Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1346/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 09 oktyabr 2019-ci il tarixli fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə “Standart Şərtlər” müqaviləsinə əsasən “TBC” Kredit Bank olmayan Kredit təşkilatından illik 16 faizlə 48 ay müddətinə 14000 manat kredit götürmüşdür. “TBC’' Kredit Bank olmayan Kredit təşkilatı ilə “İddiaçı" ASC arasında bağlanmış “tələbin güzəşti barədə” 27 fevral 2020-cu il tarixli müqaviləyə l №-li əlavə sazişə əsasən Cavabdeh ilə “TBC" Kredit Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “İddiaçı" ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-cu ilin noyabrın 02-dək Cavabdeh banka 09 oktyabr 2019-ci il tarixli kredit müqaviləsi üzrə 12457,22 manat əsas borc, 716,8 manat faiz borcu olmaqla, cəmi 13174,02 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 09 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 12457,22 manat əsas borc, 716,8 manat faiz borcu olmaqla, ümumilikdə 13.174,02 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, 09 oktyabr 2019-cu il tarixli, BAKU0-745-17411 saylı “fiziki şəxslərə ödəniş kartlarının və kreditlərinin verilməsi üzrə Standart şərtlər müqaviləsi”nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan “TBC Kredit” BOKT ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli “Fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər” müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə, 14.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “TBC Kredit” BOKT ilə «xxxx» İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 27 fevral 2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh ilə “TBC Kredit” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ «xxxx» İKB ASC-yə ötürülmüşdür. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş 22.11.2019-cu il tarixli **********986800 saylı Çıxarışdan görünür ki, “xxxx” İKB ASC adını dəyişdirərək İddiaçı ASC olmuşdur. İşin materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 25.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10.10.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 11533,71 manat əsas borc, 642,31 manat faiz borcu olmaqla, cəmi 12.176,02 manat borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, “TBC Kredit” BOKT ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli “Fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər” müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə, 14.000 manat məbləğində kredit verilmiş, “TBC Kredit” BOKT ilə «xxxx» İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 27 fevral 2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh ilə “TBC Kredit” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ «xxxx» İKB ASC-yə ötürülmüş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, habelə sonuncu maliyyə arayışını əsas götürərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 09 oktyabr 2019-cu il tarixli, BAKU0-745-17411 saylı “Fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər” müqaviləsi ləğv edilməli, Cavabdeh 11533,71 (on bir min beş yüz otuz üç manat, yetmiş bir qəpik) manat əsas, 642,31 (altı yüz qırx iki manat, otuz bir qəpik) manat faiz borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12.206,02 (on iki min iki yüz altı manat, iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 09 oktyabr 2019-cu il tarixli, BAKU0-745-17411 saylı “Fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər” müqaviləsi ləğv edilsin. Cavabdeh 11533,71 (on bir min beş yüz otuz üç manat, yetmiş bir qəpik) manat əsas, 642,31 (altı yüz qırx iki manat, otuz bir qəpik) manat faiz borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12.206,02 (on iki min iki yüz altı manat, iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1346/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1346/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver