Məhkəmə qərarları › İş №2(006)-1709/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1709/2024

30.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1709/2024 30.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı Ağamı̇ rzadə Səı̇ də Həmı̇ dulla qızının cavabdeh Şərı̇ fova Natavan Qurban qızına qarşı "sağlamlığa dəymiş zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə 30 avqust 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ağamı̇ rzadə Səı̇ də Həmı̇ dulla qızı cavabdeh Şərı̇ fova Natavan Qurban qızına qarşı "sağlamlığa dəymiş zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh burun çəpərinin difuziyasının düzəldilməsinə görə cərahiyyə əməliyyatına 3466 manat, əməliyyatdan sonra sağlamlığının bərpa edilməsi dövrü üçün gündəlik 25 manat gəlirinin 2 aylığını, yəni 1500 manatın, cərahiyyə əməliyyatındən sonra əlavə dava-dərmanın alınması üçün 1000 manat və dəymiş mənəvi zərərə görə 2500 manat, cəmi 8446 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh - Cavabdeh onun oğlu Şükürov Elvinlə qeyri-rəsmi münasibətdə olmuşdur. O, 11 noyabr 2019- cu il tarixdə səhər saat 08də yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivində yerləşən evin qarşısına gələrək, onunla mübahisə edərək, heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə yerdən götürdüyü taxta parçasını qəsdən onun sifət nahiyəsinə vurub, bununlada - qapalı kəlləbeyin travmasını, baş beyin silkələnməsini, burun sümüklərinin qəlpəli yerini dəyişmiş sınığı ilə müşayiət olunan burun əsasının qançır şişkinliyi, hər iki gözün alt göz qapağı və gözaltı nahiyələrinin qançırları kimi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Hadisəylə bağlı Binəqədi Polis İdarəsində ibtidai araşdırma aparılmışdır və Cavabdeh Cinayət Məcəlləsinin 127.2.3 cü maddəsiylə təqsirli şəxs qismində işə cəlb olunmuşdur. xx.xx.2020-ci ildə cinayət işi Binəqədi rayon məhkəməsinin hakimi X1 ilə baxılmışdır və məhkəmənin 1(001)-276/2020 saylı xx.xx.2020-ci il tarixli hökmüylə Cavabdeh təqsirli bilinərək 2 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin zaman cavabdeh sağlamlığının bərpası üçün sərf oluanacaq davə-dərman, əməliyyat , qulluqla bağlı və digər xərclərin ona ödəyəcəyini vəd etmişdir. Lakin hal-hazırki dövrədək ona zərərə görə heç nə ödənilməmişdir. O, həmin zamandan bəri öz vəsaiti hesabına xərcləri qarşılamalı olura. Cavabdehin onun sifət nahiyyəsinə taxta parçasıyla yetirdiyi xəsarətlərin nəticəsinda burun deformasiyası əmala gəlmişdir va bunun nəticəsində burun tənəffüsü pozulmuşdur. Nəsimi rayonun, Asif Məharramov küçəsi üzrə yerləşən PREMİUM CLİNİC Hospitalda deformasiya müayinələrinin aparılması zamanı məlum olub ki, cavabdehin ona yetirdiyi zərbədən burununda əmələ gələn burun çəpərinin müalicəsi yalnız cərrahiyyə əməliyyatıyla mümkündür. Burnunun çəpərinin müalicəsi üçün PREMİUM CLİNİC Hospitalda 3446 manat xidmət haqqının ödənilməsini bildiriblər. PREMİUM CLİNİC-in qiymət cədvəlini və arayışını alacaq. Bundan başqa hazırda günlük işda işləyir və gündə 25 manat gəlir əldə edir. Əməliyyat keçirəcəyi dövr va ondan sonra 2 ay müddətində gəlir əldə edə bilməyəck. Bu səbəbdən cavabdehdən gününə 25 manat, 60 günə isə 1500 manat alınaraq ona verilməlidir. Cərrarhiyə əməliyyatından sonra əlavə dava-dərman alınmalıdır. Buna da təxminən 1000 manat məbləğində pul lazım olacaq. Bundan başqa cavabdehin etdiyi təqsirli hərəkətləri nəticəsində ona həm fiziki həm də mənəvi zərər dəymişdir. Mənəvi zərərə görə ondan 2000 manatın ödanilməsini istəyir. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, qeyd edilənləri nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 1(001)-276/2020 saylı hökmünün surətindən görünür ki, Şərı̇ fova Natavan Qurban qızı Azərbaycan Respublikası Cinyət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və 2 (iki) il müddətinə azdlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şərı̇ fova Natavan Qurban qızının həbsdə saxlanıldığı 23 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın 46 gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 1 il 10 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə olunmuş “PREMİUM CLİNİC” Hospitalın 07 fevral 2024-cü il tarixli xərc maddələrinin təsnifatını özündə əks etdirən qəbzin surətindən görünür ki, Ağamı̇ rzadə Səı̇ də Həmı̇ dulla qızı əməliyyat və müayinələrə görə 3466 (üç min dörd yüz altmış altı) manat məbləğində pul ödəməlidir. İş materiallarına əlavə olunmuş “PREMİUM CLİNİC” Hospitalın 02 fevral 2024-cü il tarixli, Rentgen sənədinin surətindən görünür ki, 1970-ci il təvllüdlü Ağamı̇ rzadə Səı̇ də Həmı̇ dulla qızının burun çəpəri S-vari əyilmiş, burun keçəcəyi selikli qişa büküşləri hər iki tərəfdə şişkindir və hava axını zəifləyib. İş materiallarına əlavə olunmuş “PREMİUM CLİNİC” Hospitalın 07 fevral 2024-cü il tarixli, 30 saylı arayışının surətindən görünür ki, Ağamı̇ rzadə Səı̇ də Həmı̇ dulla qızı 07 fevral 2024-cü il tarixdə “PREMİUM CLİNİC” Hospitalda müayinə olunmuşdur. Aparılan müayinələr, kliniki həkim baxışından sonra xəstəyə “xarici burnun və burun çəpərinin deformasiyası, burun tənəffüsünün pozulması” diaqnozu qoyulmuşdur. Xəstəyə “Rinoseptoplastika” cərrahi əməliyyatı tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspetiza və Patoloji Anatomiya ETT Birliyinin 27 noyabr 2019-cu il tarixli, 2678 saylı məhkəmə-tibbi ekspertiza rəyinin surətindən görünür ki, 1970-ci il təvəllüdlü Şükürova (ədazṙ ımağA) Səı̇ də Həmı̇ dulla qızının bədənində aşkar olunmuş xəsarətlərqapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, burun sümüklərinin qəlpəli yerini dəyişmiş sınığı ilə müşayət olunan burun əsasının qançır-şişkinliyi, hər iki gözün alt göz qapağı və gözaltı nahiyələrinin qançırları bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün X4 müraciət etdiyi xx.xx.2019-cu il tarixdə əmələ gəlmişlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Şükürova (ədazṙ ımağA) Səı̇ də Həmı̇ dulla qızının bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə taxta parçası ilə vurulan zərbələr nəticəsində əmələ gələ bilərlər. Həmin xəsarətlərin əlçatan nahiyyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2020-ci il tarixli, T 04/2020 saylı ekspert rəyinin surətindən görünür ki, Şükürova (ədazṙ ımağA) Səı̇ də Həmı̇ dulla qızına yetirilmiş xəsarətlər-qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, burun sümüklərinin qəlpəli yerini dəyişmiş sınığı, burun əsasının qançır-şişkinliyi, hər iki gözün alt qapağının qançırları- bərk küt əşyanın təsirindən xx.xx.2019-cu il tarixdə əllə və taxta parçası ilə vurulan zərbələr nəticəsində törənə bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Şükürova (ədazṙ ımağA) Səı̇ də Həmı̇ dulla qızının bədənində aşkar olunmuş xəsarətlər xüsusiyyətlərinə və sayına görə onların şəxsin özü tərəfindən yetirilməsi inandırı deyildir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 14 avqust 2024-cü il tarixli, 040/24 saylı məktubundan görünür ki, "xxxx" MMC-də “Rinoseptoplastika” plastik cərrahi əməliyyatı, əməliyyatı icra edəcək həkimin peşəkarlığı və xəstədə icra ediləcək əməliyyatın ağırlıq dərəcəsi nəzərə alınmaqla ***-**** manat məbləğində qiymətə icra olunur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 1(001)-276/2020 saylı hökmünə əsasən Şərı̇ fova Natavan Qurban qızı 11 noyabr 2019-cu il tarixdə səhər saat 08-də yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivində yerləşən evin qarşısına gələrək, Ağamı̇ rzadə Səı̇ də Həmı̇ dulla qızı ilə mübahisə edərək, heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə yerdən götürdüyü taxta parçasını qəsdən onun sifət nahiyəsinə vurub, zərərçəkmiş şəxs qismində tanınmış Ağamı̇ rzadə Səı̇ də Həmı̇ dulla qızının sağlamlığına az ağır zərər vurmuşdur. Şərı̇ fova Natavan Qurban qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlin törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azdlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şərı̇ fova Natavan Qurban qızının həbsdə saxlanıldığı 23 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın 46 gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 1 il 10 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Zərərçəkmiş şəxs Ağamı̇ rzadə Səı̇ də Həmı̇ dulla qızı 07 fevral 2024-cü il tarixdə “PREMİUM CLİNİC” Hospitalda müayinə olunmuş, aparılan müayinələr, kliniki həkim baxışından sonra xəstəyə “xarici burnun və burun çəpərinin deformasiyası, burun tənəffüsünün pozulması” diaqnozu qoyulmuş və ona “Rinoseptoplastika” cərrahi əməliyyatı tövsiyə olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasını zərər vurulması faktı təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinin tələblərinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığın pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını, həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 1(001)-276/2020 saylı hökmünə əsasən cavabdeh Şərı̇ fova Natavan Qurban qızının zərərçəkmiş şəxs qismində tanınmış iddiaçı Ağamı̇ rzadə Səı̇ də Həmı̇ dulla qızının sağlamlığına az ağır zərər vurmaqda təqsirli bilinməsini nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehə qarşı əməliyyat xərcinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı “PREMİUM CLİNİC” Hospitalın məktubunu təqdim edərək əməliyyat üçün 3000 manat pulun ödənilməsini tələb etsə də, məhkəmə tərəfindən verilmiş sorğular nəticəsində əldə edilmiş məlumatlara əsasən "xxxx" MMC-də “Rinoseptoplastika” plastik cərrahi əməliyyatı, əməliyyatı icra edəcək həkimin peşəkarlığı və xəstədə icra ediləcək əməliyyatın ağırlıq dərəcəsi nəzərə alınmaqla ***-**** manat məbləğində, yəni ortalama 1400 manat qiymətinə icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli və cavabdeh Şərı̇ fova Natavan Qurban qızından iddiaçı Ağamı̇ rzadə Səı̇ də Həmı̇ dulla qızının xeyrinə 2200 (iki min iki yüz) manat məbləğində pul vəsaiti, yəni iddiaçı tərəfindən tələb edilən məbləğ (3000 manat) ilə məhkəmə tərəfindən müəyyən edilmiş müvafiq məbləğin (1400 manat) ortalaması tutulmalıdır. Məhkəmə, Cavabdeh iddiaçı Ağamı̇ rzadə Səı̇ də Həmı̇ dulla qızının sağlamlığına az ağır zərər vurması nəticəsində mənəvi zərər çəkməsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi “mənəvi ziyanın ödənilməsi” hissəsində qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 1000 (bir min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. Məhkəmə, həmçinin, iddia tələbinin «əməliyyatdan sonra sağlamlığının bərpa edilməsi dövrü üçün gündəlik 25 manat gəlirinin 2 aylığını, yəni 1500 manatın, cərahiyyə əməliyyatındən sonra əlavə dava-dərmanın alınması üçün 1000 manat məbləğində pulun tutulması» hissəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı məhkəmə iclasında iddia tələbini həmin hissədə əsaslandıra və buna dair hər hansı sübutlar təqdim edilə bilmədiyindən iddia ərizəsi qeyd edilən hissədə təmin oluna bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tələblərinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdeh Şərı̇ fova Natavan Qurban qızından iddiaçı Ağamı̇ rzadə Səı̇ də Həmı̇ dulla qızının xeyrinə maddi ziyana görə 2200 (iki min iki yüz) manat, mənəvi zərərə görə 1000 (bir min) manat, cəmi 3200 (üç min iki yüz) manat məbləğində pul cavabdeh Şərı̇ fova Natavan Qurban qızından tutulmalı, iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi qismən təmin olunsun. Cavabdeh Şərı̇ fova Natavan Qurban qızından iddiaçı Ağamı̇ rzadə Səı̇ də Həmı̇ dulla qızının xeyrinə maddi ziyana görə 2200 (iki min iki yüz) manat, mənəvi zərərə görə 1000 (bir min) manat, cəmi 3200 (üç min iki yüz) manat pul vəsaiti tutulsun. İddia ərizəsi qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar