Məhkəmə qərarları › İş №2(006)-1698/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1698/2020

19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1698/2020 19.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi x1 iştirakı ilə İddiaçı cavabdehlər "Cavabdeh" x9 x7 Cəmiyyətinə və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı x5rşı "daşınmaz əmlakın girovdan azad edilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" x9 x7 Cəmiyyətinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı x5rşı "daşınmaz əmlakın girovdan azad edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı x3 (Cavabdeh Bank) Cavabdeh BOKT ASC-dən 08.02.2010-cu il tarixli, 140/10 saylı kredit müqaviləsinə əsasən 25.000 manat, 14 oktyabr 2011 -ci il tarixli, 143/11 saylı kredit müqaviləsinə əsasən 40.000 manat, 01 noyabr 2011-ci il tarixli, 152/1 saylı kredit müqaviləsinə əsasən 20.000 manat kredit götürmüşdür. Kreditin təminatı olaraq mülkiyyətləri olan Gəncə şəhəri, Makayev küçəsi 3 və 27 saylı fərdi yaşayış evlərini girov qoydular. Kreditin çox hissəsini ödədilər, lakin fasilələr yarandı. Cavabdeh Bokt ASC onları məhkəməyə verdi. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə 65961,15 manat pulun tutulub “Cavabdeh Bank” ASC-yə verilməsi barədə qətnamə qət edildi. Məhkəmə qətnaməsindən sonra banka olan kredit borcunun 58.000 manatını ödədilər. 7961 manat borcları qaldı. Əmlakları hərraca çıxarıldı, lakin kreditin çox hissəsi ödənildiyindən x2 məxsus Makayev küçəsi, 27 saylı fərdi yaşayış evi girovdan azad edildi. Lakin İddiaçı məxsus Gəncə şəhəri, İ.Makayev küçəsi 3 saylı ev hərraca çıxarılıb, satılmadı. 03 fevral 2016-cı il, 10/03 saylı hərracın yekunları barədə protokol tərtib edilərək, “Cavabdeh Bank” ASC-yə verildi. Həmin əmlak banka yüklü edilmişdir. Bu gün onlar banka olan kredit borcunu tam ödəmişlər və bu barədə “Cavabdeh Bokt” ASC onlara 10.12.2019-cu ildə 3493 saylı rəsmi sənəd vermişdir. Lakin İddiaçı adına olan fərdi evin sənədləri girovda olduğundan Cavabdeh Bokt ASC götürdüyündən yüklülükdən azad edilməli, yüklülük ləğv olunmalı girovdan azad edilməklə ev əvvəlki hüquqi vəziyyətinə qaytarılaraq sənədlər özünə verilməldir. Göstərilənlərə əsasən Cavabdeh Bokt (Cavabdeh Bank) ASC-yə olan kredit borcu tam ödənildiyindən İddiaçı məxsus Gəncə şəhəri, Makayev küçəsi, 3 saylı evin yüklülüyü ləğv edilməsi, həmin fərdi yaşayış evinin girovdan azad edilməsi, əvvəlki hüquqi vəziyyətinə qaytarılması, sənədlərin iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə şəhəri, Makeyev küçəsi, 27 saylı fərdi yaşayış evinin Hərrac Təşkilatının ipoteka saxlayanla ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 03 fevral 2016-cı il tarixli, 10/03 saylı protokolunun ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı x10 tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, Makeyev küçəsi, 27 saylı fərdi yaşayış evinə dair Cavabdeh BOKT ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi x3 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan «Hərracın yekunları barədə» 03 fevral 2016-cı il tarixli, 10/03 №-li protokolun surətindən görünür ki, hərracın təşkilatçısı – “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru R.M.Abbasovilə alıcı “Cavabdehbank” ASC-nin etibarnamə üzrə nümayəndəsi Z.S.Əliyev Gəncə şəhəri, Kəpəz rayonu, Makeyev küçəsi, 27 saylı evin 79.687,50 manata alınması barədə razılığa gələrək həmin protokolu imzalamışlar. İş materiallarında olan "Cavabdeh" BOKT ASC tərəfindən verilmiş 10.12.2019-cu il tarixli arayışdan görünür ki, “Cavabdehbank” ASC indiki Cavabdeh BOKT ASC- nin Gəncə filialının müştərisi x3 18.10.2011-ci il tarixində 143/11 nömrəli kredit müqaviləsinə əsasən 25 %-lə 40 000 AZN məbləğində və 04.11.2011-ci il tarixində 152 / 11 nömrəli kredit müqaviləsinə əsasən 23 %-lə 20000 AZN məbləğində PARTNYOR kreditləri götürmüşdür. x1 hal-hazırda həmin kreditlərin öhdəliklərini Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli, 2(043)-1258 saylı qətnaməsi üzrə icra etmiş və həmin qətnamə üzrə heç bir borcu yoxdur. Məhkəmə hazırki mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Belə ki, Mülki Məcəllənin 294-cü maddəsinə görə girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Eyni Məcəllənin 299.1-ci maddəsinə əsasən, borclu və üçüncü şəxs olan girov qoyan girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi borclu x1 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli, 2(043)-1258 saylı qətnaməsi üzrə banka öhdəliyinin qalmaması müəyyən edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, bank qarşısında olan əsas öhdəlik icra edildiyindən, həmin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlak ipoteka yüklülüyündən azad edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı x10 tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, Makeyev küçəsi, 27 saylı fərdi yaşayış evinə dair Cavabdeh BOKT ASC-nin adına verilmiş çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı x10 tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, Makeyev küçəsi, 27 saylı fərdi yaşayış evinə dair Cavabdeh BOKT ASC-nin adına verilmiş çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar