Məhkəmə qərarları › İş №2(006)-1570/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1570/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1570/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 29 may 2019-cü il tarixli kredit müqaviləsi üzrə 6545,29 (altı min beş yüz qırx beş manat iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 743,67 (yeddi yüz qırx üç manat altmış yeddi qəpik) manat məbləğində faiz borcu, 30 (otuz) manat dövlət rüsumu, cəmi 7311.16 (yeddi min üç yüz on bir manat on altı qəpik) manat pul vəsaiti tutularaq, iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh 29 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 20 faizlə 48 ay müddətinə 8000 manat kredit götürmüşdür. 2020-ci il 20 noyabr ayınadək Cavabdeh banka 29 may 2019-cü il tarixli kredit müqaviləsi üzrə 6545,29 (altı min beş yüz qırx beş manat iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 743,67 (yeddi yüz qırx üç manat altmış yeddi qəpik) manat məbləğində faiz borcu və 22.2 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7311.16 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 29 may 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” İKB ASC-dən illik 20 faizlə 48 ay müddətinə 8000 manat kredit götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, 2020-ci il 20 noyabr ayınadək Cavabdeh banka 29 may 2019-cü il tarixli kredit müqaviləsi üzrə 6545,29 (altı min beş yüz qırx beş manat iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 743,67 (yeddi yüz qırx üç manat altmış yeddi qəpik) manat məbləğində faiz borcu və 22.2 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7311.16 manat borcu vardır. Göründüyü kimi, iddiaçı Cavabdeh qarşısında müqavilə ilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyi öhdəliklərini tam icra etməmişdir. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası MM-nin 427, 439, 442, 448, 739 və 472-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, 6545,29 (altı min beş yüz qırx beş manat iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 743,67 (yeddi yüz qırx üç manat altmış yeddi qəpik) manat məbləğində pulun cavabdehdən tutulması barədə tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, “borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 29 may 2019-cü il tarixli kredit müqaviləsi üzrə 6545,29 (altı min beş yüz qırx beş manat iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 743,67 (yeddi yüz qırx üç manat altmış yeddi qəpik) manat məbləğində faiz borcu, 30 (otuz) manat dövlət rüsumu, cəmi 7311.16 (yeddi min üç yüz on bir manat on altı qəpik) manat pul vəsaiti tutularaq, iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 29 may 2019-cü il tarixli kredit müqaviləsi üzrə 6545,29 (altı min beş yüz qırx beş manat iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 743,67 (yeddi yüz qırx üç manat altmış yeddi qəpik) manat məbləğində faiz borcu, 30 (otuz) manat dövlət rüsumu, cəmi 7311.16 (yeddi min üç yüz on bir manat on altı qəpik) manat pul vəsaiti tutularaq, iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənil. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar