddiaçının mənzilinə su sızması baş verən xx.xx.2023-cü il tarixdə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 21 saylı mənzilin xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında "xxxx" MMC-nin istifadəsində olması müəyyən edilmiş, bununla əlaqədar məhkəmə tərəfindən iddiaçı tərəfə dəfələrlə cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı təklif edilmiş, lakin iddiaçı tərəf razılıq vermədiyindən və tələbə Cavabdeh münasibətdə baxılmasını tələb etdiyindən, məhkəmə tərəfindən "xxxx" MMC hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, xx.xx.2024-cü ildə keçirilmiş məhkəmə hazırlıq iclasında MMC-nin direktoru Nümayəndə izahatında cavabdehə məxsus mənzildən iddiaçıya məxsus mənzilə su sızması baş verən vaxt mənzilin onun istifadəsində olması faktını təsdiqləmiş, vacib görüşdə olduğu zaman ona zəng edilərək su sızması barədə məlumat verildiyini, evə dərhal gələ bilmədiyini, bunun nəticəsində iddiaçının mənzilinə zərər dəydiyini, lakin zərərin məbləğinin iddia edilən məbləğdən az olduğunu əlavə etmişdir. Məhkəmə qeyd edir ki, tələbin mahiyyəti evdən axıdılmış su nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzini ödəmək olduğundan və mülkiyyətçi Cavabdeh hadisə vaxtı mənzilin icarə müqaviləsi əsasında başqa şəxsin istifadəsində olduğunu sübuta yetirdiyindən, həmin şəxs də bu faktı təsdiq etdiyindən, mülki qanunvericiliyin tələbinə görə və icarədarı ilə aralarında olan müqaviləyə müvafiq olaraq Cavabdeh zərərin əvəzini ödəmək öhdəliyi müəyyən edilmədiyindən (hüquqazidd əməli o törətməmiş və onun təqsiri olmamışdır), hazırki iddia tələbi təmin edilə bilməz. Bununla yanaşı, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırır ki, onun mənzilinə maddi zərər vurulması işin məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz halını təşkil etdiyindən, onun zərərin əvəzinin ödənilməsinə dair tələblə məsuliyyəti daşıması məhz qanunda birbaşa müəyyən edilmiş şəxsə qarşı iddia qaldırmaq hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1-54.2-ci maddələrinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 76.1-76.2-ci maddələrinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh qismində cəlb edilmiş Cavabdeh İddiaçı zərər vurulmasında təqsiri müəyyən edilmədiyindən, yəni qanuna görə əsl cavabdeh olmadığından, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməklə, ekspertiza tədqiqatının dəyəri də ondan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-132/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-132/2024
28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver