Məhkəmə qərarları › İş №2(006)-1623/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1623/2024

22.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1623/2024 22.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı1 və İddiaçı2 nümayəndəsi (anası) X2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 saylı fərdi yaşayış evi paylı mülkiyyət kimi 5/18 hissədə İddiaçı1, 1/3 hissədə İddiaçı3, 1/3 hissədə İddiaçı2, 1/36 hissədə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. 19 dekabr 2022-ci il tarixdə televiziya vasitəsilə həmin ərazinin plana düşdüyü barədə məlumat aldılar, "xxxx" MMC-nin əməkdaşları Emin və Xaliq adlı şəxslər gələrək 1 və 2-ci mərtəbənin cizgisini çəkmişlər, ölçüsünü götürmüşlər, evə aid hüquqmüəyyənedici sənədlərin surətlərini götürmüşlər və bu barədə rəsmi sənəd təqdim etmişlər. "xxxx" MMC-nin əməkdaşı tərəfindən onlara məxsus fərdi yaşayış evinə dair hazırlanmış şəxsi məlumat hissəsində faktiki sahəsinin 152,819 kv.m olması barədə xx.xx.2022-ci il tarixdə sənəd verilmişdir. Bir müddət sonra məlumatları oldu ki, evin 2-ci mərtəbəsinin üst hissəsindəki tiikilini sökürlər, bu barədə cavabdeh "xxxx" MMC-nin məsul şəxsi Raminə bildirdilər, o dedi ki, tikmirlər ki, sökürlər, kömək edirlər, qoy söksünlər. Yəni ikinci mərtəbə MMC rəhbərliyinin göstərişi ilə sökülüb, çünki MMC rəhbərliyi polisə məlumat verib ki, onlar sökürlər. Fərdi yaşayış evinin ikinci mərtəbəsinin sökülməsi nəticəsində dam örtüyü sıradan çıxarılmış, qar və yağış suları evin ocaqlarına damaraq otaqların divarlarını, döşəməsini yararsız hala gətirmiş, yaşayışı mümkünsüz etmişdir. Nəticədə, cavabdeh tərəfindən onlara maddi zərər vurulmuşdur və bu maddi zərər 13.000 (on üç min) manat təşkil edir, fərdi yaşayış evinin əvvəlki vəziyyətinə qaytarılması, dam örtüyünün təmir edilməsi üçün xeyli vəsait tələb olunur. Həmçinin, iddiaçı (İddiaçı1) və həyat yoldaşı X3 fiziki şəxs olaraq vergi ödəyicisi kimi qeydə alınmış və müvafiq olaraq onlara (İddiaçı1 xx.xx.2019. VÖEN: ********** və Həsənova Mələknaz: xx.xx.2018 VÖEN :**********) VÖEN verilmişdir. Onlar fərdi yaşayış evini kirayəyə verərək qazanc əldə edə bilərdilər, belə ki, orta hesabla həmin ərazidə kirayə haqqı 250 manatdır. Fərdi yaşayış evinin yararsız hala salınması nəticəsində bir ildir ki, ev boş qalmışdır, kirayəyə verilməsi mümkün olmamışdır. 1 il üçün kirayə haqqı 3000 (üç min) manat edir. Bununla bağlı olaraq həmin məbləğ cavabdehdən tutularaq onlara ödənilməlidir. Göstərilənlərə əsasən, iddiaçıların mülkiyyətlərində olan, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 saylı fərdi yaşayış evinə vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" MMC-dən 13.000 (on üç min) manat və kirayəyə verilməsinin mümkün olması səbəbindən vurulmuş maddi zərərə görə 3000 (üç min) manat, cəmi 16.000 (on altı min) manat pulun tutularaq iddiaçılara ödənilməsinə, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 138 (yüz otuz səkkiz) manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 saylı fərdi yaşayış evi paylı mülkiyyət kimi iddiaçılar və X4 mülkiyyətindədir. 2023-cü ilin yanvar ayında onlara məlum oldu ki, onların yaşadıqları məhəllə plana düşüb. Onlar da araşdırdılar ki, həqiqətən belədir. Bunun üçün açılan ofisə yaxınlaşdılar və evin sənədlərini təqdim etdilər. Daha sonra onların iki nəfər nümayənəsi gəlib onların evinin ümumi sahəsini ölçdülər və ümumi sahənin 152.819 kv.m olması barədə onlara sənəd verdilər. Bunun nəticəsində onlara bir məbləğ təklif etdilər, ancaq onlar həmin məbləğlə razılaşmadılar. Bundan təxminən 1 ay keçdikdən sonra, onlara qonşular məlumat verdilər ki, evin ikinci mərtəbəsini sökürlər. Onlar bununla bağlı AR DİN-nin “102” qaynar xəttinə məlumat verdilər. Nəticədə, polislər gəldi. Lakin bildirdilər ki, şirkət sökürsə, onlar heç nə edə bilməzlər. Bir müddət də keçdi. Daha sonra evin ətrafını hasarladılar. Onlar bununla bağlı məhkəmədə iddia qaldırdılar və iddia tələbi təmin olundu. Lakin onlar hasarı sökməkdən yayındılar. Hətta onlar məhkəmə qətnaməsini icra etmədiklərinə görə 1200 manat məbləğində inzibati qaydada cərimə olundular. Həmçinin, hazırda mülkiyyətlərində olan yaşayış evi yararsız vəziyyətdədir. Nəticədə, cavabdeh tərəfindən onlara ümumilikdə 13.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Odur ki, bütün bu qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onlar mübahisəli ev sökülmədən öncə birinci mərtəbədə yaşayırdılar. 2017-ci ildə makler tanışı müəyyən pul məbləğində evin ikinci mərtəbəsində X7 tərəfindən yaşayış yeri tikməyə razılıq verməyi onlara təklif etdi. Onlar da bununla razılaşdılar və X7 tikinti işlərinə başladı. Bu zaman evin damı söküldü. Lakin xeyli müddət keçsə də, o, razılaşmada qeyd edilən məbləği onlara ödəmədiyindən onlar rəsmi qaydada tikintini dayandırdılar. Həmçinin, tikintidə istifadə olunan bütün materialların pulunu da ona qaytaracaqdır. İddia ərizəsində qeyd edilən kirayə haqqı ilə bağlı isə qeyd edilən mənzilin birinci mərtəbəsini rəsmi kirayə müqaviləsi bağlamaqla kirayəyə verirdilər və bundan da gəlir əldə edirdilər. Ev yararsız vəziyyətə salındıqdan sonra isə bu mümkün olmadı və nəticədə, onlara üç min manat məbləğində maddi ziyan dəymiş oldu. 4.Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi (anası) X3 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə İddiaçı1 və İddiaçı2 nümayəndəsi (anası) X2 izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 saylı fərdi yaşayış evi X4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 paylı mülkiyyətlərindədir. İddiaçılara məxsus fərdi yaşayış evi plana düşdüyü üçün Cavabdeh MMC tərəfindən sökülməyə başlamış, lakin bununla bağlı iddiaçılar cavabdeh MMC tərəfindən evin ətrafına çəkilmiş hasarın sökülməsi, gələcəkdə hasarın çəkilməsinin cavabdehə qadağan edilməsinə məhkəməyə müvəqqəti təminat tədbiri barədə ərizə vermiş, məhkəmənin xx.xx.2023-cü il tarixli, 16(006)-268/2023 saylı qərardadı ilə həmin ərizə təmin edilmişdir. Daha sonra cavabdeh tərəfindən tərəfindən spnuncu qərardad icra edilmədiyi üçün cavabdehin rəhbəri inzibati qaydada cərimə edilmişdir. Hazırda iddiaçılar onlara məxsus fərdi yaşayış evinə cavabdeh tərəfindən aparılan söküntü işləri nəticəsində ziyan vurulduğunu iddia edərək, cavabdehdən 13.000 manat məbləğində maddi zərər, həmin evin kirayəyə verilə bilməməsinə görə 3.000 manat məbləğində kirayə haqqının, həmçinin ödənilmiş 138 manat məbləğində dövlət rüsumunun tutularaq onlara ödənilməsini tələb edirlər. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, 1151712, ******* və ******* nömrəli Çıxarışlardan görünür ki, ünvan 1 1/18 hissədə X4 adına xx.xx.2017-ci il tarixdə, 1/3 hissədə İddiaçı3 adına xx.xx.2017-ci il tarixdə, 1/3 hissədə İddiaçı2 adına xx.xx.2017-ci il tarixdə və 5/18 hissədə isə İddiaçı1 adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1965 nömrəli reyestr kitabının 181488 nömrəli vərəqində qeydiyyata alınmışdır. 9.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2024-cü il tarixli, 3-16-16/2-10/2148 nömrəli Ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 saylı fərdi yaşayış evinin faktiki sahəsinin 73.8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 saylı fərdi yaşayış evinin faktiki olaraq birmərtəbəli olduğunu, dam örtüyünün qismən sökülmüş vəziyyətdə olduğunu, eləcə də tədqiq olunan yaşayış evinin tikililərində yaranan qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, tədqiq olunan evə dam örtüyünün qüsurlu olması səbəbindən atmosfer çöküntülərinin (yağış suları, qar və s.) axması nəticədə 93 saylı yaşayış evinin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur, tədqiq olunan evin faktiki olaraq birmərtəbəli olduğunu, Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışda sözügedən yaşayış evinin neçə mərtəbədən ibarət olması göstərilmədiyindən, eləcə də mülki iş materiallarında tədqiq olunan evin neçə mərtəbəli olması və neçə tikilidən ibarət olması barədə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş texniki pasport və ya eskiz layihə olmadığından, tədqiq olunan evin ikinci mərtəbəsinin olub-olmamasını, ikinci mərtəbənin sökülüb-sökülməməsini müəyyən etmək mümkün olmamışdır. Söküntü işlərinin kim tərəfindən aparılmasının müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyil. Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 saylı fərdi yaşayış evində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 10135,0 manat məbləğində müəyyən olunmuşdur. 10.Mülki işin materiallarında olan “Elektron notariat” X1 edilən Çıxarışdan görünür ki, iştirakçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X3 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 73.8 kv/m, yaşayış sahəsi 47.5 kv/m, yardımçı sahəsi 26.3 kv/m olan mənzilin üzərində X7 tərəfindən ikinci mərtəbənin tikilməsinə, həmin tikiliyə dair onun adına reyestrdən çıxarış, texniki pasport və digər sənədlərin verilməsinə razıdırlar. Tikiləcək evlə bağlı heç bir iddiaları yoxdur, gələcəkdə olmayacaq. 11.Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 16(103)-477/2023 saylı qərardadından görünür ki, Cavabdeh MMC tərəfindən verilən Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 saylı fərdi yaşayış evinin ətrafına çəkilmiş hasarın sökülməsi, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 saylı fərdi yaşayış evinin ətrafına hasar çəkilməsinin cavabdehə qadağan edilməsi barədə qərardaddan şikayət təmin edilməmişdir. 12.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-4930/2023 saylı Qərarı ilə Cavabdeh MMC-nin rəhbəri xx.xx.1991-ci il təvəllüdlü X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində 1.200 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. 13.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-1119/2024 saylı Qərarı ilə Cavabdeh MMC-nin rəhbəri X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində 1.500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. 14.Mülki işin materiallarında olan xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli, ********* və ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, hazırki iddianın qaldırılması üçün İddiaçı1 tərəfindən 138 (100+38) manat məbləğində dövlət rüsumu ödənilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.3-cü maddəsinə əsasən mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə əşyanın dəyərini və işlənməyə yararlığını qorumaq üçün saxlama, təmir (bərpa) və təzələmə işləri aparıla bilər. 16.Həmin Məcəllənin 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 17.Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 18.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 19.Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 20.Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 22.Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 23.Məhkəmə hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, hazırda iddiaçıların paylı mülkiyyətlərində olan Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 saylı fərdi yaşayış evinə Cavabdeh MMC tərəfindən ziyan vurulması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən sübutlardan da göründüyü kimi cavabdeh tərəfindən sözügedən fərdi yaşayış evinin ətrafına hasar çəkilmiş, evdə söküntü işləri aparılmış, daha sonra iddiaçıların məhkəməyə müraciəti əsasında qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında evin ətrafında olan hasarın sökülməsi, gələcəkdə hasarın çəkilməsi cavabdehə qadağan edilsə də, iş materiallarından göründüyü kimi cavabdeh tərəfindən sonuncu məhkəmə qərardadı icra edilmədiyi üçün cavabdehin rəhbəri 2 dəfə inzibati qaydada cərimə edilmişdir. Göründüyü kimi iddiaçılara məxsus fərdi yaşayış evinə cavabdeh tərəfindən aparılan söküntü işləri nəticəsində maddi ziyan dəymişdir. Odur ki, iddiaçılara vurulan maddi ziyanın əvəzi cavabdeh tərəfindən onlara ödənilməlidir. 24.Hazırki mübahisə üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparılması məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16-16/2-10/2148 saylı ekspert rəyi ilə iddiaçılara məxsus fərdi yaşayış evinin faktiki sahəsinin 73.8 kv.metr olması, həmin evin faktiki olaraq birmərtəbəli olması, dam örtüyünün qismən sökülmüş vəziyyətdə olması, eləcə də evin tikililərində yaranan qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, tədqiq olunan evə dam örtüyünün qüsurlu olması səbəbindən atmosfer çöküntülərinin (yağış suları, qar və s.) axması nəticədə 93 saylı yaşayış evinin tikililərinə ziyan vurulması, evin faktiki olaraq birmərtəbəli olduğunu, Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışda sözügedən yaşayış evinin neçə mərtəbədən ibarət olması göstərilmədiyindən, eləcə də mülki iş materiallarında tədqiq olunan evin neçə mərtəbəli olması və neçə tikilidən ibarət olması barədə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş texniki pasport və ya eskiz layihə olmadığından, tədqiq olunan evin ikinci mərtəbəsinin olub-olmamasını, ikinci mərtəbənin sökülüb-sökülməməsini müəyyən etməyin mümkün olmaması, həmçinin evdə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 10135,0 manat məbləğində olması müəyyən edilmişdir. 25.Məhkəmə iddia tələbinin “mənzilə dəymiş maddi zərərə görə 13.000 manat məbləğində pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, müvafiq ekspert rəyi ilə təmir işlərinin aparılması üçün iddiaçıya dəymiş maddi ziyanın məbləğinin 10.135 manat müəyyən edilməsi nəzərə alınmalı, iddiaçı tərəfindən ona iddia edilən məbləğdə maddi ziyan dəyməsi ilə bağlı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə qismən təmin edilməlidir. 26.Məhkəmə bu yerdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 27.Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 29.Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 30.Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 31.Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia dəymiş maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, Cavabdeh MMC-dən 10.135 AZN (on min yüz otuz beş manat) məbləğində maddi zərərin əvəzi tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməlidir. 32.Məhkəmə iddia tələbinin “evin kirayəyə verilə bilməməsinə görə iddiaçılara dəyən 3.000 manat məbləğində maddi zərərin cavabdehdən tutulması” hissəsinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, həmin hissədə tələb əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçılar onlara məxsus fərdi yaşayış evinin cavabdeh tərəfindən yararsız vəziyyətə salınması nəticəsində həmin evin kirayəyə verilə bilməməsi və bunun nəticəsində onlara 3.000 manat məbləğində maddi ziyan dəydiyini iddia etsələr də, tələbi əsaslandıra biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişlər (müvafiq kirayə müqaviləsi və s.). 33.Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 35.Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 36.«Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) 37.Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) 38.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi “evin kirayəyə verilə bilməməsinə görə iddiaçılara dəyən 3.000 manat məbləğində maddi zərərin cavabdehdən tutulması” hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. 39.Bundan başqa, məhkəmə iddia tələbinin ödənilmiş 138 manat məbləğində dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçının iddia tələbinə münasibətdə təmin edilən hissəsi yalnız 10.135 (on min yüz otuz beş) manat olmuşdur ki, bu halda ödənilməli rüsum 120.40 manat təşkil edəcəkdir. 40.Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 41.Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 42.Hazırki iş üzrə iş materiallarından göründüyü kimi hazırki iddianın qaldırılması üçün İddiaçı1 tərəfindən 138 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, ödənilmiş 138 AZN-nin 120.40 AZN-i Cavabdeh MMC-dən tutularaq İddiaçı1 xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı1 aid edilməlidir. 43.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən vurulmuş maddi zərərin əvəzi kimi 10.135 AZN (on min yüz otuz beş manat) məbləğində pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməli, iddiaçılar tərəfindən dövlət rüsumu kimi ödənilmiş 138 AZN-nin (yüz otuz səkkiz manat) 120.40 AZN-i (yüz iyirmi manat, qırx qəpik) Cavabdeh MMC-dən tutularaq İddiaçı1 oğluna ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı1 aid edilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. 44.Bundan başqa, Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 45.Hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 AZN-nin (yüz manat) 50 AZN-i (əlli manat) Cavabdeh MMC-dən, qalan 50 AZN-i (əlli manat) isə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 alınaraq Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. 46.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 48.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 49.Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 50.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 51.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 52.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən vurulmuş maddi zərərin əvəzi kimi 10.135 AZN (on min yüz otuz beş manat) məbləğində pul vəsaiti tutularaq müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilsin. İddiaçı1 tərəfindən dövlət rüsumu kimi ödənilmiş 138 AZN-nin (yüz otuz səkkiz manat) 120.40 AZN-i (yüz iyirmi manat, qırx qəpik) Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı1 aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 AZN-nin (yüz manat) 50 AZN-i (əlli manat) Cavabdeh MMC-dən, qalan 50 AZN-i (əlli manat) isə müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 alınaraq Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar