Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-133/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, Cavabdeh, tərcüməçi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul vəsaitin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul vəsaitin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.757,49 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilini Cavabdeh satın almışdır. Belə ki, onunla cavabdeh arasında müqavilənin dəyəri mənzildəki əşyalar daxil 250.000 manat müəyyən edilmiş, cavabdehin xahişi ilə həmin mənzilin dəyərinin 70.000 manatını ona nağd şəkildə, digər hissəsini isə bağlanmış alğısatqı müqaviləsi əsasında ödəmişdir. Həmin mənzil Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətinə verilmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən mənzili cavabdehə icarəyə vermişdi. Müqavilə şərtlərinə əsasən müqavilənin müddəti 1 il, aylıq icarə haqqı 700 manat təşkil edirdi. Buna baxmayaraq, cavabdehin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilməmişdir. Belə ki, cavabdeh alğı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə icarə müqaviləsinə əsasən yaşamasa da, alğı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixədək həmin ünvandan qeydiyyatdan çıxmamış, formal olaraq orada qeydiyyatda qalmışdır. Həmçinin, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən aylıq ödənilməli olan icarə haqqını vaxtında ödəməmişdir. Cavabdeh icarə haqqına görə cəmi 1.400 manat pul ödəmiş, lakin sonradan müxtəlif bəhanələrlə aylardı ödənilməli olan icarə haqqından boyun qaçırırdı. Haqlı narazılığını dəfələrlə cavabdehə bildirsə də, qarşı tərəf nə icarə haqqını ödəməyə, nə mənzili boşaltmağa, nə də qeydiyyatdan çıxmağa razılıq verirdi. Mülki Məcəllənin 152.1 və 152.5-ci maddələrinə müvafiq olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində uzun müddət ərzində xüsusi mülkiyyətindən istifadə edə bilmədi, bunun nəticəsində ona maddi ziyan dəymişdir. Cavabdeh mənzilini könüllü boşaltmaqdan imtina etdiyindən, məcburiyyət qarşısında qalaraq o, cavabdehlər Cavabdeh və X3rşı «pulun tutulması, mənzilin boşaldılması və mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, cavabdehlər Cavabdeh və X5 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh və X5 həmin mənzildən çıxarılmaları, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Sonradan, o, Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X5 Bakı şəhəri Nəsimi rayonu Xan Şüşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh və X5 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh və X5 həmin mənzildən çıxarılmaları, iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarına yaradılan digər maneələr aradan qaldırılması və mənzilin boşaldılması qət edilmişdir. Bundan sonra cavabdeh müxtəlif bəhanələrlə mənzili boşaltmaqdan imtina etmiş və nəhayət məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədinin Nəsimi rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində icra edilməsi mümkün olmuşdur. Mülkiyyətində olan mənzil ona təhvil verildikdən soma cavabdeh ona qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli AN-1 seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş Nəsimi Rayon Məhkəməsində baxılmaqdadır. Hazırkı tələbi ilə bağlı onu bildirmək istərdi ki, cavabdehlə onun arasında xx.xx.2023-cü il tarixində icarə müqaviləsi bağlanmış və cavabdeh ona iki ayın icarə haqqı məbləğini təşkil edən avqust və sentyabr ayları üzrə ümumilikdə 1.400 manatını ödəsə də, sonradan həmin icarə haqqı məbləğlərini ödəməkdən, həmçinin mənzilini boşaltmaqdan imtina etmişdir ki, bunun nəticəsində o, yuxarıda qeyd olunan iddia tələbini məhkəmədə irəli sürmüşdür. Cavabdeh mənzili xx.xx.2023-cü il tarixində boşaltdığından, 24 oktyabr 2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 30 ay üzrə 21.000 manat, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək yarım ay olduğundan 350 manat, ümumilikdə isə 21.350 manat ödənilməmiş icarə haqqı məbləği qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli İcarə müqaviləsinin 4-cü bəndinə əsasən, aylıq icarə haqqı 700 manat təşkil edir. Eyni zamanda cavabdeh mənzildə yaşadığı müddət ərzində 375 manat binanın saxlanma xərcini və 132,49 manat işıq pulunu ödəməmişdir ki, həmin məbləğləri də o, ödəmək məcburiyyətində qalmışdır. Halbuki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin 10-cü bəndinə əsasən, “Alıcı”nın sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi ‘’Satıcı”nın üzərinə düşür. Daha sonra onu da qeyd etmək istərdi ki, cavabdeh evdəki əşyaları götürüb aparmışdır. Belə ki, evdə olan hər birinin minimal dəyəri 700 manat cəmi 2.800 manat olan dörd ədəd kondisioneri, bir ədəd 1.500 manat dəyərində soyuducunu, iki ədəd hər birinin dəyəri 600 manat cəmi 1.200 manat olan sobanı, iki ədəd hər birinin minimal dəyəri 700 manat cəmi 1.400 manat olan televizorları götürüb aparmışdır. Bunun nəticəsində cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və nəticədə ona maddi ziyan vurmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı xx.xx.2020ci il tarixli alğı-satqı müqaviləsindən irəli gələn ödənilmiş kommunal xidmət haqlarına görə pulun və əmlakların dəyərinin tutulması tələbi ayrılaraq ayrıca icraatda baxılması qərara alınmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirdi ki, məhkəmə olan prosesdə evdən əşya çıxardıb. İcraçılar onları evdən çıxaranda ona heç nə vermədilər. Onu imza atmağa məcbur etdilər, Ələsgərov Murad gəlib özü imza çəkib ki, əşyaları istədiyin vaxt gəlib götürə bilərsən, amma arxivə gedəndə ona dedilər ki, tapa bilmirlər. Kommunal xərc 400 manat qalıb, onu bir il ərzində ödəyər. Başa düşür ki, o, evdə yaşamışdır, özü ödəməlidir. Onlar başqa cür danışmışdılar ki, o, pulu verəcək, sonra yenidən evi götürəcək, pulu faizlə verib. Amma, indi heç nəyi qəbul etmir. İddiaçıya 55 min dollara yaxın pul vermişdir. Kommunal xərcləri qəbul edir. İş materialları: AN-İ seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzili 180.000 manata İddiaçı satmışdır. Həmin müqavilənin 10-cu bəndinə əsasən alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzili Cavabdeh ayda 700 manat ödəməsi şərti ilə icarəyə vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5763/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh və X5 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh və X5 həmin mənzildən çxaırılması, iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarına yaradılan digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması qət edilmişdir. Cavabdeh tərəfindən Rus dilində yazılmış xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsində yerləşən 12 saylı evin 25 saylı mənzildən çıxacağını və çıxarkən əşyaları evdə qoyacağını bildirmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsində yerləşən 12 saylı evin 25 saylı mənzilin giriş qapısı borclu Cavabdeh tərəfindən açılmışdır. Borclu icra məmurlarına icra sənədində göstərilən tələbi könüllü şəkildə icra etmək istədiyini bildirmiş, lakin, mənzildə olan əmlakların hamısını apara biləcək yerinin olmamasını bildirmişdir. Bu səbəbdən də borclular mümkün olan əşyaları qablaşdıraraq “166 yük daşıma xidməti” vasitəsi ilə aparmışlar. Aparılması mümkün olmayan əşyaların fotoşəkilləri çəkilmiş və saxlanması üçün tələbkara təhvil verilmişdir. "xxxx" MMMC tərəfindən tərtib edilmiş 01958 nömrəli xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, yanvar-fevral-mart-aprel-may ayları üçün 375 manat ödəniş edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş xəbərdarlıq bildirişinin surətindən görünür ki, Cavabdeh adına Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsində yerləşən 12 saylı evin 25 saylı mənzilin elektrik enerjisindən istifadəyə görə 132,49 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 177 manat dövlət rüsumu ödəmişdir. X8 və Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, X1 Svetlana Rafailovnaya xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə 170.000 manat yəni, 100.000 ABŞ dolları məbləğində pul borc vermişdir. X8 və Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, tərəflər arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzili X4 xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1343/2025 tarixli, xx.xx.2025-ci il qərarı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6193/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6193/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(006)-171/2024 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2(103)-6193/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməyərək, qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1320/2025 tarixli, xx.xx.2025-ci il qərarı ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3269/2024 nömrəli, 7 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 7 avqust tarixli 2(103)-3269/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərarın çıxarılması, iddia tələbinin təmin edilməsi, Cavabdeh 21.350 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilmsəi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 154,05 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(006)-699/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 24 avqust 2020-ci il tarixli icarə müqaviləsi üzrə 21.350 manat və ödənilmiş dövlət rüsumuna görə 154,05 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2(103)-6193/2024 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi və 21.350 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, kommunal borcu ödəməyə razıdır. Əlavə olaraq qeyd etmişdir ki, borcu ödəməyə maddi imkanı yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin faktiki hallarından müəyyən edildiyi kimi satıcı hazırki iş üzrə cavabdeh mülkiyyətində olan mənzili iddiaçıya satmışdır və tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən mənzilin alıcının sahibliyinə verilməsi anınadək əmlakın istifadəsindən yaranan bütün xərcləri satıcının ödəməsinə dair şərtləşmişlər. Əmlak isə alıcının mülkiyyətinə verildiyi anda mənzilin binanın ümumi saxlanması xərclərinə görə və elektrik enerjisindən istifadəyə görə borcu yaranmışdır. Odur ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin digər hissəsi satıcı tərəfindən mənzildə olan əşyaların dəyərini təşkil edən məbləğin cavabdehdən tutulmasından ibarətdir. Bu hissədə iddia tələbi əsassızdır. Belə ki, iddiaçının bu hissədə dəlili cavabdehin öz əlyazması ilə rus dilində yazmış olduğu qəbzə əsaslanır ki, burada cavabdeh bildirir ki, mənzildə çıxarkən bütün əşyaları mənzildə saxlayıb çıxacaq. Məhkəmə bununla bağlı bildirir ki, həmin qəbzdə hansı əşyaların nəzərdə tutulduğu qeyd edilmədiyindən əşyalar bəlli deyildir. İddiaçının tələbi birinin dəyəri 700 manat, cəmi 2.800 manat olan dörd ədəd kondisionerin, bir ədəd 1.500 manat dəyərində soyuducunun, iki ədəd hər birinin dəyəri 600 manat, cəmi 1.200 manat olan sobanın, iki ədəd hər birinin minimal dəyəri 700 manat, cəmi 1.400 manat olan televizorların dəyərini təşkil edən məbləğin cavabdehdən alınaraq ona verilməsindən ibarətdir ki, həmin əşyaların mövcudluğunu təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Digər tərəfdən isə hətta cavabdehin mənzili iddiaçıya təhvil verməsi məqamında tərtib edilmiş aktdan da görünür ki, cavabdeh mənzildən çıxarlarkən özü ilə aparılması mümkün olan əşyalarını özü ilə aparmış, digər əşyalar isə mənzildə qalmışdır. Odur ki, iddiaçının cavabdehdən hazırki iddia tələbində göstərdiyi əşyaları tələb etmək hüququ əsaslı olsa idi, iddiaçı elə həmin icraat çərçivəsində həmin əşyalarla bağlı tələbini irəli sürməklə mübahisəni həll etmiş olardı. Beləliklə işin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən iddia tələbi həmin əşyaların dəyərinin cavabdehdən tutulması hissəsində əsassızdır və bu hissədə rədd edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ödənilmiş kommunal xidmət haqlarına görə 375 manat və istifadə edilmiş elektrik enerjisinə görə ödənilmiş 132,49 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumuna görə 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən edilsin. Cavabdeh ödənilmiş kommunal xidmət haqlarına görə 375 (üç yüz yetmiş beş) manat, istifadə edilmiş elektrik enerjisinə görə ödənilmiş 132,49 (bir yüz otuz iki manat, qırx doqquz qəpik) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-133/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-133/2025
28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver