Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9542/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi ilə, İddiaçı İddiaçı MMC nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC cavabdeh X3 qarşı “icarə müqaviləsinin ləğv edilməsi, avtokranın cavabdehdən alınaraq MMC-nin sahibliyinə və istifadəsinə qaytarılması, maddi və mənəvi ziyanın tutulması haqqında” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3943/2021 saylı, 01.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı MMC Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası DİN BDYPİ-yə qarşı «icarə müqaviləsinin ləğv edilməsi, avtokranın cavabdehdən alınaraq MMC-nin real sahibliyinə və istifadəsinə qaytarılması, dəymiş maddi və mənəvi ziyanın tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış avtokranın icarəsi haqqında 16.10.2020-ci il tarixli 02 saylı müqavilənin ləğv edilməsi; İddiaçı MMC-yə məxsus «Kamaz 53212» markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtokranın cavabdehin qanunsuz sahibliyindən və istifadəsindən götürülərək, iddiaçıya geri qaytarılması; 6 ay ərzində (hər ay 300 manat) ödənilməmiş 1.800 manat icarə haqqının, əldən çıxmış gəlir kimi 3.000 manatın və 5.000 manat mənəvi ziyanın, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin, cəmi 9.830 manat pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə aralarında bağlanmış 16.10.2020-ci il tarixli 2 nömrəli avtokranın icarəsi barədə müqavilənin 2.1-ci bəndi artıq 6 aydan çox bir müddətdir ki, onun tərəfindən qərəzli şəkildə üzərinə düşən öhdəliyi icra etmir və bu zaman qanunsuz olaraq MMC-yə məxsus «Kamaz 53212» markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtokranı özündə saxlayır və geri qaytarmır. Dəfələrlə özünə rəsmi qaydada, həmçinin telefon ilə əlaqə saxlayıb tələb etsələr də, bütün müraciətlər cavabsız və nəticəsiz qalmışdır. Hazırda yeganə yolları cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmək, dəymiş maddi və mənəvi ziyanı tələb etmək, həmçinin avtokranı geri götürməkdir. Sonradan, İddiaçı MMC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış avtokranın icarəsi haqqında 16.10.2020-ci il tarixli 02 saylı müqavilənin ləğv edilməsi; «Kamaz 53212» markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtokranın İddiaçı MMC-nin sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3943/2021 saylı, 01.07.2021-ci il tarixli qiyabi qətnaməsi ilə, iddianın təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış avtokranın icarəsi haqqında 16.10.2020-ci il tarixli 02 saylı müqavilənin ləğv edilməsi, «Kamaz 53212» markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtokranın Cavabdeh1 alınaraq İddiaçı MMC-nin sahibliyinə və istifadəsinə qaytarılması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3943/2021 saylı, 01.07.2021-ci il tarixli qiyabi qətnaməsindən İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam şəkildə təmin edilməklə iş üzrə yeni qətnamə qəbul edilməsni xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 çıxış edərək apellyasiya şikayətini müdafiə etmişdir. O, bildirmişdir ki, ilkin olaraq İddiaçı MMC-nin Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası DİN BDYPİ-yə qarşı «icarə müqaviləsinin ləğv edilməsi, avtokranın cavabdehdən alınaraq MMCnin real sahibliyinə və istifadəsinə qaytarılması, dəymiş maddi və mənəvi ziyanın tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış avtokranın icarəsi haqqında 16.10.2020-ci il tarixli 02 saylı müqavilənin ləğv edilməsi; İddiaçı MMC-yə məxsus «Kamaz 53212» markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtokranın cavabdehin qanunsuz sahibliyindən və istifadəsindən götürülərək, iddiaçıya geri qaytarılması; 6 ay ərzində (hər ay 300 manat) ödənilməmiş 1.800 manat icarə haqqının, əldən çıxmış gəlir kimi 3.000 manatın və 5.000 manat mənəvi ziyanın, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin, cəmi 9.830 manat pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC–nin səlahiyyətli nümayəndəsi kimi o, Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış avtokranın icarəsi haqqında 16.10.2020-ci il tarixli 02 saylı müqavilənin ləğv edilməsi; «Kamaz 53212» markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtokranın İddiaçı MMC-nin sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi də onun həmin ərizəsini əsas götürərək ilkin iddia tələbini qismən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunan hissədə təmin etmişdir. Qətnamə İddiaçı MMC-nin rəhbərliyi tərəfindən alınandan sonra nümayəndə kimi onun ərizə ilə məhkəməyə müraciəti düzgün olmayan hərəkət kimi qiymətləndirilmiş və qətnamənin ləğv edilərək ilkin iddia ərizəsində göstərilən tələblər həcmində iddia tələbinin təmin olunması xahiş olunmuşdur. Ona görə də o, apellyasiya şikayətini müdafiə edir. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsini rəhbər tutaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. İddiaçı MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbinin ilkin iddia ərizəsində qeyd olunan qaydada tam təmiin edilməsinin əsası kimi ona istinad etmişdir ki, MMC-nin maliyyə durumu və yeganə gəlir mənbəyi həmin avtokrandan ibarətdir, ona görə də qətnamənin ləğv edilərək ilkin iddia ərizəsində göstərilən tələblər həcmində iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, İddiaçı MMC Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası DİN BDYPİ-yə qarşı «icarə müqaviləsinin ləğv edilməsi, avtokranın cavabdehdən alınaraq MMCnin real sahibliyinə və istifadəsinə qaytarılması, dəymiş maddi və mənəvi ziyanın tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış avtokranın icarəsi haqqında 16.10.2020-ci il tarixli 02 saylı müqavilənin ləğv edilməsi; İddiaçı MMC-yə məxsus «Kamaz 53212» markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtokranın cavabdehin qanunsuz sahibliyindən və istifadəsindən götürülərək, iddiaçıya geri qaytarılması; 6 ay ərzində (hər ay 300 manat) ödənilməmiş 1.800 manat icarə haqqının, əldən çıxmış gəlir kimi 3.000 manatın və 5.000 manat mənəvi ziyanın, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin, cəmi 9.830 manat pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı MMC-nin nümayəndəsi X4 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış avtokranın icarəsi haqqında 16.10.2020-ci il tarixli 02 saylı müqavilənin ləğv edilməsi; «Kamaz 53212» markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtokranın İddiaçı MMC-nin sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə əlavə olunmuş 18 may 2021-ci il tarixli İddiaçı MMC tərəfindən təsdiqlənmiş etibarnamədən məlum olur ki, etbarnamə ilə bir il müddətinə X2 digər səlahiyyətlərlə yanaşı iddia tələbini azaltmaq səlahiyyəti də verilmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iş üzrə qiyabi qətnaməsinin dəyişdirilmədən saxlanılmalı olmasını düzgün hesab edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3943/2021 saylı, 01.07.2021-ci il tarixli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9542/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9542/2021
25.10.2021 · Müqavilələrin ləğv edilməsi - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver