Məhkəmə qərarları › İş №2(006)-155/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-155/2022

02.09.2022 · Müqavilələrin ləğv edilməsi - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-155/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Tağıyeva Ofelya Telman qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı oğlunun, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh qarşı “icarə müqavilələrinə xitam verilməsi və s.” tələbinə dair ilkin iddia və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “icarə müqavilələrinə xitam verilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh qarşı “icarə müqavilələrinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Younas Safıa ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələrinin icrasına xitam verilməsi, 9.600 manat icarə haqqının, 211 manat məbləğində hüquqi yardım göstərilməsi ilə bağlı ödədiyi xidmət haqqının və 31 manat ödədiyi dövlət rüsumunun, cavabdehin təqsirindən ona dəymiş 5.000 manat məbləğində maddi ziyanın, 10.000 manat məbləğində mənəvi ziyanın, cəmi 24.842 manatın cavabdeh Younas Safıadan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş, 30/9246 qeydəalma nömrəsi ilə 287 nömrəli reyestr kitabın 41560-cı səhifəsində qeyd edilmiş, Seriya ÖM № 004285 qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 24 kv.metr olan 2 otaqlı mənzil tam mülkiyyət üzrə onun xüsusi mülkiyyətindədir. Eyni zamanda, Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş, 30N7975 qeydəalma nömrəsi ilə 575 nömrəli reyestr kitabın 85948-ci səhifəsində qeyd edilmiş Seriya MN № 006919 qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən 2 otaqlı yaşayaış sahəsi tam mülkiyyət üzrə onun xüsusi mülkiyyətindədir. O, icarəyə verən İddiaçı Pakistan İslam Respublikasının vətəndaşı Cavabdeh ilə 15 avqust 2019-cu il tarixdə İcarə Müqaviləsi bağlamışdır və ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 24.0 kv.metr olan 2 oraqlı mənzili Cavabdeh qarşılıqlı razılaşma əsasında 3 (üç) il müddətinə, yəni 15 avqust 2022-ci il tarixədək hər ayı 300 (üç yüz) manata icarəyə vermişdir. Həmçinin, o, icarəyə verən İddiaçı Pakistan İslam Respublikasının vətəndaşı Cavabdeh ilə 02 sentyabr 2019-cu il tarixdə ikinci İcarə Müqaviləsi bağlamışdır və ünvan 3 ünvanında yerləşən, 2 (iki) otaqlı mənzili Cavabdeh qarşılıqlı razılaşma əsasında 2 (iki) il müddətinə, yəni 02 sentyabr 2021-ci il tarixədək hər ayı 800 (səkkiz yüz) manata icarəyə vermişdir. Hər iki İcarə müqaviləsinin 5-ci bəndinə əsasən fors-major hadisəsindən sığortalanma "İcarəçinin" vəzifəsidir. Hər iki İcarə müqaviləsinin 4-cü bəndinə əsasən İcarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 300+800=1100 manat icarə haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İcarəyə götürən Cavabdeh hər iki obyekti kafe kimi işlətmiş, obyekti yenicə götürdüyü üçün tərəfindən ona güzəştlər edilmiş, lakin icarə haqqını müxtəlif bəhanələr gətirərək növbəti ay ödəyəcəyini vəd versə də 6 (altı) ay müddətində ödəməli olan 6.600 (altı min altı yüz) manat icarə haqqını ödəməmişdir. Avqust-noyabr ayları üçün nəzərdə tutulan 4.400 (dörd min dörd yüz) manat icarə haqqından cəmi 3.600 (üç min altı yüz) manat ödəmiş (4400-3600=800) və 800 (səkkiz yüz) manat pulu ödəməmişdir. Hazırda İcarəyə götürən Cavabdeh hər iki obyektə 2020-ci ilin noyabr ayına kimi 7400 (yeddi min dörd yüz) manat (6600+800=7400) icarə haqqını ödəməmişdir. Bu günə kimi İcarəyə götürən Cavabdeh hər iki obyektə görə İcarə Müqaviləsində nəzərdə tutulan 9600 (doqquz min altı yüz) manat məbləğində (7400+2200=9600) icarə haqqı ödəməmişdir. Həmin səbəbdən də "İcarəçi" kimi İcarə müqaviləsinin 9-cu bəndinin tələblərini icra edə bilmir və tərəflərin razılığı əsasında nəzərdə tutulan hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergini ödəyə bilmir. Cavabdeh hər iki İcarə müqaviləsinin bəndlərini, tələblərini kobud surətdə pozduğu üçün o, məcbur olub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun xidmətindən istifadə etmişdir, hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlamışdır və 3 saylı Vəkil Bürosunun hesabına 211 (iki yüz on bir) manat məbləğində pul ödəmişdir. Eyni zamanda məhkəməyə iddia ərizəsi vermək üçün 31 (otuz bir) manat dövlət rüsumu ödəmişdir. Cavabdeh hər iki İcarə müqaviləsinin bəndlərini, qanuni tələblərini kobud surətdə pozduğu üçün aralarında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli İcarə müqavilələrinin icrasına məhkəmə qaydasında xitam verilməli və 9.600 (doqquz min altı yüz) manat icarə haqqı, 211 (iki yüz on bir) manat məbləğində hüquqi yardım göstərilməsi ilə bağlı ödədiyi xidmət haqqı və 31 (otuz bir) manat ödədiyi dövlət rüsumu, cəmi 9842 (doqquz min səkkiz yüz qırx iki) manat Cavabdeh məhkəmə qaydasında onun xeyrinə tutulmalıdır. Eyni zamanda, cavabdeh Younas Safıa hər iki İcarə müqaviləsinin bəndlərini, qanuni tələblərini kobud surətdə pozduğu üçün onun imicinə və işgüzar nüfuzuna xələl gəlmiş, ailə, uşaq, qonşular, qohumlar, tanışlar yanında hörmətdən və nüfuzdan düşmüşdür. Hamı onu bu ağsaqqal yaşında Pakistan İslam Respublikasının vətəndaşı cavabdeh Younas Safıa tərəfindən üçün qınağa çevirmişlər. Hər iki obyekt uzun müddətdir ki, qapıları bağlı qalmışdır. Həmin səbəbdən də ona cavabdehin təqsirindən həm maddi, həm də mənəvi ziyan dəymişdir. Ona dəymiş maddi ziyanı 5000 (beş min) manat məbləğində qiymətləndirir. Eyni zamanda, ona maddi ziyanla yanaşı, mənəvi ziyan da dəymişdir. Cavabdeh tərəfindən dəymiş mənəvi ziyanı 10.000 (on min) manat məbləğində qiymətləndirir. Cavabdeh dəfələrlə yazılı və şifahi qəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh hər iki İcarə Müqavilələrinin tələblərini bilərəkdən, qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də həmin icarə müqavilələrinin icrasına xitam verilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “icarə müqavilələrinə xitam verilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “icarə müqavilələrinə xitam verilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010 və xx.xx.2019-cu il tarixli icarə müqavilələrinin pozulması, 50.597 AZN pul vəsaitinin və 30 azn dövlət rüsumunun İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə onun arasında xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş icarə müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, A.Quliyev küçəsi, ev 114 ünvanında yerləşən 7 mənzil Cavabdeh xx.xx.2021-ci il tarixədək icarəyə verilmişdir. İcarə haqqı 800 AZN müəyyən edilmişdir. Həmçinin, İddiaçı və onun arasında xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş icarə müqaviləsinə əsasən İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 5 mənzil ona xx.xx.2022-ci il tarixədək icarəyə verilmişdir. İcarə haqqı 300 AZN müəyyən edilmişdir. Hər ay icarə haqqlarını vaxtında ödəməyinə baxmayaraq İddiaçı xx.xx.2019 və xx.xx.2019-cu il tarixli icarə müqavilələrin şərtlərini kobud surətdə pozaraq, qapıların qıfılını dəyişdirmiş və əmlaka faktiki sahiblikdən məhrum olmuşdur. İlkin iddia ərizəsində yalnız icarə müqavilələrinin məzmunu barədə məlumatları yazdırmaqla kifayətlənmiş, 9.600 AZN icarə pulunun necə yarandığını, 5.000 AZN hansı maddi ziyanın necə vurulması və s. əsaslandırılmamış və tamamilə absurd iddia verilməklə müqavilənin icrasına xitam verilməsi xahiş edilmişdir. Onun tərəfindən hər iki icarə obyektinə ümumilikdə təmir və avadanlıqların cəmi dəyəri olaraq, 50.597 AZN pul vəsaiti yatırılmışdır. Lakin müqavilə münasibətlərinin İddiaçı tərəfindən kobud surətdə pozulması nəticəsində o, avadanlıqlarını itirmiş və təmir xərcləri ilə birlikdə ona 50.597 AZN ziyan vurulmuşdur. Ticarət məqsədilə alındığından artıq həmin avadanlıqlar qaytarılsa belə onun əhəmiyyəti yoxdur. Həmçinin qeyd edir ki, tərəfindən alınmış avadanlıqlara dair çeklərin əksər hissəsi icarə obyektində saxlanılmış, sahiblik hüququndan məhrum edildikdən sonra artıq qəbzlər obyektdə qalmışdır. Hər ay xx.xx.2019 və xx.xx.2019-cu il tarixli icarə müqavilələrində təsbit olunan icarə haqqı tərəfindən vaxtında ödənilməsinə baxmayaraq İddiaçı tərəfindən 9.600 AZN tələb edilməsi əsassız iddia və prosessual hüquqlardan sui istifadədir. Onun tərəfindən xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə İddiaçı pretenziya göndərilmiş lakin, pretenziyaya münasibət bildirməmişdir. Daha sonra ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2(006)-1825/2021 saylı mülki iş üzrə Safına Younasa dəymiş ziyan olaraq yararsız əşyalara görə 13.940,50 (on üç min doqquz yüz qırx manat əlli qəpik) AZN və həmçinin 100 ədəd sok stəkanı, 80 ədəd orta ölçülü sok stəkanı, 75 ədəd balaca sok stəkanı, 70 ədəd orta ölçülü sok stəkanı, 50 ədəd bokal kadeh, 100 ədəd çay stəkanı, 70 ədəd fincan dəsti, 120 ədəd orta ölçülü boşqab, 120 ədəd orta ölçülü boşqab, 120 ədəd balaca boşqab, 12 ədəd bulud, 70 ədəd kvadrat boşqab, 60 ədəd orta ölçülü kvadrat boşqab, 170 ədəd qarışıq qaşıq, 70 ədəd kiçik qaşıq, 66 ədəd kasa, 60 ədəd böyük kasa, 100 ədəd kiçik kasa, 12 ədəd duz qabı, 17 ədəd çaynik, 4 ədəd böyük qazan, 5 ədəd orta ölçülü qazan, 4 ədəd kiçik qazan, 5 ədəd yemək bişirmək üçün qaşıq, 5 ədəd ət taxtası, 16 ədəd kül qabı, 8 ədəd tava, 2 ədəd çörək bişirmək üçün tava, 8 ədəd sini (padnos), 15 ədəd çörək qabı, 20 ədəd şiş, 2 ədəd elektrik sobası, 2 ədəd tefal çaynik, 1 ədəd ətçəkən maşın, 1 ədəd perojki maşını, 1 ədəd termostat, 2 ədəd qızartma aparatı, 1 ədəd dönər aparatı, 3 ədəd qaz balonu, 1 ədəd kartof kəsən maşın, 8 ədəd qəlyan aparatı, 2 ədəd süpürgə, 2 ədəd böyük ölçülü vedrə, 2 ədəd yaguar heykəli, 5 ədəd rəssam şəkili, 3 ədəd böyük plastmas qabın yararlı vəziyyətdə və bar üçün stol-stul dəsti, restoran üçün stol-stul dəsti, bar stulunun qismən yararlı vəziyyətdə, həmçinin ödənilmiş 30 manat, dövlət rüsumunun İddiaçı Cavabdehnm xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-155/2022 saylı qərardadı ilə məişət əşyalarının qiymətləndirilməsi vəzifəsi "xxxx" MMC-yə həvalə edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən obyektdəki məişət əşyalarının qiymətləndirilməsi aparılmış və xx.xx.2022-ci il tarixli, LP-083/2022 saylı hesabat tərtib edilmişdir. Hesabatda qiymətləndirmə məqsədilə mütəxəssislər tərəfindən araşdırma aparıldığı qeyd olunmuş və avadanlıqların hazırkı bazar qiymətləri müəyyən edilmişdir. Hesabatda həmçinin qiymətləndirmə zamanı qeyd olunan əşyaların arasında bəzilərinin yararsız olması və bəzilərinin, ümumiyyətlə, olmaması faktları müəyyən edilmişdir. Beləliklə, Safiaa Younasa qiyməti 230 AZN olan 1 ədəd böyük şirəçəkən maşın, qiyməti 150 azn olan 1 ədəd kiçik şirəçəkən maşın, qiyməti 100 AZN olan 1 ədəd təndir, qiyməti 22 AZN, ümumi dəyəri isə 770 AZN olan 35 ədəd qəlyan tütünləri, qiyməti 6 AZN, ümumi dəyəri isə 180 AZN olan 30 ədəd qəlyan kömürü, qiyməti 800 AZN olan 1 ədəd musiqi səsucaldıcısı, qiyməti 1500 AZN, ümumi dəyəri isə 3000 AZN olan 2 ədəd soyuducu, qiyməti 2300 AZN olan 1 ədəd bar, qiyməti 800 AZN olan 1 ədəd linolium, qiyməti 3000 AZN olan 1 ədəd restoran və bar reklamı, qiyməti 240 AZN, ümumi dəyəri isə 960 AZN olan 4 ədəd kamera, qiyməti 35 AZN, ümumi dəyəri isə 70 AZN olan 2 ədəd döşəmə silən, qiyməti 5 AZN, ümumi dəyəri isə 110 AZN olan 22 ədəd Pakistan ədviyyatı, 1 kq-nın qiyməti 30 AZN, ümumi dəyəri isə 300 AZN olan 10 kq Pakistan çayı, qiyməti 3.50 AZN, ümumi dəyəri isə 105 AZN olan 30 ədəd kömür, qiyməti 1.45 AZN, ümumi dəyəri isə 130.50 AZN olan 90 kq un, qiyməti 3.40 AZN, ümumi dəyəri isə 272 AZN olan 80 kq düyü, qiyməti 3 AZN, ümumi dəyəri isə 60 AZN olan 20 kq mərci, qiyməti 3.30 AZN, ümumi dəyəri isə 165 AZN olan 50 kq noxud, qiyməti 5 AZN, ümumi dəyəri 100 AZN olan 20 kq qara noxud, qiyməti 5 AZN, ümumi dəyəri isə 100 AZN olan 20 kq noxud unu, qiyməti 10 AZN, ümumi dəyəri 50 AZN olan 5 kq qırmızı istiot, qiyməti 16 AZN, ümumi dəyəri 32 AZN olan 2 kq qara istiot, qiyməti 11 AZN, ümumi dəyəri 22 AZN olan 2 kq zirə, 1 litrinin qiyməti 13.40 AZN, ümumi dəyəri isə 134 AZN olan 10 litr qarğıdalı yağı olmaqla, ümumilikdə, 13940.50 (on üç min doqquz yüz qırx manat əlli qəpik) AZN məbləğində maddi ziyan dəymişdir. Hesabatda həmçinin 100 ədəd sok stəkanı, 80 ədəd orta ölçülü sok stəkanı, 75 ədəd balaca sok stəkanı, 70 ədəd orta ölçülü sok stəkanı, 50 ədəd bokal kadeh, 100 ədəd çay stəkanı, 70 ədəd fincan dəsti, 120 ədəd orta ölçülü boşqab, 120 ədəd orta ölçülü boşqab, 120 ədəd balaca boşqab, 12 ədəd bulud, 70 ədəd kvadrat boşqab, 60 ədəd orta ölçülü kvadrat boşqab, 170 ədəd qarışıq qaşıq, 70 ədəd kiçik qaşıq, 66 ədəd kasa, 60 ədəd böyük kasa, 100 ədəd kiçik kasa, 12 ədəd duz qabı, 17 ədəd çaynik, 4 ədəd böyük qazan, 5 ədəd orta ölçülü qazan, 4 ədəd kiçik qazan, 5 ədəd yemək bişirmək üçün qaşıq, 5 ədəd ət taxtası, 16 ədəd kül qabı, 8 ədəd tava, 2 ədəd çörək bişirmək üçün tava, 8 ədəd sini (padnos), 15 ədəd çörək qabı, 20 ədəd şiş, 2 ədəd elektrik sobası, 2 ədəd tefal çaynik, 1 ədəd ətçəkən maşın, 1 ədəd perojkİ maşını, 1 ədəd termostat, 2 ədəd qızartma aparatı, 1 ədəd dönər aparatı, 3 ədəd qaz balonu, 1 ədəd kartof kəsən maşın, 8 ədəd qəlyan aparatı, 2 ədəd süpürgə, 2 ədəd böyük ölçülü vedrə, 2 ədəd yaguar heykəli, 5 ədəd rəssam şəkili, 3 ədəd böyük plastmas qabın və bar üçün stol-stul dəsti, restoran üçün stolstul dəsti, bar stulunun qismən yararlı olduğu göstərilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia ərizəsində qeyd olunan məzmunda izahat verərək ilkin iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İlkin iddia qismən təmin edilməlidir. Qarşılıqlı iddia qismən təmin edilməlidir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin MH seriyalı, 006919 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, A.Quliyev küçəsində yerləşən 114 saylı evin 7 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 575 nömrəli reyestr kitabının 85948 nömrəli vərəqində 30/7975 nömrə ilə xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin ÖM seriyalı, 004285 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, A.Quliyev küçəsində yerləşən 114 saylı evin 5 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 287 nömrəli reyestr kitabının 41560 nömrəli vərəqində 30/9246 nömrə ilə xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı tam mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, yaşayış sahəsi 24 kv/m olan 2 otaqlı mənzili ayda 300 manat icarə haqqı ödəmək şərtilə xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinə kimi Cavabdeh icarəyə vermişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı tam mülkiyyətində olan Bakı şəhəri, A.Quliyev küçəsi, 114 saylı evin 7 saylı mənzilini ayda 800 manat icarə haqqı ödəmək şərtilə xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinə kimi Cavabdeh icarəyə vermişdir. xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən "xxxx" QSC vasitəsilə İddiaçı hesabına cəmi 3.300 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5899 saylı ekspert rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan istifadədə olmuş əşyaların nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 8.635,0 manat müəyyən olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, LP-083/2020 nömrəli mütəxəssis rəyindən görünür ki, əlavə edilən siyahıya uyğun olan daimi istifadədə olan əşyaların hazırki bazar qiyməti 15.326 manat təşkil edir. Əşyaların istifadəyə yararlı olduğu halda qiyməti yuxarıdakı kimidir, həmin daimi istifadədə olan əşyaların və avadınlıqların amortizasiyası (köhnəlmə) illik 10%-12% kimi təşkil edir. Qiymətləndirmə zamanı qeyd olunan əşyaların arasında bəzi əşyalar yararsız və ya olmaması məlum olmuşdur. Bu səbəbdən ümumi məbləğdə həmin əşyaların qiymətləri qeyd olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Sofia Younasanı tanıyır, onun icarə götürdüyü obyekti təmir etmişdir. Sofia Younasanın mallarını Sədərək Ticarət mərkəzindən əldə etmişdir. O ona ancaq təmir işlərində və mebelləri yerləşdirilməsində ona yardım etmişdir. O, təmirə başlamamışdan əvvəl obyekt bərbad vəziyyətdə idi. Onlar orada tualeti, mətbəxi-hər yeri düzəldib təmir etmişdilər. İlkin iddiaya münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında icarə müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə, öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Mülki Məcəllənin (bundan sonra MM) 700-cü maddəsinə müvafiq olaraq icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər Mülki Məcəllənin icarə haqqında müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə Mülki Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-nin 675-ci, 697.1-ci, 697.2-ci, 685.1-ci və 685.2-ci maddələrinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdiyi və ya ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdiyi hallarda ləğv edə bilər. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixdə üç və iki illik müddətinə bağlanmış icarə müqavilələrinə əsasən icarəyə verən – iddiaçı ona məxsus ünvan 5 ünvanında yerləşən, yaşayış sahəsi 24 kv/m olan 2 otaqlı mənzili və Bakı şəhəri, A.Quliyev küçəsi, 114 saylı evin 7 saylı mənzilini icarəçiyə - cavabdehə icarəyə verməyi, icarəçi ilə həmin əmlakı istifadəyə qəbul edərək icarəyə verənə hər ay aylıq icarə haqqı kimi müvafiq olaraq 300 manat və 800 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış icarə müqaviləsi ilə müəyyən olunmuş əmlakı icarəçinin - cavabdehin istifadəsinə və sahibliyinə versə də, icarəçi - cavabdeh razılaşdırılmış icarə haqqını iki ardıcıl müddətdən çox ödəməmişdir. Bu isə icarə verənə xəbərdarlıq müddətini gözləmədən icarə müqaviləsini ləğv etmək və ödənilməmiş icarə haqlarını tələb etmək hüququ vermişdir. Cavabdeh icarə müqavilələləri üzrə ödəməli olduğu icarə haqqını bank hesabından kənar həyata keçirdiyinə, bunu iddiaçının xahişi əsasında etdiyinə istinad etsə də, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə məhkəmə tərəfindən tədqiq edilmiş xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən mübahisələndirilən müqavilələr üzrə "xxxx" QSC vasitəsilə İddiaçı hesabına cəmi 3.300 manat məbləğində pul köçürülmüşdür. İddiaçının “dəymiş maddi zərərlə” bağlı olan dəlillərinə dair məhkəmə qeyd edir ki, həqiqətən də, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində müəyyən məhrumiyyətlərə məruz qalmışdır. Lakin hazırkı işdə zərərin mövcud olması halı müəyyən edilmir. Belə ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona real zərərin vurulmasını bildirsə də, bunu (zərərin nədən ibarət olmasını) təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə iddiaçıya real olaraq zərərin dəyməsi halı müəyyən edilmədiyindən məhkəmə hazırki iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddianın “vurulmuş mənəvi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə cavabdehin icarə haqqını ödəməməsi nəticəsində iddiaçının mülkiyyət hüquqlarının pozulduğunu nəzərə alır və ona dəymiş mənəvi zərəri 500 manat məbləğində qiymətləndirir. Məhkəmə həmçinin iddianın “cavabdehlə bağlanmış icarə müqavilələrinin ləğv edilməsi” tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mübahisə predmeti olan icarə müqavilələrinin hal-hazırda müddətin bitməsi ilə əlaqədar öz hüquqi qüvvəsini itirdiyindən və faktiki mövcud olmadığından məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Lakin qeyd edilməlidir ki, müqavilələrin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-nin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Baxılan mülki işdə iddiaçı Cavabdeh yararsız vəziyyətə düşmüş əşyalara görə 13.940,50 manat X1 tutularaq ona ödənilməsi, yararlı və qismən yararlı və hazırda qarşı tərəfin sahibliyində olan əşyaların ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddianın “əşyaların qaytarılması” hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, bu məsələ ilə bağlı hazırda hər hansı mübahisə olmadığı üçün iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Belə ki, X2 məhkəmədə verdiyi izahatdan göründüyü kimi o, həmin əşyaların Cavabdehya məxsus olmasını etiraf edir və bu əşyaların onun tərəfindən götürülməsinə etiraz etmir. Məhkəmə qarşılıqlı iddianın “yararsız vəziyyətə düşmüş əşyalara görə 13.940,50 manat X1 tutularaq ona ödənilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarından göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya zərər dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddianın maddi zərərərin ödənilməsi hissəsində əsaslı olduğunu hesab edən məhkəmə qeyd edir ki, yararsız olduğu ehtimal edilən bəzi əşyaların (qarğıdalı yağ, noxud, noxud unu, istiot, zirə) təqdim edilmiş fotoşəkillərində öz əksini tapmadığından və bu əşyaların mövcudluğunu təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia bu hissədə qismən təmin edilməli, 13.487 manat məbləğində pul X1 tutularaq Safiaya Younasa ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İcarə haqqı olaraq 9.600 manat, mənəvi zərərə görə 500 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 12 manatı, cəmi 10.112 manat məbləğində pul Cavabdeh alınaraq X3 ödənilsin. İlkin iddia digər hissədə rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Maddi zərərə görə 13.487 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 16 manatı, cəmi 13.503 manat məbləğində pul X1 alınaraq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar