Məhkəmə qərarları › İş №2(006)-1538/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1538/2021

29.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1538/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MMC-nin ona qarşı etdiyi hərəkətlərin qanunsuz hesab edilməsi və yeni iş tapana qədər 1000 manat pulun dəymiş ziyan kimi tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-4921/2020 saylı qərardadına əsasən İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, işlədiyi “xxxx” MMC-dən xx xxxxxxx 2020-ci il tarixində əmr əsasında işdən azad edilmişdi. İşlədiyi müddətdə heç bir qüsuru, intizamsızlığı olmamışdı. 01 oktyabr tarixində əvvəlcədən heç bir xəbərdarlıq edilmədən işdən çıxarılmağı barədə ünvanına məktub göndərilib. Pandemiya şəraitində, ölkədə müharibə vəziyyətində olduğu halda ailəsinin şəhid verdiyi vəziyyətdə, 2 uşağının, yaşlı atasının və anasının bütün qayğıları onun üzərindədir. “xxxx” MMC-nin işdən çıxarılmağı barədə xx xxxxxxxx 2020-ci il tarixli əmr İR-192/2020 həmçinin xx xxxxxxx 2020-ci il tarixli xəbərdarlığını, işdən çıxarılmağı barədə bir neçə ay əvvəl xəbər vermədən həmçinin özünə yeni iş tapana qədər müddət vaxt vermədiklərinə görə “xxxx” MMC-nin hərəkətlərini Azərbaycan Respublikası Məcəlləsinin tələblərinə zidd hesab edir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək və iddia ərizəsinə etiraz ərizəsini təqdim edərək bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq cavabdehlə bağlanmış xx xxxxxxx 2019-cu il tarixli 315 nömrəli müddətli ( 3 aylıq) əmək müqaviləsinə əsasən Cavabdeh MMC-yə təhlükəsizlik əməkdaşı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xxxxxxx000400 nömrəli əmək müqaviləsi bildirişi xx xxxxxxx 2019-cu il tarixdə əmək müqavilələrinin elektron qeydiyyatı sisteminə daxil edilmişdir. İşçinin işə qəbul edilməsi işəgötürənin xx xxxxxxx 2019-cu il tarixli İR-092/19 nömrəli əmri ilə rəsmiləşdirilmişdir. 3 aylıq müddətə bağlanmış əmək müqaviləsinin müddəti Əmək Məcəlləsinin 73-cü bəndinin 1-ci hissəsinə uyğun olaraq bir neçə dəfə uzadılmışdır. Sonuncu 3 aylıq müddət tamam olduqdan sonra əmək münasibətlərinin davam etdirilməsi zərurəti olmadığından iddiaçı ilə bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən “Əmək müqaviləsinin ləğv edilməsinə dair” xx xxxxxxxx 2020-ci il tarixli İR-192/2020 nömrəli əmrlə xx xxxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) ləğv edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx0004X0 nömrəli əmək müqaviləsi bildirişi xx xxxxxxx 2020-ci il tarixdə əmək müqavilələrinin elektron qeydiyyatı sisteminə daxil edilmişdir . Əmək müqaviləsi ləğv edildikdən sonra işçi ilə son haqq-hesab aparılmışdır. İddiaçının əmək müqaviləsi ləğv edilən zaman işəgötürən tərəfindən Əmək Məcəlləsinin 68-ci və 73-cü maddələrinin tələblərinə tam əməl edilmiş və hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Sonda cavabdehin nümayəndəsi X2 iddianın rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC-nin xx xxxxxxxx 2020-vi il tarixli İR-192/2020 saylı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdən görünür ki, “xxxx” MMC-nin Təhlükəsizlik Əməkdaşı, İddiaçı ilə bağlanmış 315 saylı xx xxxxxxx 2019-cu il tarixli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 680ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx xxxxxxx 2020-ci il tarixdən ləğv edilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçının hazırkı tələbi “xxxx” MMC-nin ona qarşı etdiyi hərəkətlərin qanunsuz hesab edilməsindən və yeni iş tapana qədər 1000 manat pulun dəymiş ziyan kimi tutularaq ona ödənilməsindən ibarətdir. Lakin, iddiaçı öz iddiasının əsasına dair hər hansı məbləğdə maddi zərər vurulduğuna və həmin zərərin nədə ifadə olunduğuna dair hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim etmir. Halbu ki, həmin halları sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Odur ki, iddiaçının tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar