Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1579/2025 13.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, Kreditor İddiaçı borclu Cavabdeh qarşı borcun qaytarılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı borclu Cavabdeh qarşı məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 21.000 manat və 153 manat dövlət rüsumunun, cəmi 21.153 manat (iyirmi bir min yüz əlli üç manat) pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 276.2. Məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa;[380] 276.2.3. tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; 276.2.4. tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; 276.2.5. tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; 276.2.6. tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; 276.2.7. tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə. Maddə 279.1. Məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. 279.2. Bundan başqa, aşağıdakı hallar da imtina üçün əsasdır: 279.2.1. verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa; 279.2.2. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; 279.2.3. ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa. 279.3. Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İşdən görünür ki, İddiaçı, Cavabdeh ilə aralarında notarial qaydada bağlanmış xx.xx.2023-cü il tarixli borc müqavilələrinə əsaslanmaqla, 21000 manat borcun qaytarılmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Halbuki notarial qaydada bağlanmış müqavilələr üzrə məhkəmə əmrinin verilməsi Mülki Prosessual Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmamışdır ki, bu da 279.2.1-ci maddənin tələbi baxımından məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina üçün əsas kimi çıxış edir. Məhkəmə izah edir ki, İddiaçı, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın “İcra qeydlərinin aparılması” adlı fəslində (bənd 161) göstərilən qaydada icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmək hüququna malikdir. Məhkəmə onu da nəzərə çatdırır ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Beləliklə, məhkəmə kreditora, yuxarıda göstərilən Təlimatın tələblərinə riayət etməklə icra qeydinin verilməsi və yaxud müqavilələrin 9-cu maddələrində şərtləşdirilən pretenziya qaydasına riayət etdikdən sonra ümumi qaydada iddia icraatı qaydasında iddia verməsi hüququna malik olmasını izah etməklə hazırkı ərizənin qəbul olunmasından imtina olunmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor İddiaçı borclu Cavabdeh qarşı borcun qaytarılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin icraata qəbulundan imtina edilsin. Kreditora, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunmasının kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmadığı izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-1579/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1579/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver