Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1683/2020 17.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı X7 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 414 saylı Kredit müqaviləsi üzrə İddiaçı X6 ödənilməmiş 2472,40 manat əsas borcu, 1357,88 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 1294,71 manat müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, 357,88 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 5482,67 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı X6 ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatilqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-1(81)-3619/2016 saylı qərarı ilə İddiaçı ASC ləğv edilmiş və X1 İddiaçı ASC-yə ləğvedici təyin edilmişdir. İddiaçı X7 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 414 nömrəli kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 24% dərəcəsi ilə 3000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. Kredit müqaviləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən Cavabdeh1kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda əsas borcun ödənişini tam şəkildə borcverənə ödəməli olmasına baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında xx xxxxxx 2015ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1, 1.2 və 2.1-ci bəndlərinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərməiərin məhkəmə xərclərin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 1.2-ci bəndinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki, zaminlik müqaviləsinin 2.1-ci maddəsində göstərilmişdir ki, əgər borcalan kredit müqaviləsinin şərtlərinə əsasən krediti və onun faizlərini vaxtında ödəməzsə, zamin bankın ona göndərdiyi bildirişin alınması vaxtından 3 gündən gec olmamaq şərti ilə borcalanın bütün borclarının ödənilməsinə zamin olur. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir.Bu səbəbdən də cavadeh Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli 414 nömrəli Kredit müqaviləsi üzrə İddiaçı X6 ödənilməmiş 2472,40 manat əsas borcu, 1357,88 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 1294,71 manat müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, 357,88 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 5482,67 məbləğində borcu vardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X4 yuxarıda göstərilən məzmunda izahat vermiş, əlavə olaraq bildirmişdir ki, ekspertiza rəyi ilə razı deyildir. Belə ki, ekspert ödənişləri faizdən silmiş, gecikməyə görə cərimələri nəzərə almamışdır. Kassa məxaric orderi və ödəniş cədvəli iş materiallarına əlavə olunmuşdur. Göstərilənlərə əsasən iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 414 saylı kredit müqaviləsinə üzrə xx.xx.2019-cu il tarixə Cavabdeh1 əsas borcu 2472,40 manat, faiz borcu 1357,88 manat, cərimə borcu 1294,71 manat və gecikdirilmiş vaxt üçün hesablanan illik 5% - 357,88 manat olmaqla, cəmi borcu 5482,67 qəpikmanat təşkil edir. İş materiallarınaəlavəolunmuş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmışxx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 414 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminliklə təmin edilmiş öhdəlik üçün kreditor qarşısında tam həcmdə məsuliyyət daşımağıöhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh banka olan borcunun ödənilməsi barədə İddiaçı ASC tərəfindən xəbərdar olunmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/192 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx xxxxxx 2015-ci il tarixli, 414 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli, 414 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə İddiaçı ASC-yə olan borcu 2470,10 manat əsas, 938,64 manat faiz borcu olmaqla ümumilikdə 3.408,74 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Həmin Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur; Mülki Məcəllənin475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 414 saylı kredit müqaviləsinə əsasən bank (borc verən) tərəfindən Cavabdeh1 (borc alana) 24 ay müddətinə illik 24% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmiş, digər Cavabdeh2 isə İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli, 414 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminliklə təmin edilmiş öhdəlik üçün kreditor qarşısında tam həcmdə məsuliyyət daşımağıöhdəsinə götürmüşdür. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş və nəticədə onun banka 2472,40 manat əsas, 1357,88 manat faiz borcu, 1294,71 manat cərimə borcu və 357,88 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 5482,67 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi, Cavabdeh2 isə zaminlikəsasında yaranan borclarını ödəməli olmalarına dair vəzifələrini isə icra etməyərək, pul öhdəliklərini yerinə yetirməmişlər. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, cavabdehlərdən borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə əsaslı deyildir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o cavabdehdən əsas borc kimi 2472,40 manat, faiz borcu kimi 1357,88 manat tələb edir. Lakin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəylərindən müəyyən edilir ki, borc məbləği müqavilə müddətinin sonuna, yəni xx xxxxxx 2017-ci il tarixə 2470,10 manat əsas, 938,64 manat faiz borcu olmaqla, ümumilikdə 3.408,74 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, əsas və faiz borc məbləği ekspert rəyində göstərilən həcmdə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, 1294,71 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 100 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, 2470,10 manat əsas borc, 938,64 manat faiz borcu, 100 manat müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, 357,88 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 3866,62 manat məbləğində borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı X6 ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 manatın 105 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 45 manatı isə İddiaçı X3 alınaraq dövlət büdcəsinə ödənilməli, İddiaçı X5 məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 21 manat məbləğində hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2470,10 manat əsas borc, 938,64 manat faiz borcu, 100 manat cərimə borcu, 357,88 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 3866,62 manat məbləğində pul vəsaiti və 21 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı X6 ödənilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 manatın 105 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 45 manatı isə İddiaçı X3 alınaraq dövlət büdcəsinə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: 2470,10 (iki min dörd yüz yetmiş manat, on qəpik) manat əsas borc, 938,64 (doqquz yüz otuz səkkiz manat, altmış dörd qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu, 357,88 (üç yüz əlli yeddi manat, səksən səkkiz qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 3866,62 (üç min səkkiz yüz altmış altı manat, altmış iki qəpik) manat məbləğində pul vəsaiti və 21 (iyirmi bir) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı X6 ödənilsin. İddia digər hissədə təmin edlməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın 105 (yüz beş) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 45 (qırx beş) manatı isə İddiaçı X3 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-1683/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1683/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver