Məhkəmə qərarları › İş №2(006)-160/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-160/2020

31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-160/2020 31.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 nümayəndəsi X5 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair və iddiaçı Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1rşı “hesablanmış faiz və cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X4 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair və iddiaçı Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1rşı “hesablanmış faiz və cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi X4 ilə Cavabdeh arasında bağlanmış 1396/14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 10 faizlə, 120 ay müddətinə 327400 AZN kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditorla Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 1396/14 nömrəli qeyri-yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. İpoteka predmeti qismində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, C bloku, Qapı 1 saylı ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi çıxış edir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin, kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı nə qədər səy göstərsə də, cavabdeh öz öhdəliyini bugünədək yerinə yetirməmişdir. Yuxarıda adı çəkilən 1396/14 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc üzrə 281239,30 AZN, faiz borcu üzrə 77721,80 AZN, cərimə borcu üzrə 26312,67 AZN, cəmi 385273,77 AZN borcu mövcuddur. Cavabdehə göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş xx.xx.2018-ci tarixində müvafiq qeydiyyat orqanında qeydiyyatdan keçirilmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə əsas borc üzrə 281239,30 AZN, faiz borcu üzrə 77721,80 AZN, cərimə borcu üzrə 26312,67 AZN, cəmi 385273,77 AZN kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, C bloku, Qapı 1 saylı ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti müəyyən edilməklə onun açıq hərracdan satılması, əmlak satıldıqdan sonra onun 1 ay ərzində boşaldılması, satışdan əldə olunan vəsaitin qeyd edilən kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi, əmlakın satışından əldə olunmuş pul borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 281.239,30 AZN, faiz borcu üzrə 122.876,02 AZN, cərimə borcu üzrə 30.259,57 AZN, cəmi 434.374,89 AZN kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, C bloku, Qapı 1 saylı ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti müəyyən edilməklə onun açıq hərracdan satılması, əmlak satıldıqdan sonra onun 1 ay ərzində boşaldılması, satışdan əldə olunan vəsaitin qeyd edilən kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi, əmlakın satışından əldə olunmuş pul borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin sahənin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1rşı “hesablanmış faiz və cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 1396/14 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh illik 10 faiz olmaqla 120 ay müddətinə 327.400 AZN kredit verilmişdir. İlk öncə kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh tərəfindən vaxtında icra olunmuşdur. Lakin 2016-cı ildən biznes fəaliyyətində müəyyən çətinliklər yaranmış, manatın dollara münasibətdə məzənnəsinin aşağı düşməsi bu çətinlikləri birdaha ağırlaşdırmışdır, aylıq ödənişlərin və faiz ödənişlərinin ödənilməsində müvafiq çətinliklər olmuşdur. Hazırki vəziyyətdə tərəflər arasında bağlanmış müqavilənin müddəti başa çatmamışdır. 2016-cı ildən bu günkü tarixə qədər alınmış kredit üzrə faizlərin şişirdilməsi və faiz borclarının artımı müflisləşmə şəraitində həmin məbləğlərin ödənilməsini imkansız edir. Hazırki çətin vəziyyətdə cavabdeh şəratin dəyişməsini və digər halları nəzərə almaqla həmin dövr ərzində hesablanmış faiz borcu üzrə 77721 AZN, cərimə borcu üzrə 26 312 AZN borcun silinməsini qəbul etməlidir. Eyni zamanda ödənişlərlə bağlı silinmələr düzgün aparılmadığından əsas borc məbləği də, faizlər də, cərimələr də şişirdilmiş formada təqdim olunur. Göstərilənlərə əsasən 1396/14 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən hesablanmış faiz borcu üzrə 77721 manat və cərimə borcu üzrə 23.312 manatın silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-2089/19 saylı qərardadına əsasən vəsatət təmin olunmuş, hazırda icraatda olan iddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1rşı “hesablanmış faiz və cərimə borcunun silinməsi” tələbinə dair 2(006)-2089/2019 saylı mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pərviz Hüseynovun icraatında olan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair 2(006)-803/2019 saylı mülki işlə bir icraatda birləşdirilməsi, mülki işlərə 2(006)-803/2019 nömrəsi verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı (eyni zamanda digər iddia üzrə cavabdeh) Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 nümayəndəsi X6 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, cavabdeh (eyni zamanda digər iddia üzrə iddiaçı) Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh (eyni zamanda digər iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının (eyni zamanda digər iddia üzrə cavabdehin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı (eyni zamanda digər iddia üzrə cavabdeh) Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 iddia tələbi qismən təmin edilməli, iddiaçı (eyni zamanda digər iddia üzrə cavabdeh) Cavabdeh iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxxxxxxxxxxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 1396/14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 120 ay müddətinə, illik 10% faiz ödəmək şərtilə 327400 manat məbləğində kredit verilmişdir. İş materiallarındakı "xxxxxxxxxxxxxx" ASC ilə alıcı-ipoteka qoyan Cavabdeh və satıcı X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1396/14 saylı alqı-satqı və ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, C bloku, Qapı 1 saylı ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcı-ipoteka qoyanın mülkiyyətinə vermiş; satış qiyməti 377400 manat olan mənzilin dəyəri kreditor - ipoteka saxlayan tərəfindən xx.xx.2014-cü il tarixdə bağlanmış 1396/14 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 12A, mənzil 1 №-li qeyri-yaşayış sahəsini "xxxxxxxxxxxxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 141 nömrəli reyestr kitabının 13180 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, bank Cavabdeh məxsus əmlakadair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh ünvanlanmış «ipoteka predmetinə tutmanın yönəldilməsinə dair» bildirişdə qeyd olunmuşdur ki, borc öhdəliyi icra edilmədiyi halda ipoteka predmetinə qanunla müəyyən olunmuş qaydada tutma yönəldiləcəkdir. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2020-ci il tarixə 281.239,30 manat əsas kredit borcu, 122.876,02 manat faiz borcu, 30.259,57 manat cərimə borcu, cəmi 434.374,89 manat məbləğində borcu vardır. «xxxxxxxx» MMC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki,Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A, C bloku, qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırki dövrə olan bazar dəyəri 450.000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17497 saylı, xx xxxxxxx 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxxxxx 2014-cü il tarixli, 1396/14 №-li kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2018-ci il tarixə (iddia tarixinə) İddiaçı ASC-nə olan borcu 358.961,12 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 281.239,30 manat, faiz borcu üzrə 77.721,82 manat. Ekspert tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/889 saylı, xx xxx 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxxxxx 2014-cü il tarixli, 1396/14 №-li kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-nə olan borcu xx xxxxxx 2020-ci il tarixə 404.115,66 manat (əsas borc üzrə - 281.239,30 manat, faiz borcu üzrə - 122.876,36 manat), xx xxx 2020-ci il tarixə 409.349,83 manat (əsas borc üzrə 281.239,30 manat, faiz borcu üzrə 128.110,53 manat) müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Məhkəmə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxxxxxxxxxxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 1396/14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 120 ay müddətinə, illik 10% faiz ödəmək şərtilə 327400 manat məbləğində kredit verilmiş, "xxxxxxxxxxxxxx" ASC ilə alıcı-ipoteka qoyan Cavabdeh və satıcı X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1396/14 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, C bloku, qapı 1 saylı ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcı-ipoteka qoyanın mülkiyyətinə vermiş; satış qiyməti 377400 manat olan mənzilin dəyəri kreditor - ipoteka saxlayan tərəfindən xx.xx.2014-cü il tarixdə bağlanmış 1396/14 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmiş, Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun banka ödənilməmiş borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsidir. Eyni Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtini pozmuşdur. Ona görə də borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, C bloku, qapı 1 saylı ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinəyönəldilməli, həmin əmlak açıq hərracaçıxarılaraq satılmalı, ilkin satış qiyməti 450.000 manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq əmlak hərracda satıldıqdan 1 ay sonra boşaldılmalıdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ Cavabdeh qaytarılmalıdır. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 1000 (bir min) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, ölkəmizdə baş vermiş manatın devalvasiyasını, həmçinin cavabdehin maliyyə vəziyyətini nəzərə alır. Bundan əlavə, iş materiallarından göründüyü kimi sonuncu ekspert rəyində Cavabdeh banka 128.110,53 manat faiz borcu qeyd olunduğu halda, iddia ərizəsində 122.876,02 manat faiz borcu tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, Cavabdeh iddia ərizəsində göstərilən məbləğdə, yəni 122.876,02 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması”na dair iddia tələbi qismən təmin edilməli, Cavabdeh 281.239,30 (iki yüz səksən bir min iki yüz otuz doqquz manat, otuz qəpik) manat əsas, 122.876,02 (bir yüz iyirmi iki min səkkiz yüz yetmiş altı manat, iki qəpik) manat faiz borcu, 1000 (bir min) manat cərimə borcu, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 405.145,32 (dörd yüz beş min yüz qırx beş manat, otuz iki qəpik) manat məbləğində pul alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, tutma ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, C bloku, qapı 1 saylı ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinəyönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 450.000 (dörd yüz əlli min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan kredit borcu ödənilməli, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq Cavabdeh qaytarılmalı, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutulmalı, ipoteka predmeti satıldıqdan bir ay sonra boşaldılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçı Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1rşı “hesablanmış faiz və cərimə borcunun silinməsi”nə dair iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı Cavabdeh kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq bankla həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Mülki qanunvericilik şəraitin elə dərəcədə əhəmiyyətli dəyişikliyini nəzərdə tutur ki, bu halı hər iki tərəf əvvəlcədən görə bilməzdi. Hazırkı halda ölkədə devalvasiyanın baş verməsi və manatın ABŞ dolları qarşısında dəyərini xeyli itirməsi halını əksəriyyət ağlabatan mühakimə şəraitində əvvəlcədən görə bilməzdi. Çünki artıq uzun illər Azərbaycan manatı ABŞ dollarına münasibətdə möhkəmləməkdə davam edirdi. Ona görə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halının baş verməsini məhkəmə qəbul edir. Lakin, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halının baş verməsi kredit müqaviləsinin iddiaçının tələb etdiyi qaydada dəyişdirilməsi üçün əsas olub-olmaması ilə bağlı məhkəmə dəyərləndirmə aparılmasına zərurət görür. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsası ilə müqavilənin dəyişdirilməsi institutu da, müqavilə tərəflərinin mənafeyinə xidmət edir. Qanunverici belə hallar baş verdikdə müqavilə tərəflərinin mənafeləri arasındakı ədalətli balansı qorumaq üçün həmin institutu təsis etmişdir ki, tərəflər şəraitin dəyişməsini nəzərə alaraq müqaviləni öz mənafelərinə uyğun olaraq dəyişdirə bilsinlər. Göründüyü kimi iddiaçı Cavabdeh Bank tərəfindən onun borcunun düzgün hesablanmamasını bildirsə də, həmin halı təsdiq edən mötəbər sübut məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır. Əksinə, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizaları keçirilmişdir. Sonuncu ekspert rəyindən görünür ki, iddiaçının Banka xx xxx 2020-ci il tarixə 409.349,83 manat (əsas borc üzrə 281.239,30 manat, faiz borcu üzrə 128.110,53 manat) borcu mövcuddur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1rşı “hesablanmış faiz və cərimə borcunun silinməsi”nə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi qismən təmin edilməli, iddiaçı Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1rşı “hesablanmış faiz və cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 300 (üç yüz) manat cavabdeh (eyni zamanda iddiaçı) Cavabdeh tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması”na dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh 281.239,30 (iki yüz səksən bir min iki yüz otuz doqquz manat, otuz qəpik) manat əsas, 122.876,02 (bir yüz iyirmi iki min səkkiz yüz yetmiş altı manat, iki qəpik) manat faiz borcu, 1000 (bir min) manat cərimə borcu, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 405.145,32 (dörd yüz beş min yüz qırx beş manat, otuz iki qəpik) manat məbləğində pul alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, C bloku, qapı 1 saylı ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsinəyönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti 450.000 (dörd yüz əlli min) manat məbləğində müəyyən edilməklə,açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan kredit borcu ödənilsin. Əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq Cavabdeh qaytarılsın. Hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutulsun. İpoteka predmeti satıldıqdan bir ay sonra boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1rşı “hesablanmış faiz və cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçı Cavabdeh aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 300 (üç yüz) manat iddiaçı (eyni zamanda cavabdeh) Cavabdeh tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFTBİKCTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar