Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1399/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X3 katibliyiilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh X1rşı "qızıl əşyalarının geri qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh X1rşı "qızıl əşyalarının geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran rayonu, Yuxarı Nüvədi kənd sakinidir, yaşadığı rayonda sitrus məhsullarını alıb Sumqayıt şəhər mərkəzi bazarında satmaqla gündəlik çörək puluna işləmişdir. Lənkəran rayonundan sitrus məhsullarının gətirilməsi çətin olduğu üçün iddiaçı Bakı şəhərində Təzə Bazar adlanan topdansatış olan ərazidə sitrus məhsullarını alıb Sumqayıt şəhərinə satmaq məqsədilə pula ehtiyacı olmuşdur. İddiaçı Sumqayıt şəhərində sözügedən bazara bitişik binada cavabdehə 300 manat almaq üçün xx xxxxxx 2016-cı il tarixdə müraciət etmişdir. Cavabdehin daxili təlimatına əsasən həyat yoldaşına məxsus olan 1 ədəd komplekt, 1 ədəd sep, 1 ədəd kulon (583), ç: 19,2 qr, tic- 16 qr, cəmi 35,2 qr qızılı girov qoyub əvəzində 300 manat pul almışdır. Girov götürülən vaxt girov biletində (AFƏ №241269) qızıl əşyalarının adları göstərilmişdir. Bundan, başqa xx xxxxxx 2016-cı il tarixdə iddiaçı ilə cavabdeh arasında əşyanın lombardda girovu haqqında AFƏ241269 saylı müqavilə bağlanmışdır. Müqavilə əsasında xx.xx.2016-cı il tarixədək müqavilədə göstərilən faizi vaxtı-vaxtında ödəmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdən aldığı 300 manat pulu cavabdehə qaytarıb qızıl əşyalarını geri götürmək üçün rəsmi müraciət etmişdir. Cavabdeh müraciətinə cavab verməmiş, şifahi olaraq bildirmişdir ki, Bank tərəfindən cavabdehin fəaliyyəti dayandırılmışdır, hətta bildirmişdir ki, əməkdaşlıq etdiyi bankın məhkəmə prosesi gedir, məhkəmə prosesindən sonra qızıllar geri qaytarılacaqdır. İddiaçı müəyyən müddət gözləmişdir. Ona görə də aidiyyatı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Göstərilənlərə əsasən, cavabdehə 300 manat pulun iddiaçı tərəfindən ödənilməsi və cavabdehə girov müqaviləsi əsasında qoyulan 1 ədəd komplekt, 1 ədəd sep, 1 ədəd kulon (583), ç: 19,2 qr, tic- 16 qr, cəmi 35,2 qr qızılın iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclası barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsi barədə məlumat verməmişdir. Odur ki, məhkəmə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxxx 2016-cı il tarixli AFƏ 241269 nömrəli Əşyanın lombardda girovu haqqında müqavilədən görünür ki, kredit iddiaçı tərəfindən girov qoyulan qızıl-ziynət əşyalarının dəyərləndirilməsi əsasında verilmişdir. İşə əlavə olunmuş xx xxxxxx 2016-cı il tarixli AFƏ seriyalı 241269 saylı Girov biletindən görünür ki, iddiaçı 1 ədəd komplekt, 1 ədəd sep, 1 ədəd kulon (583), ç: 19,2 qr, tic- 16 qr qızılı 300 manat kredit müqabilində cavabdehdə girov qoymuşdur. Girov biletində girovun çıxarılması müddəti müəyyən edilməmişdir. İş materiallarında olan xx xxxxxxxx 2016-cı il tarixli ərizədən görünür ki, iddiaçı müqavilənin ləğvi və xx xxxxxx 2016-cı il tarixli girov biletində göstərilmiş əşyanın ona qaytarılması ilə bağlı cavabdehə müraciət etmişdir. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin aprel 2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddiaçının Cavabdeh-yə qarşı qızıl əşyalarının geri qaytarılması tələbinə dair ərizəsi təmin edilmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 302.5-ci maddəsinə əsasən lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2016-cı il tarixli AFƏ 241269 nömrəli Əşyanın lombardda girovu haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı 1 ədəd komplekt, 1 ədəd sep, 1 ədəd kulon (583), ç: 19,2 qr, tic- 16 qr qızılı girov qoymaqla 300 manat məbləğində pul vəsaiti almış və bu barədə cavabdeh tərəfindən iddiaçıya xx xxxxxx 2016-cı il tarixli AFƏ seriyalı 241269 saylı Girov bileti verilmişdir. Girov biletində girovun çıxarılması müddəti müəyyən edilməmişdir. İddiaçı xx xxxxxxxx 2016-cı il tarixdə müqavilənin ləğvi və xx xxxxxx 2016-cı il tarixli girov biletində göstərilmiş əşyanın ona qaytarılması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının ərizəsinə hər hansı cavab verməmişdir. Beləliklə, məhkəməhesabedirki, hazırkiişüzrəiddiatəminedilməli, cavabdehə 300 manat pul iddiaçı tərəfindən ödənilməli və cavabdehə girov müqaviləsi əsasında qoyulan 1 ədəd komplekt, 1 ədəd sep, 1 ədəd kulon (583), ç: 19,2 qr, tic- 16 qr, cəmi 35,2 qr qızıl iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X4 300 manat pul İddiaçı tərəfindən ödənilsin və Cavabdeh X4 girov müqaviləsi əsasında qoyulan 1 ədəd komplekt, 1 ədəd sep, 1 ədəd kulon (583), ç: 19,2 qr, tic- 16 qr, cəmi 35,2 qr qızıl İddiaçı qaytarılsın. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh X2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1399/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1399/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver