Məhkəmə qərarları › İş №2(103)-7614/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7614/2022

07.12.2022 · Müqavilələrin ləğv edilməsi - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7614/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi-vəkili X4, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqavilələrinə xitam verilməsi və s. tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “icarə müqavilələrinə xitam verilməsi və pul tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(006)-155/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələrinin icrasına xitam verilməsi, 9.600 manat icarə haqqının, 211 manat məbləğində hüquqi yardım göstərilməsi ilə bağlı ödədiyi xidmət haqqının və 31 manat ödədiyi dövlət rüsumunun, cavabdehin təqsirindən ona dəymiş 5.000 manat məbləğində maddi ziyanın, 10.000 manat məbləğində mənəvi ziyanın, cəmi 24.842 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2(006)-1825/2021 saylı mülki iş üzrə ona dəymiş ziyan olaraq yararsız əşyalara görə 13.940,50 manat və həmçinin 100 ədəd sok stəkanı, 80 ədəd orta ölçülü sok stəkanı, 75 ədəd balaca sok stəkanı, 70 ədəd orta ölçülü sok stəkanı, 50 ədəd bokal kadeh, 100 ədəd çay stəkanı, 70 ədəd fincan dəsti, 120 ədəd orta ölçülü boşqab, 120 ədəd orta ölçülü boşqab, 120 ədəd balaca boşqab, 12 ədəd bulud, 70 ədəd kvadrat boşqab, 60 ədəd orta ölçülü kvadrat boşqab, 170 ədəd qarışıq qaşıq, 70 ədəd kiçik qaşıq, 66 ədəd kasa, 60 ədəd böyük kasa, 100 ədəd kiçik kasa, 12 ədəd duz qabı, 17 ədəd çaynik, 4 ədəd böyük qazan, 5 ədəd orta ölçülü qazan, 4 ədəd kiçik qazan, 5 ədəd yemək bişirmək üçün qaşıq, 5 ədəd ət taxtası, 16 ədəd kül qabı, 8 ədəd tava, 2 ədəd çörək bişirmək üçün tava, 8 ədəd sini (padnos), 15 ədəd çörək qabı, 20 ədəd şiş, 2 ədəd elektrik sobası, 2 ədəd tefal çaynik, 1 ədəd ətçəkən maşın, 1 ədəd perojki maşını, 1 ədəd termostat, 2 ədəd qızartma aparatı, 1 ədəd dönər aparatı, 3 ədəd qaz balonu, 1 ədəd kartof kəsən maşın, 8 ədəd qəlyan aparatı, 2 ədəd süpürgə, 2 ədəd böyük ölçülü vedrə, 2 ədəd yaguar heykəli, 5 ədəd rəssam şəkili, 3 ədəd böyük plastmas qabın yararlı vəziyyətdə və bar üçün stol-stul dəsti, restoran üçün stol-stul dəsti, bar stulunun qismən yararlı vəziyyətdə, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-155/2022 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, icarə haqqı olaraq 9.600 manat, mənəvi zərərə görə 500 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 12 manatı, cəmi 10.112 manat məbləğində pulun Cavabdeh alınaraq X2 ödənilməsi, ilkin iddianın digər hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, maddi zərərə görə 13.487 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 16 manatı, cəmi 13.503 manat məbləğində pulun X1 alınaraq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunmayan hissədə və qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili ərizə təqdim edərək, apelyasiya şikayətindən imtina etdiklərini bildirərək, apelyasiya şikayətinin baxılmadan saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli və İddiaçı münasibətdə apelyasiya icraatına xitam verilməlidir. MPM-nin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. MPM-nin 369.2-ci maddəsinə görə, apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-nin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsivəkili tərəfindən verilmiş apelyasiya şikayətindən imtina qəbul edilməli və ona münasibətdə apelyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)- 155/2022 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar