Məhkəmə qərarları › İş №2(006)-1331/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1331/2022

15.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1331/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «yanlış qərar qəbul edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «yanlış qərar qəbul edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətdən qanunsuz məhrum olunmağa görə 19.200 manat maddi zərər, 40.000 manat mənəvi zərər, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 69.230 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmünə əsasən (sədrlik edən hakim V.İ.Həsənov) məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinmiş və ona CM-nin 178.2.2, 178.2.4-ci maddələri ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması, CM-nin 320.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilməsi, CM-nin 49.3 və 66.2-ci maddələrinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir günü hesabı ilə hesablanmaqla təyin edilmiş cəzaların qismən toplanılaraq məhkum qəti olaraq 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkum həbsdə saxlanıldığı 10 ay 15 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəli olaraq 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış və DİN BDYPİ Siqnal İdarəsinin 14 saylı dayanacağında saxlanılan «Mitsubishi Pajero» markalı **-BA-*** və «BMW 5251» markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbslərin götürülməsi, «Mitsubishi Pajero» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi X25, «BMW 5251» markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə faktiki sahibi X26 qaytarılması, iş üzrə maddi sübut kimi DİN X25 İdarəsində saxlanılan xx xxxxxx 2017-ci il tarixli Bakı şəhəri 19 saylı notariat kontorunun reyestrdə 1S-702605 nömrə ilə ƏN-İ 684551 nömrəli blankda X20 adından məhkum adına rəsmilədirilmiş etibarnamənin, xx xxxxxx 2017-ci il tarixli Bakı şəhəri 19 saylı notariat kontorunun reyestrdə 7E-24870 nömrə ilə ƏN-İ 684551 nömrəli blankda X20 adından Məhkum adına rəsmiləşdirilmiş etibarnamənin surətinin Bakı şəhəri 48 saylı notariat kontoru tərəfindən reyestrdə 1S- 702605 nömrəli ilə qeyd edilib təsdiq edilməsi barədə etibarnamənin və xx xxxxxx 2017-ci il tarixli Bakı şəhəri 19 saylı notariat kontorunun reyestrdə 7E-24871 nömrə ilə ƏN-İ 68- 552 nömrəli blankda X21 adından məhkum adına rəsmiləşdirilmiş etibarnamənin surətinin Bakı şəhəri 48 saylı notariat kontoru tərəfindən reyestrdə 1S-702528 nömrəli ilə qeyd edilib təsdiq edilməsi barədə etibarnamələrin cinayət işinə tikilməsi, cinayət işi üzrə mülki iddia tələbinin baxılmamış saxlanılması, mülki iddiaçı X11 və X6 təqsirləndirilən şəxs və mülki cavabdeh məhkum qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməsi, mülki iddiaçı X20 mülki cavabdeh məhkum qarşı maddi zərərin və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə mülki iddiaçı X20 tələbdən imtina etdiyinə görə mülki iddia üzrə icraata xitam verilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 233 manat 52 qəpiyin təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, hökmün icrasının Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Abşeron Rayon Məhkəməsinin 16 may 2019cu il tarixli 1(012)-151/2019 saylı hökmü ilə iddiaçının mülkiyyətində olan 2007-ci il buraxılışlı, qara metallik rəngli, mühərrik nömrəsi 6G72TH2240 olan, ban nömrəsi JMYLRV93W8J709035 olan, dövlət qeydiyyat nişanı 90MA754 olan «Mitsubishi Pajero» minik avtomobili həmin cinayət işində zərərçəkmiş şəxs olan X11 qaytarılmışdır. İddiaçı Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 1(012)-151/2019 saylı hökmündən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsində işə baxılarkən X17 məhkəmə iclaslarına gəlməmişdir. İddiaçı dəfələrlə məhkəmə iclasında vəsatətlər verərək avtomobilin üzərinə həbs qoyulmasını tələb etmişdir. Lakin, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi həmin ərizələri heç bir qanuni əsas gətirmədən təmin etməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 1(105)-314/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 16 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti vermiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-240/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş və iş baxılması üçün yenidən Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 1(105)- 230/2020 saylı qərarı ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 1(012)-151/2019 saylı hökmü maddi sübuta aid hissəsində dəyişdirilmiş, hökmdə «Mitsubushi Pajero» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahib X11 qaytarılsın» ifadəsi «Mitsubishi Pajero» markalı **-MA- *** qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın» ifadəsi ilə əvəz edilmiş, hökmün qalan hissəsi dəyişdirilməmiş, maraqlarına toxunan İddiaçı apelyasiya şikayəti təmin edilmişdir. Ali Məhkəmənin 11 mart 2020-ci il tarixli qərarı və onun əsasında qəbul edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli hökmü hazırda qanuni qüvvədədir. Lakin, Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənov qanunsuz qərar qəbul etməsinə, hökmdən apelyasiya şikayətinin verilməsinə baxmayaraq hökmün məcburi icrası barədə göstəriş verdiyindən 06 iyun 2019-cu il tarixdə avtomobil Baxışov Rasimə verilmişdir. Həmiçinin Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Məhəmmədli Rzayev avtomobilin üzərinə həbs qoymadığından 29.09.2019-cu il tarixdə həmin avtomobil X1. Həmin avtomobil barədə Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənov 16 may 2019-cu il tarixdə yanlış hökm qəbul etdiyindən və apelyasiya şikayətinin verilməsinə baxmayaraq avtomobili hökm qanuni qüvvəsini almadan Baxışov Rasimə verməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin iddiaçının avtomobilin üzərinə həsb qoyulması barədə ərizələrini təmin etməməsi və nəticə etibarı ilə 19 sentyabr 2019-cu il tarixdə bilərəkdən qanunsuz qərar qəbul edib, Abşeron Rayon Məhkəməsinin hökmünü mülkiyyət hissəsində qüvvədə saxlamaqla iddiaçıya zərər vurmuşdur. Belə ki, hazırda avtomobilin ona verilməsi barədə qərar olsa da, həmin qərarın icrası mümkün deyildir. Ona görə ki, avtomobil qanunsuz olaraq Baxışov Rasimə verilmiş, Baxışov Rasim də 29 sentyabr 2019-cu il tarixdə avtomobili Bağırov Comərd adlı şəxsə satmışdır. Qeyd edilməlidir ki, həmin avtomobil İddiaçı mülkiyyətində olmuş, avtomobil İddiaçı mülkiyyətində olduğu müddətdə X6 adlı şəxsə satılmışdır. Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qanunsuz hökmü ilə avtomobil Baxışov Rasimə verildiyindən, iddiaçı Əliyeva X2 19.200 manata satdığı avtomobilin pulunu əvvəl 1.000 manatını qaytarmış, Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə yerdə qalan 18.200 manatın İddiaçı və iddiaçının əri Əliyev İsmətdən alınaraq Məmmədov Cəlahirə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilmiş və Məmmədov Cəlahir ikinci Qarabağ uğrunda gedən döyüşlərdə yaralandığından və ona təcili pul lazım olduğundan yerdə qalan 18.200 manat ona ödənilmiş və o, notarial qaydada ərizə verərək zərərin ödənildiyini, heç bir iddia və tələbinin olmadığını, iddiadan imtina etdiyini bildirmişdir. Bakı Apelyasiya Məhkəməsinin 04 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə Binəqədi Rayon Məlıkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Beləliklə, müəyyən edilir ki, İddiaçı 19.200 manat maddi zərər dəymişdir. Cinayət nəticəsində vurulmuş zərəri təqsirləndirilən şəxs ödəməli olduğu halda, Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənov və Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayev təqsirləndirilən şəxslə qanunsuz əlaqəyə girərək zərəri təqsirləndirilənin hesabına deyil, hazırkı iddiaçını qanunsuz olaraq mülkiyyətdən məhrum etməklə ödətdirmişlər, hansı ki, iddiaçı bu gün də mülkiyyətini əldə edə bilmir və mülkiyyətinin əldə edilməsi mümkün deyildir. Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənovun 16 may 2019-cu il tarixli hökmü mülkiyyət hissəsində və Sumqayıt Apelyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qərarının qanunsuz olması mübahisə mövzusu deyildir. Belə ki, həmin qərarlar Ali Məhkəmənin 11 mart 2020-ci il tarixli qərarı və Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü iddiaçının mülkiyyətinə münasibətdə qanunsuz hesab edilərək ləğv edilmişdir. Göründüyü kimi, iddiaçı qanunsuz qərarlar nəticəsində 19.200 manat maddi zərər çəkmişdir. Vaqif Həsənovun və Məhəmmədli Rzayevin qanunsuz qərarları nəticəsində iddiaçı mülkiyyətindən məhrum olub. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı Əliyeva X15 Rayon Məhkəməsinin hakimi Vaqif Həsənovun hərəkətlərini qanunsuz hesab edərək ona həm maddi, həm də mənəvi ziyan vurulduğunu hesab edir və bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən öz xeyrinə 19.200 manat maddi zərərə, 40.000 manat mənəvi zərərə görə, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 59.230 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı Abeşeron Rayon Məhkəməsi hakiminin qanunsuz qərar qəbul etməsini iddia edərək və maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş, iddia tələbini ona yönəltmişdir. İş materiallarından aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçının hüquqlarını pozacaq hər hansı bir hərəkət (hərəkətsizliyə) yol verilməmişdir. Həmçinin İddiaçı ərizəsində Azərbaycan Respublikası Konstitusiyasının 68.3-cü maddəsinə istinad edərək qeyd edir ki, hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Bununla əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyildir. Digər tərəfdən, iş materiallarından aydın olur ki, İddiaçı əmlakı dövlət nəfinə müsadirə olunmayaraq, Baxışov Rasimə verilmişdir. Belə olan halda, cavabdeh qismində dövlətin, o cümlədən dövlətin orqanı kimi Maliyyə Nazirliyinin qoyulmasının heç bir hüquqi əsası yoxdur. Həmçinin qeyd edir ki, hər hansı bir normativ hüquqi aktda əmlakın məhkəmənin qanunsuz qərar qəbul etməsi ilə əlaqədar digər şəxsə verilməsinin nəticəsi olaraq, dəymiş ziyanın müvafiq icra hakimiyyəti orqanı qismində məhz Maliyyə Nazirliyi tərəfindən ödənilməli olması təsbit olunmamışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Digər tərəfdən «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin məhkəmə orqanlarının əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə əlaqədar heç bir sübut göstərə bilməmişdir, sübut kimi sadəcə olaraq sadaladığı faktlar əsassızdır. Həmçinin iddiaçının qeyd etdiyi məbləğ heç bir real fakta əsaslanmır, əsassızdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 1(012)-151/2019 saylı hökmündən görünür ki, X20 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci, 178.2.4-cü, 320.1-ci maddələri ilə ittihamedici hökm çıxarılmışdır. Hökmlə iş üzrə maddi sübut kimi tanınmış və DİN BDYPİ-nin Siqnal İdarəsinin 14 saylı dayanacağında saxlanılan «Mitsubishi Pajero» markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi və avtomobilin faktiki sahibi X11 qaytarılması barədə göstəriş verilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli 1(105)-314/2019 saylı qərarı ilə maraqlarına toxunan İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 11 mart 2020-ci il tarixli 1(102)-240/2020 saylı qərarı ilə maraqlarına toxunan şəxs İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli 1(105)-314/2019 saylı qərarı iş üzrə maddi sübut kimi tanınmış həmin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi və avtomobilin faktiki sahibi X11 qaytarılması, həmçinin cinayət işi üzrə mulki iddia tələbinin baxılmamış saxlanılması, mülki iddiaçı X10 mülki cavabdehə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə mülki iddiaçı X10 mülki iddia tələbi üzrə icraata xitam verilməsi hissəsində ləğv edilərək, cinayət işinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli 1(105)-230/2020 saylı qərarı ilə maraqlarına toxunan şəxs İddiaçı apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin hökmü maddi sübuta dair hissədə dəyişdirilmiş, hökmdə «Mitsubushi Pajero» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi X11 qaytarılsın» ifadəsi «Mitsubishi Pajero» markalı **-MA-*** qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın» ifadəsi ilə əvəz edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(001)- 332/2020 saylı qətnaməsindən görünür ki, X4 İddiaçı və X13 qarşı «pul» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı və X7 18.200 manat pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq X5 ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli 2(103)- 2263/2021 saylı qərardadından görünür ki, X4 iddiadan imtina etməsi qəbul edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli 2(001)-332/2020 saylı qətnaməsi ləğv edilmiş, X4 İddiaçı və X13 qarşı «pul» tələbinə dair mülki iş üzrə icraata X4 iddiadan imtina etməsi ilə əlaqədar xitam verilmişdir. Beləliklə də, işin araşdırılmış hallarından aydın olur ki, «Mitsubishi Pajero» markalı **-MA-*** (**-BA-***) qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı mülkiyyəti olmuş, Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 1(012)- 151/2019 saylı hökmündə sözügedən minik avtomobilinin X12 barəsində olan Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə cinayət işində zərərçəkmiş şəxs olan X11 qaytarılması göstərilmişdir. Həmin hökmün dəyişdirilmədən saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 1(105)-314/2019 saylı qərarı sonradan kassasiya instansiyası məhkəməsinin 11.03.2020ci il tarixli, 1(102)-240/2020 saylı qərarı ilə ləğv edilmiş və yeni apellyasiya baxışı zamanı qəbul edilmiş 09 oktyabr 2020-ci il tarixli 1(105)-230/2020 saylı qərarı ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 1(012)-151/2019 saylı hökmü maddi sübuta aid hissəsində dəyişdirilmiş, hökmdə «Mitsubushi Pajero» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi X11 qaytarılsın» ifadəsi «Mitsubishi Pajero» markalı **-MA-*** qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın» ifadəsi ilə əvəz edilmiş, hökmün qalan hissəsi dəyişdirilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin sonuncu qərarı qüvvədədir. İddiaçı hazırki tələbinin əsası kimi sözügedən avtomobil barədə Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənov 16 may 2019-cu il tarixdə yanlış hökm qəbul etdiyindən və apelyasiya şikayətinin verilməsinə baxmayaraq avtomobili hökm qanuni qüvvəsini almadan Rasim Baxışova verməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin iddiaçının avtomobilin üzərinə həbs qoyulması barədə ərizələrini təmin etməməsi və nəticə etibarı ilə 19 sentyabr 2019-cu il tarixdə bilərəkdən qanunsuz qərar qəbul edib, Abşeron Rayon Məhkəməsinin hökmünü mülkiyyət hissəsində qüvvədə saxlamaqla ona zərər vurmasına istinad edir. İş materiallarında olan məhkəmə aktlarından görünür ki, 17 noyabr 2017-ci tarixli "Nəqliyyat vasitəsinin alqı-satqı" müqaviləsinə əsasən X17 **-BA-*** qeydiyyat nişanlı, 2007-cı il buraxılışlı, qara metallik rəngli, JMYLRV93W8J709035 ban nömrəli"Mitsubishi Pajero" markalı avtomobili İddiaçı 17000 manata satmışdır. Qanuni qüvvəsini almış Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, İddiaçı «Mitsubishi Pajero» markalı ** BA ***dövlət qeydiyyat nişanlı minik avtomobilini Ramiz Mirzəyev vasitəsilə Anar Xələfovdan, saxta olduğu həmin anda və sonradan bilmədiyi etibarnamə əsasında əldə etmişdir. Maşının əldə olunmasından sonra bütün prosedurlar qanunvericiliyə uyğun həyata keçirilmişdir. İş materiallarından görünür ki, X8 mülkiyyətində olan "Mitsubishi Pajero" markalı avtomobil onun əri X18 vasitəsilə 08.12.2017-ci il tarixdə faktiki olaraq X5 19200 manata satılmış, lakin tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamış, avtomobili idarə etmək üçün 08.12.2017-ci il tarixdə X4 adına etibarnamə verilmiş, həmin avtomobilə 10 yanvar 2018-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfındən baxış keçirilmiş və saxlanılması üçün dayanacağa təqdim edilmişdir. İşdə olan Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdehlər İddiaçı və X7 müştərək qaydada 18200 manat məbləğində pul tutularaq iddiaçı X5 ödənilməsi qət edilmiş, cavabdehlər sözügedən qətnamədən apellyasiya şikayəti versələr də, iddiaçının iddiadan imtinası ilə əlaqədar qeyd edilən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və işin icraatına xitam verilmişdir. İddia ərizəsindən də görünür ki, İddiaçı X5 19.200 manata satdığı avtomobilin pulundan əvvəl 1.000 manat, Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verəndən sonra yerdə qalan 18.200 manat ona ödənilmiş və sonuncu notarial qaydada ərizə verərək zərərin ödənildiyini, heç bir iddia və tələbinin olmadığını, iddiadan imtina etdiyini bildirmişdir. İddiaçının hazırki iş üzrə tələbinin əsaslandırılmasından həmçinin görünür ki, cinayət nəticəsində vurulmuş zərəri təqsirləndirilən şəxs ödəməli olduğu halda, Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənov və Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayev təqsirləndirilən şəxslə qanunsuz əlaqəyə girərək zərəri təqsirləndirilənin hesabına deyil, qanunsuz olaraq onu mülkiyyətindən məhrum etməklə ona ödətdirmişlər, hansı ki, o bu gün də mülkiyyətini əldə edə bilmir və mülkiyyətinin əldə edilməsi mümkün deyildir. İddiaçı hazırda mülkiyyət hüquqlarını tənzimləyən qanunvericilik normalarının tələbləri baxımından 19.200 manat maddi zərərin Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınmalı olmasını iddia edir. Azərbaycan Respublikası Prezidentinin 09.02.2009-cu il tarixli Fərmanı lə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və ictimai büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kasa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimləməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı olaraq dövlət büdcəsindən maliyyəşən hüquqi şəxsdir, onun hesabındakı vəsait isə hüquqi şəxs kimi onun saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin hər il Qanunla təsdiq edilən dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər həmin Qanunla müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə yönəldilir və Qanuna uyğun olaraq bütün Nazirlik, Xidmət, Komitə və Baş İdarələr, onların yerli qurumları və digər büdcə təşkilatları onların sifarişləri əsasında mütəmadi olaraq Maliyyə Nazirliyi tərəfindən maliyyələşdirilir. Maliyyə Nazirliyinin həmin təşkliatların (kredit sərəncamçılarının) əvəzinə vəsaiti qanınla nəzərdə tutulmayan təyinata (istiqamətə) yönəltmək səlahiyyəti yoxdur. Yəni, dövlət büdcəsi ümumi anlayışdır və burada hər bir orqan üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Maliyyə Nazirliyi isə dövlət büdcəsini yalnız həmin xərc maddələri üzrə həmin orqanların sifarişi əsasında icra edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cü maddəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məhkəmə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənovun 16 may 2019-cu il tarixli hökmü maddi sübut hissəsində və Sumqayıt Apelyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və hazırda qüvvədə olmamaları hazırki iş üzrə mübahisə mövzusu olmamasını iddiaçı özü də qeyd etmişdir. İşin faktiki hallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 1(012)-151/2019 saylı hökmünün dəyişdirilmədən saxlanılması barədə Sumqayıt Apelyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 1(105)-314/2019 saylı qərarı qəbul ediləndən sonra «Mitsubishi Pajero» markalı **-MA-*** qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil Rasim Baxışov tərəfindən 29.09.2019-cu il tarixdə Comərd Bağırov adlı şəxsə satılmışdır (özgəninkiləşdirilmişdir). Məhkəmə qeyd edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 1(105)-314/2019 saylı qərarı qəbul edildiyi andan qüvvəyə mindiyi üçün sözügedən avtomobilin Rasim Baxışov tərəfindən 29.09.2019-cu il tarixdə Comərd Bağırov adlı şəxsə satılması həmin dövrdə qanuni əsaslarla olmuş və hazırda bu alqı-satqı müqaviləsi də iddia predmeti olmamaqla mübahisələndirilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin Məcəllənin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Başqa sözlə, sözügedən avtomaşının Rasim Baxışova qaytarılması və onun tərəfindən özgəninkiləşdirilməsi Ali Məhkəmənin 11 mart 2020-ci il tarixli qərarı və onun əsasında qəbul edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarına qədər baş verdiyindən bu halda hər hansı qanunsuzluq olmamışdır. Buna baxmayaraq məhkəmə qeyd edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarına əsasən "Mitsubishi Pajero" markalı, **-MA-*** dövlət" qeydiyyat nişanlı avtomobili özgəninkiləşdirildiyi üçün İddiaçı qaytarılması faktiki mümkün olmasa da, iddiaçı ona vurulmuş zərərin əvəzini məhz ona qaytarılmalı olan avtomobilini artıq özgəninkiləşdirmiş X9 tələb etməli olduğu halda, qərarları ləğv edilmiş məhkəmə hakimlərinin, iddiaçının göstərdiyi kimi səhvlərinə görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tələb etməsi düzgün olmamışdır. Başqa sözlə, mübahisəli avtomaşının X11 qaytarılmalı olmasına dair məhkəmə hökmü həmin hissədə hazırda qüvvədə deyil və o, avtomobili özgəninkiləşdirərkən bu prosedurun həmin vaxt üçün qanuni əsaslarla baş verməsinə baxmayaraq onun həmin avtomobildən əldə etdiyi gəlir əsasında iddiaçıya münasibətdə o hazırki vəziyyət üçün əsassız varlanmış şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd olunan Məcəllənin 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı qaldırılmış mülkiyyətdən qanunsuz məhrum olunmaya dair iddia əsaslı deyil, təmin edilə bilməz. Məhkəmə iddianın qeyd edilən hissəsinin təmin edilməməsi nəticəsinə gəldiyi üçün ondan törəmə tələblər olan maddi və mənəvi ziyanın tutulması hissələrinə hüquqi qiymət verilməsini əhəmiyyətsiz olduğundan zəruri saymır və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «yanlış qərar qəbul edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilinəsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçıya izah edilməlidir ki, o, X11 qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə aidiyyatı məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «yanlış qərar qəbul edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar