Məhkəmə qərarları › İş №2(006)-1633/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1633/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1633/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətin (depozitin) və ona hesablanmış faizlərin qaytarılması” tələblərə dair iddia ərizəsi üzrə mülki işə 09.03.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətin (depozitin) və ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ləğv prosesində olan Cavabdeh1-ın ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan 17.083 (on yeddi min səksən üç) ABŞ dolları əmanətinin və 6 il müddətinə ona hesablanmış (illik 10.4, 6 il müddətinə=62,4) 10659 (on min altı yüz əlli doqquz) ABŞ dolları faizin, ümumilikdə cəmi 27742 (iyirmi yeddi min yeddi yüz qırx iki) ABŞ dollarının və vəkilə hüquqi xidmət üçün ödədiyi 300 (üç yüz) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 18.08. 1960-cı ildə Ağdam rayonu Bağbanlar kəndində anadan olmuşdur. 1993-cü ildə ermənilərin Ağdam rayonunu işğal etməsi ilə əlaqədar Mingəçevir şəhərində məskunlaşmışdır. Ailəlidir. (İ qrup əlildir. Ailəsini dolandırmaq məqsədi ilə Rusiya Federasiyasına müxtəlif vaxtlarda, mövsümi olaraq gedib, işləyib, müəyyən məbləğdə qazanc əldə edib, bir hissəsini ailənin ehtiyaclarına sərf etdikdən sonra, 2009-cu ildən etibarən ’Texnikabank'' ASC-nin Mingəçevir filialının depozitinə müəyyən vaxtlarda və müəyyən məbləğlərdə pullar yerləşdirmişdir. 2015-ci ilin sonuna kimi müqaviləyə uyğun olaraq hesablanmış fai/ləri götürmüşdür. Hazırda onda "xxxx" ASC-nin Mingəçevir filialının depozitinə pulların ABŞ dolları ilə yerləşdirməsi barədə əmanət depozit hesab haqqında müqavilələri vardır. 06 yanvar 2015-ci il tarixli, 261FZ**********1 və 06 yanvar 2015-ci il tarixli, 261FZ**********2 saylı Standart əmanət (depo/il) hesabı haqqında müqavilələrdən gorünıir ki, mən 4000 ABŞ dolları pulu 12 ay müddətinə illik 10.4 faiz şərti ilə "xxxx" ASC-nin Mingəçevir filialına əmanət depozit qoymuşdur. Onda olan 002540 saylı əmanət kitabçasına əsasən 24.11.2013-cü ildə 7000 ABŞ dolları, 26.12.2013-cü ildə 1000 ABŞ dolları, 28.12.2013-cü ildə 15000 ABŞ dolları, 30.12.2013-cü ildə 9000 ABŞ dolları, 06.01.2015-ci il isə 4000 ABŞ dolları pulu cəmi 36 000 (oluz altı min) ABŞ dolları pulu "xxxx" ASC-nin əmanət (depozit) qoymuşdur. 2016-cı ilin fevral ayında əmanətin bir hissəsi 18.917 ABŞ dolları ona qaytarılmışdır. Bundan bank tərəfindən ona qalan pulu və ona hesablanmış faizlər qaytarılmamışdır. Dəfələrlə müraciət etməyinə baxmayaraq əınənət ona qaytarılmamış, hazırda 36 000-18.917=17.083 ABŞ dolları dopozitdə (əmanətdə) pulu qalmışdır. 2021-ci ilin təxminən oktyabr ayında A/ərbaycan Əmanətlərin Sığortalanması Fondunun rəhbəri cənab Tural Piriyevə rəsmi ərizə ilə müraciət edib, əmanətinin qaytarılmasını xahiş etdi. Ləğv prosesində olan "xxxx" Ləğvedici Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun ona göndərilmiş 01 dekabr 2021-ci il tarixli **********697 saylı məktubunda göstərilmişdir ki, "20 iyul 2016-cı il tarixdə "banklar haqqında" Azərbaycan Respublikası Qanunun 77.1-ei maddəsinə uyğun olaraq mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğdə qəbul edilmiş və həmin Qanunun 82-ei maddəsində göstərilmiş növbəlilik qaydasında ödəniləcəyini nəzərə almağınız xahiş olunur". Sonuncu müraciətinə cavabdan iki ay vaxt keçmişdir. O, məcburi köçkündür, ikinci qrup əlildir, 62 yaşım var. Nə vaxt onun pulu ona qaytarılmalıdır? Neç bir yerdə işləmir, Rusiya Federasiyasına və ya başqa xarici ölkəyə getmir, ona vacib pul lazımdır. Xəstə adamdır, ölməyini gözləyirlər. Ləğv prosesində olan Cavabdeh1 Ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun depozitində 17.083 (on yeddi min səksən üç) ABŞ dolları əmanəti qalmışdır. Sonuncu kredit müqaviləsinə (06.01.2015-ci il tarixli) əsasən illik 10.4 faiz hesablanmaq ona depozitdə qalan məbləğin faizi ödənilməli idi, 2016-2021-ci illər ərzində 6 il müddətində ona faiz ödənilməmiş, bununla da ona xeyli zərər dəymişdir. Hesab edir ki, Ləğv prosesində olan "Texnikahank" Ləğvedici Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun depozitində 17.083 (on yeddi min səksən üç) ABŞ dolları əmanətinin və ona hesablanmış (illik 10.4, 6 il müddətinə) 10659 (on min altı yüz əlli doqquz) ABŞ dolları faizin. ümumilikdə cəmi 27742 (iyirmi yeddi min yeddi yüz qırx iki) ABŞ dolları pulun, vəkilə hüquqi xidmət üçün ödədiyi 300 (üç yüz) manatın Ləğv prosesində olan "Texnikahank'' Ləğvedici Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan alınıb ona verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 hazırkı əmanətin qorunan əmanət olduğunu və 2016-cı ilin fevral ayında “Əmanətlərin Sığortalanması haqqında” qanuna uyğun olaraq əmanətin sığortalanmış 30.000 manat (həmin dövrün usd-azn məzənnəsinə uyğun olaraq 18.917 ABŞ dolları) məbləğinin iddiaçı verildiyini, digər məbləğ ilə bağlı mülki işə “Banklar haqqında” Qanunun 72, 77 və 82-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsində baxılmalı olduğu üçün icraata xitam verilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Banklar haqqında” Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatı başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinin Mülki prosesual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarına əsasən Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72.1.2-ci maddəsinin dayandırma ifadəsi müflis elan olunmasına dair məhkəmənin qanuni qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki prosesual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki prosesual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki prosesual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsinin vəsatətinə əsasən iş üzrə icraata xitam verilməsinə etiraz etdiyini bildirmişdir. İddiaçı tərəfdən irəli sürülmüş tələblərin mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosesual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, iddiaçıya izah olunmalıdır ki, o pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 261-262 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə: QƏRARA ALDİ: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətin (depozitin) və ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, iddia ərizəsində göstərilən tələblərlə bağlı Cavabdeh1 ASC-nin iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar