Məhkəmə qərarları › İş №2(006)-1459/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1459/2022

12.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1459/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə ilcasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1044,66 manat məbləğində maddi ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 11.09.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi AUDİ Q-5 markalı, 90BH888 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə onun mülkiyyətində olan Mersedes E markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilinə ziyan dəymişdir. Belə ki, o , avtomobilini yaşadığı ünvanda saxlamışdı. Cavabdeh idarə etdiyi avtomobillə onun avtomobilini vurmuş və hadisə yerini tərk etmişdir. O, Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdikdən sonra avtomobilini vuran şəxs müəyyən edilmişdir. Avtomobilinə dəyən ziyan 1182,51 manat müəyyən edilmişdir. Eyni zamanda bundan əlavə 102,15 manat əlavə xərc çəkmişdir. Lakin sığorta şirkəti dəymiş ziyanı 240 manat məbləğində hesablamış və ona dəymiş ziyanın əvəzi kimi cəmi 240 manat məbləğində pul ödəmişdir. 1044,66 manat məbləğində pul bu günə qədər ona ödənilməmişdir. İddiaçı və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəblərinin üzrlü olması barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Məhkəməyə iddiaya etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, yol nəqliyyat hadisəsi ilə bağlı o, inzibati qaydada 100 manat məbləğində cərimələnmişdir və hadisə ilə bağlı iddiaçıya onun mülkiyyətində olan avtomaşına cüzi ziyan dəyməsini bildirmişdir. İddiaçı ondan 150 manat istəsə də, o, ona 100 manat ödəyə biləcəyini bildirmişdir, lakin o, bununla razılaşmamışdır. İddiaçının avtomaşınına dəymiş zərərin hesablanmasına dair "xxxx" ASC-nin 27.09.2021-ci il tarixli aktında ziyanın məbləğinin 240 manat olması göstərilmiş və iddiaçının özünün ərizəsində yazdığına görə bu məbləğ də ona ödənilmişdir. Lakin iddiaçı dəymiş zərərin hesablanmasına dair "xxxx" ASC-nin 27.09.2021-ci il tarixli aktının qanuniliyini mübahisələndirməyərək dəymiş zərərin hesablanmasına dair 23.09.2021-ci il “Autostar Kaukaus QmbH Azərbaycan MMC”-nin aktına istinad edərək hazırkı iddianı qaldırmışdır. Həmin aktda “Mersedes E” markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilinə cəmi 1182,51 manat ziyan hesablanmışdır. Sual olunur ki,”Azərsığorta” ASC-nin 27.09.2021-ci il tarixli aktından göstərilənləri deyil, tarixi göstərilməyən “Autostar Kaukaus QmbH Azərbaycan MMC”-nin aktına istinad edir. Həmçinin sual olunur ki, əgər “Autostar Kaukaus QmbH Azərbaycan MMC”-nin aktı 23.09.2021-ci oı tarixdə verilmişdirsə, nəyə görə iddiaçı "xxxx" ASC-nin 27.09.2021-ci il tarixli aktı qəbul ediləndən sonra aktlar arasında kəskin ziddiyyət olduğu üçün, başqa sözlə, sığortanın aktı ilə razı deyildirsə, nə üçün əlində olan digər akta istinad edərək onun qanuniliyini məhkəmə qaydasında mübahisələndirməmişdir. Göründüyü kimi, iddiaçı "xxxx" ASC-nin 27.09.2021-ci il tarixli aktının qanuniliyinin şübhə altına almayaraq onun mənafeyi üçün şişirdilmiş qiymətlərlə yazılmış 23.09.2021-ci il tarixli “Autostar Kaukaus QmbH Azərbaycan MMC”-nin aktı ilə ondan əsassız pul tələb etməklə əsassız varlanmaq niyyətindədir. DYP-nin verdiyi 2009 saylı arayışda iddiaçının maşınının qabaq sol qapı və qanadına ziyan dəyməsi göstərilərək "xxxx" ASC-nin 27.09.2021-ci il tarixli aktında bununla bağlı ehtiyat hissələrinin lazım olmayaraq, yalnız təmir üçün görüləcək işlərin dəyəri göstərilsə də, 23.09.2021-ci il “Autostar Kaukaus QmbH Azərbaycan MMC”-nin aktında polis arayışında göstərilməyən avtomaşına dair hissələr də qeyd edilərək yeni ehtiyat hissələrinin adları və şişirdilmiş qiymətlər də göstərilmişdir. "xxxx" ASC-nin 27.09.2021-ci il tarixli aktı iddiaçı tərəfindən mübahisələndirilmədiyi üçün onun əsaslılığına heç bir şübhə olmadığı və iddiaçı tərəfindən də həmin razılaşdığı akt əsasında ödənişi qəbul etməsi nəzərə alınaraq iddia tam əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil da, həmçinin, yuxarıda göstərilən məzmunda izahat verərək, iddiaya etiraz ərizəsini müdafiə etmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin və onun nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, X4 Şöbəsi tərəfindən İddiaçı verilmiş 2009 saylı arayışın surətindən görünür ki, yol nəqliyyat hadisəsi 11.09.2021-ci il tarixində, saat 12:20-də Nizami rayonu, Keşlə qəsəbəsi, Əzimzadə küçəsində baş vermişdir. “Mersedes E” markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapı və qanad hissəsi xarici əzintilər almışdır. AR DİN BDYPİ QİŞ tərəfindən 21.09.2016-cı il tarixli X1 Şəhadətnaməsinin surətindən görünür ki, AUDİ Q-5 markalı, 90BH888 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 məxsusdur. AR DİN BDYPİ QİŞ tərəfindən 22.09.2014-cü il tarixli X1 Şəhadətnaməsinin surətindən görünür ki, AUDİ Q-5 markalı, 90BH888 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 məxsusdur. “Mersedes E” markalı ** ES *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsusdur. İş materiallarında olan ******* saylı, 11.09.2021-ci il tarixli inzibati xəta haqqında protokolun Cavabdeh tərəfindən 21.09.2021-ci il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəticədə İddiaçı yol nəqliyyat hadisəsi nəticəsində maddi zərər dəymişdir. İnzibati tənbeh vermə haqqında ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Həmin inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş “Autostar Kaukaus QmbH Azərbaycan MMC” tərəfindən 23.09.2021-ci il tarixdə verilmiş icra edilmiş xidmətlərə dair aktın surətindən görünür ki, İddiaçı tərəfindən avtomobilin təmir işlərinə cəmi 1182,51 AZN ödənilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 27.09.2021-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, “Mersedes E” markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin işçiliyi üçün çəkiləcək cəmi xərcin məbləği 240 manatdır. Beləliklə, mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 11.09.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi AUDİ Q-5 markalı, 90BH888 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə onun mülkiyyətində olan Mersedes E markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilinə ziyan dəymişdir. Bununla bağlı iddiaçi İddiaçı sığorta şirkəti tərəfindən dəymiş zərərin əvəzi olaraq müəyyənləşdirilmiş 240 manat məbləğində ödənişi qəbul etmişdir. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. - 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. - 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. - 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. - 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. - 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. - 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. -58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən sığortaçı sığorta olunan qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə sığorta müqaviləsinə xitam verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 11.09.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi AUDİ Q-5 markalı, 90BH888 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə onun mülkiyyətində olan Mersedes E markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilinə ziyan dəymişdir. X4 Şöbəsi tərəfindən İddiaçı verilmiş 2009 saylı arayışa əsasən, yol nəqliyyat hadisəsi nəticəsində “Mersedes E” markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapı və qanad hissəsi xarici əzintilər almışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş 27.09.2021-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair akta əsasən “Mersedes E” markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobildə zədələnməsi 2009 saylı arayışla təsdiq olunmuş hissələrin işçiliyi üçün çəkiləcək cəmi xərcin məbləği 240 manat təşkil edir. Bununla bağlı İddiaçı sığorta şirkəti tərəfindən dəymiş zərərin əvəzi olaraq müəyyənləşdirilmiş 240 manat məbləğində ödənişi qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar