Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1367/2021 23.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X6, cavabdeh LPO QSC «xxxx» KB-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər LPO QSC «xxxx» KB və LPO QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı və Maraqlı şəxs MMC üçüncü şəxs qismində cəlb edilməklə) «borcun silinməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər LPO QSC «xxxx» KB və qeyrilərinə qarşı «borcun silinməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin tam təmin edilməsi, onunla ləğv prosesində olan QSC “xxxx” KB-nin “Lənkəran” filialı arasında bağlanmış 160/06/430/15 saylı, 12 avqust 2015-ci il tarixli Kredit müqaviləsinin 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major halın, yəni devalivasiyanın baş verməsi nəticəsində həmin müqavilə üzrə öhdəliklərinin artan 12675 (on iki min altı yüz yetmiş beş) manat ekvivalentində olan hissəsinin icrasından azad edilməsi, X5 həmin kredit müqaviləsi üzrə təşəkkül tapmış borc məbləğinin istinad olunan “Kredit müqaviləsi”nin 9.1-ci maddəsində nəzərdə tutulmuş fors-major halın, yəni devalivasiyanın baş verməsindən sonra manat ekvivalentində artmış hissəsinin, 12675 (on iki min altı yüz yetmiş beş) manat ekvivalentində olan hissəsinin silinməsinin ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi; onunla ləğv prosesində olan QSC “xxxx” KB-nin “Lənkəran” filialı arasında bağlanmış 160/06/430/15 saylı, 12 avqust 2015-ci il tarixli Kredit müqaviləsinin 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major halın, yəni devalivasiyanın baş verməsi nəticəsində həmin müqavilə üzrə öhdəliklərimin artan 12675 (on iki min altı yüz yetmiş beş) manat ekvivalentində olan hissəsinin silinməsi barədə məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla ləğv prosesində olan QSC “Bank Ştandard” KB-nin "Lənkəran” filialı arasında bağlanmış 160/06/430/15 saylı, 12 avqust 2015-ci il tarixli Kredit müqaviləsinə əsasən “Kreditor” “Borcalan”a 19500 (on doqquz min beş yüz) ABŞ dolları məbləğində, 36 aylıq müddətə 21 faiz dərəcəsi ile kredit verməli idi. Həmin Kredit müqaviləsinin Fors-major halda müqavilə münasibətlərini tənzim edən 9.1ci bəndində göstərilmişdir ki, qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalivasiva, qanunvericilikdə dəyişikliklər və s.) nəticəsində müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda Tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar, o şərtlə ki, həmin hallar müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsun. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mərkəzi X7 21 dekabr 2015-ci il tarixli qərarına əsasən üzən məzənnə rejiminə keçilmiş və gözlənilmədən Azərbaycan manatının ABŞ dollarına qarşı kəskin ucuzlaşması baş vermişdir. Həmin gün və hal-hazırda ABŞ dollarının rəsmi məzənnəsi təxminən 50 %-dən çox artaraq 1,7 manat həddinə çatmışdır. Belə olan halda, ölkədə mal və xidmətlərin dəyəri kəskin şəkildə bahalaşmışdır. Qeyd edim ki, o, ləğv prosesində olan QSC “xxxx” KB-nin “Lənkəran filialı ilə 160/06/430/15 saylı, 12 avqust 2015-ci il tarixli Kredit müqaviləsi bağlayarkən əsas götürdüyü şərait (ilkin mərhələdə Azərbaycan manatının ABŞ dollarına münasibəti dəyərinin 1,05 AZN məbləğində olması, sonra isə Azərbaycan Respublikası Mərkəzi X7 müvafiq qərarı əsasında ABŞ dolları qarşısında əhəmiyyətli dərəcədə dəyər itirməsi) AR Mərkəzi Bankının İH-nin 21.12.2015-ci il tarixli qərarı ilə əhəmiyyətli dərəcədə dəyişmiş, istinad olunan “Kredit müqaviləsinin 9.1-ci bəndində göstərilmiş fors-major hal baş vermiş və həmin qərarda nəzərdə tutulmuş maliyyə tədbirlərini (milli valyutanın devalivasiyası və üzən məzənnə rejiminə keçid) ağlabatan şəkildə əvvəlcədən proqnozlaşdırmaq mümkün olmamışdır. Həmin qərardan sonra üzən məzənnə rejiminə keçid nəticəsində hazırki kredit müqaviləsinin predmetinin, yəni kredit öhdəliklərinin ifadə olunduğu ABŞ dollarının dəyərinin gəlirlərinin ifadə olunduğu Azərbaycan manatı ilə müqayisədə tədricən sürətlə artması nəticəsində gəlirləri və xərcləri arasında tərs mütənasiblik formalaşmış və maliyyə vəziyyətini xeyli ağırlaşdırmışdır. İstinad olunan kredit müqaviləsi bağlandıqdan sonra devalvasiyanın baş verməsi hamıya bəlli olan hal və faktdır, belə ki, bu fakt Azərbaycan Respublikası Prezidentinin iqtibas olunan Fərmanının preambulasında da öz əksini tapmışdır. Ona görə də hesab edir ki, “Kredit müqaviləsi”nin 9.1-ci bəndində göstərilmiş fors-major halın baş verməsi yəni milli valyutanın indiki qaydada, yəni birdənbirə, yüksək faizlə ABŞ dolları qarşısında kəskin ucuzlaşması nəzərə alınmalı və müqavilənin istinad olunan bəndi nəzərə alınaraq müvafiq güzəştlər tətbiq olunmalıdır. İş üzrə materiallardan və istinad olunan “Kredit müqaviləsi”nin şərtlərindən, ələxüsus istinad olunan “Kredit müqaviləsinin 9.1-ci bəndinin müddəalarından göründüyü kimi, kredit xətti üzrə öhdəliklərin məbləğinin müqavilədə fors-major hal kimi nəzərdə tutulmuş devalivasiya nəticəsində manatla artmış hissəsi üzrə öhdəliyə xitam verilməli və yaranmış yeni borc məbləği silinməlidir. Betə ki, istinad olunan “Kredit müqavifəsi”nin 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major hal, yəni devalivasiya baş verəndən sonra öhdəliklərinin məbləği manat ekvivalenində birdən-birə 50%-dən çox artmışdır. Belə ki, 19500 ABŞ dolları məbləğində olan borcu qeyd olunan fors-major halın baş verməsindən əvvəl manat ekvivalentində 20 475 (iyirmi min dörd yüz yetmiş beş min) manat məbləğində olan kredit borcu birdən-birə artaraq 33150 (otuz üç min yüz əlli) manat ekvivalentinə yüksəlmişdir. Ona görə də hesab edir ki, həmin kredit müqaviləsi üzrə öhdəliyinin artmış 12675 (on iki min altı yüz yetmiş beş) manatlıq hissəsindən azad edilməli və həmin öhdəlik Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməlidir. Ona görə də hesab edir ki, onunla ləğv prosesində olan QSC “xxxx” KB-nin Lənkəran filialı arasında bağlanmış 160/06/430/15 saylı, 12 avqust 2015-ci il tarixli Kredit müqaviləsinin 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major halın, yəni devalivasiyanın baş verməsi nəticəsində həmin müqavilə üzrə öhdəliklərinin artan 12675 (on iki min altı yüz yetmiş beş) manat ekvivalentində olan hissəsinin icrasından azad edilməsi, həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin qeyd olunan məbləğdə azaldılması, bu barədə X5 və Mərkəzləşdirilmiş Kredit Reyestrində müvafiq qeydlər aparılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X9 yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO QSC «xxxx» KB-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Belə ki, QSC “xxxx” KB ilə İddiaçı arasında bağlanmış 12.08.2015-ci il tarixli, 160/06/430/15 saylı kredit müqaviləsinə əsasən bank İddiaçı illik 21 faiz hesablanmaqla 36 ay müddətinə 19500 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul edib, müqavlədə göstərilən müddətdə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lənkəran Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(049)-3068/2018 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı və X1 müştərək qaydada 16298,94 ABŞ dolları məbləğində əsas borc, 2666.07 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları məbləğində cərimə üzrə borc, cəmi 19465.01 (on doqquz min dörd yüz altımış beş dollar 01 sent) ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, 30 (otuz) manat məhkəmə üçün və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 60 (altımış) manat məbləğində dövlət rüsumunun iddiaçı Ləğv prossesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının xeyrinə tutulması, tutmanın Lənkəran rayonu, Sütəmurdov kəndində 0.06 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 44 kv.m. yaşayış, 127.6 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş Lənkəran rayonu, Sütəmurdov kəndində 0.06 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 44 kv.m. yaşayış, 127.6 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 60 000 (altımış min) manat məbləğində müəyyənləşdirilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin Banka olan borcunun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin cavabdeh İddiaçı qaytarılması, satışdan əldə ediləcək məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlər İddiaçı və X1 ümumi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi MK-nın 04.06.2020-ci il tarixli, 2(106)-57/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-nın cavabdehlər İddiaçı və X2 qarşı kredit müqaviləsi üzrə əsas borc, hesablanmış faizlərin, cərimənin ödənilməsinə və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(049)-3068/2018 saylı qətnaməsinin cavabdeh İddiaçı apelyasiya şikayətinə əsasən dəyişdirilməsi, cavabdehlər İddiaçı və X1 müştərək qaydada 16.044,62 (on altı min qırx dörd tam yüzdə altmış iki) ABŞ dolları məbləğində əsas borc, 2666.07 (iki min altı yüz altmış altı tam yüzdə yeddi) ABŞ dolları məbləğində faiz borcu, 500 (beş yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 19210,69 (on doqquz min iki yüz on tam altmış doqquz) ABŞ dolları məbləğində borcun tutulduğu anda Azərbaycan Respublikası mərkəzi bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi uyğun tutularaq iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart" КВ-yə ödənilməsi, qətnamənin nəticə hissəsindən “həmin əmlakın açıq hərrac yolu ilə satılması satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, bom ödənildikdən sonra artıq qalan məbləğin cavabdeh İddiaçı qaytarılması, satışdan əldə ediləcək məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlər İddiaçı və X1 ümumi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi” sözlərinin xaric edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılmış hallarından görünür ki, QSC “xxxx” KB ilə İddiaçı arasında bağlanmış 12.08.2015-ci il tarixli, 160/06/430/15 saylı kredit müqaviləsinə əsasən bank İddiaçı illik 21 faiz hesablanmaqla 36 ay müddətinə 19500 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul edib, müqavlədə göstərilən müddətdə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ödəməli olduğu kredit məbləğini banka ödəyə bilmədiyindən onun QSC “xxxx” KB-yə borcu yaranmışdır. Bununla əlaqədar LPO QSC “xxxx” KB məhkəməyə müraciət olunmuş, Şirvan Apellyasiya Məhkəməsi MK-nın 04.06.2020-ci il tarixli, 2(106)-57/2020 saylı qətnaməsinə İddiaçı və X1 (zamin) müştərək qaydada 16.044,62 ABŞ dolları əsas borc, 2666.07ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19210,69 ABŞ dolları məbləğində pulun tutulması qət edilmişdir. Hazırda iddiaçı ölkədə baş verən devalvasiya ilə əlaqədar aralarında bağlanmış kredit müqaviləsinin 9.1-ci bəndini əsas götürərək devalvasiyanın baş verməsindən sonra kredit borcunun manat ekvivalentində artmış hissənin, yəni 12675 manat hissəsinin silinməsini tələb edir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 9.1-bəndinə görə qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalvasiya, qanunvericilikdə dəyişikliklər və s.) nəticəsində müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda, tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar, o şərtlə ki, həmin hallar müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu Məcəllənin 425.2-ci maddəsinin tələbinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, 2015-ci il ərzində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən birincisi 34%, ikincisi isə 47% səviyyəsində olmaqla 2 dəfə sərt devalvasiya həyata keçirildi ki, ikinci devalvasiya zamanı, yəni 2015-ci ilin dekabrın 21-də 1 dollar 1,55 manata bərabər edilərkən “üzən məzənnə” rejiminə keçildiyi bəyan olunmuşdur. İşin faktiki hallarından göründüyü kimi, tərəflər aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən öhdəliklərin qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalvasiya, qanunvericilikdə dəyişikliklər və s.) nəticəsində icrası mümkün olmadıqda, tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar. Məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsinin 9.1-ci bəndini əsas götürərək, habelə devalvasiya baş verdikdən sonra iddiaçının öhdəliklərinin məbləğinin manat ekvivalentində birdən-birə 50%-dən çox artmasını nəzərə alaraq, hesab edir ki, kredit müqaviləsinin bu bəndində nəzərdə tutulmuş fors-major halın, yəni devalvasiyanın baş verməsi nəticəsində həmin müqavilə üzrə öhdəliyin müqavilə bağlanan zaman ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə ifadə olunan ekvivalentinin Azərbaycan Respublikası Mərkəzi X7 21 dekabr 2015-ci il tarixli qərarına əsasən üzən məzənnə rejiminə keçid nəticəsində iddiaçıya zərər dəyməsi işin mübahisəsiz halıdır. Lakin məhkəmə 12.08.2015-ci il tarixli, 160/06/430/15 saylı kredit müqaviləsi üzrə qalıq borcun məbləğinin qanuni qüvvəsini almış Şirvan Apellyasiya Məhkəməsi MK-nın 04.06.2020-ci il tarixli, 2(106)-57/2020 saylı qətnaməsinə əsasən hesablandığını, hazırki işin başlanmasına əsas olan iddia ərizəsində öz əksini tapan xüsusatlar barədə İddiaçı LPO QSC “xxxx” KB-nin cavabdehlər İddiaçı və X2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair mülki işə baxılarkən məlumatlı olduğunu nəzərə alaraq hesab edir ki, hazırki iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər LPO QSC «xxxx» KB və qeyrilərinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər LPO QSC «xxxx» KB və LPO QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı və Maraqlı şəxs MMC üçüncü şəxs qismində cəlb edilməklə) «borcun silinməsi və s.» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1367/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1367/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver