Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1604/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı2, İddiaçılar Heydərova Zərı̇ fə Alı qızının və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" Bank Olmayan Kredit X15 Cəmı̇ yyətı̇ nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar Heydərova Zərı̇ fə Alı qızının və İddiaçı2 cavabdeh "xxxx" Bank Olmayan Kredit X15 Cəmı̇ yyətı̇ nə qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar Heydərova Zərı̇ fə Alı qızı və İddiaçı2 cavabdeh "xxxx" Bank Olmayan Kredit X15 Cəmı̇ yyətı̇ nə qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" BOKT ASC-dən onlara dəymiş 10985500 (10 milyon doqquz yüz səksən beş min beş yüz) manat məbləğində maddi ziyanın tutularaq onlara verilməsinə dair qətmanə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə X10 arasında bağlanmış 25 iyun 2012-ci il tarixli 410/12 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC illik 24 faiz olmaqla 60 ay müddətinə 234.980 (iki yüz otuz dörd min doqquz səksən min) manat məbləğində kredit verməyi, Təranə Nuriyeva isə həmin krediti qaytarmağı öhdəsinə götürmüşdür. Ona müqavilə əsasında 250000 manat kredit ayrılmış olsa da, nəğd şəkildə 234000 manat pul vəsaiti verilmişdir. Bundan başqa kreditin illik faiz dərəcəsi 16 faiz təklifedilməklə onu aldatmışdırlar. Müqavilənin təminatı olaraq İddiaçı1 məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası ("Qızıl Tac" şadlıq sarayı) və İddiaçı2 məxsus olan Şəmkir şəhəri, Nizami küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Sonradan tərəflər arasında yaranmış mübahisənin nəticəsində "xxxx" ASC İddiaçı1 məxsus olan, İddiaçı2 istifadəsində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasını ("Qızıl Tac" şadlıq sarayı) 158000 manat qiymətləndirərək və İddiaçı2 məxsus olan Şəmkir şəhəri, Nizami küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evini isə 59000 manat qiymətləndirərək bankın balansına keçirmişdir. Həmin qiymətləndirmələr onların Şəmkir Rayon Məhkəməsinin icrtaatında iddialarına baxıldığı ərəfədə bank tərəfindən qanunsuz olaraq hərrac təşkil edilmiş, həmin hərracın keçrilməsinə bizim iştirakları təmin olunmamışdır. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası ("Qızıl Tac" şadlıq sarayı) kredit borcunu artıqlaması ilə qarşıladığı halda, bank hər iki ipoteka predmetini öz balansına götürməklə, onları daha əlverişsiz vəziyyətə salımışdır. Bundan başqa şadlıq sarayı iki hissədən ibarət olmasına baxmayaraq binanın 1 hissədən ibarət olmasını qeyd etməklə bank daha bir qanunsuzluq etmişdir. 11 noyabr 2015-ci il tarixdə bankın əməkdaşları tərəfindən sarayın binasına möhür vurularaq sahibkarlıq fəaliyyəti (fiziki və hüquqi şəxs) dayandırılmışdır. Şadlıq sarayının birinci məbrətəbəsində zal olmaqla 980 nəfər qonaq yeləşirdi. Sarayın ikinci mərtəbəsində də 1 zal və böyük foye olmaqla 420 qonaq yerləşirdi. Saray fəaliyyət göstərdiyi vaxtlarda hər gün toy və şadlıq mərasimləri keçirilirdi. Sarayın aylıq qazancı orta hesabla 135000 manat təşkil edirdi. Bundan başqa sarayın içində istifadəyə yararlı 480000 (dörd yüz səksən min) manatlıq əşyalar da sarayın içində qalmışdır. Həmçinin saray işıq, su və qazla təhciz olunmuş və hər biri üçün sayğac qoyulmuşdur. Bunun üçün sayğaclara, sarayın həyətində generator və transformator təhcizatı üçün xüsusi yeraltı kabellər də daxil omaqla ümumilikdə 110000 manat vəsait sərfedilmişdir. Həmçinin sarayın daxilində iki otaqdan ibarət soyuducu sistemi yığılmışdır ki, həmin sistemin yığılmasına da 130000 manat vəsait sərf edilmişdir. Bank tərəfindən sarayın istifadəsinə qadağa qoyulduqdan sonra hesab edirlər ki, onlara yuxarıda sadalanan xərclərdən əlavə ******* (səkkiz miliyon) manat maddi ziyan dəmişdir. Bundan başqa ilkin qiymətləndirmə ilə razılaşmadığına görə Şəmkir Rayon Məhkəməsinə etmiş olduğu müraciətdən sonra "xxxx" MMC tərəfindən Şəmkir şəhəri, Nizami küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi dəyəri 410000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası ("Qızıl Tac" şadlıq sarayı) isə ******* manat qiymətləndirilmişdir. Lakin həmin qiymətləndirmə qeyri-müəyyən səbəblərdən nəzərə alınmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1921/2015 saylı 03 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən X3 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş və "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli 14-141 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat ləğv edilmişdir. Dəfələrlə bankdan borcu ödəmək üçün möhlət verilməsini xahiş etsələr də bank qərəzli olaraq şadlıq sarayını və yaşayış sahəsini öz balansına keçirmişdir. Bank sarayın istifadəsini onlara qadağan etdikdən sonra əmlakı sahibsiz saxlamış, nəticədə sarayın içində olan əşyalar, bahalı avadanlıqlar (kondisionerlər, səs-akustika cihazları, işıqlarndırma robotları və s.) məhv edilmiş, müəmmalı şəkildə yoxa çıxmışdır. Kredit müqaviləsi 5 il müddətinə bağlanmış olsa da, bank vaxtından əvvəl, yəni 3 ilin tamamında məhkəməyə müraciət edərək kredit müqaviləsini mübahisələndirmişdir. Nəticədə bank İddiaçı1 məsus olan, İddiaçı2 istifadəsində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası ("Qızıl Tac" şadlıq sarayı) və İddiaçı2 məxsus olan Şəmkir şəhəri, Nizami küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evi bankın balansına keçmiş olsa da və həmin əmlaklar kredit müqaviləsi üzrə borcu artıqlaması ilə qarşılamasına baxmayraq, hazırda da bizdən əlavə faiz tələb etməkdə davam edir. Həmçinin öz balansına götürmüş olduğu İddiaçı2 məxsus olan Şəmkir şəhəri, Nizami küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evi qeyri-müəyyən səbəblərdən gizlətməyə çalışılır. Belə ki, 05 may 2023-cü il tarixdə Para BOKT ASC tərəfindən verilmiş məktuba əsasən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası ("Qızıl Tac" şadlıq sarayı) barədə məlumatlar qeyd edilsə də, Şəmkir şəhəri, Nizami küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evi barədə heç bir qeyd göstərilməmişdir. Həmçinin şadlıq sarayının binasını bir mərtəbədən ibarət olması qeyd edilir. Lakin şadlıq sarayı iki mərtəbədən ibarətdir. Bununla da bank hələ də bizə qarşı öz qərəzli mövqeyini göstərməyə davam etməkdədir. X10 bankın qərəzli mövqeyinə görə fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. Bank sarayın bizdən əşyalı, işlək və tam təmirli vəziyyətdə təhvil götürmüş olsa da, hazırda sarayı sahibsiz və nəzarətsiz qoyması səbəbindən saray tam yararsız vəziyyətə düşmüşdür. Məhkəmə iclasında iştirak edən şəxslər hazırkı işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədilər. Məhkəmə iş materiallarını araşdıraraq, mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1921/2015 saylı, 03 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli, 14-141 nömrəli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”-ın ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 4144/2016 saylı, 12 iyul 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Səbail Rayon Məhkəməsinin 2(009)-1921/2015 saylı, 03 dekabr 2015-ci il tarıxlı qətnaməsi iddiaçı X4 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan əmlakın qiymətləndirilməsi barədə xx.xx.2018-ci il tarixli hesabatdan görünür ki, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası ("Qızıl Tac" şadlıq sarayı) isə ******* manat qiymətləndirilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(076)-197/2020 saylı qətnaməsi ilə iddianın rədd edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə, Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və "xxxx" ASC-yə (indiki "xxxx" BOKT ASC-yə) qarşı özlərinə məxsus olmuş, ünvan 2 ünvanda yerləşən qeyri yaşayış binasının və ünvan 3ləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin satılması haqqında hərracın yekun protokolunun ləğv edilməsi və cavabdeh "xxxx" ASC-nin adına tərtib olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında Çıxarışın etibarsız hesab olunması tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2020-ci il tarixli, 2(104)-1991/2020 saylı qətnaməsi ilə, Şəmkir Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(076)-197/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(02)-3560/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2020-ci il tarixli, 2(104)-1991/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Şəmkir şəhər sakinləri İddiaçı2, X11, X12, X5, X13, X2, X7 və X8 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, ünvan 4 ünvanda yerləşən, İddiaçı1 məxsus olub, qızı İddiaçı2 istifadəsində olmuş "Qızıl Tac" şadlıq sarayı 2013-ci ilin oktyabr ayının 17-dən açılışı edilərək normal fəaliyyətə başlamış, həmin saray binası banka girov qoyulduğundan İddiaçı2 banka olan kredit borcuna görə Parabank tərəfindən hərrac yolu ilə satın alındıgından bankın əməkdaşları tərəfindən sarayın binasına 2015-ci ilin noyabr ayının 11-də blomb vurularaq bağlanmış, həmin vaxtdan fəaliyyəti dayandırılmışdır. "Qızıl Tac" şadlıq sarayının 1-ci mərtəbəsində bir zal olmaqla 980 nəfər qonaq yerləşirdi. Sarayın 2-ci mərtəbəsində də 1 zal və böyük foye olmaqla 420 nəfər qonaq yerləşirdi. Saray fəaliyyət göstərdiyi vaxtlarda hər gündə toy və ya şadlıq mərasimləri keçirilirdi ki, aylıq qazancı orta hesabla 135.000 (bir yüz otuz beş min) manat məbləğində pul olurdu. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarı: “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Eyni Məcəllənin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İşin hallarından göründüyü kimi iddiaçılar fərdi sahibkar olmaqla (Heydərova Zərı̇ fə Alı qızı - VÖEN **********; İddiaçı2 - VÖEN **********) sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə kredit borc götürmüş, həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədi ilə iddiaçılara məxsus olan əmlaklar ipoteka ilə yüklü edilmişdirlər. Hazırda iddiaçıların tələb etdikləri maddi ziyan həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədi kimi çıxış edən ipoteka ilə yüklü edilmiş əmlaklardan irəli gəldiyindən, məsələyə kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Mülki Prosessual Məcəllənin 32.4-cü maddəsinə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Mülki Prosessual Məcəllənin 403-1.1 maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan kassasiya instansiyası məhkəməsinə şikayət vermək hüququna malikdirlər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar Heydərova Zərı̇ fə Alı qızının və İddiaçı2 cavabdeh "xxxx" Bank Olmayan Kredit X15 Cəmı̇ yyətı̇ nə qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" 2(006)-1604/2024 saylı mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.3, 32.5, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar Heydərova Zərı̇ fə Alı qızının və İddiaçı2 cavabdeh "xxxx" Bank Olmayan Kredit X15 Cəmı̇ yyətı̇ nə qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" 2(006)-1604/2024 saylı mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(006)-1604/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1604/2024
08.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver