Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1693/2025 10.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı avtomobilə dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən mülkiyyətində olan "Toyota Corolla” minik markalı ** UJ *** ddvlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1230 manat məbləğində maddi zərərin, ona faktiki fəalliyyətsiz qaldığı 10 gün müddətdə dəymiş ziyana uyğun 500 manat və 37.3 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus “Toyota Corolla” markalı, 77UJ277 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Nissan Maxima" markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinə maddi ziyan vurmuşdur. Avtomobilə dəymiş ziyan çox olsa da, cavabdeh tərəfindən 460 AZN ziyan müəyyən edilmişdir. Lakin bu məbləğlə razı deyildir. Hazırda avtomobilinə müəyyən edilmiş ziyan aktına əsasən cəmi 1230 AZN ziyan dəymişdir. Hazırda taksi fəalliyyəti ilə məşğuldur. Hadisənin baş verməsi səbəbindən 10 gündən artıq bir müddətdə taksi fəalliyyəti ilə məşğul ola bilməmişdir. Bu isə ona əlavə xərclərə səbəb olmuşdur. Gündəlik 50 manatdan çox pul qazansa da, bu qazancını cavabdehin etdiyi qanunsuz hərəkətlər nəticəsində qazana bilməmişdir. Bunun nəticəsində də ona 500 manat ziyan dəymişdir. Bundan əlavə isə hazırda avtomobilin təmiri ilə bağlı cavabdeh avtomobili 10 gündən artıq müddətdə təmir edəcəyini bildirsə də, bu özü də ona maddi ziyan verəcəkdir. Bundan əlavə isə bu müddətin 10 gün olacağı da ona məlum deyildir. Lakin avtomobilinə ziyan vuran şəxsin avtomobilinin sığortalı olduğu hazırki iş üzrə cavabdeh "xxxx" ASC dəymiş ziyanı tam şəkildə ödəməkdən imtina edir. Hazırki mərhələdə onun tələb etdiyi məhz dəymiş olan ziyan və ziyanın bərpası üçün çəkilmiş həqiqi olan xərcdən ibarətdir. Qeyd olunanlara görə də maddi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh Sığorta Şirkətinin hüquqi ünvanı ünvan 1isənin məhkəməyə aidiyyətı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Qeyd olunanlara əsasən, İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı iddia ərizəsinin aidiyyatı üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı vəsatətlə bağlı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə hesab edir ki, hazırki iş baxılması üçün aidiyyətı üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC-nin hüquqi ünvanı ünvan 2 ki, aidiyyət qaydalarına əsasən İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı avtomobilə dəymiş zərərin ödənilməsi tələbinə dair işə aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinin tələbinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən, məhkəmə işi iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı avtomobilə dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı avtomobilə dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-1693/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1693/2025
10.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver