Məhkəmə qərarları › İş №2(006)-1520/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1520/2024

23.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1520/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı Hüseynova (Ləzgiyeva) İlhamə Yelmar qızının, Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Hüseynova (Ləzgiyeva) İlhamə Yelmar qızının Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi və s.” tələbinə dair ilk, Cavabdeh MMC-nin Hüseynova (Ləzgiyeva) İlhamə Yelmar qızına və qeyrilərinə qarşı “yeni mənzilin verilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hüseynova (Ləzgiyeva) İlhamə Yelmar qızı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında hər hansı tikinti quraşdırma işlərinin, o cümlədən tikintiyə hazırlıq işlərinin aparılmasının, ünvan 1 ünvanında yerləşən yaşayış binasında boşaldılmış mənzillərin sökülməsinin, binaya daxil olan kommunikasiya sistemlərinin sıradan çıxarılmasının və digər tikinti-söküntü işlərinin aparılmasının qadağan edilməsi, cavabdeh tərəfindən qanunsuz tikinti-söküntü işlərinin aparılması ilə bağlı vurulmuş 8000 manat maddi ziyan və ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8.100 manat cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Öz növbəsində, Cavabdeh MMC Hüseynova (Ləzgiyeva) İlhamə Yelmar qızına və qeyrilərinə qarşı “yeni mənzilin verilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüseynova (Ləzgiyeva) İlhamə Yelmar qızı, X8, X4 və X11 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 72 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 77,35 kvadrat metr sahədən ibarət olan mənzilin boşaldılaraq Cavabdeh MMC-yə təhvil verilməsi, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 72 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 77,35 kvadrat metr sahədən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 92,82 kvadrat metr ölçüdə təmirli mənzilin 2 il müddətinə Hüseynova (Ləzgiyeva) İlahə Yelmar qızına təhvil verilməsi, boşaldılması nəzərdə tutulan mənzilin Cavabdeh MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək Cavabdeh MMC tərəfindən Hüseynova (Ləzgiyeva) İlahə Yelmar qızına hər ay 600 manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, Cavabdeh MMC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Hüseynova (Ləzgiyeva) İlhamə Yelmar qızı, X8, X4 və X11 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 72 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 77,35 kvadrat metr sahədən ibarət olan mənzilin boşaldılaraq Cavabdeh MMC-yə təhvil verilməsi, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 72 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 77,35 kvadrat metr sahədən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 1-ci blok, 5-ci mərtəbədə inşa ediləcək 139 kvadrat metr ölçüdə təmirli mənzilin 2 il müddətinə Hüseynova (Ləzgiyeva) İlahə Yelmar qızına təhvil verilməsi, boşaldılması nəzərdə tutulan mənzilin Cavabdeh MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək Cavabdeh MMC tərəfindən Hüseynova (Ləzgiyeva) İlahə Yelmar qızına hər ay 800 manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı X7 və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X14 məhkəməyə “barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi” nə dair ərizə və barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq olunmasına baxmayaraq, qarşılıqlı iddia üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla mülki işə qarşılıqlı iddia üzrə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk iddia üzrə İddiaçı (Ləzgiyevanın) və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən əldə edilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirqasımov küçəsi, 4 saylı evin 72 saylı mənzili xx.xx.2010-cu il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-79/2014 saylı qərardadı ilə (hakim E.Mehdiyev) iddiaçı Hüseynova (Ləzgiyeva) İlhamə Yelmar qızının cavabdeh X5 qarşı “əmlak” tələbinə dair ilk, X3 cavabdeh X2 qarşı “birgə nikah dövründə yaranmış borcun bərabər paylarla müəyyən edilməsinə və cavabdehin mülkiyyətində olmuş avtomobilin satışından əldə edilmiş gəlirin bərabər bölünməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə tərəflər arasında barışıq sazişinin bağlanması və həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsi əsası ilə icraata xitam verilməsi qərara alınmışdır. Tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinə görə tərəflər razılığa gəlmişlər ki, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirqasımov küçəsində yerləşən 4 saylı evin 72 saylı mənzilinin Hüseynova (Ləzgiyeva) İlhamə Yelmar qızının tam həcmdə mülkiyyətinə verilməklə, onun ayrıca şəxsi mülkiyyəti hesab edilsin. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-79/2014 saylı icra sənədinə əsasən məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişinin şərtlərinin yerinə yetirilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəsini almış qərardadı icra olunması üçün xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə yönəldilmişdir. Məhkəmə qeyd edir ki, işin halları ilə müəyyən edildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirqasımov küçəsi, 4 saylı evin 72 saylı mənzilinin təhvil verilməsi, onun dəyərinin ödənilməsi və sair məsələlərlə əlaqədar barışıq sazişi bağlanmışdır. Barışıq sazişi Hüseynova (Ləzgiyeva) İlhamə Yelmar qızı ilə Cavabdeh MMC (direktor X9) arasında bağlanmışdır. 14 may 2024-cü il tarixli Barışıq sazişinin şərtlərinə görə:

1. Cavabdeh MMC İddiaçı xx.xx.2024-cü il tarixdə 380 000 (üç yüz səksən min) manat məbləğində kompensasiya ödəyir, İddiaçı isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-79/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadı əsasında onun mülkiyyəti hesab edilən ünvan 1, 72 saylı mənzili xx.xx.2024-cü il tarixdə övladları ilə birlikdə tərk edərək sökülməsi üçün Cavabdeh MMC-yə təhvil verir.

2. İddiaçı Nəsimi Rayon Məhkəməsinin 2(006)-79/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadı ilə mülkiyyətinə verilmiş ünvan 1, 72 saylı mənzilin sökülməyini təsdiq etməklə, həmin mənzilə olan mülkiyyət hüququnu itirməsini qəbul edir və gələcəkdə həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsində onun adına olan reyetsr qeydinin ləğv olunması üçün bütün zəruri, hüquqi və faktiki hərəkətləri edəcəkdir.

3. İddiaçı qəbul və təsdiq edir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-79/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadı ilə mülkiyyətinə verilmiş ünvan 1, 72 saylı mənzilə görə Bu Sazişin 1-ci bəndində qeyd edilən 380 000 (üç yüz səksən min) manat məbləğin ona ödənilməsi, onun Cavabdeh MMC-nə qarşı olan bütün iddia və tələblərini, o cümlədən maddi, mənəvi, hər hansı cərimə, faiz, əldən çıxmış fayda kimi tələblərini tam şəkildə aradan qaldırır.

4. İddiaçı öhdəsinə götürür ki, gələcəkdə ünvan 1, 72 saylı mənzillə və ona edilmiş artırmalarla, eyni zamanda həmin əmlakın altında yerləşən torpaq sahəsinə olan hüquqlarla bağlı hər hansı bir iddia, tələb irəli sürüləcəyi təqdirdə Cavabdeh MMC-ni həmin iddia və tələblərdən azad edəcəkdir.

5. Tərəflər hazırki barışıq sazişinin şərtlərinin onların hüquqlarını pozmadığını təsdiq edir.

6. Tərəflərə məlumdur ki, hazırkı Barışıq Sazişində müəyyən edilən öhdəliklərin birinin və ya bir neçəsinin yerinə yetirilməməsi məhkəmə tərəfindən icra vərəqəsinin verilməsinə əsas olacaqdır.

7. Tərəflər bəyan və təsdiq edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu ilə tanışdırlar, bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra bu sazişlə həll edilən məsələ üzrə gələcəkdə biri digərinə qarşı iddia qaldırmaq hüququnu itirirlər. Barışığın hüquqi nəticələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu onlara tam aydındır.

8. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.

9. X21 1 nüsxəsi məhkəməyə təqdim edilməsi üçün və sazişi imzalayanların hərəsində bir nüsxə saxlanılmaqla 3 (üç) nüsxədə tərtib olundu və imzalandı. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış materiallarla göründüyü kimi, hazırda barışıq sazişinin predmeti qismində çıxış edən Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirqasımov küçəsi, 4 saylı evin 72 saylı mənzili xx.xx.2010-cu il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Lakin sonradan, X8 ilə Hüseynova (Ləzgiyeva) İlhamə Yelmar qızı arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair yaranmış məhkəmə mübahisəsinə baxılmış və mübahisə üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-79/2014 saylı qərardadı qəbul edilmişdir. Həmin qərardadla təsdiq edilmiş barışıq sazişinin şərtlərinə görə tərəflər Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirqasımov küçəsi, 4 saylı evin 72 saylı mənzilin tam həcmdə Hüseynova (Ləzgiyeva) İlhamə Yelmar qızının mülkiyyətinə keçməsi və sözügedən əmlakın İddiaçı (Ləzgiyevanın) şəxsi mülkiyyəti hesab edilməsinə dair razılığa gəlmişlər. İşə baxıldığı dövrdə tərəflərin bağlamış olduğu barışıq sazişinin şərtləri məhkəmə tərəfindən qanunauyğun hesab edilmiş və həmin sazişin təsdiqinə dair məhkəmə qərardadı qəbul edilmişdir. Sonradan, Hüseynova (Ləzgiyeva) İlhamə Yelmar qızının məhkəməyə daxil olmuş müraciəti üzrə qüvvədə olan barışıq sazişi icra olunması məqsədilə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə yönəldilmiş və həmin saziş icra mərhələsində olmaqla, icra tədbirləri həyata keçirilməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. - 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. - 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, habelə tərəflərin barışıq sazişi bağlaması yolu ilə məhkəmə mübahisəsinin yekunlaşmasının əsaslarını təsbit etmişdir. Qanunvericiliyə görə məhkəmə bağlanmış barışıq sazişini o halda təsdiq edə bilər ki, həmin saziş qanunazidd olmasın və yaxud hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasın. Göründüyü kimi, hazırki barışıq sazişi səlahiyyətli şəxslər tərəfindən bağlanmış olması səbəbilə qanunazidd deyildir və məhkəmə tərəfindən təsdiqinə yol verilir. Belə ki, sazişin predmeti olan mənzil öncədən başqa şəxsə (X5) məxsus olsa da, sonradan məhkəmənin təsdiq etmiş olduğu və hazırda icra mərhələsində olan məhkəmə qərardadına əsasən həmin əmlakın Hüseynova (Ləzgiyeva) İlhamə Yelmar qızının mülkiyyəti hesab edilməsi sonuncunun Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirqasımov küçəsi, 4 saylı evin 72 saylı mənzili barəsində barışıq sazişi bağlamağı səlahiyyətli edir. Bununla da məhkəmə hesab edir ki, bağlanmış barışıq sazişinin təsdiqi mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Hüseynova (Ləzgiyeva) İlhamə Yelmar qızının Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi və s.” tələbinə dair ilk, Cavabdeh MMC-nin Hüseynova (Ləzgiyeva) İlhamə Yelmar qızına və qeyrilərinə qarşı “yeni mənzilin verilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası ilə əlaqədar mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Hüseynova (Ləzgiyeva) İlhamə Yelmar qızı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh MMC İddiaçı xx.xx.2024-cü il tarixdə 380.000 manat məbləğində kompensasiya ödəyir, İddiaçı isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-79/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadı əsasında onun mülkiyyəti hesab edilən ünvan 1, 72 saylı mənzili xx.xx.2024-cü il tarixdə övladları ilə birlikdə tərk edərək sökülməsi üçün Cavabdeh MMC-yə təhvil verir.

2. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-79/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadı ilə mülkiyyətinə verilmiş ünvan 1, 72 saylı mənzilin sökülməyini təsdiq etməklə, həmin mənzilə olan mülkiyyət hüququnu itirməsini qəbul edir və gələcəkdə həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsində onun adına olan reyestr qeydinin ləğv olunması üçün bütün zəruri, hüquqi və faktiki hərəkətləri edəcəkdir.

3. İddiaçı qəbul və təsdiq edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-79/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadı ilə mülkiyyətinə verilmiş ünvan 1, 72 saylı mənzilə görə bu Sazişin 1-ci bəndində qeyd edilən 380.000 manat məbləğin ona ödənilməsi, onun Cavabdeh MMC-yə qarşı olan bütün iddia və tələblərini, o cümlədən maddi, mənəvi, hər hansı cərimə, faiz, əldən çıxmış fayda kimi tələblərini tam şəkildə aradan qaldırır.

4. İddiaçı öhdəsinə götürür ki, gələcəkdə ünvan 1, 72 saylı mənzillə və ona edilmiş artırmalarla, eyni zamanda həmin əmlakın altında yerləşən torpaq sahəsinə olan hüquqlarla bağlı hər hansı bir iddia, tələb irəli sürüləcəyi təqdirdə Cavabdeh MMC-ni həmin iddia və tələblərdən azad edəcəkdir.

5. Tərəflər hazırki barışıq sazişinin şərtlərinin onların hüquqlarını pozmadığını təsdiq edir.

6. Tərəflərə məlumdur ki, hazırki Barışıq Sazişində müəyyən edilən öhdəliklərin birinin və ya bir neçəsinin yerinə yetirilməməsi məhkəmə tərəfindən icra vərəqəsinin verilməsinə əsas olacaqdır.

7. Tərəflər bəyan və təsdiq edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu ilə tanışdırlar, bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra bu sazişlə həll edilən məsələ üzrə gələcəkdə biri digərinə qarşı iddia qaldırmaq hüququnu itirirlər. Barışığın hüquqi nəticələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu onlara tam aydındır.

8. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.

9. X21 1 nüsxəsi məhkəməyə təqdim edilməsi üçün və sazişi imzalayanların hərəsində bir nüsxə saxlanılmaqla 3 (üç) nüsxədə tərtib olundu və imzalandı.

İddiaçı Hüseynova (Ləzgiyeva) İlhamə Yelmar qızının Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi və s.” tələbinə dair ilk, Cavabdeh MMC-nin Hüseynova (Ləzgiyeva) İlhamə Yelmar qızına və qeyrilərinə qarşı “yeni mənzilin verilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası ilə əlaqədar mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmıış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar