Məhkəmə qərarları › İş №2(006)-1449/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1449/2021

15.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1449/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)-76/2015 saylı Qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini dəyişərək, birgə nikahdan doğulmuş xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması barədə Qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Məlumat üçün nəzərinizə çatdırmaq istərdim ki, Cavabdeh ilə xx xxxxxx 2012-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuşam. Birgə nikahımızdan xx xxxxxx 2013-cü il tarixdə X2 dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)-76/2015 saylı Qətnaməsi ilə nikahımız pozulmuş, xx xxxxxx 2013-cü il təvəllüdlü X1 anası Qəniyeva (Əmirova) Reyhanxanım Yaşar qızının yanında qalması və Cavabdeh Qəniyeva (Əmirova) Reyhanxanım Yaşar qızının xeyrinə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2015-ci il tarixdən başlayaraq, ayda 108 (bir yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin, uşağın böyüməsi, təhsillə əlaqədar zəruri və digər xərclər, həmçinin sağlamlıq və tərbiyə edilməsi, qayğısına qalınması üçün hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment kifayət etmir. Belə ki, yuxarda qeyd olunan qətnamə ilə birgə nikahdan doğulmuş övladlarımızın saxlanılması üçün qət edilən aliment məbləği bu günkü günün iqtisadi göstəriciləri ilə uzlaşmır. Qiymətlərin qalxması və digər zəruri amillər onun maddi təminatının artmasına səbəb olmuşdur. Uşağın saxlanılmasında mənim bir valideyn kimi iştirak etməyimə baxmayaraq onun maddi təminatının təminində bəzi problemlərlə üzləşirəm. Uşağın maddi təminatının təmini mənimlə yanaşı cavabdehin də vəzifə borcudur. Onun saxlanılmasında mənim iştirakımdan başqa qətnamə ilə müəyyən edilmiş məbləğ çox azlıq təşkil edir. Qeyd olunanları və “2020-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq hesab edirəm ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)-76/2015 saylı Qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği məhkəmə tərəfindən dəyişdirilərək, birgə nikahdan doğulmuş xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğinə çatdırılması müəyyən edilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmənin diqqətinə çatdırmaq istərdim ki, mən ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşadığımdan hesab edirəm ki, hazırkı iddia tələbi də, məhz Nəsimi Rayon Məhkəməsi qarşısında qaldırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)- 76/2015 saylı Qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini dəyişərək, birgə nikahdan doğulmuş xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)-76/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini dəyişərək, birgə nikahdan doğulmuş xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, “2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Hazırda isə “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, “2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir”. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh hər ay uşağa görə tutulmalı olan alimentin miqdarı 175 manat müəyyən edilməlidir. Məhkəmə, İddiaçı məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə dair ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etiraz etməyərək bildirmişdir ki, uşaqla ünsiyyət qaydalarının müəyyən edildiyi təqdirdə alimentin ödənilməsinə razı olacaqdır. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(060)-76/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Əmirova (Qəniyeva) Reyhanxanım Yaşar qızı arasında xx xxxxxx 2012-ci il tarixdə Sumqayıt nikah evində bağlanmış 881 №li akt qeydli nikahın pozulması, xx xxxxxx 2013-cü il təvəllüdlü X1 anası Qəniyeva (Əmirova) Reyhanxanım Yaşar qızının yanında qalması və Cavabdeh Qəniyeva (Əmirova) Reyhanxanım Yaşar qızının xeyrinə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2015-ci il tarixdən başlayaraq, ayda 108 (bir yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Belə ki işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxxxxx 2013-cü il təvəllüdlü X2 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2021-ci il üçün yaşayış minumumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə, alimentin sabit pul məbləğində tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə məhkəmə, işdə olan sübutlara məcmu halda qiymət verərək, cavabdehdən hər ay 108 manat sabit pul məbləğində alimentin tutulması haqqında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 6 ildən artıq müddət keçdiyini, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(060)-76/2015 saylı qətnaməsi ilə uşağın saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, xx xxxxxx 2013-cü ildə il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 112.1.3-cü, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(060)-76/2015 saylı qətnaməsi ilə uşağın saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar