Məhkəmə qərarları › İş №2(006)-143/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-143/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-143/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X18 oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər (Cavabdeh Əmrulla qızının hüquqi varisləri) Cavabdeh Mayis qızına və X8 qarşı "kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, borcun əvəzinin girov predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər (Cavabdeh Əmrulla qızının hüquqi varisləri) Cavabdeh Mayis qızına və X8 qarşı "kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, borcun əvəzinin girov predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X11 ilə əvvəlki "xxxx" ASC, indiki İddiaçı BOKT ASC arasında 30.09.2013-cü il tarixli, 0354/13/PB-l saylı, 04.10.2013-cü il tarixli, 0354/13/PB-l saylı və 31.10.2013-cü il tarixli, 0354/13/PB-3 saylı kredit müqavilələri bağlanmışdır. Göstərilən müqavilələr üzrə X9 2013-ci il 30 sentyabr tarixli, 0354/13/PB-l №-li kredit (borc) müqaviləsinə əsasən illik 20 faizlə, 36 ay müddətinə 30000 (otuz min) manat; 2013-cü il 04 oktyabr tarixli, 0354/13/PB-2 №-li kredit (borc) müqaviləsinə əsasən illik 20 faizlə, 36 ay müddətinə 38600 (otuz səkkiz min altı yüz) manat; 2013-cü il 31 oktyabr tarixli, 0354/13/PB-3 JV2 №-li kredit (borc) müqaviləsinə əsasən illik 20 faizlə, 36 ay müddətinə 11500 (on bir min beş yüz) manat kredit verilmişdir. Göstərilən kredit müqavilələrinin təmini kimi Cavabdeh mülkiyyətindəki Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində olan 4a nömrəli, 96,19 kv.m ümumi, 76,19 kv.m yaşayış, 20 kv.m köməkçi sahədən ibarət 5 otaqlı, 81 nömrəli mənzil 19.09.2013-cü il tarixli, 0354/13/PB saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. X11 10.04.2016-cı il tarixində Kardiogen şok səbəbindən vəfat etmişdir. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu, 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 2018-ci il iyulun 11-dək X6 İddiaçı BOKT ASC-yə 2013-cü il 30 sentyabr tarixli, 0354/13/PB-l №-li kredit müqaviləsi üzrə 29960,61 manat əsas, 36700,58 manat hesablanmış faiz, 38888,87 manat dəbbə pulu, cəmi 105550,06 manat borcu; 2013-cü il 04 oktyabr tarixli 0354/13/PB- 2 №-li kredit müqaviləsi üzrə isə 38426,99 manat əsas, 47956,46 manat faiz, 50723,63 manat dəbbə, cəmi 137107,08 manat borcu; 2013-cü il 31 oktyabr tarixli, 0354/13/PB-3 №-li kredit müqaviləsi üzrə isə 11480,53 manat əsas, 11888,61 manat faiz, 15154,30 manat dəbbə, cəmi 38523,44 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər. Göstərilənlərə əsasən X11 ilə İddiaçı BOKT ASC arasında bağlanan 2013-cü il 30 sentyabr tarixli 0354/13/PB-l №-li kredit müqaviləsi üzrə 29960,61 manat əsas, 36700,58 manat hesablanmış faiz, 38888,87 manat dəbbə pulu, cəmi 105550,06 manat borcun; 2013-cü il 04 oktyabr tarixli, 0354/13/PB-2 №-İi kredit müqaviləsi üzrə isə 38426,99 manat əsas, 47956,46 manat faiz, 50723,63 manat dəbbə, cəmi 137107,08 manat borcun; 2013-cü il 31 oktyabr tarixli 0354/13/PB-3 №- li kredit müqaviləsi üzrə isə 11480,53 manat əsas, 11888,61 manat faiz, 15154,30 manat dəbbə, cəmi 38523,44 manat borcun olması faktının müəyyən edilməsi, tələbin ipoteka predmeti olan Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində olan X2 mülkiyyətindəki 4a nömrəli, 96,19 kv.m ümumi, 76,19 kv.m yaşayış, 20 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, 81 nömrəli mənzilə yönəldilməsi və əmlakın 68000 manat qiymətləndirilərək həmin mənzilin açıq hərracda satılması, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində olan Cavabdeh mülkiyyətindəki 4a nömrəli, 96,19 kv.m ümumi, 76,19 kv.m yaşayış, 20 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, 81 nömrəli mənzildə yaşayanlar - X12 və Cavabdeh Mais qızının mənzildən istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması, fərdi yaşayış evinin əşyalarının boşaldılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehlər (Cavabdeh Əmrulla qızının hüquqi varisləri) Cavabdeh Mayis qızının və X7 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə X11 arasında bağlanmış 30.09.2013-cü il tarixli, 0354/13/PB-1 saylı kredit (borc) müqaviləsinə əsasən bank tərəfindən X9 36 ay müddətinə, illik 20%-lə, 30.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə X11 arasında bağlanmış 04.10.2013-cü il tarixli, 0354/13/PB-2 saylı kredit (borc) müqaviləsinə əsasən bank tərəfindən X9 36 ay müddətinə, illik 20%-lə, 38.600 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə X11 arasında bağlanmış 31.10.2013-cü il tarixli, 0354/13/PB-3 saylı kredit (borc) müqaviləsinə əsasən bank tərəfindən X9 36 ay müddətinə, illik 20%-lə, 11.500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə X11 və Cavabdeh Əmrulla qızı arasında bağlanmış 19.09.2013-cü il tarixli ipoteka (girov) müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 4a nömrəli ev, 96,19 kv.m ümumi, 76,19 kv.m yaşayış, 20 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, 81 nömrəli mənzil öhdəliklərin təminatı kimi "xxxx" ASC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 68.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 26.09.2013-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Əmrulla qızına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 4a nömrəli ev, 96,19 kv.m ümumi, 76,19 kv.m yaşayış, 20 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, 81 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 1270 nömrəli reyestr kitabının 115686 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 16 aprel 2016-cı il tarixli, AZ № 806430 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 10.04.2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 19 sentyabr 2019-cu il tarixli, AZ-İİ № 037206 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 14.09.2019-cu ildə Bakı şəhərində vəfat etmişdir. İşin materiallarında olan İddiaçı BOKT ASC tərəfindən verilmiş 19.09.2016-cı il tarixli maliyyə arayışından görünür ki, borclu X6 04.10.2013-cü tarixli kredit müqaviləsi üzrə banka 38.426,99 manat əsas borc, 20.160,86 manat faiz borcu, cəmi 58.587,85 manat borcu vardır. İşin materiallarında olan İddiaçı BOKT ASC tərəfindən verilmiş 10.04.2016-cı il tarixli maliyyə arayışından görünür ki, borclu X6 31.10.2013-cü tarixli kredit müqaviləsi üzrə banka 11.480,53 manat əsas borc, 1569,01 manat faiz borcu, cəmi 13.049,54 manat borcu vardır. İşin materiallarında olan İddiaçı BOKT ASC tərəfindən verilmiş 19.09.2016-cı il tarixli maliyyə arayışından görünür ki, borclu X6 31.10.2013-cü tarixli kredit müqaviləsi üzrə banka 11.480,53 manat əsas borc, 3584,49 manat faiz borcu, cəmi 15.065,02 manat borcu vardır. İşin materiallarında olan İddiaçı BOKT ASC tərəfindən verilmiş 10.10.2018-ci il tarixli maliyyə arayışından görünür ki, borclu X6 31.10.2013-cü tarixli kredit müqaviləsi üzrə banka 11.480,53 manat əsas borc, 13.023,89 manat faiz borcu, 17.243,76 manat cərimə borcu, cəmi 41.748,18 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09/2199 saylı, 04 may 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və 30.09.2013-cü il tarixli, 0354/13/PB-1 nömrəli kredit (borc) müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla X6 10.04.2016-cı il tarixinə banka olan borcu - əsas borc üzrə -29.960,43 manat, faiz borcu 3353,52 manat məbləğində olması, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə X11 arasında bağlanmış 04.10.2013-cü il tarixli, 0354/13/PB-2 nömrəli kredit (borc) müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla X6 10.04.2016-cı il tarixinə banka olan borcu əsas borc üzrə 38.427,20 manat, faiz borcu üzrə 4743,34 manat məbləğində olması, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə X11 arasında bağlanmış 31.10.2013-cü il tarixli, 0354/13/PB-3 nömrəli kredit (borc) müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla X6 10.04.2016-cı il tarixinə banka olan borcu - əsas borc üzrə 11.486,89 manat, faiz borcu üzrə 200,77 manat məbləğində olması müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 19.10.2021-ci il tarixli, H/03-PLS saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 4a, mənzil 81 mənzilin likvid dəyəri 76.000 manat təşkil etmişdir. Qiymətləndiricinin xidmət haqqı 250 manat təşkil etmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin 68.000 manat qiymətləndirilməsi” hissəsinə ekspert rəyi nəzərə alınmaqla qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmaqla, mənzilin ilkin satış qiyməti 76.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, borclu X11 10.04.2016-cı ildə vəfat etmiş, onun hüquqi varisi Cavabdeh 14.09.2019-cu ildə vəfat etmiş, hazırda mərhum borclunun hüquqi varisləri onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduğundan, mərhum borclunun öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidirlər. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 4a, mənzil 81-ə yönəldilməli, həmin əmlak açıq hərraca çıxarılaraq satılmalı, ilkin satış qiyməti 76.000 manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq həmin əmlak boşaldılmalıdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ cavabdehlərə qaytarılmalıdır. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etdiyini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Məhkəmə ekspert rəyini nəzərə almaqla hesab edir ki, cavabdehlərdən 30 sentyabr 2013cü il tarixli, 0354/13/PB-l №-li kredit müqaviləsi üzrə 29.960,43 manat əsas, 3353,52 manat faiz, 04 oktyabr 2013-cü il tarixli, 0354/13/PB-2 №-İi kredit müqaviləsi üzrə 38.426,99 manat əsas, 4743,34 manat faiz, 31 oktyabr 2013-cü il tarixli, 0354/13/PB-3 №- li kredit müqaviləsi üzrə isə 11480,53 manat əsas, 200,77 manat faiz tutulmalıdır. Bundan əlavə, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək, cərimənin məbləği 30 sentyabr 2013-cü il tarixli, 0354/13/PB-l №-li kredit müqaviləsi üzrə 300 manat, 04 oktyabr 2013-cü il tarixli, 0354/13/PB-2 №-İi kredit müqaviləsi üzrə 400 manat, 31 oktyabr 2013-cü il tarixli, 0354/13/PB-3 №- li kredit müqaviləsi üzrə 100 manat müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı ipoteka predmetinin mülkiyyətçisi olmadığı üçün iddia tələbi «istifadə hüququna xitam verilməsi» hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, habelə ekspert rəylərini əsas götürərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli X11 ilə İddiaçı BOKT ASC arasında bağlanan 30 sentyabr 2013-cü il tarixli, 0354/13/PB-l №-li kredit müqaviləsi üzrə 29.690,43 (iyirmi doqquz min altı yüz doxsan manat, qırx üç qəpik) manat əsas, 3353,52 (üç min üç yüz əlli üç manat, əlli iki qəpik) manat faiz, 300 (üç yüz) manat cərimə, cəmi 33.613,95 (otuz üç min altı yüz on üç manat, doxsan beş qəpik) manat, 04 oktyabr 2013-cü il tarixli, 0354/13/PB-2 №-İi kredit müqaviləsi üzrə 38426,99 (otuz səkkiz min dörd yüz iyirmi altı manat, doxsan doqquz qəpik) manat əsas, 4743,34 (dörd min yeddi yüz qırx üç manat, otuz dörd qəpik) manat faiz, 400 (dörd yüz) manat cərimə, cəmi 43.570,33 (qırx üç min beş yüz yetmiş manat, otuz üç qəpik) manat, 31 oktyabr 2013-cü il tarixli, 0354/13/PB-3 №- li kredit müqaviləsi üzrə 11480,53 (on bir min dörd yüz səksən manat, əlli üç qəpik) manat əsas, 200,77 (iki yüz manat, yetmiş yeddi qəpik) manat faiz, 100 (bir yüz) manat cərimə, cəmi 11.781,3 (on bir min yeddi yüz səksən bir manat, otuz qəpik) manat, ümumilikdə 88.965,58 (səksən səkkiz min doqquz yüz altmış beş manat, əlli səkkiz qəpik) manat borcun olması müəyyən edilməli, tutma ipoteka qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 4a nömrəli ev, 96,19 kv.m ümumi, 76,19 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, 81 nömrəli mənzilə yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti 76.000 (yetmiş altı min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına İddiaçı BOKT ASC-yə olan kredit borcu ödənilməli, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti cavabdehlər (Cavabdeh Əmrulla qızının hüquqi varisləri) Cavabdeh Mayis qızına və X8 qaytarılmalı, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 4a nömrəli ev, 96,19 kv.m ümumi, 76,19 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, 81 nömrəli mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 (bir) ay sonra həmin yaşayış sahəsindən cavabdehlər (Cavabdeh Əmrulla qızının hüquqi varisləri) Cavabdeh Mayis qızı və X13 çıxarılmalı, mənzil boşaldılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər (Cavabdeh Əmrulla qızının hüquqi varisləri) Cavabdeh Mayis qızı və X4 tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 250 (iki yüz əlli) manat məbləğində pul cavabdehlər (Cavabdeh Əmrulla qızının hüquqi varisləri) Cavabdeh Mayis qızı və X4 tutularaq "xxxx" MMC-nin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X11 ilə İddiaçı BOKT ASC arasında bağlanan 30 sentyabr 2013-cü il tarixli, 0354/13/PB-l №-li kredit müqaviləsi üzrə 29.690,43 (iyirmi doqquz min altı yüz doxsan manat, qırx üç qəpik) manat əsas, 3353,52 (üç min üç yüz əlli üç manat, əlli iki qəpik) manat faiz, 300 (üç yüz) manat cərimə, cəmi 33.613,95 (otuz üç min altı yüz on üç manat, doxsan beş qəpik) manat, 04 oktyabr 2013-cü il tarixli, 0354/13/PB-2 №-İi kredit müqaviləsi üzrə 38426,99 (otuz səkkiz min dörd yüz iyirmi altı manat, doxsan doqquz qəpik) manat əsas, 4743,34 (dörd min yeddi yüz qırx üç manat, otuz dörd qəpik) manat faiz, 400 (dörd yüz) manat cərimə, cəmi 43.570,33 (qırx üç min beş yüz yetmiş manat, otuz üç qəpik) manat, 31 oktyabr 2013-cü il tarixli, 0354/13/PB-3 №- li kredit müqaviləsi üzrə 11480,53 (on bir min dörd yüz səksən manat, əlli üç qəpik) manat əsas, 200,77 (iki yüz manat, yetmiş yeddi qəpik) manat faiz, 100 (bir yüz) manat cərimə, cəmi 11.781,3 (on bir min yeddi yüz səksən bir manat, otuz qəpik) manat, ümumilikdə 88.965,58 (səksən səkkiz min doqquz yüz altmış beş manat, əlli səkkiz qəpik) manat borcun olması müəyyən edilsin. Tutma ipoteka qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 4a nömrəli ev, 96,19 kv.m ümumi, 76,19 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, 81 nömrəli mənzilə yönəldilsin. Həmin mənzilin ilkin satış qiyməti 76.000 (yetmiş altı min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait hesabına İddiaçı BOKT ASC-yə olan kredit borcu ödənilsin. Satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti cavabdehlər (Cavabdeh Əmrulla qızının hüquqi varisləri) Cavabdeh Mayis qızına və X8 qaytarılsın. İpoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 4a nömrəli ev, 96,19 kv.m ümumi, 76,19 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, 81 nömrəli mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 (bir) ay sonra həmin yaşayış sahəsindən cavabdehlər (Cavabdeh Əmrulla qızının hüquqi varisləri) Cavabdeh Mayis qızı və X13 çıxarılsınlar, mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər (Cavabdeh Əmrulla qızının hüquqi varisləri) Cavabdeh Mayis qızı və X4 tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 250 (iki yüz əlli) manat məbləğində pul cavabdehlər (Cavabdeh Əmrulla qızının hüquqi varisləri) Cavabdeh Mayis qızı və X4 tutularaq "xxxx" MMC-nin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar