Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1456/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Piriyeva (Cəfərzadə) Aylana İsrafil qızına qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Piriyeva (Cəfərzadə) Aylana İsrafil qızına qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cəfərzadə Aylana İsrafil qızı arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 100***-******* nömrəli kredit müqaviləsinə əsasən Cəfərzadə Aylana İsrafil qızına 34 ay müddətinə, illik 27% olmaqla, 3850 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cəfərzadə Aylana İsrafil qızı arasında bağlanmış 08 dekabr 2015 il tarixli, 100893-PC********** nömrəli "Smile kredit xətti müqaviləsi"nə əsasən borcluya 48 ay müddətinə, 1150 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Cavabdeh Cəfərzadə Aylana İsrafil qızı kredit müqavilələri üzrə əsas öhdəliyi lazımınca icra etməmiş və təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, Banka olan borcunu ödəməmişdir. 16 oktyabr 2020-ci il tarixinə cavabdehin 07 avqust 2018-ci il tarixli, 100***- ******* saylı kredit müqaviləsi üzrə 2058,55 manat məbləğində əsas borcu, 274,53 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2333,08 manat məbləğində kredit borcu yaranmışdır. 16 oktyabr 2020-ci il tarixinə cavabdehin 08 dekabr 2015-ci il tarixli, 100893- PC********** nömrəli kredit müqaviləsi üzrə 415,73 manat məbləğində əsas borcu yaranmışdır. 07 avqust 2018-ci il tarixli, 100804-230081\2 nömrəli krediti müqaviləsinin 4.4.3-cü və 4.4.6-cı bəndinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə əsas borcu, faizləri ödəməyi, öhdəliyin icra edilməməsi səbəbindən irəli gələn bütün xərcləri müqavilədə müəyyən olunmuş qaydada Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda, həmin müqavilənin 7.1-ci maddəsinə əsasən ödəniş cədvəlində və ya xəbərdarlıqda (pretenziyada) müəyyən edilən müddətlərdə öhdəliklər vaxtında tam icra edilmədikdə kredit gecikdirilmiş hesab edilir. 07 dekabr 2015 il tarixli, 100893-PC********** nömrəli "Smile kredit xətti müqaviləsi"nin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Belə ki, cavabdeh krediti müqavilələri üzrə yaranmış öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənlərə əsasən cavabdeh Cəfərzadə Aylana İsrafil qızından 07 avqust 2018-ci il tarixli, 100804-230081\2 saylı kredit müqaviləsi üzrə 2058,55 manat məbləğində əsas borc, 274,53 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2333,08 manat, 08 dekabr 2015 il tarixli, 100893-PC********** nömrəli kredit müqaviləsi üzrə 415,73 manat məbləğində əsas borcu olmaqla, ümumilikdə 415,73 manat məbləğində kredit borcunun və 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə ərizə göndərilərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cəfərzadə Aylana İsrafil qızı arasında bağlanmış 08 dekabr 2015-ci il tarixli, 100893-PC********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cəfərzadə Aylana İsrafil qızına 48 ay müddətinə, 1150 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ilə Cəfərzadə Aylana İsrafil qızı arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 100804-230081/2 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cəfərzadə Aylana İsrafil qızına 34 ay müddətinə, illik 27% olmaqla 3850 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 16.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cəfərzadə Aylana İsrafil qızının banka 16.10.2020-ci il tarixə 08.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə 415,73 manat əsas borcu vardır. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 16.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cəfərzadə Aylana İsrafil qızının banka 16.10.2020-ci il tarixə 07 avqust 2018-ci il tarixli kredit müqaviləsi üzrə 2058,55 manat əsas, 274,53 manat faiz borcu olmaqla, cəmi 2333,08 manat məbləğində borcu vardır. İddiaçı tərəfindən Piriyeva (Cəfərzadə) Aylana İsrafil qızına ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, o, bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Piriyeva (Cəfərzadə) Aylana İsrafil qızı arasında bağlanmış 08 dekabr 2015-ci il tarixli, 100893-PC********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Piriyeva (Cəfərzadə) Aylana İsrafil qızına 48 ay müddətinə, 1150 manat məbləğində bərpa olunan kredit xətti açılmış, İddiaçı ilə Piriyeva (Cəfərzadə) Aylana İsrafil qızı arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 100804-230081/2 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Piriyeva (Cəfərzadə) Aylana İsrafil qızına 34 ay müddətinə, illik 27% olmaqla 3850 manat məbləğində kredit verilmiş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun banka 08.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə 415,73 manat əsas borcu, 07 avqust 2018-ci il tarixli kredit müqaviləsi üzrə 2058,55 manat əsas, 274,53 manat faiz borcu olmaqla, cəmi 2333,08 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Piriyeva (Cəfərzadə) Aylana İsrafil qızından 07 avqust 2018-ci il tarixli, 100804-230081\2 saylı kredit müqaviləsi üzrə 2058,55 (iki min əlli səkkiz manat, əlli beş qəpik) manat əsas borc, 274,53 (iki yüz yetmiş dörd manat, əlli üç qəpik) manat faiz borcu, cəmi 2333,08 (iki min üç yüz otuz üç manat, səkkiz qəpik) manat, 08 dekabr 2015-ci il tarixli, 100893-PC********** saylı kredit müqaviləsi üzrə 415,73 (dörd yüz on beş manat, yetmiş üç qəpik) manat əsas borc, habelə 30,40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2779,21 (iki min yeddi yüz yetmiş doqquz manat, iyirmi bir qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Piriyeva (Cəfərzadə) Aylana İsrafil qızından 07 avqust 2018-ci il tarixli, 100804-230081\2 saylı kredit müqaviləsi üzrə 2058,55 (iki min əlli səkkiz manat, əlli beş qəpik) manat əsas borc, 274,53 (iki yüz yetmiş dörd manat, əlli üç qəpik) manat faiz borcu, cəmi 2333,08 (iki min üç yüz otuz üç manat, səkkiz qəpik) manat, 08 dekabr 2015ci il tarixli, 100893-PC********** saylı kredit müqaviləsi üzrə 415,73 (dörd yüz on beş manat, yetmiş üç qəpik) manat əsas borc, habelə 30,40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2779,21 (iki min yeddi yüz yetmiş doqquz manat, iyirmi bir qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1456/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1456/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver