Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1435/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Maksim qızının cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Maksim qızı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan N 70392863-2 nömrəli “uşaq əmanəti” müqaviləsi üzrə ona ödənilməli olan sığorta hadisəsi baş verən günə olan ümumilikdə 9865,17 ABŞ dolları vəsaitin manat ekvivalentini və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 141 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun hazırda ləğv prosesində olan Cavabdeh ASC-də N70392863-2 saylı xx.xx.2016-cı il tarixli “Uşaq əmanəti” müqaviləsi üzrə 8-70392863-1 nömrəli bank hesabı var. Həmin hesabda 12500 ABŞ dolları məbləğində pul vəsaiti qalmışdır. Cavabdeh ASC-də hesab açdığı zaman və qeyd etdiyi məbləği hesabına qoyduğu zaman Cavabdeh ASC Əmanətlərin Sığortalanması Fondunun üzvü olmuş və onun bankdakı əmanəti tam şəkildə sığortalanmışdır. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Cavabdeh ASC-nin ləğvedicisi kimi bankın ləğv prosesinə artıq uzun illərdir başlanmasına baxmayaraq və qanunun tələblərinə əsasən sığortalanmış əmanət tam şəkildə 90 gün ərzində ona ödənməli olduğu halda ona bir neçə dəfə tranş keçirilərək qoyduğu əmanətin cüzi bir hissəsini ödəmişdir. Belə ki, xx.xx.2020-ci il tarixində çoxsaylı müraciətlərindən sonra 2853,53 ABŞ dolları vəsait ödənmişdir. Bu ödənişin üzərindən 2 ilə yaxın müddət keçdikdən sonra xx.xx.2021ci il tarixində ona növbəti ödəniş olaraq cəmi 172,35 ABŞ dolları vəsait ödənmişdir. Nəticədə, onun Cavabdeh ASC-də açdığı hesabında 9865,17 ABŞ dolları vəsait qalmışdır. Bildirmək istəyir ki, onun banka qoyduğu əmanət tam məbləğdə sığortalanmışdır və tam şəkildə birdəfəlik olaraq ona ödənməli olduğu halda, ona qeyri-qanuni şəkildə tranşlar keçirilərək hissə-hissə ödənir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş N 70392863-2 saylı Bank əmanəti müqaviləsindən görünür ki, X1 Sürahi Maksim qızının adına Cavabdeh ASC-yə 12500 ABŞ dolları məbləğində 36 ay müddətinə illik 3% dərəcəsinin bank tərəfindən ona ödənilməsi şərti ilə əmanət uşaq əmanəti qoymuşdur. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Bank əmanətçidən və ya əmanətçi üçün daxil olmuş pul məbləğini (bundan sonra “əmanət”) qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən əmanətçi tərəfindən vəsait hesabdan vaxtından əvvəl götürülərsə, əmanət məbləğinin ən azı dörddə bir hissəsi dərhal, qalan hissəsi isə 3 bank günündən sonra, lakin 5 bank günündən gec olmamaq şərti ilə ödənilir. Həmin müqavilənin 3.3.1-ci bəndinə əsasən əmanətçi müqavilə ilə müəyyən edilmiş qaydada əmanətin qaytarılmasını tələb edə bilər. LPO Cavabdeh ASC-nin hesabdan çıxarışından görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə 2853,53 dollar, xx.xx.2021-ci il tarixdə 172,35 dollar ödəniş edilmişdir. Qalıq məbləğ 9865,17 dollar təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına uyğun olaraq cavabdehdən əmanətin qaytarılmasını xahiş etmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 141 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.2.6-ci maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir; 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iş materiallarında olan sənədlərin, işin faktiki hallarının Məhkəmə araşdırması zamanı və tərəflərin izahatlarının dinlənilməsi nəticəsində müəyyən edilmişdir ki, X2 cavabdeh "xxxx" ASC ilə xx.xx.2016-cı il tarixdə 70392863-2 saylı Bank əmanəti müqaviləsi (“Uşaq əmanəti” faizləri kapitallaşdırılan) bağlayaraq İddiaçı Maksim qızının adına 12500 dollar məbləğində uşaq əmanəti qoymuşdur. Bugünədək xx.xx.2020-ci il tarixində 2853,53 ABŞ dolları, xx.xx.2021-ci il tarixində isə növbəti ödəniş olaraq cəmi 172,35 ABŞ dolları vəsait ödənmişdir. Hazırda qalan vəsait 9865,17 dollar təşkil edir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının iclasının 01 mart 2016cı il tarixli qərarına əsasən milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz saxlanılmaqla, xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3% müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında əmanət müqaviləsi xx.xx.2016cı il tarixdə imzalanmış, əmanət üçün illik 3% faiz dərəcəsi müəyyən edilmişdir. Həm qanunvericiliyin qeyd olunan tələbləri baxımından, həm də Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müvafiq qərarına əsasən məhkəmə hesab edir ki, iddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir, ona görə də tam şəkildə kompensasiya olunmalı və kompensasiya məbləği tam şəkildə iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2016-cı il tarixli, 70392863-2 saylı Bank əmanəti müqaviləsi (“Uşaq əmanəti” faizləri kapitallaşdırılan) üzrə İddiaçı Maksim qızına ödənilməli olan ümumilikdə 9865,17 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 141 manat dövlət rüsumu Cavabdeh ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı Maksim qızına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 9865,17 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 141 manat dövlət rüsumu Cavabdeh ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı Maksim qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1435/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1435/2023
13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver