Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1565/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçıya borclu olduğu 1000 manat pulu maddi zərərin əvəzi kimi və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı izahat verərək, qeyd etdi ki, hazırda qarşı tərəflə razılıq əldə edilmiş və mübahisəyə dair barışıq sazişi bağlamışlar. İddiaçı məhkəməyə barışıq sazişi təqdim edərək qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddiaçı ilə razılığa gəliblər. Belə ki, barışıq sazişində ödənilməli olan məbləğlə bağlı müəyyən razılıq əldə ediblər. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlayıblar:
1. İddiaçı Cavabdeh tələbi 300 manatdır.
2. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay 100 manat olmaqla 300 manat borcu qaytaracaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Maddə 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Maddə 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göründüyü kimi tərəflər öz aralarında barışıq sazişi bağladığından hazırkı işin icraatına xitam verilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, qəbz nömrəsi 27663, GPP qəbz nömrəsi **********, tarix: xx.xx.2025-ci il, saat 17:00) İddiaçı geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:
1. İddiaçı Cavabdeh tələbi 300 manatdır.
2. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay 100 manat olmaqla 300 manat borcu qaytaracaqdır. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, qəbz nömrəsi 27663, GPP qəbz nömrəsi **********, tarix: xx.xx.2025-ci il, saat 17:00) dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Həbibə Miriyeva