Məhkəmə qərarları › İş №2(006)-177/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-177/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-177/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi X3 iştirakları ilə, iddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı (X5 üçüncü şəxs qismində cəlb edilməklə) “kredit xətti müqaviləsi üzrə borcun ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı (X5 üçüncü şəxs qismində cəlb edilməklə) “kredit xətti müqaviləsi üzrə borcun ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 06.05.2015-ci il tarixli, BK-00002-05/15U saylı kredit xətti müqaviləsindən irəli gələn 28.11.2018-ci il tarixinə olan 49717.08 ABŞ dolları əsas borc, 13475.6 ABŞ dolları faiz borcu, 50462.84 ABŞ dolları dəbbə borcu, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, ümumilikdə 113.655,52 ABŞ dolları və 30.4 manat məbləğin Cavabdeh1 MMC-dən iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlərlə bağlanan 06.05.2015-ci il tarixli, BKG-00002-05/15U saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 MMC-dən tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış 06.05.2015-ci il tarixli BK-00002-05/15U saylı kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə 36 (otuz altı) ay müddətinə (06.05.2018-ci il tarixinədək) illik 18 (on səkkiz) faiz ödəmək şərti ilə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 06.05.2015-ci il tarixdə Bank "xxxx" ASC-nin “Promo” filialı ilə BKG-00002-05/15U saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən 210.4 kv.m. ümumi, 105.3 kv.m. yaşayış sahəsi, 105.1 kv.m. yardımçı sahəsi olan fərdi yaşayış evini və xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsini ipotekaya qoymuşdur. Cavabdeh kredit xətti müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit xətti müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit xətti müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 472 (dörd yüz yetmiş iki) gün gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit xətti müqaviləsinin 2.8-ci və ipoteka müqaviləsinin 3.1-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 28.11.2018-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 49717 (qırx doqquz min yeddi yüz on yeddi) ABŞ dolları 08 (səkkiz) sent, faizlərin məbləği 13475 (on üç min dörd yüz yetmiş beş) ABŞ dolları 60 (altmış) sent, dəbbə borcu 50462 (əlli min dörd yüz altmış iki) ABŞ dolları 84 (səksən dörd) sent təşkil edir. Beləliklə cavabdehin 28.11.2018-ci il tarixinə ümumi borcu 113.655 (bir yüz on üç min altı yüz əlli beş) ABŞ dolları 52 (əlli iki) sent təşkil edir. Cavabdehlə bağlanılan kredit xətti müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 7 (yeddi) təqvim günündən çox gecikdirdikdə 8-ci təqvim günündən başlayaraq borcverən borcalana qarşı kredit üzrə əsas borcun Ödənilməsinin gecikdirdiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 100% miqdarında və kreditə hesablanmış faizlərin ödənilməsinin gecikdirldiyi hər təqvim günü üçün ödənilməli olan faiz məbləğinin illik 100% miqdarında cərimə tətbiq edir. İddiaçı Bank "xxxx" ASC iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 06.05.2015-ci il tarixli, BK-00002-05/15U saylı kredit xətti müqaviləsindən irəli gələn 15.12.2021-ci il tarixinə olan 49717.08 ABŞ dolları əsas borc, 13475.6 ABŞ dolları faiz borcu, 4000.09 ABŞ dolları dəbbə borcu, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, ümumilikdə 67.192.77 ABŞ dolları və 30.4 manat məbləğin Cavabdeh1 MMC-dən iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlərlə bağlanan 06.05.2015-ci il tarixli, BKG-00002-05/15U saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 qızma məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 MMC-dən tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən avabdeh Cavabdeh2 nümayəndəsi X6 iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. AZ-İ seriyalı, 727342 nömrəli ölüm haqqında şəhadənamənin surətindən görünür ki, Quliyev Zəki 10.04.2016-cı il tarixində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 24.05.2016-cı il tarixində 63 nömrə ilə qeyd edilmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Mülki Məcəllənin (bundan sonra – MM) 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 269.1 və 269.2-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində 14.03.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Bank "xxxx" ASC-nin Promo filialı ilə Cavabdeh1 MMC arasında bağlanılmış 06.05.2015-ci il tarixli, BK-00002-05/15U nömrəli kredit xətti müqaviləsindən görünür ki, bank cavabdehə 36 ay müddətinə, illik 18% ödəmək şərti ilə 50.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC “Promo” filialı ilə Cavabdeh2 və borc alan Cavabdeh1 MMC arasında bağlanmış 13.01.2015-ci il tarixli 050M**********02 nömrəli ipoteka müqaviləsinə əsasən 06.05.2015-ci il tarixli, BK-00002-05/15U saylı ipoteka müqaviləsindən görünür ki, 06.05.2015-ci il tarixli, BK-00002-05/15U saylı kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC “Promo” filialı Cavabdeh1 MMC-yə 36 ay müddətinə illik 18% olmaqla 50.000 USD məbləğində kredit xətti verilmiş və öhdəliklərin icra olunmasının təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 3 ünvanında yerləşən 210.4 kv.m ümumi, 105,3 kv.m yaşayış sahəsi, 105,1 kv.m yardımçı sahəsi olan fərdi yaşayış evi və xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 71.500 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında Cavabdeh2 mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi 06.05.2015-ci ildən başlayaraq 36 ay müddətinə Bank "xxxx" ASC “Promo” filialının xeyrinə yüklü edilmişdir. Cavabdeh2 və Cavabdeh1 MMC-yə ünvanlanmış 28.09.2018-ci il tarixli PROF- 295/2018 saylı bildirişin surətindən görünür ki, Bank "xxxx" ASC “Promo” filialı 06.05.2015ci il tarixli, BK-00002-05/15U saylı kredit müqaviləsi üzrə əsas borc, faiz və cəimələrin ödənilməsi tələb etmiş və əks təqdirdə kredit müaviləsinin ləğv edilməsi və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi üçün məhkəməyə müraciət edilcəyi barədə borclu şəxslər xəbərdar edilmişdir. Bank "xxxx" ASC “Promo” filialı tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsinə ünvanlanmış 25.10.2018-ci il tarixli məktub ilə ipoteka predimeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh2 28.09.2018-ci il tarixdə bildirişin göndərildiyi bildirilmiş, bildirişin rəsmi qeydiyyata alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9239 №-li, 14.09.2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədiqiat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan bank tərəfindən təqdim olunmuş maliyyə arayışı məlumatları, cari hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə Cavabdeh1 MMC-nin iddiaçı tərəf Bank "xxxx" ASC-yə 06.05.2018-ci il tarixə (sualda soruşulan tarixə) olan cəmi borcu 58.220,02 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 49.992,82 ABŞ dolları, faiz borcu üzrə 8.227,21 ABŞ dolları. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil etmişdir (aparılmış tədqiqatın dəyəri – 145 manat). "xxxx" MMC-nin 08.10.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında yeləşən fərdi yaşayış evinin hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində likvid qiyməti 45.500 manat müəyyən edilmişdir. 30.04.2021-ci il tarixli, ED 2021/2471 saylı arayışdan görünür ki, 30.04.2021-ci il tarixə Cavabdeh1 MMC banka əsas borc məbləği 49.717,08 ABŞ dolları, ümumi faiz borc 13.475,6 ABŞ dolları, dəbbə borcu 4.000,09 ABŞ dolları, cəmi borc 67.192,77 ABŞ dolları təşkil etmişdir. "xxxx" MMC-nin 08.10.2021-ci il tarixli, 330E nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən, sahəsi 0.04 ha olan torpaq sahəsi, 210.4 kv.m ümumi, 105.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 45.500 manat müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, Bank "xxxx" ASC-nin Promo filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış 06.05.2015-ci il tarixli, BK-00002-05/15U nömrəli kredit xətti müqaviləsi və ona uyğun tərtib edilmiş kredit cədvəlinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 18% ödəmək şərti ilə 50.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC-yə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir. Hazırda Bank "xxxx" ASC borcun cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etdiyi məbləğ əsas borc üzrə 49.717,08 ABŞ dolları, faiz borcu üzrə 13.475,6 ABŞ dolları, dəbbə borcu üzrə 4.000,09 ABŞ dolları, cəmi borc 67.192,77 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9239 №-li, 14.09.2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdehin borcu 06.05.2018-ci il tarixə (sualda soruşulan tarixə) banka 49.992,82 ABŞ dolları əsas borc, 8.227,21 ABŞ dolları faiz borcu olmaqla, cəmi 58.220,02 ABŞ dolları məbləğində hesablanmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Ekspert rəyi ilə cavabdehin faiz borcunun 13.475,6 ABŞ dolları deyil, 8.227,21 ABŞ dolları məbləğində müəyyən edildiyindən, ekspert rəyi ilə müəyyən olunan məbləğ cavabdehdən tutulmalıdır. Baxmayaraq ki, ekspert rəyi ilə müəyyən olunan əsas borc tələb olunan əsas borcdan yüksəkdir, məhkəmə irəli sürülmüş tələb həddində işə baxdığından hesab edir ki, cavabdehdən əsas borc iddiaçının tələb etdiyi, yəni 49.717,08 ABŞ dolları məbləğində tutulmalıdır. MM-nin 462.1, 462.3 və 467-cü maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 1000 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Çünki 49.717,08 ABŞ dolları əsas borc məbləğinə münasibətdə 1000 ABŞ dolları məbləğində dəbbə pulu daha ədalətlidir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC “Promo” filialı ilə Cavabdeh2 və borc alan Cavabdeh1 MMC arasında bağlanmış 13.01.2015-ci il tarixli 050M**********02 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən 210.4 kv.m ümumi, 105,3 kv.m yaşayış sahəsi, 105,1 kv.m yardımçı sahəsi olan fərdi yaşayış evi və xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsi öhdəliklərin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269 və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh1 MMC əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 28.09.2018-ci il tarixli, PROF-295/2018 saylı bildiriş cavabdehlərə göndərilmiş və 25.10.2018-ci il tarixli, PROF-332/2018 saylı məktubla ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuş və bildiriş qeydə alınmışdır. "xxxx" MMC-nin 08.10.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında yeləşən fərdi yaşayış evinin hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində likvid qiyməti 45.500 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bank "xxxx" ASC-nin Promo filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış 06.05.2015-ci il tarixli BK-00002-05/15U nömrəli kredit xətti müqaviləsinə əsasən yaranmış əsas borc üzrə 49.717,08 ABŞ dolları, faiz borcu üzrə 8.227,21 ABŞ dolları, cərimə borcu üzrə 1000 ABŞ dolları, cəmi 58.944,29 ABŞ dolları məbləğində kredit borcu Cavabdeh1 MMC-dən tutulmalı, tutma ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən 210.4 kv.m ümumi, 105,3 kv.m yaşayış sahəsi, 105,1 kv.m yardımçı sahəsi olan fərdi yaşayış evi və xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsi ilə bağlı hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti 2021-ci il tarixi üçün tərtib edilmiş sonuncu qiymətləndirmə rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 45.500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (Cavabdeh2) qaytarılmalıdır. Məhkəmə iddia tələbini “satışdan əldə edilən vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda, qalıq məbləğin borcalan Cavabdeh1 MMC-dən ümumi qaydada tutulması” hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Mülki Məcəllənin 319.6-cı maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh1 MMC-dən Bank "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun mənasından göründüyü kimi, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdıqdan sonra, yaşayış sahəsini tərk etməlidirlər. Müvafiq iddia tələbini irəli sürmək hüququ ipoteka predmetini əldə edən şəxsə məxsusdur və belə bir iddia o zaman irəli sürülə bilər ki, ipoteka qoyan və digər şəxslər yaşayış sahəsini tərk etməsinlər. İddiaçı ipoteka saxlayandır, o, müvafiq iddia irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Həmçinin hazırki mərhələdə ipoteka qoyanın ipoteka predmetini tərk etməməsi ilə bağlı heç bir mübahisə yoxdur. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə məhkəmə xərci kimi iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunu və məhkəmə ekspertizasının tədqiqat dəyərini nəzərə alır. Belə ki, iddia tələbinin 88%-i təmin olunduğundan məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Dövlət rüsumu kimi ödənilmiş 30 manatın 26 manatı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq Bank "xxxx" ASC-nin xeyrinə, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 145 manatın 17 manatı iddiaçı Bank "xxxx" ASC-dən, 128 manatı isə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 49.717,08 ABŞ dolları, faiz borcu üzrə 8.227,21 ABŞ dolları, cərimə borcu üzrə 1000 ABŞ dolları, cəmi 58.944,29 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) Cavabdeh1 MMC-dən tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə və onun üzərində yerləşən 210.4 kv.m ümumi, 105,3 kv.m yaşayış və 105,1 kv.m yardımçı sahəsindən ibarət olan fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak ilkin satış qiyməti 45.500 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. Satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 MMC-nin Bank "xxxx" ASC-yə olan kredit borcu ödənilsin. Satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh2 qaytarılsın. İpoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh1 MMC-dən Bank "xxxx" ASC-nin xeyrinə ümumi qaydada tutulsun. İddia digər hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş 30 manatın 26 manatı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq Bank "xxxx" ASC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 145 manatın 17 manatı iddiaçı Bank "xxxx" ASC-dən, 128 manatı isə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar