Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1549/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ona məxsus əmlaka vurulmuş 40.000 (qırx min) manat məbləğində zərərin, hazırki iddia tələbinin qaldırılması üçün ödənilmiş 210 (iki yüz on) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və cavabdehin üzərinə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə, həmin evin həyətyanı sahəsinin sərhədində və yaxınlığında qazıntı, söküntü və tikinti fəaliyyətini dayandırmaq və xitam vermək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı (vəkili-nümayəndəsi və nümayəndəsi) iddianın həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh MMC tərəfindən ona məxsus əmlaka, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə vurulmuş 250.000 manat məbləğində zərərin, iddia tələbinin qaldırılması və iddianın həcminin artırılması barədə ərizə üçün ödənilmiş cəmi 540 (beş yüz qırx) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və cavabdehin üzərinə iddiaçıya məxsus 2.183 sot özəl torpaq sahəsindən ibarət fərdi yaşayış evinin yerləşdiyi ünvan 1 ünvanında, həmin fərdi yaşayış evinin həyətyanı sahəsinin sərhədində və yaxınlığında qazıntı, söküntü və tikinti fəaliyyətini dayandırmaq və xitam vermək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MMC cavabdehlər İddiaçı və digərlərinə qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı, X1 və X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, iddiaçı tərəfindən həmin ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 114 kvadrat metr ümumi sahəsi olan yeni təmirli mənzilin İddiaçı mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək Cavabdeh MMC tərəfindən İddiaçı hər ay 700 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə vəsatət təqdim edərək, hazırki mülki işin Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı və digərlərinə qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)- 194/2023 nömrəli mülki işlə icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC cavabdehlər İddiaçı və digərlərinə qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixdən hakim N.Tağıyevanın icraatındadır. Hazırki iddia daha sonra məhkəməyə daxil olmuşdur. Eyni məhkəmədə eyni tərəflər arasında olan mübahisələr bir icraatda birləşdirilməlidir. Buna görə də vəsatətin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil vəsatətin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını və çıxışını dinləyib, cavabdehin nümayəndəsi tərəfindən verilmiş vəsatəti nəzərdən keçirib, mülki işi araşdıraraq hesab edir ki, prosessual qənaət prinsipinə görə qeyd edilən mülki işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Vəsatətə əlavə edilmiş xx.xx.2022-ci il tarixli e-2(006)-4043/2022 nömrəli qərardaddan görünür ki, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı və digərlərinə qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göstərilənlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh vəsatəti təmin edilməli, 2(006)-1549/2023 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan e- 2(006)-194/2023 nömrəli mülki işə birləşdirilməli, həmin işlərə bir icraatda baxılmalı və mülki işə e-2(006)-194/2023 nömrəsi verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə 2(006)- 1549/2023 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan iddiaçı Cavabdeh MMCnin cavabdehlər İddiaçı və digərlərinə qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-194/2023 nömrəli mülki işə birləşdirilsin, həmin işlərə bir icraatda baxılsın və mülki işə e-2(006)-194/2023 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1549/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1549/2023
12.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver