Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1726/2022 05.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC maraqlı şəxs qismində cəlb edilməklə) «mərkəzləşdirilmiş kredit reyestrindən məlumatların silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC maraqlı şəxs qismində cəlb edilməklə) «mərkəzləşdirilmiş kredit reyestrindən məlumatların silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh ASC-yə (00)**********005285 hesab nömrəsi üzrə kredit borcunun olmasına dair mərkəzləşdirilmiş kredit reyestrində olan qeydin silinməsi üçün "xxxx" MMC-nin mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi vəzifəsinin LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ilə aralarında bağlanmış 24.05.2010-cu il tarixli, 5285A saylı kredit müqaviləsinə əsasən, Cavabdeh ASC-dən 2.850 manat məbləğində krediti 24 ay müddətinə, illik 28 faizlə borc götürmüşdür. 2013-cü ilə qədər kredit borcunun bir hissəsini ödəsə də, banka 1711,12 manat borcu qalmşdır. Buna görə də, Cavabdeh ASC-nin ləğvedicisi «X2» MMC ona qarşı Abşeron Rayon Məhkəməsində “kredit borcu” tələbinə dair iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsinin 16.04.2014-cü il tarixli, 2(012)-857/2014 saylı qətnaməsi ilə iddia təmin edilərək, ondan 1711,12 manat əsas borc, 1280,74 manat faiz borcu olmaqla, ümumilikdə 2991,86 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq Cavabdeh ASC-nin ləğvedicisi «X2» MMC-yə ödənilməsi qət edilmişdir. Bildirir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 2991,86 manat kredit borcunu tamamilə ödəmiş və bu barədə iflas prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi «X1 Company» MMC tərəfindən ona 11.05.2016-cl il tarixli, 1542 №-li maliyyə arayışı verilmişdir. Lakin Cavabdeh ASC-nin ləğvedicisi «X1 Company» MMC banka borcunu ödəyib qurtarmağını və borcunun olmaması barədə məlumatları mərkəzləşdirilmiş kredit reyestrinə (MKR) daxil etməmişdir. O, LPO Cavabdeh ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət edərək, Kredit reyestrindən borcunun olması barədə qeydin silinməsini xahiş etmişdir. Lakin Əmanətlərin Sığortalanması Fondu onun ərizəsini təmin etməmiş və ona 25.10.2021-ci il tarixli müraciətə baxılması haqqında məktub göndərərək, qətnamə qüvvəyə mindikdən sonra banka 2.660 manat ödəniş həyata keçirildiyini, 18.10.2021-ci il tarixə LPO Cavabdeh ASC qarşısında 301,86 manat və 30 manat dövlət rüsumu borcu öhdəliyinin olduğu bildirilmişdir. Digər müraciətə baxılması haqqında məktubda isə banka 2.522 manat ödəniş həyata keçirildiyi, 06.12.2021-ci il tarixə LPO Cavabdeh ASC qarşısında 469,86 manat və 30 manat dövlət rüsumu borcu öhdəliyinin olduğu bildirilmişdir. Halbuki qeyd etdiyi kimi, o, banka olan borcunu tamamilə ödəyib qurtarmış və LPO Cavabdeh ASC-nin ləğvedicisi ona bu barədə arayış vermişdir. Hesab edir ki, onun LPO Cavabdeh ASC-yə kredit borcunun olmasına dair kredit reyestrində olan qeydin silinməsi vəzifəsi LPO Cavabdeh ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 məhkəmə iclasında iddiaçının adında sistemdə borc göstərildiyi üçün iddianın rədd barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 16 aprel 2014-cü il tarixli, 2(012)-857/2014 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı 1.711,12 manat əsas borc, 1.280,74 manat faiz borcu olmaqla, ümumilikdə 2.991,86 manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulub, Cavabdeh ASC-nin ləğvedicisi «X2» MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş İflas prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi «X1 Company» MMC-nin 11 may 2016-cı il tarixli, 1542 saylı arayışından görünür ki, İddiaçı tərəfindən 24.05.2010-cu il tarixli, 5285A saylı kredit müqaviləsinə əsasən Cavabdeh ASC-nin 1 saylı filialından 2.850 manat məbləğində kredit götürülmüş və həmin kredit üzrə İddiaçı Cavabdeh ASC qarşısında heç bir öhdəliyi qalmamışdır. İş materiallarına əlavə olunmuş LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 25 oktyabr 2021-ci il tarixli müraciətə baxılması haqqında cavab məktubundan görünür ki, İddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinin 16 aprel 2014-cü il tarixli, 2(012)-857/2014 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra banka 2.660 manat ödəniş həyata keçirilmiş, İddiaçı 18.10.2021-ci il tarixə sözügedən qətnamə üzrə LPO Cavabdeh ASC qarşısında 301,86 manat və 30 manat dövlət rüsumu borc öhdəliyinin olduğu bildirilmişdir. İş materiallarına əlavə olunmuş LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli müraciətə baxılması haqqında cavab məktubundan görünür ki, İddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinin 16 aprel 2014-cü il tarixli, 2(012)-857/2014 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra banka 2.522 manat ödəniş həyata keçirilmiş, İddiaçı 06.12.2021-ci il tarixə sözügedən qətnamə üzrə LPO Cavabdeh ASC qarşısında 469,86 manat və 30 manat dövlət rüsumu borc öhdəliyinin olduğu bildirilmişdir. İş materiallarına əlavə olunmuş hesabdan çıxarış məlumatlarından görünür ki, İddiaçı tərəfindən 01 aprel 2014-cü il tarixdə işə baxılan dövrdə və qətnamənin çıxarıldığı tarixdən sonra sonuncu ödəniş tarixi 11 may 2016-cı il olmaqla, müxtəlif məbləğlərdə ödənişlər həyata keçirilmiş və İddiaçı tərəfindən ümumilikdə banka 3.022 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 24.05.2010-cu il tarixli, 5285A saylı kredit müqaviləsi üzrə Cavabdeh ASC-dən kredit götürmüş, öhdəlikləri tam həcmdə yerinə yetirmədiyindən, bank tərəfindən məhkəməyə müraciət edilmiş və nəticə etibarı ilə iddiaçı barəsində Abşeron Rayon Məhkəməsinin 16 aprel 2014-cü il tarixli, 2(012)-857/2014 saylı qətnamə qəbul edilmişdir. Hesabdan çıxarış məlumatlarına əsasən, iddiaçı tərəfindən kredit borcu üzrə müxtəlif tarixlərdə ödənişlər həyata keçirilmiş və bankın ləğvedicisi tərəfindən sonuncuya arayış verilmişdir. Arayışa əsasən qeyd olunan kredit müqaviləsi üzrə İddiaçı bank qarşısında heç bir öhdəliyi mövcud deyildir. Lakin, buna baxmayaraq, bankın ləğvedicisi tərəfindən cavab məktublarında iddiaçının öncə 301,86 manat, daha sonra isə 469,86 manat borcunun olduğu qeyd edilmiş və həmin məktublar bir-biri ilə ziddiyyət təşkil edir. Halbuki, Cavabdeh ASC həmin borcun mövcud olmasına dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin məhkəmə qətnaməsi ilə iddiaçıdan 2.991,86 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulmalı olması qət edilmiş, qeyd edilən qətnamədə İddiaçı tərəfindən borcun olması etiraf edilməklə, hər ay 200 manat məbləğində ödəniş edəcəyinə dair razılıq verilmiş, sonuncu tərəfindən hesabdan çıxarış məlumatlarına əsasən 01 aprel 2014-cü il tarixdə işə baxılan dövrdə və qətnamənin çıxarıldığı tarixdən sonra sonuncu ödəniş tarixi 11 may 2016-cı il olmaqla, ümumilikdə 3.022 manat banka ödəniş edildiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqları pozulmuşdur. Göründüyü kimi, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı 24.05.2010-cu il tarixli, 5285A saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna üzərinə qoyulmalıdır. Bu qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən 24.05.2010-cu il tarixli, 5285A saylı kredit müqaviləsi üzrə İddiaçı borcun olmasına dair qeydin silinməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 24.05.2010-cu il tarixli, 5285A saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna üzərinə qoyulsun. Bu qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən 24.05.2010-cu il tarixli, 5285A saylı kredit müqaviləsi üzrə İddiaçı borcun olmasına dair qeydin silinməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1726/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1726/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver