Məhkəmə qərarları › İş №2(006)-1347/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1347/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1347/2020 09.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi,məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı "borc pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 23.000 ABŞ dolları pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə əsl olmayan tərəfin əvəz edilməsi barədə ərizə ünvanlayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 23.000 ABŞ dolları pulun alınıbona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı Xatirə Abdullayeva ilə 30 ildən çoxdur ki, ailəvi dostdurlar. 2019-cu ilin mart ayının əvvəllərində iddiaçının rəfiqəsi Xatirə Abdullayevanın gəlini Cavabdeh1 ona zəng edərək təcili 5.000 ABŞ dolları məbləğində pul lazım olduğunu, əks halda əri Fəridə pis olacağını bildirmiş və iddiaçıdan borc istəmişdir. İddiaçı da qohumlarından təcili 5.000 ABŞ dolları toplayıb 2019-cu ilin mart ayında cavabdehə vermişdir. Bir neçə gün keçməmiş yenidən Günel ona zəng vurub əlavə 5.000 ABŞ dolları lazım olduğunu bildirmiş və iddiaçı da həmin pulu Günelin atası Cavabdeh3la göndərmişdir. 2019-cu ilin aprel ayında yenidən Günel iddiaçıya zəng edib əri Fəridin həbs olunacağını bildirmiş və iddiaçıdan 9.000 ABŞ dolları pul borc istəmişdir. İddiaçı da 2019cu ilin aprel ayında Günelin əri Fəridlə həmin pulu ona göndərmişdir. xx xxx 2019-cu ildə yenidən Fərid özü iddiaçıya zəng edib işinin qurtarması üçün 4.000 ABŞ dolları borc istəmişdir. İddiaçı da xx xxx 2019-cu ildə həmin pulu düzəldib ona vermişdir. Axırıncı dəfə pulu ona verəndə Fərid iddiaçıya qəbz, nikah şəhadətnaməsinin surətini, mənzilin çıxarışının surətini, Günelin şəxsiyyət vəsiqəsinin surətini iddiaçıya vermiş və söz vermişdir ki, 3 günə bütün pulunu qaytaracaqdır. Artıq neçə aydır ki, iddiaçı pulunu tələb etsə də, cavabdehlər pulu qaytarmır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıdakı məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən, Cavabdeh1 cavabdeh siyahısından çıxarılmış, o, yəni Cavabdeh3 cavabdeh qismində işə cəlb olunmuşam. Halbuki, o İddiaçı heç vaxt borc pul almamış, onunla hər hansı münasibəti olmayıb, onu tanımamışdır. İş materiallarında da onun tərəfindən İddiaçı hər hansı pul məbləğinin alınmasına dair sübut mövcud deyildir. Keçmiş kürəkəni Cavabdeh2 anası İddiaçı ilə rəfiqədirlər. Qızı Cavabdeh1 ilə keçmiş kürəkəni - Cavabdeh2 arasında münasibətlər pozulduqdan sonra Cavabdeh2 ilə İddiaçı birləşərək qızına və ona qarşı şər və böhtanlar atmağa, onlardan əsassız olaraq pul tələb etməyə başlamışlar. Qızı Cavabdeh1 Cavabdeh2 qarşı nikahın pozulması tələbinə dair Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırki iş üzrə İddiaçı tərəfindən məhkəməyə xx.xx.2019-cu il tarixli “borc müqaviləsi” təqdim edilmişdir. Həmin müqavilədəki yazı və imza Abdullayeva-Günel Xəlil qızına məxsus deyildir. Həmin imza və yazı saxtalaşdırılmış, heç bir əsas olmadan Cavabdeh1 üzərinə borc öhdəliyi qoyulmuşdur. Bununla da İddiaçı tərəfindən məhkəməyə saxtalaşdırılmış sübut təqdim edilmişdir. Bundan əlavə, İddiaçı sözügedən saxtalaşdırılmış xx.xx.2019-cu il tarixli “borc müqaviləsi”nə istinad etməklə Nəsimi Rayon Məhkəməsinə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və digər hüquq mühafizə orqanlarına müraciət edərək, onu və qızı, Cavabdeh1 dələduzluqda ittiham etmişdir. Halbuki, Cavabdeh1 İddiaçı tanımır, onunla heç bir münasibətdə olmayıb, onunla əlaqə saxlamayıb və ondan heç vaxt borc pul istəməyib və ya hər hansı borc məbləği almayıb. Bütün bu hallar İddiaçı məlum olduğu halda, bilə-bilə cinayət barədə yalan xəbərçilik vermişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 23.000 ABŞ dolları məbləğində pul verdiyini və cavabdehlərin həmin pulu qaytarmadığını bildirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, X4 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbinin əsası kimi irəli sürdüyü hallar məhkəmə araşdırılması zamanı sübuta yetirilməmiş, iddiaçı tələbini yalnız iddia ərizəsində göstərdikləri ilə əsaslandırmaqla kifayətlənmiş və tələbini təsdiq edən hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının sübut kimi iş materiallarına əlavə etdiyi və “Cavabdeh1 imzası ilə borc müqaviləsi”, “Cavabdeh2 imzası ilə qəbz” kimi qiymətləndirdiyi sübutetmə vasitələrinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı, təqdim olunmuş həmin sübutların həqiqiliyini və mötəbərliyini müəyyən etmək mümkün olmamış, onların əsaslılığı məhkəmədə şübhə doğurmuş və digər faktlarla öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı "borc pul" tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı "borc pul" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar