Məhkəmə qərarları › İş №2(006)-1573/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1573/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1573/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı "borcun restrukturizasiya olunması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun restrukturizasiya olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli 093 saylı "Kredit müqaviləsi” üzrə borcunun restrukturizasiyaya edilmiş 2.017.68 manat məbləğə yönəldilməsini və yeni müqavilənin bağlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə cavabdeh qismində cəlb edilmiş LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh LPO "xxxx" ASC ilə əvəz edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onunla "xxxx" ASC arasında bağlanılmış kredit müqaviləsinə əsasən yaranmış borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi vəzifəsinin cavabdeh LPO "xxxx" ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 23 sentyabr 2015-ci ii tarixli 093 saylı "Kredit müqavilə"si ilə o, "xxxx" ASC-dən illik 24% dərəcəsi ilə 3500 USD məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin şərtləri onun tərəfindən 2015-ci ilin devalvasiyasına qədər yerinə yetirilmiş, ödənişlər aparılmışdır. Məlum devalvasiyadan sonra ödənişlərində də çətinliklər yarandı. Şuşa Rayon Məhkəməsinin 2(077)-80/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsi ilə ləğv prosesində olan iddiaçı "ZaminBank'’ ASC ona yəni, cavabdeh İddiaçı qarşı iddiası təmin edilərək, ondan 3075.09 (üç min yetmiş beş) ABŞ dolları əsas borc, 814.14 (səkkiz yuz on dord) ABŞ dolları faiz borcu, 444.62 (dörd yüz qırx dörd) ABŞ dolları kredit müqaviləsi bitdikdən sonra hesablanmış məbləğ, 75(yetmiş beş) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4408.85 (dörd min dörd yüz səkkiz) ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət etmişdir. Şuşa Rayon Məhkəməsinin 2(077)-80/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsi icra edilməsi üçün Bakı şəhəri, Binəqədi Rayon İcra Şöbəsinə yönəldilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanın tələblərinə uyğun xx.xx.2015-ci il tarixli "Kredit müqaviləsi" ilə restrukturzasiya edilmiş 2017.68 manat məbləğ üzrə yeni müqavilənin bağlanmasını dəfələrlə xahiş etmiş, lakin yeni müqavilə bağlanmamışdır. xx.xx.2023-cü il tarixdə Əmanətlərin Sığortalanması Fonduna ərizə (Pretenziya) ilə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanın tələblərinə uyğun xx.xx.2015-ci il tarixli "Kredit müqaviləsi" ilə restrukturzasiya edilmiş 2017.68 manat məbləğ üzrə yeni müqavilənin bağlanmasını xahiş etmiş və əks təqdirdə Məhkəməyə müraciət edəcəyini bildirmiş, Əmanətlərin Sığortalanması Fondundan rəsmi müraciətinə verilən xx.xx.2023-cü il tarixli cavabı ilə xx.xx.2015-ci il tarixli "Kredit müqaviləsi" ilə restrukturzasiya edilmiş 2017.68 manat məbləğ üzrə yeni müqavilənin bağlanması rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Şuşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(077)-80/2021 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Ləğv prosesində olan Cavabdeh1 ASC ilə cavabdeh X1 arasında bağlanmış 23 sentyabr 2015-ci il tarixli 093 saylı kredit müqaviləsi üzrə İddiaçı 3075,09 (üç min yetmiş beş) ABŞ dolları əsas borc, 814,14 (səkkiz yü on dörd) ABŞ dolları faiz borcu, 444,62 (dörd yüz qırx dörd) ABŞ dollan kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ, 75 (yetmiş beş) ABŞ dolları cərimə bcrcu olmaqla, cəmi 4408.85 (dörd min dörd yüz səkkiz) ABŞ colları məbləğində borc və ərizəyə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan «Zaminbank” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə müraciət edərək borcunun restrukturzasiya edilməsini xahiş etmişdir. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarxli 551 nömrəli Fermanı çərçivəsində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv pıosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2019-cu il tarixli "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə. penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasına əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. Həmçinin bildirilmişdir ki, sözügedən qaydanın 6.16-cı bəndinə əsasən fiziki səxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Problemli kreditlərin kompensasiya edilməsinə dair xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı restrukturizasiya olunması təklif olunan kredit məbləği 2.017,68 manat kimi müəyyən edilmişdir. Araşdırılmış iş materiallarından göründüyü kimi, Şuşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(077)-80/2021 saylı qətnaməsinə əsasən Ləğv prosesində olan Cavabdeh1 ASC ilə cavabdeh X1 arasında bağlanmış 23 sentyabr 2015-ci il tarixli 093 saylı kredit müqaviləsi üzrə İddiaçı 3075,09 (üç min yetmiş beş) ABŞ dolları əsas borc, 814,14 (səkkiz yü on dörd) ABŞ dolları faiz borcu, 444,62 (dörd yüz qırx dörd) ABŞ dollan kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ, 75 (yetmiş beş) ABŞ dolları cərimə bcrcu olmaqla, cəmi 4408.85 (dörd min dörd yüz səkkiz) ABŞ colları məbləğində borc və ərizəyə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan «Zaminbank” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda iddiaçıya aid bu borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi işin mübahisələndirilməyən halıdır. Belə ki, problemli kreditlərin kompensasiya edilməsinə dair xx.xx.2021-ci il tarixli çıxarışdan göründüyü kimi İddiaçı restrukturizasiya olunması təklif olunan kredit məbləği 2.017,68 manat kimi müəyyən edilmişdir. Hazırda cavabdeh güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanmadığını iddiaçının vaxtında LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etməməsi ilə əlaqələndirsə də işdə olan sübutlara əsasən İddiaçı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək vaxtı keçmiş əsas borcunun restrukturizasiya olunması, güzəştli şərtlər ilə kredit müqaviləsinin bağlanmasını xahiş etdiyi müəyyən edilmişdir. Beləliklə hazırkı iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 440.4-cü maddəsinə əsasən, borclunun ödəniş müddəti çatmış bütün borcunun ödənilməsi üçün yetərli olmayan ödənişləri hesabına birinci növbədə məhkəmə xərcləri, sonra əsas icra (borc) və nəhayət, faizlər ödənilir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki: 5.1-ci bəndinə əsasən, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2-ci bəndinə görə, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 6.1-ci bəndinə əsasən, Banklara tövsiyə edilir bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməli, 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməlidirlər. 6.2-ci bəndində banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. 8.8-ci bəndinə əsasən Fərmanın məqsədləri üçün güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutulması qeyd olunmuşdur. 8.9-cu maddəsinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borclarıüzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.7-ci bəndinə əsasən restrukturizasiya – kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən müvafiq məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması) və Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi təmin olunur (7.10-cu bənd). Qaydaların 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Araşdırılmış iş materiallarından göründüyü kimi, iddiaçının cavabdeh ilə bağladığı kredit müqaviləsinə əsasən yaranmış kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi işin mübahisələndirilməyən halıdır. Lakin, məhkəmə tərəfindən iş materiallarının araşdırılması nəticəsində cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən İddiaçı yaşadığı ünvana müvafiq məlumatları özündə əks etdirən bildirişin göndərilməsi müəyyən edilməmişdir (hazırki mülki iş materiallarına əsasən). Beləliklə iş materiallarından göründüyü kimi, cavabdeh-təşkilat “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə üzərinə düşən və restrukturizasiya prosesinin bir hissəsi olan restrukturizasiya olunacaq kredit barədə fiziki şəxsin məlumatlandırılmasına dair vəzifəsini icra etməmiş, yəni güzəştli şərtlər ilə kredit müqaviləsinin bağlanmasına dair borcu Fərmanın təsiri dairəsinə düşən iddiaçını bu barədə məlumatlandırmamışdır. Lakin cavabdeh tərəf kredit təşkilatı tərəfindən müvafiq məlumatları özündə əks etdirən bildirişin iddiaçıya göndərilməsini bildirsə də, bunu sübut edə bilməmişdir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2020-cu il tarixli Qərarı). Məhkəmə LPO Cavabdeh1 ASC-nin bu hərəkətlərini Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməməsi kimi qiymətləndirərək hesab edir ki, cavabdehin bu hərəkətləri iddiaçının müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmaqla hüquqlarını pozmuşdur. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına aiddir. Həmin Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmçinin, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixinə, həm məbləğinə, həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nın” təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulub. Həmin güzəştlərin bankların vəsaiti ilə deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulub. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən Bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, Bank Fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq verib və Fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borcun (kredit məbləği 1.229,36 manat) “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi vəzifəsi cavabdeh LPO Cavabdeh1 ASC-yə həvalə edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi vəzifəsi cavabdeh LPO Cavabdeh1 ASC-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar