Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1737/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması hər birinə görə ayda 175 manat cəmi 350 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə onlar xx xxxxxx 2007-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan onların xx.xx.2012-ci ildə oğlu X4 və xx.xx.2015-ci ildə ikinci oğlu X3 anadan olmuşdur. Məhkəmə qətnaməsi ilə aralarındakı nikah xx xxxx 2016-cı ildə nikahları pozulmuş uşaqların hər ikisi onun öhdəsindədir. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(002)-1492/2016 saylı qətnaməsi ilə məhkəmə cavabdehdən hər uşağa görə ayda 117 manat cəmi isə 243 manat tutulması qət edilmişdir. O vaxtdan bəri uşaqları böyüdükcə onların xərcləri də çoxdur. O isə heç bir yerdə işləmir, sosial yardımlar da almır. Uşaqlar tez-tez xəstələnir tibbi yardımlara ehtiyacları olur. Bunun üçün isə müəyyən maddi vəsait tələb olunur. Cavabdeh isə uşaqlara maddi yardım eləmir. O hətta məhkəmənin tutduğu həmin alimenti də vaxtında vermir. Uşaqlardan biri artıq məktəblidir. Digəri isə gələn il məktəbə getməlidir. Buna görə də hesab edir cavabdehdən hər uşağa görə Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu qədər aliment tutulmalıdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iki azyaşlı uşağa qulluq etdiyi üçün məhkəmə iclasına gəlib çıxa bilmir. Ona görə də məhkəmədə onun iştirakı olmadan mülki işə baxılmasınə və iddianın təmin edilmsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, sözügedən aliment borcunu ödəyir. Axırıncı aliment pulunu yanvar ayında ödəmişdir, 7000 manatdan çox aliment borcu vardır. “xxxx” MMC-də işləyir, aylıq əmək haqqı 250 manat təşkil edir. Ona görə də iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh həqiqətən xx xxxxxx 2021-ci il tarixdən hal-hazıradək aylıq əmək haqqı 250 manat təşkil etməklə “xxxx” MMC-də fəhlə peşəsində çalışır. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(002)-1492/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında xx xxxxxx 2007-ci il tarixdə bağlanmış və Qaradağ rayon Qeydiyyat şöbəsində 16 nömrə ilə qeyd edilmiş nikah pozulması, Həmin nikahdan olan X4 və X5 – anaları İldarova (Sultanova) Samirə Həsən qızının yanında qalmaları müəyyən edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxxxxx 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 miqdarında aliment tutularaq İldarova (Sultanova) Samirə Həsən qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, tərəflər xx.xx.2015-ci il təvəllüdlü X2 valideynləridir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, tərəflər xx.xx.2012-ci il təvəllüdlü X1 valideynləridir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətini inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifələridir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay iki uşaqa 234 manat sabit pul məbləğində alimentin tutulması haqqında Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il qətnaməsinin qəbul edilməsindən 4 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də məhkəmə tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, həmcinin cavabdeh tərəfind nəzərkəməyə təqdim edilmişəaylıq əmək haqqı 250 manat təşkil edilməsi barədə arayışını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq İddiaçı Cavabdeh birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh onun hər ay iki uşağa aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər uşağa görə hər ay 133 (yüz otuz üç) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birlərinə maddi cəhətdən kömək etməlidirlər. Həmim Məcəllənin 84.2-ci maddəsinə görə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1492/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə tutulan aliment məbləği dəyişdirilərək, İddiaçı Cavabdeh birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh onun hər ay iki uşağa aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər uşağa görə hər ay 133 (yüz otuz üç) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1737/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1737/2021
30.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver