Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1491/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı Cavabdeh qarşı «lizinq müqaviləsinə görə pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «lizinq müqaviləsinə görə pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 iyul 2019-cu il tarixli MAS-1037 saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına (Lizinq verənə qaytarıldığı tarixə) 07 avqust 2023-cü il tarixə 2515,65 manat əsas, 52,88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1933,61 manat dəbbə pulu, ümumilikdə 4502,14 manat borc və ödənilmiş 65,03 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2019-cu il tarixli MAS-1037 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2019-cu il buraxılışlı, “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383,77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu “Azərmaş" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir.İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Khazar SD” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil 07 avqust 2023-cü il tarixdə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına (Lizinq verənə qaytardığı tarixə) 07 avqust 2023-cü il tarixə 2515,65 manat əsas, 52,88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1933,61 manat dəbbə pulu, ümumilikdə 4502,14 manat məbləğində borcu yaranmışdır.Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 12 aprel 2023-cü il tarixdə 1760 manat məbləğində olmuşdur.“Daxili lizinq müqaviləsi'’ və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını məqsədəuyğun hesab edir. Belə ki, iş materiallarında olan: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar SD” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin adına qeydiyyatdan keçmişdir. - İddiaçı MMC (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1037 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən, qiyməti 13300 manat olan əmlakı (2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE16666 ban nömrəli, ağ rəngli avtomobil) muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə, yəni lizinq ödənişini 48 ay müddətinə illik 17% dərəcəsi ilə hər ay 383,77 manat olmaqla lizinq ödənişlərini verməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun (pretenziya məktubu) surətindən görünür ki, Cavabdeh MAS-1037 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən ümumilikdə 3995 manat tələb edilmiş, əks təqdirdə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə İddiaçı MMC tərəfindən xəbərdar olunmuşdur. -xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun (pretenziya məktubunun) surətindən görünür ki, Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına (Lizinq verənə qaytardığı tarixə) 07 avqust 2023-cü il tarixə 2515,65 manat əsas, 52,88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1933,61 manat dəbbə pulu, ümumilikdə 4502,14 manat məbləğində borc tələb edilmiş, əks təqdirdə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə İddiaçı MMC tərəfindən xəbərdar olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 65,03 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, MAS-1037 saylı «Daxili lizinq» müqaviləsi bağlanmışdır. Lizinq verən (iddiaçı) müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri (lizinq obyektinin təhvil verilməsi və s.) yerinə yetirsə də, lizinq alan (cavabdeh) onun üzərinə qoyulmuş öhdəlikləri (lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsi və s.) yerinə yetirməmiş və bununla da müqavilə şərtlərinin pozulmasına səbəb olmuşdur. Bununla da lizinq verənin (iddiaçının) cavabdehə qarşı tələb hüququ yaranmış və iddiaçı məhkəməyə müraciət etməklə, müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmişdir. Məhkəmə lizinq müqaviləsinə görə ödənilməli əsas borcu və mükafat məbləğini əsaslı hesab etsə də, hesablanmış dəbbə pulu borcunu yüksək hesab edir və həmin məbləğin əsas borca uyğun mütənasib şəkildə azaldılmasını məqsədəuyğun hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13 iyul 2019-cu il tarixli MAS-1037 saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına (Lizinq verənə qaytardığı tarixə) 07 avqust 2023-cü il tarixə 2515,65 manat əsas, 52,88 manat gecikdirilmiş mükafat və 250 manat dəbbə pulu, ümumilikdə 2818,53 manat borc və ödənilmiş 65,03 manat dövlət rüsumunun 40,71 manat hissəsi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun 24,32 manat hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13 iyul 2019-cu il tarixli MAS-1037 saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına (Lizinq verənə qaytardığı tarixə) 07 avqust 2023-cü il tarixə 2515,65 (iki min beş yüz on beş manat altmış beş qəpik) manat əsas, 52,88 (əlli iki manat səksən səkkiz qəpik) manat gecikdirilmiş mükafat və 250 (iki yüz əlli) manat dəbbə pulu olmaqla, ümumilikdə 2818,53 (iki min səkkiz yüz on səkkiz manat əlli üç qəpik) manat pul və ödənilmiş 65,03 manat dövlət rüsumuna görə 40,71 (qırx manat yetmiş bir qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 24,32 (iyirmi dörd manat otuz iki qəpik) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1491/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1491/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver