Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1695/2024 18.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1246/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin və ödənilmiş 61 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 21 aprel 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Rəsmi nikahlarından 18 yanvar 2013-cü il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyun 2014-cü il tarixli, 2(006)-1297/2014 saylı qətnaməsi ilə rəsmi nikahları pozulmuş, 18 yanvar 2013-cü il təvəllüdlü X2 onun himayəsində olması və 05 iyun 2014-cü il tarixdən başlayaraq X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh 103 manat tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1246/2023-ci il tarixli qətnaməsi ilə 18 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı artırılaraq 195 manat müəyyən olunmuşdur. Lakin, həyat səviyyəsinin dəyişilməsi ilə əlaqədar olaraq o, uşağın maddi tələbatlarını ödəməkdə çox çətinlik çəkir. Cavabdeh də bir valideyn olaraq bu məsuliyyəti onunla bərabər bölüşməlidir. Bu səbəbdən alimentin artırılması üçün zərurət yaranmışdır. Qeyd etmişdir ki, tərəfindən alimentin artırılması ilə bağlı mediasiya üçün müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı barışıq sazişi imzalanmadığından MŞB/6-00074 saylı arayış verilmişdir. Hər bir uşağın layiqli həyat tərzi, yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin qeyd etdi ki, o Azərbaycan Dövlət Pedaqoji Universitetində mütəxəssis vəzifəsində işləməklə 500 manat əmək haqqı alır. Uşağın dərs hazırlıqları ilə əlaqədar xərcləri çox artmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayarq məhkəmə iclasında iştirak etməmiş, etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, onunla İddiaçı arasında 21 aprel 2012-ci il tarixdə bağlanmış nikah Nəsimi Rayon Məhkəməsinin 05 iyun 2014-cü il tarixli qətnaməsi ilə pozulmuş, həmin qətnamə ilə birgə övladları Sabirin anasının, yəni İddiaçı yanında saxlanılınası, azyaşlı Sabirin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin tutulması qəl edilmişdir. Bundan sonra İddiaçı 2019cu ildə Nəsimi Rayon Məhkəməsinə "alimentin artırılması barədə” iddia ərizəsi ilə müraciət etmiş. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin iddia qismən təmin edilmiş, övladları Sabirin saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılmış və həmin məbləğ 160 manat miqdarında müəyyən edilmişdir. Həmin qətnamədən narazı olduğu üçün tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, azyaşlı Sabirin yetkinlik yaşına calana qədər saxlanması ücün müəyyən edilmiş alimentin miqdarı artırılaraq 120 manat miqdarında müəyyən edilmişdir. İddiaçı 2020-ci ildə yenidən eyni məzmunlu, yəni "alimentin artırılması barədə” iddia ərizəsi ilə məhkəmədə iddia qaldırmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)3001/20 saylı qətnaməsi ilə həmin iddia qismən təmin edilərək, azyaşlı Sabir yetkinlik yaşına yatana kimi saxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 140 manat miqdarında müəyyən edilmişdir. Həmin qətnamədən tərəfindən apelyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7766/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Nəsimi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh K.Familə qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası qismən təmin edilərək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 175 manat miqdarında müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəlindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Nəsimi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilərək Cavabdeh tutulmalı olan aliment məbləği 150 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qətnaməsinin qəbul edilməsindən qısa müddət keçməsinə baxmayaraq İddiaçı yenə də Nəsimi Rayon Məhkəməsinə “alimentin artırılması barədə" iddia ərizəsi təqdim etmişdir. İddiaçı eləbil özündə adətkar etmişdir ki, hər il alimentin artırılması üçün məhkəməyə müraciət etməlidir. Bildirmişdir ki, iddiaçının maddi durumu olduqca yüksəkdir. Sadəcə alimentin artırılman üçün iddia ərizəsini verməklə onu cəzalandırmaq niyyətindədir. Onu əsəbləşdirmək niyyəti daşıyır. Çünki, onun yenidən ailə qurması onu daha da qıcıqlandırmışdır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinə 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin, bu zaman işə baxan məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Alimentin miqdarının artırılması tələbi o halda təmin oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra aliment ödəyən şəxsin ailə və ya maddi vəziyyətində dəyişiklik baş vermiş olsun. Hazırkı halda onun ailə vəziyyətində dəyişiklik baş vermişdir, lakin bu dəyişiklik gəlirlərinin artması yox ailə yükünün artmasında, övladının dünyaya gəlməsində ilidə olunur. Belə ki, övladları Sabirin yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulması barədə qətnamə qəbul edildikdən sonra, o, 01 sentyabr 2015-ci ildə ikinci dələ ailə həyatı qurmuşdur. İkinci nikahdan xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2017ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. O, özü X12 Təsərrüfatı Mərkəzində işləyir və aylıq əmək haqqı 560 manat (ələçatan əmək haqqı 467 manat) təşkil edir. Həmin məvaciblə ikinci evliliyindən olan 3, sayca isə 4 azyaşlı uşağını və həyat yoldaşını, habelə xəstə anasını saxlamaq çox çətindir. Onun ailə və maddi vəziyyəti, himayəsində olan digər uşaqların mənafeyini nəzərə alaraq, hesab etmişdir ki, övladı Sabirin saxlanması üçün müəyyən edilmiş 195 manat aliment məbləği hazırki şəraitdə bütün övladlarının mənafeyinə uyğundur. Çünki, övladları arasında ayrı seçkilik qoymadan, onları hərtərəfli təmin etmək bərabər şəkildə saxlamaq onun valideynlik borcudur. Qətnamə qəbul edildiyi gündən etibarən bu günədək o, müntəzəm olaraq, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hər ay alimenti övladı üçün ödəmiş, gecikdirmələrə yol verməmişdir. Hələ bir yerdə rəsmi işləmədiyi vaxtlarda da borc tapıb aliment məbləğini övladının saxlanması üçün iddiaçıya ödəmişdir. Bir daha qeyd etmişdir ki, iddaçının tələbinə qiymət verilərkən öhdəsində olan digər uşaqların ümumi sayının çox olmasını və aliment ödəyən valideyn kimi onun qanuni mənafeləri nəzərə alınmalıdır. Həmçinin bildirmişdir ki, o, rəsmi olaraq Bakı şəhərində qeydiyyatda olsa da, faktiki olaraq Bərdə şəhərində işləyir və yaşayır. Bakı şəhəri ilə rayonlar arasında yaşayış səviyyəsində, qiymətlər arasında fərqlər mövcuddur. Hesab etmişdir ki, iddiaçının iddia ərizəsinə hüquqi qiymət verilərkən bu amil də nəzərə alınmalıdır. Bunlardan başqa, alimentin artırılması ilə bağlı son məhkəmə qətnaməsinin qəbul edilməsindən qısa müddət keçmişdir. Bu müddət ərzində övladı Sabirin əlavə ehtiyacları əmələ gəlməmiş yəni onun saxlanılması üçün çəkilən xərclərin miqdarında (xəstələnməsi, hər hansı dərnəyə yazılması və s.) dəyişiklik olmamışdır. Bu halda isə alimentin miqdarının artırılmasını tələb etmək əsassızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etirazı və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-1246/2023 saylı qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2386/2022 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 195 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan, “AzeMis” Elektron Məhkəmə Sistemindən çıxarılmış əmək haqqı məlumatlardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində kadrlar üzrə mütəxəssis vəzifəsində işləməklə 560 manat əmək haqqı alır. Həmçinin iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiyası sesiyasında iştirak etmədiyindən mediasiya prosesinin davam etdirilməsi mümkün olmamış və bu barədə müvafiq arayış verilmişdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin, bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri və.s dəyişmişdir. Həmçinin uşaq böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Eyni zamanda cavabdehin hazırda maddi qazancının tələb olunan miqdarda alimenti ödəmək üçün kifayət etməməsi, yenidən ailə qurması, həmin nikahdan 3 uşağının olması, onun əvvəlki nikahından olan övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşağın gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşağın böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını, eləcə də ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə xx.xx.2013-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarının artıraraq 210 manat sabit pul məbləğində müəyyən edilməsi qanuni və ədalətlədir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-1246/2023 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, xx.xx.2013-cü il təvəllüdlü X3 yekinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 210 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərcini tələb etdiyindən, onun tərəfindən mediasiya təşkilatına ödənilmiş 61 manat Cavabdeh alınaraq, İddiaçı ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 15 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 180 manat (15x12=180) müəyyən edildilməklə iddianın qiyməti 1000 manatadək olduğundan cavabdehdən Azərbaycan Respublikasının Dövlət Büdcəsinin mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-1246/2023 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 210 manat sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən ödənilmiş 61 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1695/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1695/2024
18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver