Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1501/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçı "İddiaçı" İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Haqverdiyev X5 tərəfindən İddiaçı İB-yə vurulmuş 6715,40 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 6745,40 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SW'iFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Haqverdiyev X5 arasında xx.xx.2020-ci il tarixində 01-47 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Haqverdiyev X4 məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1 **********6 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2 tələblərinə əməl etmək) və “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2016-cı il tarixli 090268 saylı akt əsasında 302,40 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 322 manat; xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 167,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 244,20 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 115,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 191 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 128 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 49,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 86,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat; xx.xx.2017-ci il tarixli 01253220 saylı akt əsasında 69,20 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 85,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 658,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 51,20 manat, xx.xx.2018-ci il tarixli 01050791 saylı akt əsasında 270,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 182 manat, xx.xx.2018ci il tarixli ******* saylı akt əsasında 124,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 104,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında109,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında109,80 manat, xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 50,40 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 216 manat, cəmi 5823,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 77,60 manat, əvvəlki illərdən akt üzrə 529,20 manat, sayğac üzrə isə 285,20 borcu qalmışdır. Məlumat üçün bildirirlər ki, cavabdeh 2012-2020-ci illər ərzində təbii qaza 80 manat pul ödəmişdir (aktlar yazıldığı dövrü əhatə edir). Bu da onu göstərir ki, cavabdeh mütəmadi olaraq qaz xəttinə sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulmuşdur. Dəfələrlə qaz təminatı dayandırılıb (bu barədə kəsim aktları tərtib olunub), lakin o yenidən qanunsuz xətti bərpa etmişdir (onun bu əməli qaz itkisindən əlavə həyat təhlükəsi ilə yanaşı həm də, qaz xətlərinə də ziyan vurur). Cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümumi 6715.40 manat təşkil etməkdədir. İddiaçı İB-nın nümayəndələri tərəfindən cavabdehə 6715,40 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X2 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən müəyyən edilmişdir. Həmin Qaydalara əsasən, istehlakçılar tərəfindən X2 pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Yuxarıda qeyd etdikləri sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydalarfnın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Paylayıcı İddiaçı ilə istehlakçı Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 01-47 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə istehlakçı Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 01-47 saylı müqaviləsinin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. xx.xx.2016-cı il tarixli ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan kənar istifadə etməsi müəyyən edilmişdir. QİS-in görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2016-cı il tarixli ******* saylı akta əsasən cavabdehə cəmi 1728 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2016-cı il tarixli ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, sayğacdan kənar xətt tərəflərindən aşkar edilmişdir. QİS-in görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2016-cı il tarixli ******* saylı akta əsasən cavabdehə cəmi 3220 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi tərəflərindən aşkar edilmişdir. QİS-in görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 955 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. QİS-in görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 955 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-in görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 577 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-in görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 955 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-in görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 640 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-in görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 248 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2017-ci il tarixli, 012399 saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-in görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2017-ci il tarixli, 012399 saylı akta əsasən cavabdehə cəmi 432 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 324 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 346 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 426 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 3294 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 256 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 1353 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 910 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 622 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 666 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Xidmət sahələrinin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 576 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Xidmət sahələrinin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 522 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Xidmət sahələrinin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 666 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Xidmət sahələrinin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 666 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Xidmət sahələrinin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 1098 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Xidmət sahələrinin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 1098 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 1098 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 1098 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 1098 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 1098 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 324 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 324 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 324 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 324 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 324 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 324 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 1098 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 2520 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 2520 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 2520 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 504 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh məxsus mənzil İddiaçı tərəfindən qazla təmin edildiyindən xx.xx.2020-ci il tarixli 01-47 nömrəli müqavilə üzrə qeydiyyata alınmışdır. İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00010) təbii qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacdan kənar istifadə olduğu aşkar edilmiş, bununla əlaqədar həmin tarixlərdə aktlar tərtib edilərək, cavabdehə 5823,40 manat ödəniş hesablanmışdır. Hazırda iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, hesablanmış borcun cavabdehdən tutulmasını tələb edir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdehə məxsus ünvanda sayğacda pozuntu halının mövcudluğu aşkar edilmiş və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə zərər vurulması halının sübuta yetirilmiş olması ilə razılaşsa da, həmin aktlar əsasında borc məbləğinin hesablanmasında İddiaçı tərəfindən səhvə yol verildiyini qeyd edir. Belə ki, istehlakçının qaz sayğacına müdaxilələr etməsi və paylayıcıya zərər verməsi ilk olaraq xx xxxxxxxx 2016-cı il tarixdə aşkar edilmişdir (iddiaçı xx.xx.2016-ci il tarixli və xx.xx.2016-cı il tarixli aktlara istinad etsə də, həmin aktların tərtib olunmasını təsdiq edən hər-hansı sübutu iş materiallarında aşkar etmək mümkün olmamışdır). Yuxarıda sadalanan aktlar və abonentin saldosu isə sözügedən pozuntunun 2020-ci ilin mart ayınadək davam etdiyini göstərir. Məhkəmə hesab edir ki, istehlakçıdan, yəni cavabdehdən xx xxxxxxxx 2016-cı – xx xxxx 2020-ci il tarixləri üçün tutulmalı məbləğ hər aya görə ortalama ağlabatan məbləğ kimi 45 manat olmalıdır. Məhkəmə bu qənaətə gələrkən qış və yay aylarında qaz sərfiyyatının iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “abunəçi haqqında” məlumata əsasən müvafiq olaraq ən çox 600 m3 və 300 m3 həcmində olduğunu nəzərə alaraq hər aya görə 45 (450 m3x0.10) manat, ümumilikdə 39 ay (39x45=1755) üçün 1755 (bir min yeddi yüz əlli beş) manat məbləğində pulun tutulmasını ədalətli hesab edir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh tərəfindən müvafiq aktlara əsasən yaranmış borcun silinməsinə hər hansı məbləğin yönəldildiyi iş materiallarından müəyyən edilməmişdir. Məhkəmə cavabdehin dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 77,60 manat və əvvəlki illərdən akt üzrə hesablanmış 529,20 və sayğac üzrə 285,20 manat məbləğində qalıq borcunun olmasına dair iddiaçının dəlili ilə bağlı qeyd edir ki, işdə olan materialları ilə həmin borcun nəyə əsasən və hansı illər üçün yarandığını müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu eyni nisbətdə tərəflərə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 1755 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 8 manatı, cəmi 1763 manat məbləğində pul alınaraq İddiaçınə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1755 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 8 manatı, cəmi 1763 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçınə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1501/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1501/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver