Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1424/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və qeyrisinə qarşı “borcalan kimi aparılmış qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və qeyrisinə qarşı “borcalan kimi aparılmış qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 Cavabdeh1 ASC ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli, PK 390 saylı kredit müqaviləsi üzrə “Azərbaycan Kredit Bürosu" MMC-nin Mərkəzi Reyestrində qeyd edilmiş məlumatların reyestrdən silinməsi barədə məlumatın “Azərbaycan Kredit Bürosu» MMC-yə verilməsi öhdəliyinin X5 "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla “Zaminbank’' ASC arasında xx.xx.2011-ci il tarixdə 20.000 manat məbləğində olmaqla kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən bank tərəfindən ona plastik kart üzrə 12 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə kredit xətti açılmışdır. O, həmin kredit müqaviləsi üzrə 20.000 manat məbləğində pulu xx.xx.2012-ci il tarixdə ödədiyindən “Zaminbank" ASC-yə heç bir borcu qalmamışdır. X4 Olan “Zaminbank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2018-ci il tarixdə ona qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müaraciət edərək ondan ümumilikdə 6996,43 manat borcun və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ödənilməsini xahiş etdiyini və Ordubad Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixdə, 2(080)-37/2018 saylı qətnaməsi iddia tələbi təmin edilmiş və iddiaçıdan ümumilikdə 6996,43 manat borcun və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq X5 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsinin qət edildiyini öyrənmişdir. Ordubad Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixdə, 2(080)-37/2018 saylı qətnaməsi iddiaçıya məktub vasitəsi ilə təqdim olunan zaman onun tərəfindən həmin qətnamədən apellyasiya şikayəti təqdim edilmiş və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli, 2(108)-40/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin olunmuş və Ordubad Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixdə, 2(080)-37/2018 saylı qətnaməsi ləğv olunmuş və X5 “Zaminbank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı olan iddiası rədd olunmuşdur. Qeyd edir ki, Ordubad Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixdə, 2(080)-37/2018 saylı qətnaməsində qeyd edilən kredit müqaviləsinin xx.xx.2012-ci ildə bağlanması göstərilsə də o, həmin vaxt yəni xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasından kənarda, Belarusiya Respublikasında idi. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk etmişdir. İş üzrə eskpertiza təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli PK 390 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsində olan imza iddiaçı tərəfindən icra edilməmiş, başqa şəxs tərəfindən onun həqiqi imzalarına oxşadılmaqla icra edillmişdir. Yəni, o, həmin zaman cavabdeh X5 "xxxx"' ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə hər hansı bir kredit müqaviləsi bağlamamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6575/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçı X5 “Zaminbank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli, 2(108)-40/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı yuxarıda qeyd etdiyi müvafiq məhkəmə qərarlarından sonra X5 “Zaminbank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, Cavabdeh3 MMC-nin məlumat bazasında onun adına əks olunan kredit məlumatlarının silinməsini xahiş etmişdir. X5 Cavabdeh1 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu ona yazılı şəkildə bildirmişdir ki, sözügedən məhkəmə qərarları ilə Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Həmçinin həmin təşkilat tərəfindən ona yaranmış məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Sonradan xx.xx.2024-cü il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh X5 “Zaminbank" ASC-nin cavabdehlər sırasından çıxarılmasını və X5 “Zaminbank" ASC ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli, PK 390 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin Mərkəzi Reyestrində qeyd edilmiş məlumatların reyestrdən silinməsi barədə məlumatın Cavabdeh3 MMC-yə verilməsi öhdəliyinin X5 "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəmə iclasında qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(108)-40/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Ordubad Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2(080)-37/2018 saylı qətnaməsi tamamilə ləğv edilmiş, iddiaçı X5 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı Həmin oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X5 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kasssasiya şikayəti verilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6575/2019 saylı Qərarı ilə X5 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasssasiya şikayətinin təmin edilməməsi, Naxçıvan MR Ali Məhkəməsinin MK-nın həmin iş üzrə 03 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC qarşısında kredit müqaviləsi üzrə hər hansı bir öhdəliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarında olan LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli, **********494 saylı məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, ******************** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən 20.000 (iyirmi min) manat məbləğində kredit xəttinin açıldığını, sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddianın qaldırıldığı, Ordubad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(080)-37/2018 saylı qətnaməsi ilə cəmi 6996,43 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun tutulub banka ödənilməsinin qət edildiyini, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Ordubad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək bankın iddiasının rədd edilməsinin qət edildiyini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli, 2(102)-6575/2019 saylı qərarı ilə X5 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasssasiya şikayətinin təmin olunmaması və Naxçıvan MR Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasının qərara alındığını, və sözügedən məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəliyin qoyulmadığı qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının bank qarşısında xx.xx.2013-cü il tarixli, PK390 saylı kredit müqaviləsi üzrə hər hansı bir öhdəliyinin (borcunun) olmamasına baxmayaraq, Azərbaycan Kredit Bürosuna təqdim edilmiş yanlış bilgiyə görə, iddiaçının hüquqları pozulmuşdur. İddiaçı iş üzrə cavabdehə müraciət edərək, yanlışlığın aradan qaldırılması, qeydlərdə olan səhvlərə düzəliş edilməsini xahiş etsə də, onun haqlı tələbi yerinə yetirilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Həmin oğlunun xx.xx.2013-cü il tarixli, PK390 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalı, bu qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən xx.xx.2013-cü il tarixli, PK390 saylı kredit müqaviləsi üzrə İddiaçı Həmin oğlunun borcunun olmasına dair qeydin silinməsi üçün əsas hesab edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Həmin oğlunun xx.xx.2013-cü il tarixli, PK390 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Bu qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən xx.xx.2013-cü il tarixli, PK390 saylı kredit müqaviləsi üzrə İddiaçı Həmin oğlunun borcunun olmasına dair qeydin silinməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1424/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1424/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver