Məhkəmə qərarları › İş №2(006)-146/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-146/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-146/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC «xxxx» Bankının Cavabdeh qarşı «21.10.2014-cü il tarixli **********68614 saylı kredit müqaviləsi üzrə borc məbləğinin tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC «xxxx» Bankı Cavabdeh qarşı «21.10.2014-cü il tarixli **********68614 saylı kredit müqaviləsi üzrə borc məbləğinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.10.2014-cü il tarixli **********68614 saylı kredit müqaviləsi üzrə 10.927 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc, 21.12.2017-ci tarixdən 02.08.2019-cu il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 388 ABŞ dolları 52 sent məbləğində zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 11.315 ABŞ dolları 52 sentin və 02.08.2019-cu il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı ASC «xxxx» Bankı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 21.10.2014-cü il tarixli **********68614 saylı kredit müqaviləsi üzrə 10.927 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc, 21.12.2017-ci tarixdən 08.06.2020-ci il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 852 ABŞ dolları 91 sent məbləğində zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 11.779 ABŞ dolları 91 sentin və 08.06.2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı «xxxx» ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC «xxxx» Bankı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC «xxxx» Bankı ilə Cavabdeh (borclu) arasında bağlanmış 21.10.2014-cü il tarixli **********68614 saylı kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 24 ay müddətinə, illik 14 % ödənilməsi şərtilə 134.482 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 03.02.2017-ci il tarixli 01 №-li əlavə sazişə əsasən kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsi 12 %-ə endirilmiş və kreditləşmə müddəti 14 ay uzadılmışdır. Kredit müqaviləsinin (03.02.2017-ci il tarixli 01 №-li əlavə sazişlə edilmiş dəyişikliklər nəzərə alınmaqla, bundan sonra birlikdə «Kredit müqaviləsi») 2.4-cü bəndinə və onun 1 №-li əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən borc məbləğini hər ay bərabər məbləğdə qaytarmağı və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditləşmə müddətinin 21.12.2017-ci il tarixində bitməsinə baxmayaraq, kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini bü günə qədər banka qaytarmamışdır. Kredit müqaviləsi üzrə kreditin qaytarılma müddəti bitdikdən sonra Cavabdeh tərəfindən müxtəlif tarixlərdə cəmi 19.300 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. Qeyd edilən ödənişlər kredit müqaviləsinin 2.9-cu bəndinə uyğun olaraq vaxtı keçmiş əsas borcun və adi faizlər üzrə borcun ödənilməsinə yönəldilmişdir. Beləliklə, 02.08.2019-cu il tarixə borc alanın bank qarşısında vaxtı keçmiş əsas borcunun məbləği 10.927 ABŞ dolları təşkil edir. Bundan əlavə Cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə illik 29 % dərəcəsi ilə penya da ödəməli idi. Bankın daxili qərarına əsasən kredit müqaviləsi üzrə penyanın hesablanması borc alanın xeyrinə dayandırılmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğuna görə sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq 04.07.2019-cu il tarixli 1611 №-li xəbərdarlıq göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinlərinə götürdüyü öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd edir ki: «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə «öhdəliklər vicdanla yerinə yetirilməlidir» (pacta sum servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir». Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kredititor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, «kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin) həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər». Həmçinin Konstitusiya Məhkəməsi həmin qərarda göstərir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Qeyd olunanlara əsasən bank kreditin qaytarılma müddətinin bitdiyi 21.12.2017-ci il tarixdən 02.08.2019-cu il tarixə kimi əldən çıxmış faydanın hesablanmasında 5 faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 388 ABŞ dolları 52 sent təşkil edir. Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsiı səbəb olmur. Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində öhdəliyin tam icra olunması gününədək adi və cərimə faizlərinin hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edirlər ki, 02.08.2019-cu il tarixdən etibarən iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin borc alandan iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbləri qanuni və əsaslıdır, buna görə də həmin tələblərin təmin olunması barədə məsələ məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ASC «xxxx» Bankı ilə Cavabdeh arasında bağlanmış 21.10.2014-cü il tarixli **********68614 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 14 faiz dərəcəsi ilə 134.482 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə 03.02.2017-ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsi 12 %-ə endirilmiş və kreditləşmə müddəti 14 ay uzadılmışdır. Məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, 21.10.2014-cü il tarixli **********68614 saylı kredit müqaviləsi üzrə 10.927 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc, 21.12.2017-ci tarixdən 02.08.2019-cu il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 388 ABŞ dolları 52 sent məbləğində zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 11.315 ABŞ dolları 52 sent borcunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə ASC «xxxx» Bankı-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Məhkəmə işə obyektiv, hərtərəfli baxılması üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspert qarşısında zəruri suallar qoymuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2020-ci il tarixli 9/2098 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh 21 oktyabr 2014-cü il tarixli **********68614 saylı kredit müqaviləsi üzrə, müqavilə müddətinin bitdiyi tarixə – 21.12.2017-ci il tarixə banka olan borcu 27.403 ABŞ dolları 58 sent müəyyən edilir, o cümlədən: - əsas borc üzrə – 27.339 ABŞ dolları 79 sent; - faiz üzrə – 63 ABŞ dolları 79 sent. Cavabdeh 21 oktyabr 2014-cü il tarixli **********68614 saylı kredit müqaviləsi üzrə, iddia ərizəsində borcun hesablandığı tarixə – 02.08.2019-cu il tarixə banka olan borcu 9.254 ABŞ dolları 64 sent məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə – 8.936 ABŞ dolları 88 sent; - faiz üzrə – 317 ABŞ dolları 76 sent. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2020-ci il tarixli 9/4069 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh 21 oktyabr 2014-cü il tarixli **********68614 saylı kredit müqaviləsi üzrə, müqavilə müddətinin bitdiyi tarixə – 21.12.2017-ci il tarixə banka olan borcu 27.403 ABŞ dolları 58 sent müəyyən edilir, o cümlədən: - əsas borc üzrə – 27.339 ABŞ dolları 79 sent; - faiz üzrə – 63 ABŞ dolları 79 sent. Cavabdeh 21 oktyabr 2014-cü il tarixli **********68614 saylı kredit müqaviləsi üzrə, iddia ərizəsində borcun hesablandığı tarixə – 02.08.2019-cu il tarixə banka olan borcu 9.254 ABŞ dolları 64 sent məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə – 8.936 ABŞ dolları 88 sent; - faiz üzrə – 317 ABŞ dolları 76 sent. Qeyd edilmişdir ki, bank tərəfindən 21 oktyabr 2014-cü il tarixli **********68614 saylı kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borc alana qeyd olunan kredit razılaşması üzrə cərimə borcu hesablanmamışdır. O cümlədən, məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında qoyulan suallarda cərimə borcunun hesablanması göstərilməmişdir. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2021-ci il tarixli 9/874 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanılmış 21 oktyabr 2014-cü il tarixli **********68614 saylı kredit müqaviləsi və həmin müqavilənin əsasında imzalanmış 03 fevral 2017-ci il tarixli 01 saylı əlavə sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh iddiaçı ASC «xxxx» Bankı-yə sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir: 21.12.2017-ci il tarixə (kredit müqaviləsinin bitdiyi tarixə): - əsas borc üzrə – 27.339 ABŞ dolları 79 sent; - faiz üzrə – 63 ABŞ dolları 79 sent. 02.02.2021-ci il tarixə (sualda soruşulan tarixə): - əsas borc üzrə – 8.936 ABŞ dolları 88 sent; - faiz üzrə 988 ABŞ dolları 02 sent. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. Xəbərdarlıq məktubundan görünür ki, ASC «xxxx» Bankı pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2021-ci il tarixli 9/874 saylı ekspert rəyinə əsasən 8.936 ABŞ dolları 88 sent əsas borc, illik 5 % hesabı ilə 988 ABŞ dolları 02 sent faiz olmaqla, cəmi 9.924 ABŞ dolları 90 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı ASC «xxxx» Bankı-yə ödənilməli, ekspertiza xərci olan 450 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 8.936 ABŞ dolları 88 sent əsas borc, illik 5 % hesabı ilə 988 ABŞ dolları 02 sent faiz olmaqla, cəmi 9.924 ABŞ dolları 90 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı ASC «xxxx» Bankı-yə ödənilsin. Ekspertiza xərci olan 450 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar